Konstitusiyası və hüquq əsasları fənninin test sualları



Yüklə 0,81 Mb.
səhifə1/9
tarix30.06.2018
ölçüsü0,81 Mb.
#55297
növüQaydalar
  1   2   3   4   5   6   7   8   9

Konstitusiyası və hüquq əsasları

fənninin test sualları

1. Dövlətin müəyyənləşdirdiyi və ya sanksiyalaşdırdığı və onun gücü ilə qorunan, hamı üçün ümumməcburi davranış qaydalarının məcmusuna nə deyilir ?

  1. hüquq

  2. qanun

  3. sanksiya

  4. intizam xarakterli sanksiya

  5. cinayət xarakterli sanksiya

2. Hüquq elmində «hüquq» anlayışı neçə mənada işlədilir ?

  1. 3

  2. 5

  3. 1

  4. 4

  5. 2

3. Aşağıdakılardan hansılar hüquq anlayışının növləridir ?

1. obyektiv hüquq 2. subyektiv hüquq 3. cinayət hüququ

4. mülki hüquq 5. əmlak hüququ


  1. 1,2

  2. 1,4

  3. 2,3

  4. 2,5

  5. 3,4

4. «Norma» latın dilindən tərcümədə hansı mənanı verir ?

  1. qayda, nümunə

  2. forma

  3. normalar qaydası

  4. qanunlar

  5. normalar məcmusu

5. Hüquq normaları aşağıdakıları müəyyən edir:

1. kim və nə vaxt onu icra etməlidir; hansı şəraitdə (hipoteza);

2. bu icra nədən ibarət olmalıdır (dispozisiya);

3. normaların icra edilməməsinin hansı nəticələri ola bilər (sanksiya);

4. İnsanların davranışını (etika)

5. üzərlərinə vəzifələrin qoyulan şərtlər (xəta)



  1. 1, 3, 2

  2. 1, 4, 3

  3. 1, 2, 5

  4. 2, 3, 5

  5. 1, 4, 5

6. Hüquq normaları necə xarakter daşıyır ?

  1. Ümumi

  2. Xüsusi

  3. Şəxsi

  4. Məxvi

  5. Nümunəvi

7. Hüquq normalarının müxtəlif əlamətlərə görə necə təsnifatını vermək olar ?

1. Səlahiyyətverici normalar 2. Məcburedici normalar 3. Qadağanedici normalar

4. Ümumi normalar 5. Xüsusi normalar


  1. 1, 2, 3

  2. 1, 4, 5

  3. 1, 3, 5

  4. 1, 2, 4

  5. 1, 3, 4

8. Müəyyənlik dərəcəsinə görə hüquq normalarının hansı növü vardır ?

1. Dispozitiv normalar 2. İmperativ normalar 3. Məcburedici normalar

4.Qadağanedici normalar 5. Səlahiyyətverici normalar


  1. 1, 2

  2. 1, 5

  3. 2, 3

  4. 2, 4

  5. 4, 5

9. Azərbaycan Respublikasında qanunlar hüquqi əhəmiyyətinə görə hansı qruplara bölünür ?

1. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq qəbul olunan qanunlar

2. Referendum yolu ilə qəbul olunmuş qanunlar 3. Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul olunan qanunlar. 4. Prezidentin fərmanına uyğun olaraq

5. Nazirlər Kabineti tərəfindən qəbul olunan qanunlar



  1. 1, 2, 3

  2. 1, 2, 5

  3. 2, 3, 5

  4. 1, 4, 5

  5. 3, 4, 5

10. Obyektiv hüquq nədir ?

  1. Ümumməcburi davranış qaydalarının məcmusudur

  2. Obyektə məxsus olan hüquqdur

  3. Şəxsə məxsus olan hüquqdur

  4. Subyektə məxsus olan hüquqdur

  5. Obyektə məxsus olan hüquqdur

11. Subyektiv hüquq nədir ?

  1. Subyektə məxsus olan hüquqdur

  2. Şəxsə məxsus olan hüquq

  3. Ümumməcburi davranış qaydalarının məcmusudur

  4. Hüquq qanunvericiliyidir

  5. Obyektə məxsus olan hüquqdur

12. Azərbaycan Respublikasında Qanunlar neçə yolla qəbul oluna bilər ?

  1. 2

  2. 1

  3. 3

  4. 4

  5. 5

13. Konstitusiya anlayışı nə deməkdir ?

  1. quruluş, təsisat

  2. kontitusiya

  3. qanun

  4. hüquq

  5. hüquq normaları

14. Dünyada İlk yazılı Konstitusiya qəbul edilmişdir ?

  1. 1787- ci ildə

  2. 1991- ci ildə

  3. 1791- ci ildə

  4. 1918-ci ildə

  5. 1797-ci ildə

15. Avropada ilk yazılı konstitusiyalar qəbul edilmişdir ?

  1. 1791-ci ildə

  2. 1871-ci ildə

  3. 1878-ci ildə

  4. 1787-ci ildə

  5. 1781-ci ildə

16. Azərbaycanda ilk Konstitusiya nə vaxt qəbul olunub ?

  1. 1921-cu il 29 mayda

  2. 1929-ci il 29 mayda

  3. 1918-c1il 28 mayda

  4. 1920-ci il 28 mayda

  5. 1927-ci il 28 mayda

17. Azərbaycanda ikinci Konstitusiya nə vaxt qəbul olunub ?

  1. 1927-ci ildə

  2. 1995-ci ildə

  3. 1937-ci ildə

  4. 1978-ci ildə

  5. 1991-ci ildə

18. Azərbaycanda üçüncü Konstitusiya nə vaxt qəbul olunub ?

  1. 1937-ci ildə

  2. 1927-ci ildə

  3. 1978-ci ildə

  4. 1991-ci ildə

  5. 1988-ci ildə

19. Azərbaycanda dördüncü Konstitusiya nə vaxt qəbul olunub ?

  1. 1978-ci ildə

  2. 1927-ci ildə

  3. 1937-ci ildə

  4. 1995-ci ildə

  5. 1988-ci ildə

20. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası nə vaxt qəbul olunub ?

  1. 1995-ci ildə

  2. 1991-ci ildə

  3. 1937-ci ildə

  4. 1978-ci ildə

  5. 1927-ci ildə

21. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası nə vaxt qüvvəyə minmişdir ?

  1. 1995-ci il 27 noyabrda

  2. 1995-ci il 12 noyabrda

  3. 1991-ci il 12 noyabrda

  4. 1993-cü il 12 noyabrda

  5. 1990-cı il 27 noyabrda

22. Azərbaycan Respublikasının inzibati-ərazi vahidi necə bölünüb ?

  1. 59 rayon 11 şəhərdən ibarətdir

  2. 48 rayon 13 şəhərdən ibarətdir

  3. 49 rayon 18 şəhərdən ibarətdir

  4. 40 rayon 18 şəhərdən ibarətdir

  5. 50 rayon 12 şəhərdən ibarətdir

23. «Referendum» nə deməkdir ?

  1. xəbər verilməli fakt

  2. xalq hakimiyyəti

  3. seçki

  4. seçim

  5. tale yüklü məsələ

24. Azərbaycanda ilk dəfə olaraq referendum nə vaxt keçirilmiçdir ?

  1. 1921-ci ildə

  2. 1991-ci ildə

  3. 1918-ci ildə

  4. 2002-ci ildə

  5. 2000-ci ildə

25. Azərbaycan Respublikasının müstəqilliy aktı nə vaxt qəbul olunub ?

  1. 1991-cı il 18 oktyabrda

  2. 1991-ci il 18 noyabrda

  3. 1990-cı il 17 noyabrda

  4. 1991-ci il 12 noyabrda

  5. 1991-ci il 31 dekabrda

26. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında 32 maddədən ibarət Konstitusiya Aktı nə vaxt qəbul olunub ?

  1. 1991-ci il 18 oktyabrda

  2. 1991-ci il 12 noyabrda

  3. 1990-cı il 17 noyabrda

  4. 1990-cı il 18 noyabrda

  5. 1991-ci il 31 dekabrda

27. Hansı aktla ilk dəfə olaraq Azərbaycan Respublikasında hakimiyyət bölgüsü təsbitlənmişdir ?

  1. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktında

  2. Azərbaycan Respublikasının Konstitusiya Aktında

  3. İstiqlal Bəyannaməsi Aktında

  4. 1921-ci il Konsiyusiya Aktında

  5. 1995-ci il Kontitusiya Aktında

28. Dünyada İlk yazılı Konstitusiya hansı ölkədə qəbul edilmişdir ?

  1. ABŞ

  2. Almaniya

  3. Polşa

  4. Fransa

  5. İngiltərə

29. Teokratik dövlət quruluşuna görə dövlət necə əmələ gəlib ?

  1. ilahidən

  2. ailə hakimiyyətinin məntiqi davamı idi

  3. tayfaların birləşməsindən

  4. dövlətlərin birləşməsindən

  5. dövlətlərin dağılmasından

30. Patriarxal dövlət quruluşuna görə dövlət necə əmələ gəlib ?

  1. ailə hakimiyyətinin məntiqi davamı

  2. ilahidən

  3. tayfaların birləşməsindən

  4. dövlətlərin birləşməsindən

  5. dövlətlərin dağılmasından

31. Dövlətin forması onun ibarət olduğu neçə elementlə xarakterizə olunur?

  1. 3

  2. 4

  3. 2

  4. 5

  5. 6

32. İdarəetmə formasına görə dövlətlər neçə yerə bölünür ?

  1. 2

  2. 6

  3. 3

  4. 4

  5. 5

33. Mütləq monarxiya hansı formada olur ?

  1. Hakimiyyət heç nə ilə məhdudlaşmır

  2. Bu adda monarxiya yoxdur

  3. Dövlət başçısı ilə bərabər başqa bir ali orqan olur

  4. Dövlətin başında Ali Şura olur

  5. Dövlət parlament vasitəsilə idarə olunur

34. Dövlətin forması onun ibarət olduğu hansı elementlərlə xarakterizə olunur ?

1. idarəetmə forması; 2. dövlət quruluşu forması; 3. dövlətin statusu;



4. siyasi rejim; 5. dövlətin siyasi-coğrafi mövqeyi

  1. 1, 2, 4

  2. 1, 2, 3

  3. 1, 3, 5

  4. 2, 3, 4

  5. 1, 4, 5

35. Məhdud monarxiyaya nədir ?

  1. Dövlət başçısı ilə bərabər başqa bir ali orqan olur

  2. Hakimiyyət heç nə ilə məhdudlaşmır

  3. Dövlətin başında Ali Şura olur

  4. Dövlətin parlament vasitəsilə idarə olunur

  5. Bu adda monarxiya yoxdur

36. Hakimiyyətin bütün ali orqanlarının müəyyən müddət üçün seçilməsi və ya təşkil olunması necə adlanır ?

  1. respublika

  2. monarxiya

  3. dövlət

  4. idarəetmə quruluşu

  5. siyasi rejim

37. Respublika idarəetmə quruluşu neçə yerə bölünür ?

  1. 2

  2. 4

  3. 3

  4. 5

  5. 6

38. Unitar dövlət latın dilindən tərcümədə nə deməkdir ?

  1. vahid

  2. ittifaq

  3. birlik

  4. birləşmək

  5. müəyyən məqsədlər üçün birləşmək

39. Federativ dövlət latın dilindən tərcümədə nə deməkdir ?

  1. ittifaq

  2. vahid

  3. birlik

  4. birləşmək

  5. müəyyən məqsədlər üçün birləşmək

40. Konfederasiya latın dilindən tərcümədə nə deməkdir ?

  1. müəyyən məqsədlər üçün birləşmək

  2. ittifaq yaratmaq

  3. vahid olmaq

  4. birlik yaratmaq

  5. birləşərək birlik yaratmaq

41. Cəmiyyətdə siyasi azadlıqların səviyyəsi, şəxsiyyətin hüquqi vəziyyəti, dövlət hakimiyyətini həyata keçirmək vasitəsi necə adlanır ?

  1. siyasi rejim

  2. dövlətin siyasi forması

  3. dövlətin idarəetmə forması

  4. idarəetmə quruluşu

  5. dövlətin siyasi vəziyyəti

42. Vətəndaşlara məxsus geniş hüquq və azadlıqların tanınması, müxalifət partiyalarının leqal fəaliyyəti, hökumətin müvafıq seçkilərdə qələbə çalmış partiyalardan təşkil olunmasın və s. necə adlanır ?

  1. Demokratik rejim

  2. Diktatura rejimi

  3. Antidemokratik rejim

  4. Siyasi rejim

  5. Totalitar rejim

43. Totalitar rejim – latınca «totalist» sözündən olub mənası nə deməkdir ?

  1. bütün

  2. vahid

  3. ittifaq

  4. birlik

  5. siyasi rejim

44. İşçilərlə işə götürən arasındakı muzdlu əmək münasibətlərinin tənzimlənməsinə nə deyilir ?

  1. əmək hüququ

  2. əmək müqaviləsi

  3. əmək müqaviləsinin tərəfləri

  4. əmək münasibətləri

  5. işə götürən

45. İşçilər işə daxil olduqda iş prosesində onunla işə götürən (təşkilat, sahibkar) arasında nə yaranır ?

  1. əmək münasibətləri

  2. əmək müqaviləsi

  3. əmək hüququ

  4. iş vaxtı

  5. iş münasibətləri

46. Əmək münasibətlərində neçə tərəf iştirak edir ?

  1. 2

  2. 6

  3. 3

  4. 4

  5. 5

47. Əmək hüququnun əsas mənbəyini nə təşkil edir ?

  1. Azərbaycan Respublikasının Konstitusiyası

  2. əmək hüququ

  3. əmək münasibətləri hüququ

  4. konstitusiya hüququ

  5. mülki hüquq

48. Kollektiv müqavilə neçə tərəf arasında bağlanılır ?

  1. 2

  2. 5

  3. 3

  4. 4

  5. 6

49. İşçilərin əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi, məşğulluğun təmin edilməsi və digər müdafiə tədbirlərinin həyata keçirilməsi sahəsində birgə fəaliyyətə dair tərəflərin öhdəliklərini müəyyən edən razılaşmaya nə deyilir ?

  1. kollektiv saziş

  2. əmək müqaviləsi

  3. əmək hüququ

  4. əmək nizamnaməsi

  5. qarşılıqlı razılıq

50. İşçiləri işə qəbul etmək, işçilərə iş vermək və onlarla əmək müqaviləsi bağlamaq hüququna malik olan şəxslərə nə deyilir ?

  1. işə götürən

  2. işçi

  3. həmkarlar təşkilatı

  4. əmək müfəttişliyi

  5. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

51. İşəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan şəxs dedikdə nə başa düşülür ?

  1. işçi

  2. kollektiv saziş

  3. işəgötürən

  4. həmkarlar təşkilatı

  5. əmək müfəttişi

52. Hansı şəxslərlə əmək müqaviləsi bağlanan zaman onların valideynlərindən birinin hökmən razılıq verməsi tələb olunur ?

  1. 15 yaşından 18 yaşınadək olan şəxslərlə

  2. 15 yaşınadək olan şəxslərlə

  3. 18 yaşınadək olan şəxslərlə

  4. 21 yaşınadək olan şəxslərlə

  5. 18 yaşından tuxarı olan şəxslərlə

53. Əmək müqaviləsi bağlanarkən işçi hansı müvafiq sənədləri işəgötürənə təqdim edir. Aşağıdakılardan biri yanlışdır ?

  1. yaşayış yerindən arayış

  2. təhsili barədə sənəd

  3. əmək kitabçası

  4. şəxsiyyəti təstiq edən sənəd

  5. işçinin sağlamlığı haqqında tibbi arayış

54. İşçinin əmək fəaliyyəti barədə məlumat verən əsas sənədə nə deyilir ?

  1. əmək kitabçası

  2. əmək müqaviləsi

  3. kollektiv saziş

  4. əmək nizamnaməsi

  5. qarşılıqlı razılıq

55. Əmək prosesində işçinin işəgötürənin sərəncamını və öz əmək vəzifələrini yerinə yetirməsinə nə deyilir ?

  1. iş vaxtı

  2. qisaldılmış iş vaxtı

  3. tam iş vaxtı dedikdə

  4. natamam iş vaxtı

  5. istirahət vaxtı

56. İş vaxtının neçə növü vardır ?

  1. 3

  2. 5

  3. 1

  4. 2

  5. 4

57. Müddəti qanunla müəyyən edilmiş həftəlik və gündəlik iş saatları ərzində işçilərin öz əmək funksiyalarını yerinə yetirməsi üçün müəyyən edilmiş zaman dedikdə hansı iş vaxtı başa düşülür ?

  1. tam iş vaxtı.

  2. natamam iş vaxtı

  3. qısaldılmış iş vaxtı

  4. istirahət vaxtı

  5. normal iş vaxtı

58. Hansı iş vaxtı müəyyən kateqoriya işçilər üçün nəzərdə tutulub ?

  1. qısaldılmış iş vaxtı

  2. tam iş vaxtı

  3. natamam iş vaxtı.

  4. istirahət vaxtı

  5. normal iş vaxtı

59. Yaşı 16-dək olan şəxslər üçün iş vaxtı həftə ərzində neçə saatdan artıq ola bilməz ?

  1. 24

  2. 28

  3. 18

  4. 20

  5. 36

60. 16 yaşdan 18 yaşadək olan şəxslər, 1, 2 və 3 -cü qrup əlillər üçün həftəlik iş saatı neçə saatdan artıq ola bilməz ?

  1. 36

  2. 24

  3. 18

  4. 20

  5. 28

61. İşçinin öz əmək funksiyalarını yerinə yetirməli olduğu tam olmayan iş vaxtı dedikdə hansı iş başa düşülür ?

  1. natamam iş vaxtı

  2. normal iş vaxtı

  3. qısaldılmış iş vaxtı

  4. tam iş vaxtı;

  5. istirahət vaxtı

62. Qüvvədə olan əmək qanunvericiliyi, o cümlədən əmək hüquq elmi istirahət vaxtının əsasən neçə növünü fərqləndirir ?

  1. 4

  2. 3

  3. 2

  4. 5

  5. 6

63. Qüvvədə olan əmək qanunvericiliyi, o cümlədən əmək hüquq elmi istirahət vaxtının əsasən hansı növünü fərqləndirir. Biri yanlış cavabdır ?

  1. Nahar vaxtı

  2. Fasilə

  3. İstirahət günləri

  4. Bayram günləri

  5. Məzuniyyət

64. İş günü ərzində, habelə iş günü arası işçiyə verilən istirahət vaxtı neçə cür olur ?

  1. 2

  2. 1

  3. 3

  4. 4

  5. 5

65. İş günü arası istirahət vaxtının müddəti neçə saatdan az olmamalıdır ?

  1. 12 saat

  2. 10 saat

  3. 6 saat

  4. 9 saat

  5. 18 saat

66. İstirahət günləri dedikdə nə başa düşülür ?

  1. Həftəlik istirahət vaxtı

  2. Fasilə

  3. İstirahət günləri

  4. Bayram günləri

  5. Məzuniyyət

67. Cinayət hüququnun neçə əsas və başlıca anlayışı vardır ?

1. cinayət 2. məsuliyət 3. cəza 4. Intizam 5. xəta



  1. 1,3

  2. 1,4

  3. 1,2

  4. 3,4

  5. 2,4

68. Cinayət törətmiş şəxslə dövlət arasında yaranan münasibətlərin tənzimləyən hüquq normalarının məcmusuna nə deyilir ?

  1. cinayət hüququ

  2. cinayət qanunu

  3. cinayət məsuliyyəti

  4. cinayət və cəza

  5. cinayət hüququnun vəzifələri

69. Cinayətin qarşısını almaq cinayət hüququnun üzərinə düşən vəzifədir. Buna cinayət hüququnun hansı vəzifəsi deyilir ?

  1. cinayət məsuliyyəti

  2. xüsusi xəbərdaredici

  1. ümumi xəbərdaredici

  2. xəbərdaredici

  3. cinayət məsuliyyəti

70. Cinayət hüququnun cinayət əməlinə görə, cəza vermək hədəsi ilə xəbərdar edilməsinə nə deyilir ?

  1. ümumi xəbərdaredici vəzifə

  2. xüsusi xəbərdaredici vəzifə

  3. xəbərdaredici

  4. cinayət məsuliyyəti

  5. cinayət məsuliyyəti

71. Cinayət törətmiş şəxsə qanunda nəzərdə tutulan cəza verilir və bu yolla, onun tərəfindən ikinci dəfə yeni cinayət törədilməsinin qarşısının alınmasına nə deyilir ?

  1. xüsusi xəbərdaredici vəzifə

  2. ümumi xəbərdaredici vəzifə

  3. xəbərdaredici

  4. cinayət məsuliyyəti

  5. cinayət məsuliyyəti

72. Cinayət Məcəlləsi nə vaxt qəbul olunmuşdur ?

  1. 1999-ci il dekabrın 30-da

  2. 2000-cu il dekabrın 30-da

  3. 2000-ci il sentyabr 1-də

  4. 1999-cu il sentyabr 1-də

  5. 1999-cu il dekabrın 1-də

73. Cinayət Məcəlləsi nə vaxt qüvvəyə minmişdir ?

  1. 2000-cu il sentyabr 1-də

  2. 1999-ci il sentyabr 1-də

  3. 1999-cu il dekabrın 30-da

  4. 2000-ci il dekabrın 30-da

  5. 1999-cu il dekabrın 1-də

74. Cinayət məcəlləsi əməlin cinayət olmasını aradan qaldıran hansı halları müəyyən edir ?

1. zəruri müdafiə 2. özünü müdafiə 3. son zərurət

4. zərurət 5. cinayətkarın tutulması


  1. 1, 3, 5

  2. 1, 2, 3

  3. 1, 2, 5

  4. 2, 3, 5

  5. 1, 2, 4

75. Qəsdi dayandırmaq üçün qəsd edən şəxs barəsində zorakılıq hərəkətlərinə yol verilməsi necə adlanır ?

  1. zəruri müdafiə

  2. özünü müdafiə

  3. son zərurət

  4. zərurət

  5. cinayətkarın tutulması

76. Cinayətin iştirakçılarının hansı növləri vardır. Biri yanlış cavabdır ?

  1. başçı

  2. icraçı

  3. təşkilatçı

  4. təhrikçi

  5. köməkçi

77. Törədilmiş cinayətə görə cinayət etməkdə təqsirli hesab edilən şəxsə tətbiq edilən xüsusi xarakterli dövlət məcburiyyət tədbiri dedikdə nə başa düşülür ?

  1. cəza

  2. məsuliyyət

  3. cinayətkarın tutulması

  4. sanksiya

  5. cinayət

78. Cəzanın məqsədi nədir ?

1. Məhkumu islah və onun tərəfindən yeni cinayətləri törədilməsinin qarşısını almaq

2. Başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq

3. Cinayətkarın tutulması 4. Cinayətkarın cəzalandırılması 5. Sosial ədalətin bərpası



  1. 1, 2, 5

  2. 1,3, 5

  3. 1, 2, 3

  4. 1, 2, 4

  5. 1, 4, 5

79. Şəxsin ictimai- təhlükəli xarakter daşıyan, təqsirli, hüquqazidd, qeyri-əxlaqi əməli dedikdə nə başa düşülür ?

  1. Hüquq pozuntusu

  2. Cinayət

  3. Cəza

  4. Xəta

  5. Məsuliyyət

80. İctimai təhlükəli hüquq pozuntusu necə adlanır ?

  1. Cinayət

  2. Məsuliyyət

  3. Hüquq pozuntusu

  4. Cəza

  5. Xəta

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin