3
GİRİŞ
Müasir dövrdə qabaqcıl iqtisadiyyata malik dünya ölkələrində iqtisadiyyatın
dövlət tənzimlənməsi müxtəlif metod və mexanizmlərlə tənzimlənir. Bütün dünyada
qəbul olunan regional inkişaf mexanizmi və onun öyrənilmə metodları Azərbaycan
Respublikasında da geniş tətbiq olunur. Bunun üçün dövlətin qarşıya
qoyduğu
regionların sosial-iqtisadi inkişaf siyasəti regional inkişafın təminatçısı,
habelə
ölkəmizin bu sahədə uğurlu, tarazlı, davamlı və dinamik inkişafının göstəricisidir.
Bu baxımdan ölkəmizdə regional iqtisadi inkişaf strategiyası qarşıya
qoyulan
məqsədlər və o məqsədlərə çatmağa yönələn hədəflərlə qiymətləndirilir.
Regional siyasət iqtisadi siyasətin əsası olaraq dövlətlə regionlar arasındakı
əlaqəni habelə regionların öz aralarındakı münasibətlərini öyrənir. Bu baxımdan
regional siyasət hər zaman ölkənin iqtisadi siyasəti kimi qiymətləndirilir. İqtisadi
siyasət ümumilikdə bütöv ölkə üçün qiymətləndirilirsə, regional siyasət hər hansı bir
regionun iqtisadi durumu kimi qiymətləndirilir. Beləcə bütün regionların
iqtisadi
uğurları cəmlənərək ölkənin iqtisadi siyasət uğuru “kompozisiyasını” yaradır. Odur
ki, regional inkişafsız ölkə iqtisadi qüdrətini yarada yaxud bərpa edə bilməz.
Ölkənin makroiqtisadi göstəricilərinin artımı, xarici iqtisadi əlaqələrin inkişafı və
əhalinin rifah halının yüksəlməsi dövlətin
iqtisadi siyasəti düzgün
istiqamətləndirilməsidir. Vətəndaşların qayğısına qalmaq,
ölkənin iqtisadi qüdrəti
inkişafı,
təbii resurs, insan kapitalı, normatıv-hüquqi
aktlar daxili idarəetmə
mexanizmləri vasitəsilə tənzimlənir.