Məhərrəmin yeni şeirləri



Yüklə 3,87 Mb.
səhifə1/151
tarix05.01.2022
ölçüsü3,87 Mb.
#73700
  1   2   3   4   5   6   7   8   9   ...   151

AŞIQ MƏHƏRRƏM HÜSEYNLİ


SEÇİLMİŞ ƏSƏRLƏRİ
I kitab:
AZAFLIDIR ŞAH USTADIM

(Şeirlər və poema)

Bakı-2013




Redaktotr və ön sözün müəllifi
Məhəmməd NƏRİMANOĞLU

Hüseynli Məhərrəm

Seçilmiş Əsərləri. I kitab: Azaflıdır şah ustadım. Şeirlər və poema. Bakı, “////////”-2013 .... səh.

Görkəmli saz və söz ustadı Məhərrəm Hüseynlinin “Azaflıdır şah ustadım” adlı bu kitabında qoşma, gəraylı, təcnis, müxəmməs, divani, bayatı, ithaf olunmuş şerlər, ustadnamələr, müxtəlif böyük korifey aşıqlarla deyişmələri və onlara yazılmış dəyərli şeirlər bir daha diqqətinizi özünə cəlb edəcəkdir. Eyni zamanda öz mövzusunu real həqiqətlərdən götürmüş hər bir şeirin fikir bütövlüyü, dil rəvanlığı, fəlsəfi duyumluluğu, vətənpərvərlik ruhu, ənənəvi klassik və müasir yazılışına görə digər qələm əhllərindən fərqləndiyini görəcəksiniz. Sayca 12-ci kitabı olan Aşıq Məhərrəm Hüseynlinin bu kitabında onun şeir yaradıcılığı verilmişdir. Kitab geniş oxucu kütləsi üçün nəzərdətutulmuşdur.

4702000000

Qrifli nəşr ------------------

N098 – 2013

©Məhərrəm Hüseynli 2013


ÖN SÖZ ƏVƏZİ
Görkəmli aşıq, şair, publisist, ilahi və zil şaqraq, məlahətli səsli, sayılıb seçilən bütöv şəxsiyyət, Mə-hərrəm Hüseynlini əksə-riyyətimiz gözəl tanıyırıq. Onun qələminə, imzasına, səsinə, təşkilatçılığına, tə-şəbbüskarlığına da yaxşı bələdik. Ona görə də, çox təmtəraqlı təqdimata ehtiyac duymuram. Əslində hamının haqqında düşünən, çoxlarına təmənnasız insani hümanistlik göstərən, özünü sadələrin sadəsi, alilərin alisi kimi tanıdan, əzəmətli ustadların ləyaqətli davamçısı kimi təsdiq etdirən dostumuzun özü haqqında təvazökarlığı da abırlılığına, utancaqlığına işarədir. Adətən sənət adamlarını tərifləyəndə bundan xoşu gəlir. Məhərrəm Hüseynlinin isə bunlardan xoşu gəlmir. O həmişə ustadları, ağsaqqalları öncə sevən və onlara baş əyən, səcda qılan, davamçı kimi tanınanlardandır. Eyni zamanda ozanlarımızın müqəddəs sənəti və sənətkarlığı onun üçün ləli-gövhərdən də qiymətli sərvətdir. Mənalı ömrünü isə xalq sənətimizin təbliğinə, təşviqinə, təhqiqinə, tərəqqisinə həsr edənlərin qabaqcıllarından biridir.


Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin