Qərbi Kaspi Universiteti Sərbəst iş Kafedra: İqtisadiyyat



Yüklə 74,62 Kb.
səhifə1/8
tarix01.01.2022
ölçüsü74,62 Kb.
#106848
  1   2   3   4   5   6   7   8
9 (2)
5, Elnar 408




Qərbi Kaspi Universiteti

Sərbəst iş

Kafedra: İqtisadiyyat

TƏLƏBƏ: Məmmədəli Şahbazov



FAKÜLTƏ:Biznens və İqtisadiyyat

İXTİSAS: Istehlak mallarının ekspertizasi ve marketinqi

QRUP: 529İMEM

KURS:2

FƏNN:İqtisadiyyat

SƏRBƏST İŞİN MÖVZUSU: İstehsal inhisarçılıq formaları

Trest konsern kartel sindikat konqlomerat konsorsium

MÜƏLLİM: Afaq Həsənova

Plan

Giriş

Mövzu- İstehsal inhisarçılıq formaları

Trest

Konsern

Kartel

Sindikat

Konqlomerat

Konsorsium

Nəticə

Ədəbiyyat siyahısı

GİRİŞ
Bazar iqtissadiyyatının ən zəif cəhətlərindən biri inhisarçılıqdır. Inhisarlar istehsalın və kapitalın təmərküzləşməsi və mərkəzləşməsinin nəticəsi olmaq etibarı ilə XIX əsrin ikinci yarısından əmələ gəlməyə başlamışdır. Sonralar inhisarçılıq yavaş yavaş yayılmış və bütün iqtisadiyyatı əhatə etməyə başlamışdır. XX əsrin 30-50- ci illərində isə iqtisadiyyatda inhisarçılıq hakim mövqe tutmuşdur.

İnhisarçılıq təsərrüfat subyektlərinin yolverilməz fənd və üsullardan istifadə etməklə yüksək mənfəət götürmək məqsədi ilə azad rəqabətə yol verilməməsinə, onun məhdudlaşdırılmasına və aradan qaldırılmasına yönəldilən fəaliyyətdir. Təsərrüfat subyektlərinin fəaliyyəti nəticə etibarı ilə azad rəqabətə qarşı yönəldilib. Azad rəqabətin məhdudlaşdırılmasına və aradan qaldırılmasına yönəldilmiş inhisarçılıq fəaliyyətini iki qrupa bölmək olar.


  1. Inhisarların inkişafının ilkin mərhələsində inhisara daxil olan təsərrüfat subyekləri üçün qiymətqoymanın razılaşdırılması, xammal və satış bazarlarının bölüşdürülməsi və mənfəət götürmək üçün əlverişli xammal və satış bazarlarının bölüşdürülməsi və mənfəət götürmək üçün əlverişli şərait yarada biləcək digər məsələlərdə razılıq əldə edilməsinə yönəldilən fəaliyyətdir;

  2. Bazardakı hakim mövqelərindən istifadə edərək inhisar qiyməti aləti (aşağı inhisar qiyməti, yuxarı inhisar qiyməti) vasitəsi ilə rəqibin sıxışdırılmasına yönəldilmiş fəaliyyətlər.

Bu fəaliyyəti nəticəsində inhisarçı müəssisə istehsalda və satışda əsassız sürətdə üstünlüyə malik olur. Bu cür üstünlük şəraitində müəssisənin davranışı inhisar nəzəriyyəsi ilə izah olunur. Inhisarçı müəssisənin istehsal xərclərinin formalaşdırılması, öz məhsuluna qiymət qoymanın prinsipləri və istehsal həcminin müəyyən edilməsi inhisar nəzəriyyəsinin məğzini təşkil edir. Inhisar nəzəriyyəsi inhisarı müəyyən növ məhsulun yeganə istehsalçısı götürməklə abstraksiya yolu ilə nəzəri ümumiləşdirmə aparır. Buna görə də xalis inhisarı nəzəri cəhətdən izah etmək olar. Çünki müəyyən növ məhsulun yalnız bir müəssisə tərəfindən istehsalı və satışını həyata keçirilməsi abstraksiyadır. Ən azı ona görə ki, həmin növ məhsulun xarici istehsalçısı və satıcısı var.

Inhisar nəzəriyyəsinə görə inhisarçı müəssisənin davranışı aşağıdakı amillərin təsiri altında formalaşır.



  1. Bazarın bir hissəsini itirmək təhlükəsi- bu təhlükə olmadıqda o qiymətin yüksəldilməsi qərarını qəbul etdikdə belə məhsul buraxılışının həcminə tam nəzarət edir

  2. Qiyməti fasiləsiz yüksəlmək imkanının məhdudluğu-bütün digər istehsalçılar kimi inhisar da istehsal qərarını qəbul edərkən bazar tələbini, öz istehsal xərclərini nəzərə almaq məcburiyyətindədir.

Inhisar nəzəriyyəsinə görə inhisarın maksimum mənfəət götürməsini təmin edən məhsul buraxılışının həcmini rəqabət şəraitində mövcud olan prinsipə, son hədd gəlirlərinin və son hədd xərclərinin bərabərliyinə əsaslanır. Iqtisadiyyatda inhisarçılığı əhatəliliyi baxımından bir neçə qrupa bölürlər:
Istehsal inhisarçılığı – müəyyən növ məhsul istehsalının əsas hissəsinin məhdud miqdarda istehsalçının əlində cəmlənməsinə istehsal inhisarçılığı deyilir. Istehsal inhisarçılığı müəyyən məhsul istehsalçılarının birləşməsi və yaxud da müvafiq məhsul istehsal edən müəssisədə kapitalın öz-özünə artması yolu ilə yaranır. Inhisarçılığın göstərilən forması bir sıra hallarda məhsuldar qüvvələrin inkişafının obyektiv nəticəsi kimi meydana çıxır. Çox zaman isə belə inhisarçılıq bilavasitə rəqabətin məhdudlaşdırılması və aradan qaldırılması məqsədlərinin reallaşdırılması üçün həyata keçirilir. Istehsalda inhisarın mahiyyətini üç başlıca cəhətlə səciyyələndirmək olar. Birinci, onun əlində istehsalın əhəmiyyətli hissəsinin təmərküzləşməsi sayəsində təsərrüfatın bir yaxud bir neçə sahəsində hökmran olmaq vəziyyətinin təmin edilməsi. İkinci, müəyyən çərçivədə bazar qəymətlərini diktə etmək imkanına malik olması. Üçüncü, öz hökmranlığını iqtisadi cəhətdən realizə etməsi kimi inhisar mənfəətinin mənimsənilməsi.
İnhisar və ya Monopoliya (yun. μονο — tək; πωλέω — satıram) – terminin tərkibindən də görünür ki, inhisar müəyyən məhsul və ya xidmətin yalnız bir şəxs və ya şirkət tərəfindən təqdim edildiyi haldır. Başqa sözlə inhisar, bazarda bir satıcının və çoxlu sayda alcının olduğu bazardır. Bu bazar rəqabətin və əvəzedici əmtəələrin yoxluğu, eləcə də yüksək mənfəəət əldə etməyə imkan verən və marjinal xərclərdən çox yüksək olan inhisar qiyməti ilə xarakterizə edilir. Bundan əlavə inhisarlar qiymətə təsir edəcək qədər böyük bazar gücünə malikdirlər. İnhisar dedikdə ilk növbədə insanın ağlına bir çox qitədə fəaliyyət göstərən transmilli korporasiyalar, dövlət tərəfindən yaradılan böyük şirkətlər gəlir, amma inhisar qismində kiçik firmalar da ola bilər. Məsələn, uzun bir yol üzərində cəmi bir yanacaq doldurma stansiyası olduğunu fərz edək. Bu zaman yolda qalmaq istəməyən şəxs məcburən buradakı qiymətlərlə razılaşmalı olacaq.

İqtisadi ədəbiyyatda istehsalda inhisarçılığın mahiyyətini üç başlıca cəhətlə səciyyələndirirlər:

İstehsalın əhəmiyyətli hissəsinin təmərküzləşməsi sayəsində təsərrüfatın bir yaxud bir neçə sahəsində hökmranlığının təmin edilməsi;

Bazar qiymətlərini diktə etmək imkanına malik olması;

Yüksək inhisar mənfəətinin mənimsənilməsi.

İstehsalda inhisarlar müxtəlif formalarda fəaliyyət göstərirlər. Bu formalar aşağıdakılardır:



Kartel – bir qrup sahibkarın inhisarçı sazişi və uyğun birlik formasıdırş Bu bazarın inhisarlaşması haqqında əsas sövdələşmələrdən biridir. Bir qayda iolaraq, təsərrüfatın sahəsində, əsasən xammal mənbələrinin, satış bazarının bölüşdürülməsi, satışın, işə götürmənin şərtləri, ödəmələrin müddəti, inhisar qiymətlərinin müəyyənləşdirilməsi, patentlərin istifadəsi üzrə meydana gəlir. Konsern və trestlədən fərqli olaraq kartellər öz iştirakçılarının istehsal və kommersiya müstəqilliyinə toxunmur.

Kartellərin müvəffəqiyyətsizliyinə iki amil təsir edir :




Yüklə 74,62 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə