Mühazirə Savad təliminin metodikası



Yüklə 432,77 Kb.
səhifə1/10
tarix13.06.2022
ölçüsü432,77 Kb.
#116904
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   10
M hazir Savad t liminin metodikas

Mühazirə 7. Savad təliminin metodikası


Plan:
1. Savad təliminin məqsəd və vəzifələri
2. Azərbaycan dilinin səsləri və onların hərflərlə ifadə olunma qaydası (Fonetika və qrafika)
3. Oxunun mövqeliliyi prinsipi.
4. Heca tələffüz və oxu vahididir.
5. Oxu vərdişinin inkişafı psixologiyası
6. I sinif şagirdlərinin psixoloji xüsusiyyətləri və onların təliminə verilən pedaqoji tələblər


7.1 Savad təliminin məqsəd və vəzifələri
Savad təlimi tədrisi prosesinin başlanğıcı, şagirdlərin təhsilinin, ümumi inkişafının bünövrəsi hesab olunur. Savad təlimi dövründə başlıca məqsəd uşaqları oxu, yazı texnikasına yiyələndirmək, onlara ilkin oxu və yazı vərdişləri aşılamaq, onların nitqini, təfəkkürünü, idrak marağını inkişaf etdirməkdir.
Bu məqsəddən irəli gələn vəzifələr aşağıdakılardan ibarətdir:

  1. Dilimizin gözəlliyini hiss etdirmək və ona məhəbbət oyatmaq;

  2. Başqalarının nitqini dinləməyi və eşitməyi öyrətmək;

  3. Nitq səslərini düzgün tələffüz etməyi öyrətmək;

  4. Sözləri, cümlələri, kiçikhəcmli mətnləri düzgün, səlis, bütöv sözlərlə, şüurlu oxumağı öyrətmək, nitqin səs mədəniyyətini tərbiyə etmək;

  5. Nitqin sürətini, intonasiya ifadəliliyini, rabitəliliyini gözləməyi öyrətmək;

  6. Hərfləri kalliqrafik cəhətdən düzgün, gözəl, təmiz, səliqəli, rabitəli, sürətlə yazmağı, müxtəlif şəraitdə bir-biri ilə düzgün bitişdirməyi öyrətmək;

  7. Sözləri və kiçikhəcmli mətnləri üzündən köçürməyi, sözlərdən və kiçikhəcmli mətnlərdən ibarət imla yazmağı öyrətmək;

  8. Şagirdlərin ətraf aləm haqqında təsəvvürlərini genişləndirmək və lüğət ehtiyatını zənginləşdirmək.

Bütün bunların əsasında savad təliminin axırında şagirdlər dəqiqədə 20-25 sözü sürətlə, bütöv sözlərlə (çətin sözləri hecalarla) oxumağı, cümlələri 15-20 sözdən ibarət olan mətni hərf buraxmadan, hərf əlavə etmədən, bir hərfi digəri ilə əvəz etmədən üzündən köçürməyi, 8-10 sözü, həmçinin həmin həcmdə mətni müəllimin diktəsinə əsasən yazmağı bacarmalıdırlar.

Yüklə 432,77 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə