SeyyiD ƏLİ ƏKBƏr ocaqnejad



Yüklə 5,56 Mb.
səhifə1/24
tarix11.06.2018
ölçüsü5,56 Mb.
#53332
növüYazı
  1   2   3   4   5   6   7   8   9   ...   24

http://ehliwie-samux.com

SEYYİD ƏLİ ƏKBƏR OCAQNEJAD


BAKI-2003

Bu kitabın müqəddiməsi yazılmalıdır.

Müqəddimə moizə olunmayıb

بِسْمِ اللهِ الرَّحْمنِ الرَّحِيمِ

اَلْحَمْدُ ِللهِ رَبِّ الْعالَمِينَ وَالعاقِبَةُ لِلتَّقوى وَ الْيَقِينِ وَالصَّلوات وَالسَّلامُ عَلى اَشرَف ِ الأَ نْبِياءِ وَالْمُرْسَلِيَنَ حَبِيبِينا وَحَبِيب ِ اِلهِ الْعالَمِينَ اَبِى الْقاسِمِ مُحَمَّدٍ وَعَلى آلِهِ الطَّيِّبِينَ الطّاهِرِينَ َولَعْنَةُ اللهِ عَلى أَعْدا ئِهِمْ أَجْمَعِينَ مِنَ الآنَ اِلى قِيامِ يَوْمِ الدِّينِ

قَالَتِ الْأَعْرَابُ آمَنَّا قُل لَّمْ تُؤْمِنُوا وَلَكِن قُولُوا أَسْلَمْنَا وَلَمَّا يَدْخُلِ الْإِيمَانُ فِي قُلُوبِكُمْ وَإِن تُطِيعُوا اللَّهَ وَرَسُولَهُ لَا يَلِتْكُم مِّنْ أَعْمَالِكُمْ شَيْئًا إِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ آمَنُوا بِاللَّهِ وَرَسُولِهِ ثُمَّ لَمْ يَرْتَابُوا وَجَاهَدُوا بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ فِي سَبِيلِ اللَّهِ أُوْلَئِكَ هُمُ الصَّادِقُونَ

(Qənimət əldə etmək iştahası ilə islama daxil olan) bədəvi ərəblər: “Biz iman gətirdik!” dedilər. (Ya Peyğəmbər! Onlara) de: “Siz (qəlbən) iman gətirmədiniz! Ancaq: “Biz islamı (müəyyən şəxsi məqsəd, mənfəət naminə) qəbul etdik!” deyin. Hələ iman sizin qəlblərinizə daxil olmamışdır. Əgər Allaha və Peyğəmbərinə itaət etsəniz, O sizin əməllərinizdən heç bir şey əskiltməz.

Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən, (iman gətirdikdən) sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə vuruşanlardır! Məhz belələri (imanlarında) sadiq olanlardır”1

İDARƏ VƏ İSLAHEDİCİ AMİLLƏR

Yuxarıda qeyd olundu ki, insanın daxilində iki qüvvə daima mübarizədədir. O qüvvələrin biri insanı xüsusiyyətlər, o biri isə nəfsani qüvvələrdən ibarətdir. İnsanın qiyməti də məhz bu mübarizənin müsbət nəticəsindən asılıdır. Əgər bu mübarizədə insani qüvvələr qələbə çalarsa demək insan kamillik zirvəsinə çatmış olar. Bu mübarizədə qələbə çalmaq üçün insaı hidayət edən elə bir amil lazımdır ki, istər adi halda, istərsə də daxilində nəfsani qüvvələrin coşub daşdığı bir vaxtda harada olmasından asılı olmayaraq onu hidayət edərək islah etsin.

Bu barədə bir çox alimlər öz nəzər və fikrlərini bildirmişlər. Hər alim insan üçün bir amil söyləmiş və bu amilin insanı idarə və islah edə biləcəyini bildirmişdir. Bir neçə amildən ibarətdir ki, onların hansının insanı tam şəkildə idarə və islah olunması barədə tədqiqat aparmağa ehtiyac duyulur. Əvvəl bu amillərlə tanış olaq, sonra o onların hər biri barədə geniş söhbətlərimizə davam edərik.

1. Ağıl

Bəzi alimlər bildirmişlər ki, insanı idarə və islah edən amil ağıldır. Onlar qeyd etmişlər ki, əgər hər bir fərdin və ya bir cəmiyyətin ağlı (pisi yaxşıdan, xeyri şərdən, mərufu münkərdən və nuru zülmətdən seçə biləcəyi qədər) güclü olarsa, demək ağıl həmin insanı və cəmiyyəti tənzimləyə bilər.



2. Elm

Bəzi alimlərin nəzərinə əsasən insanı idarə və islah edən amil elmdir. Bunu söyləyən şəxslərdən birincisi və bu sözün tərəfdarı Əflatun olmuşdur. Tarixdə sonradan bir qrup alim Əflatunun bu sözünü dəstəkləmiş və bu barədə öz nəzərlərini bildirmişlər.

Əflatun demişdir ki, əgər insanda rəzil sifətlərlə fəzilətli sifətləri ayıran və rəzil sifətlərin ziyanlarını, fəzilətli sifətlərin xeyrini bildirən elm olarsa, demək o elm insanı hidayət edə bilər.

3. Qanun

Bəzi alimlərin nəzərinə əsasən insan qanuna riayət edərsə, o qanun onu idarə edə bilər və onu həddini aşmağa qoymaz.



4. Əmr be-məruf və nəhy əz-münkər

Bir sıra alimlər əmr be-məruf və nəhy əz-münkərin insanı və ya cəmiyyəti idarə və islah etmə qüdrətinə malik olduğunu vurğulamışlar. Əgər bir cəmiyyətdə insanlar bir-birini yaxşı işlərə dəvət edib, pis işlərdən çəkindirərsə o cəmiyyət islah olunaraq təkamülə yetişər.



5. İman

Bir çox alimlər isə buyurmuşlar ki, insanı (hansı halda olmasından asılı olmayaraq) idarə və islah edən yeganə amil imandan ibarətdir. Ümumiyyətlə iman üç hissəyə ayrılır.



1. Dildə iman gətirmək.

Alimlər dildə iman gətirməyin insana heç bir fayda vermədiyini söyləmişlər. Çünki, insanın ağlılda və qəlbdə Allaha imanı olmazsa dildə iman gətirməyin ona heç bir faydası yoxdur.



2. Ağıl vasitəsi ilə iman gətirmək.

Bəzi alimlər buyurmuşlar ki, ağlın vasitəsilə iman gətirərsə bu iman insanı idarə və islah edə bilər. Bu iman elm vasitəsilə insan üçün hasil olur. Ağılda olan iman dəlil və sübutlardan ibarətdir və fəlsəfə elmində ona elm deyilir. Yəni dəlil və sübutlarla insana hasil olan iman elm adlanır. Məsələn, İnsan Allahın varlığı, peyğəmbərin peyğəmbərliyi, imamın imaməti və qiyamət barəsində olan elminə ağıl vasitəsi ilə iman gətirməsi deyilir. Bunların hamısı üsulid-dinə aiddir ki, bu da əqli dəlillərin vasitəsilə sübut olunur. Məsələn, nizam-intizamın sübutu əqli dəlillə öz yerini tapır və bu sübutun vasitəsilə insan başa düşür ki, bütün aləmi, nizam-intizamı, yaradan mütləq şüurudur, yəni Allahdır. Beləliklə də ona iman gətirir. İnsanda olan bu imana əqli iman, fəlsəfədə isə elm deyilir.



3. Qəlbi iman.

Fəlsəfədə bu iman mərifət adlanır. Qəlbi iman insanın qəlbinə nüfuz edən bir inamdır. Yəni insan öz qəlbində Allahın ona hakim olmasını və harada olmasına asılı olmayaraq Allahı ona nəzarət edən bir qüvvə olmasını dərk edir. Bütün alimlər bildirmişlər ki, insanın harada və ya hansı halda olmasından asılı olmayaraq onu düz yola yönəldən yeganə amil Allaha qəlbən iman və inam bəsləməsidir. İnsanın ağıl vasitəsilə ələ gətirdiyi iman onu hər yerdə və hər halda bütünlüklə idarə və islah etmək imkanına malik deyildir. Doğrudur, ağıl vasitəsilə ələ gələn iman insanı bəzi hallarda hidayət edə bilər, lakin insanın daxilində qərizələrin tüğyan etdiyi zaman insanın əqli imanı onu idarə və islah etməyə qadir olmur. Məsələn, siqaretin insan üçün ziyanlı olmasını hamı bilir və həkimlər də siqaret barədə öz mənfi nəzərlərini bildirmişlər. Lakin bəzən görünür ki, siqaretin ziyanlarını bilən həmin həkimin özü siqaret çəkir. Yaxud yanacaq doldurma məntəqəsində “Siqaret çəkmək qəti qadağandır” sözü yazılır. Lakin onu ora yazıb vuran şəxsin elə oracada siqaret çəkdiyi müşahidə olunur. Onun öz yazdığı söz onu idarə və islah edə bilmir. O bilir ki, burada siqaret çəkmək böyük bir faciəyə səbəb ola bilər. Lakin ağıl vasitəsilə ələ gətirdiyi bu iman onu idarə və islah etməkdə aciz qalır.

Ümumiyyətlə insanı hər bir halda hidayət edən və tənzimləyən yeganə amil qəlbən insana hasil olan imandır. Ona görə də biz dualarda belə oxuyuruq: “İlahi! Mən səndən elə bir iman istəyirəm ki, həmişə mənim qəlbimdə olsun.”

اِتَّقُوا مَعاصِىَ اللهِ فِى الْخَلَواتِ فَإِنَّ الشّاهِدَ هُوَ الْحاكِمُ

Həzrət Əli(ə) buyurur: “Gizlində də olsa belə Allaha günah etməkdən çəkinin! Çünki sizə şahid olan Allah Özü Qiyamət günü sizə hakim olacaq.”1

Qəlbi iman insanı həm gizli, həm də aşkarda günahlardan qoruyub islah edə bilər. Çünki insan gizlicə günah etmək istədikdə qəlbində Allaha olan iman onu günah etməyə qoymur. Allah insanın harada və hansı halda olmasından asılı olmayaraq onun bütün əməllərini görür və ürəyindən nə keçdiyini bilir. Məsələn, sürücü yolda polisin olmamasından istifadə edib yol hərəkəti qaydalarını pozur. Əgər polis onun yanında olarsa, heç vaxt yol hərəkəti qaydalarını pozmaz. Çünki bilir ki, polis ona nəzarət edir. Əgər qaydanı pozarsa, onu cərimə edəcək.

İnsan harada olursa olsun Allahı öz daxilində ona nəzarət edən qüvvə kimi bilməlidir. Belə olduqda insan heç vaxt qayda-qanunu pozmaz və onun üçün təyin olan həddləri aşmaz.

قَالَ الصَّادِقُ(ع): اَلقَلْبُ حَرَمَ اللِه وَ لا تُسْكِنْ حَرَمَ اللهِ غَيْرَاللهِ

İmam Sadiq(ə) buyurur: “Qəlb Allahın evidir. Allahdan başqasının ora daxil olmasına icazə verməyin.”1

Əgər insan Allahdan başqası üçün öz qəlbidə yer etməsə heç vaxt günah etməz və Allah onun yadından çıxmaz. Hədislərdə vardır ki, mömin (imanlı şəxs) ağır dağa bənzər, hər əsən külək, yağan yağış onu yerindən tərpədə bilməz.”

Yağış dağa yağdığda onun üzərindən qumları və xırda daşları təmizləyər, lakin dağın özünü yerindən oynada bilməz. Dağın üzərində aylarla qar olur, lakin dağ öz yerində olduğu kimi qalır. Mömin möhkəm dağa bənzər ki, heç bir şey onu imanından döndərə bilməz. Əgər insanın imanı möhkəm olarsa onu imandan döndərmək heç zaman mümkün olmaz və o, Qurandan əl götürməz.

Əbdül Məlik ibn Mərvanın Allaha əqli inamı var idi və əqli dəlillərlə Peyğəmbərin peyğəmbərliyini və məadı dərk etmişdir. O məsciddə çox ibadət etdiyinə görə və çox Quran oxuduğuna görə ona məscid göyərçini deyirdilər. Bir gün Mərvan məsciddə əyləşib Quran oxuyurdu. Bir nəfər gəlib onun vəzifəyə seçildiyi xəbərini verdikdə, o Quranı yerə qoyub dedi: “Ey Quran bu günə qədər mənimlə idin, lakin bu gündən sonra səndən ayrılmalı olacağam.” Əbdül Məlik Mərvan vəzifə başında əyləşdikdən sonra hər şeyi yaddan çıxardı və İslamın böyük düşmənlərindən biri oldu. Onun Allaha qəlbən imanı olmadığından belə işlər gördü. Əgər onun Allaha qəlbən imanı olsaydı heç vaxt haqq yoldan azmazdı.

Tarixdə elə şəxsiyyətlər də olmuşdur ki, onların qəlbləri Allah məhəbbətilə dolu idi. Belə şəxsiyyətlər qiyamət gününə qədər yaşayacaq və dillər əzbəri olacaqlar. O şəxsiyyətlərdən biri İmam Əli(ə) idi. Camaat onu özlərinə rəhbər seçmək üçün onun qapısına yığışdılar. İbn Abbas deyir: Mən evə daxil olanda Əlinin(ə) öz çarıqlarını yamadığının şahidi oldum. Dedim: Ya əmirəl-möminin camaat səni özlərinə rəhbər seçmək üçün qapıya yığışıblar. Sənsə evdə əyləşib çarıqlarını yamayırsan?

İmam Əli(ə) çarıqları cütləyib yerə qoydu və məndən soruşdu: İbn Abbas, bu çarıqlara nə qədər qiymət verərsən?

Dedim: Bu ayaqqabıların qiyməti çox azdır, onları heç bir dirhəmə də almazlar.

İmam Əli(ə) buyurdu: Ey ibn Abbas! And olsun Allaha ki, bu çarıqlar mənim üçün rəhbərlik vəzifəsindən daha da qiymətlidir. Lakin mən rəhbərliyi məzlumların haqqını zalımlardan almaq üçün qəbul edirəm.

Həzrət Əlidə(ə) olan bu iman qəlbi iman idi. Belə bir iman insanda olarsa, bu iman insanı hər bir yerdə günahlardan qoruyub saxlayar və onu hidayət edər. İmam Əli(ə) xəlifə olanda da, olmayanda da Allaha ibadət edərkən ağlamağın şiddəti nəticəsində ürəyi gedərdi. Əli(ə) Allaha yalnız Onun Özünə xatir və Ona olan məhəbbətinə görə ibadət edərdi. O Həzrət Allahla münacat edərkən belə deyərdi: “İlahi, mən Sənə Cənnətə getməyə və Cəhənnəmin əzabından nicat tapmağıma görə ibadət etmirəm. Mən yalnız Sənin özünə görə ibadət edirəm. Çünki yalnız Sən ibadətə layiqsən.”

Həzrət Əli(ə) yalnız Allahın razılığı olan işləri görərdi. Həyatı boyu yalnız Allah razılığını qazanmaq üçün çalışmışdı. Yaşlı qadın su apararkən səhəngi ondan alıb kömək edər, yetimlərin başına əl çəkib onların qayğısına qalar, kasıblara əl tutar və bu kimi işlərlə Allah razılığını qazanardı. Hamı bilirdi ki, Əli(ə) harada olsa haqq da oradaır.

Həzrət Peyğəmbər(s) onun barəsində buyurmuşdu: “Əli haqq ilədir və haqq da Əli ilə.”

Bir qrup müsəlmanlar Peyğəmbərin(s) hüzurunda idilir. Həzrət Peyğəmbər(s) Əlinin(ə) əlindən tutub buyurdu: “Harada olmasından asılı olmayaraq Əli(ə) Quranladır və Quranda Əli ilə .”

Həzrət Əliyə(ə) baxarkən sanki Quran ayələri gözə görünürdü. Quran ayələri o Həzrətin simasında təsəvvür olunurdu.

İmam Hüseyn(ə) Əlinin(ə) oğlu idi. O da öz işlərini yalnız Allahın razılığını və Allah dininin diri qalması üçün görərdi. İmam Hüseyn(ə) buyurdu: “Əgər Mühəmməd(s)-in dini mənim ölümümlə diri qalacaqsa, onda ey qılınclar doğrayın məni!”

Qəlbində Allaha imanı olan şəxslər öz razılığını yox, yalnız Allahın razılığı olan işlərə can atar və o işləri görərlər. Hansı işdə Allah razılığı olarsa, o işin içində olmalıdır.

Məcnunun Leyliyə olan məhəbbətinə nəzər salanda görürük ki, Məcnun Leyliyə gərə hər şeyi qurban verməyə hazır idi. Əgər Leyli od-alovun içində belə olsaydı Məcnun da özünü odun içinə atmağa razı idi. Çünki Məcnun Leylini ürəkdən istəyirdi. Əgər insan bir şeyi ürəkdən istəyərsə onun üçün heç bir çətinlik olmaz.

Bilal Həbəşi Allaha qəlbən iman gətirdi. Ona nə qədər əzab-əziyyət verdilərsə yenə də Allahı səsləyirdi. Çünki, o Allaha ürəkdən iman gətimişdi.

Bu bəhsdə biz insanı idarə və islahedici amillərlə qısa da olsa belə tanış olduq və bildik ki, insanın qəlbində Allaha inam və iman olmazsa o biri amillər insanı tam şəkildə idarə və islah edə bilməz. İndi isə biz islahedici amillərin hər biri barədə geniş söhbətlərə keçirik.



AĞIL

Bəzi alimlərin tədqiqatına əsasən insanın ağlı güclü olarsa və yaxşını pisdən ayırd edə bilərsə o ağıl insanı və cəmiyyəti hidayət edib təkamülə çatdıra bilər. Bu sözün doğru olub-olmamasını araşdırmağa ehtiyac vardır. Biz bilməliyik ki, görəsən ağıl insanı hər bir halda idarə və islah edə bilərmi? Bunu bilmək üçün ağılın tərifini bilmək lazımdır.

Ağılın mahiyyətinin nə olduğunu heç kəs müəyyənləşdirə bilmir. Bu cövhərin nə olduğu heç kəsə bəlli deyildir. Lakin biz onun xüsusiyyətlərindən və keyfiyyətindən xəbərdarıq. Quran ağıla çox böyük qiymət vermişdir. Lakin onun mahiyyəti barədə bir söz qeyd etməmişdir. Quran ağlın mahiyyəti barədə bir söz buyurmadığına görə biz də onun həqiqətini bilmirik. Biz yalnız ağılın səmərəsinin düşüncə və fikir olduğunu bilirik və düşüncəli insana da ağıllı insan deyirik. Kimin fikri gözəldirsə, demək onun ağlı da gözəldir.

İmam Sadiq(ə) buyurur: “Ağıllı insanla axmaq insanın fərqi budur ki, ağıllı insan həmişə fikirləşər, sözü ölçüb-biçdikdən sonra danışar, işlərini fikir və düşüncə ilə həyata keçirər. Lakin axmaq insan isə əksinə, əvvəl danışar, işləri xarab edər, sonra da peşmançılıq çəkər.”

Bizdən “ağıl nədir?” –deyə soruşduqda biz bu suala belə cavab veririk. Ağılın səmərə və bəhrəsinin düşüncə və fikir olduğunu bilirik, lakin onun mahiyyətini dərk etmirik.

Allah-təala bu barədə “Rəd” surəsinin 4-cü ayəsində buyurur:

إِنَّ فِي ذالِكَ لَآياتٌ لِقَوْمٍ يَعْقِلُونَ

“Şübhəsiz ki, bunda da (ağıllı) anlayıb dərk edən insanlar üçün Allahın nişanələri və əlamətlər vardır.”

Bu ayədən məlum olur ki, məhz ağıllı insanlar həmişə düşünüb fikirləşər və Allahın nişanələri ilə Onu tanıyarlar.

İmam Sadiq(ə)-dan “ağıl nədir?”- Deyə soruşduqda imam belə cavab verərək buyurdu: “Ağıl odur ki, insan onun vasitəsilə Allahı tanıyıb Ona ibadət etsin və onun vasitəsilə Cənnəti qazansın.”

Əgər bir insan Allahı tanıyarsa və ona ibadət edərsə və ya Cənnəti qazanarsa demək o şəxs ağıllı insandır. Bunların hamısı ağılın bəhrələridir. Başqa bir ayəyə diqqət yetirək. Bu ayədə bir qrup insanlar Cəhənnəmə gedərkən belə deyəcəklər:

وَقَالُوا لَوْ كُنَّا نَسْمَعُ أَوْ نَعْقِلُ مَا كُنَّا فِي أَصْحَابِ السَّعِيرِ

“Əgər biz eşitsəydik və ağlımızı başımıza yığsaydıq Cəhənnəm əhli içində olmazdıq.”1

Bu ayə açıq aydın olur ki, ağılsız insanlar heç vaxt Cənnətə gedə bilməzlər.

Allah-təala “Zümər” surəsinin 18-ci ayəsində belə buyurur:

الَّذِينَ يَسْتَمِعُونَ الْقَوْلَ فَيَتَّبِعُونَ أَحْسَنَهُ أُوْلَئِكَ الَّذِينَ هَدَاهُمُ اللَّهُ وَأُوْلَئِكَ هُمْ أُوْلُوا الْأَلْبَابِ

“O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Məhz onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də məhz onlardır!”

Bu ayə insanlara bildirir ki, yalnız ağıl sahibləri öyüd nəsihəti və haqqı qəbul edərlər, Allah da onları doğru yola yönəldər.

Qurani-Kərim ağıla çox üstünlük vermişdir. Təfsir alimləri qeyd etmişlər ki, Rum surəsinin 28-ci ayəsindən başqa Quranda ağıl barədə ayə olmasaydı belə bu ayənin özü ağlın fəzilətli olması barədə kifayət edərdi. Allah-təala bu ayədə belə buyurur:

كَذَلِكَ نُفَصِّلُ الْآيَاتِ لِقَوْمٍ يَعْقِلُونَ

“Biz (Allahın nişanələrini) və ayələrimizi ağılla düşünən bir qövm üçün belə ətraflı izah etdik.”

Bu ayədən belə məlum olur ki, Quranın hədəflərindən biri də ağıla tərbiyə verməkdən ibarətdir. Quran bu ayədə ağıla çox qiymət verərək onu qiymətləndirir. Yəni hər kəsin ağlı çox olarsa Quran ona daha çox hörmət edir.

Mərhum Koleyni “Üsuli-Kafi” kitabında İmam Sadiq(ə)-dan belə bir hədis nəql etmişdir. “Allah ağılı yaratdıqdan sonra onunla söhbət etdi və ağıla hər nə əmr etdisə ağıl əmrə tabe oldu və onu hər nədən çəkindirdisə ağıl ondan çəkindi. Bir sözlə ağıl Allahın bütün əmrlərinə tabe oldu. Allah-təala ağıla xitab edərək buyurdu: “İzzət və cəlalıma and olsun, mən səni şərəfli bir varlıq olaraq xəlq etdim. Və çox istədiyim şəxsə də kamil ağıl verərəm.”

Sonra Allah-təala buyurdu: “Mən insanlara onların ağlına görə cəza və savab verərəm.”

Yəni Allah-təalanın insanlara əcr və ya cəza verməsi onların ağlına görədir və əsas meyar da ağıldır.

İmam Sadiqdən(ə) bu barədə olan ikinci hədis belədir: “Ağıl odur ki, insanın əməlləri onun vasitəsilə ölçülür.”

Əgər insanın ağlı az olarsa onun əməlinin çoxluğuna qiymət verilməz. Çünki burada əsas meyar əməlin çoxluğu yox, ağılın çoxluğudur.

İmam Sadiq(ə) bu hədisi buyurduqdan sonra bir rəvayəti əlavə etdi: “Bir adada abid yaşayırdı və Allaha çox ibadət edərdi. Mələklər gördülər ki, o abid Allaha gecə gündüz ibadət edir, lakin onun əməl dəftərinə az savab yazılır. Mələklər Allaha təəccüblə dedilər: “İlahi, o Sənə gecə gündüz ibadət edir, lakin onun nameyi əməlinə az savab yazılıb. Bunun səbəbi nədir? Allah-təala mələklərə onunla söhbət etməyi əmr etdi. Mələklər gəlib bir gecə-gündüz söhbət etdikdən sonra gördülər ki, o abidin ağılı çox yüngül və azdır. Başa düşdülər ki, Allah ağılı yüngül və az olan şəxslərə çox ibadət etsələr belə savab yazmır. Çünki insanın əməlini onun ağıl keyfiyyətləndirir. Əgər ağlı az olarsa, əməlin keyfiyyəti də az olar.

Yuxarıda qeyd etdiyimiz ayə və hədislər ağlın fəzilət və şərafəti barəsində idi. Lakin əsas məqsədimiz budur ki, ağıl bu qədər fəzilət və şərafətilə hər bir halda insanı idarə edə bilərmi? İnsana ağıldan başqa idarə və islah edən bir amil lazımdırmı?

Bu sualların cavabında belə qeyd etmək lazımdır ki, ağıl insanı adi hallarda idarə edə bilər. Lakin insanın daxilində şəhvət hisləri cuşa gəldikdə və ya heyvani qərizələr insanın daxilində baş qaldırdıqda ağıl tamamilə kənarda qalır və insanı idarə etməyə qüdrəti çatmır. Məsələn bir cavanın daxilində şəhvət cuşa gəlib tüğyan etdikdə onun gözləri artıq pisliyi görmə qabiliyyətindən düşər. Yəni görəcəyi işin aqibətini düşünməyi unudar. Çünki artıq şəhvət onun ağlını aradan aparmışdır. Əgər insanda qəlbən Allaha iman olmasa ağıl təklikdə onu idarə edə bilməz. Allah-təala “Yusif” surəsinin 24-cü ayəsində buyurur:

وَلَقَدْ هَمَّتْ بِهِ وَهَمَّ بِهَا لَوْلا أَن رَّأَى بُرْهَانَ رَبِّهِ كَذَلِكَ لِنَصْرِفَ عَنْهُ السُّوءَ وَالْفَحْشَاء إِنَّهُ مِنْ عِبَادِنَا الْمُخْلَصِينَ

“Doğurdan da, (qadın) ona meyl salmışdı. Əgər Rəbbinin dəlilini görməsəydi (imanın ən yüksək mərhələsi olmasaydı), (Yusif də) ona meyl edərdi. Biz pisliyi və biabırçılığı (zinanı) ondan sovuşdurmaq üçün belə etdik. O, həqiqətən, Bizim sadiq bəndələrimizdəndir!”

Züleyxa ilə Yusif bir otaqda idilər. Onların ikisindən başqa heç kəs yox idi. Orada Yusifi günahdan saxlayan Allaha qəlbən imanı olması idi. Züleyxa öz bütünün üzərinə bir parça atdı. Yusif soruşdu: Niyə bütün üzərinə parça saldın? Züleyxa dedi: Bizi görməsin deyə mən onun üzərinə parça atdım. Yusif dedi: Sən görməyən, eşitməyən bir bütdən həya edib utandığın halda, mən necə hər bir şeyi görüb-eşidən Allahımdan həya etməyim və utanmayım?

İnsanın daxilində şəhvət tüğyan etdiyi zaman ağıl onu idarə edə bilməz. Bu zaman insana qəlbən iman lazımdır ki, onu idarə və islah etsin. Çünki şəhvət ağılı aradan aparar.

Bu bəhsimizin nəticəsində bir daha qeyd edirik ki, ağıl insanı adi halda islah edə bilər, lakin qərizələr insanın daxilində tüğyan etdiyi zaman qəlbi iman olmazsa ağıl insanı idarə və islah edə bilməz.

ELM

Bir sıra alimlərin nəzərinə əsasən insanı hidayət edən ikinci amil elm və bilikdən ibarətdir. Bu sözün əsas tərəfdarı Əflatun və onun şagirdləri olmuşdur. Əflatun demişdir ki, elm insanı hidayət etmək imkanına malikdir. Əgər fərdin yaxud cəmiyyətin elmi olarsa, o elm onları hidayət edər və heyvani qərizələrdən qoruyub saxlayar. Çünki hər hansı fərd yaxud cəmiyyət müəyyn bir əməlin mənfi və müsbət cəhətlərini bilərsə, rəzalət və fəzilətə elm taparsa belə bir elm insanı və cəmtyyəti hidayət edə bilər. Bu fikir Əflatun və onun şagirdlərinin nəzəriyyəsidir.

İndi biz Əflatunun bu sözünün nə dərəcədə düzgün olması barədə tədqiq edəcəyik. Görəsən Əflatunun dediyi kimi bu elm insanı hər bir halda idarə və islah edə bilərmi? Bunu bilmək üçün elmin tərifini bilmək lazımdır.

Əlbəttə, elm çox mühüm, dəyərli və qiymətli olan bir şeydir. İslam dinində də elmə verilən qiymət başqa heç bir şeyə verilməmişdir. Yəni İslam dini elm öyrənməyi çox təkid edərək insanın bilik öyrənməsini vacib saymışdır. Quranda da təxminən 1000 ayə elm barəsində nazil olmuşdur. Hətta Alla-təala İslam Peyğəmbəri ilə ilk dəfə söhbət edərkən və o Həzrəti Peyğəmbərliyə təyin edərkən onunla elm barədə söhbət etmişdir. Allah-təala “Ələq” surəsində belə buyurur:

اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ (1)خَلَقَ الْإِنسَانَ مِنْ عَلَقٍ (2) اقْرَأْ وَرَبُّكَ الْأَكْرَمُ(3) الَّذِي عَلَّمَ بِالْقَلَمِ(4) عَلَّمَ الْإِنسَانَ مَا لَمْ يَعْلَمْ(5)

1. Yaradan Rəbbinin adı ilə oxu!

2. O insanı laxtalanmış qandan yaratdı.

3. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir!

4. O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi.

5. O Rəbbin ki, insana bilmədiklərini öyrətdi.

Allah peyğəmbərlə ilk dəfə söhbət etdikdə onunla elm barədə söhbət olunması çox mühüm bir məsələ idi. Şəhid Sani1 öz kitabında bu ayələr barədə belə qeyd etmişdir: Allahın Peyğəmbərə nazil etdiyi bu ilk surədə peyğəmbərin 23 illik proqramını müəyyənləşdirmişdir. Çünki, Peyğəmbərin(s) bütün işlərini öyrənib-öyrətmək prinsipi əsasında qurulmuşdur. “Cümə” surəsinin 2-ci ayəsində bu məsələyə işarə olunmuşdur.

هُوَ الَّذِي بَعَثَ فِي الْأُمِّيِّينَ رَسُولًا مِّنْهُمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَإِن كَانُوا مِن قَبْلُ لَفِي ضَلَالٍ مُّبِينٍ

“Əksəriyyəti yazıb oxumaq bilməyən ərəblərə özlərindən peyğəmbər göndərən Odur. O Peyğəmbər əvvəllər haqq yoldan açıq-aşkar azsalar da onlara (Allahın) ayələrini oxuyar, onları (günahlardan, şirk, və küfr çirkabından) təmizləyər, onlara Kitabı, hikməti və elmi öyrədər.”

Bu ayələrdən məlum olur ki, peyğəmbərin Allah tərəfindən göndərilməsində əsas məqsədlərdən biri də bu olmuşdur.

Elm barədə bizim Peyğəmbər və imamlardan bir çox hədislərimiz vardır ki, onları nəinki bir kitabda, bəlkə cildlərlə kitablar yazılsa, yenə də o hədislərin ardı arası kəsilməz. Nümunə üçün bir neçə hədisi nəzərnizə çatdırıram. Şəhid Sani “Münyətül-Mürid” kitabında Həzrət Peyğəmbərdən(s) belə bir rəvayət nəql edir:

خرخ رَسُول الله(ص) فإذا فى المسجد مجلسان. مجلس يتفقهون و مجلس يدعون الله تعالى و يسئلونه. فقال: كلا المجلسين الى خير. اما هؤلاء فيدعون الله و اما هؤلاء يتعلمون و يتفقهون الجاهل. هؤلاء افضل. باالتعليم ارسلت. ثم قعد معهم

1. Bir gün həzrət Peyğəmbər(s) məscidə daxil olanda orada iki dəstənin şahidi oldu. Bir dəstə fiqh və bu kimi elmləri öyrənib öyrətməklə o biri dəstə isə Allaha ibadət və dua etməklə, məşğul idilər. Həzrət Peyğəmbər(s) hər iki dəstəyə nəzər salaraq buyurdu: “Hər iki dəstənin məclisi xeyirli və bərəkətlidir. Birinci dəstənin məclisi ona görə xeyirli və bərəkətlidir ki, onlar Allaha ibadət və dua edirlər. İkinci dəstənin məclisi isə ona görə xeyirli və bərəkətlidir ki, onlar elm öyrənib öyrətməklə məşğuldular. Lakin elm bu dəstənin məclisi dua və ibadət edənlərin məclisindən daha fəzilətlidir. Mənim də Allah tərəfindən insanlara gəlməyimdən məqsədim elm öyrətmək olmuşdur.” Sonra həzrət Peyğəmbər(s) gəlib elmlə məşğul olan dəstənin məclisində əyləşdi. 1

Bu ayə və hədislərdən bir fakt kimi başa düşürük ki, islam dini elm və biliyə çox əhəmiyyət verir.

قال رَسُول الله(ص): من احب ان ينظر الى عتقاء الله من النار فلينظر الى المتعلمين... و شهدت الملائكة انهم عتقاء الله من النار

2. Həzrət Peyğəmbər(s) buyurur: “Hər kəs Allahın Cəhənnəmindən nicat tapıb azad olan islanlırı tanımaq istəsə, elm öyrənənlərə baxsın... Mələklər onların odda yanmamalarına şəhadət verəcəklər.1

Şəhid Sani “Münyətül-mürid” kitabında yazır ki, mən Qurani-Kərimdə dərəcat (dərəcələr) sözünü yalnız dörd yerdə görmüşəm. Yəni Allah-təala Quranda dörd yerdə dərəcələr sözünü bəyan etmişdir. Sonra Şəhid Sani Cənnətin dərəcələrini kimlərə məxsus olduğunu açıqlayar.

1) Bədr döyüşündə Peyğəmbərin(s) yanında ölümə hazır olan möminlər barədə Allah-təala belə buyurur:


إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ إِذَا ذُكِرَ اللّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَإِذَا تُلِيَتْ عَلَيْهِمْ آيَاتُهُ زَادَتْهُمْ إِيمَانًا وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ أُوْلَـئِكَ هُمُ الْمُؤْمِنُونَ حَقًّا لَّهُمْ دَرَجَاتٌ عِندَ رَبِّهِمْ وَمَغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ

“Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər. Allhaın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər.

(Vaxtlı-vaxtında lazımınca) namaz qılar və verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər.

Onlar həqiqi möminlərdir. Onların öz Rəbbi yanında dərəcələri vardır. Onları (qiyamət günü) bağışlanma və (Cənnətdə) tükənməz (gözəl, minnətsiz) ruzi gözləyir!1

2) Allah-təala Qurani-Kərimdə ikinci yerdə dərəcələr sözünü mücahidlərə (Allah yolunda cihad edənlərə) dair nazil etmişdir. “Nisa” surəsinin 95,96-cı ayələrində mücahidlər barədə belə buyurur:

لاَّ يَسْتَوِي الْقَاعِدُونَ مِنَ الْمُؤْمِنِينَ غَيْرُ أُوْلِي الضَّرَرِ وَالْمُجَاهِدُونَ فِي سَبِيلِ اللّهِ بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ فَضَّلَ اللّهُ الْمُجَاهِدِينَ بِأَمْوَالِهِمْ وَأَنفُسِهِمْ عَلَى الْقَاعِدِينَ دَرَجَةً وَكُـلاًّ وَعَدَ اللّهُ الْحُسْنَى وَفَضَّلَ اللّهُ الْمُجَاهِدِينَ عَلَى الْقَاعِدِينَ أَجْرًا عَظِيمًا دَرَجَاتٍ مِّنْهُ وَمَغْفِرَةً وَرَحْمَةً وَكَانَ اللّهُ غَفُورًا رَّحِيمًا


“Zərər çəkmədən (üzürsüz) evlərində əyləşən möminlərlə Allah yolunda öz malları və canları ilə cihad edən (vuruşan) şəxslər bərabər olmazlar. Allah malları və canları ilə vuruşanları evlərində əyləşənlərdən (cihada getməyənlərdən) dərəcə etibarı ilə üstün tutdu. Allah bunların hamısına (hər ikisinə) savab vəd etmişdir. (Lakin) Allah mücahidlərə evlərində oturanlardan daha böyük mükafatla imtiyaz vermişdir. Onları Allah tərəfindən yüksək dərəcələr, bağışlanmaq və mərhəmət gözləyir. Allah bağışlayandır, rəhm edəndir!”

Bu ayədə Allah-təala yüksək dərəcələri Onun yolunda cihad edənlərə verəcəyini vəd etmişdir.

Bu ayədən də açıq aydın məlum olur ki, allah-təala Cənnətin yüksək dərəcələrini yaxşı işlər gxrənlərə, saleh əməlləi insanla və Allahın əmrlərinə tabe olub, Onun çəkindirdiyi işlərdən çəkinənlərə vəd etmişdir. Qeyd etmək lazımdır ki, Allah-təala yaxşı sözlər danışanlara yox, yalnız yaxşı və xeyirli işlər görənlərə, əməlisaleh insanlara bu məqamı verəcəkdir. Çünki mümkündür bir insan yaxşı söz danışan olsun lakin əmələ gəldikdə isə görünür ki, əməlisaleh insan deyil.

3) Quranda vəd olunan üçüncü dərəcələr əməlisaleh insanlar barədə nazil olmuşdur. Allah-təala Taha surəsinin 74,75-ci ayələrində yaxşı iş görənlər və saleh əməllər edənlər barəsində belə buyurur:


إِنَّهُ مَن يَأْتِ رَبَّهُ مُجْرِمًا فَإِنَّ لَهُ جَهَنَّمَ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيى

وَمَنْ يَأْتِهِ مُؤْمِنًا قَدْ عَمِلَ الصَّالِحَاتِ فَأُوْلَئِكَ لَهُمُ الدَّرَجَاتُ الْعُلَى

“Kim Rəbinin hüzuruna günahkar kimi gələrsə, onu Cəhənnəm (əzabı) gözləyir. Orada nə ölər nə də yaşayar. (Cəhənnəm əhli nə ölü kimi ölü, nə də diri kimi diridir, əbədi əzaba düçar olub bir gün görməz.)

Kim (Rəbbinin hüzuruna) yaxşı əməllər etmiş bir mömin olaraq gələrsə, belələrini ən yüksək dərəcələr gözləyir.”

4) Nəhayət dördüncü “dərəcələr” sözü Quranda alimlər barəsində bəyan olunmuşdur. Allah-təala Quranda “Mücadilə” surəsinin 11-ci ayəsində alimlər barədə belə buyurur:


... يَرْفَعِ اللَّهُ الَّذِينَ آمَنُوا مِنكُمْ وَالَّذِينَ أُوتُوا الْعِلْمَ دَرَجَاتٍ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ

“Allah da sizdən iman gətirənlərin və (xüsusilə) elm bəxş edilmiş (elm öyrənmiş) kimsələrin dərəcələrini ucaltsın.”


Biz bu ayədən nəticə alırıq ki, İslam dini elm və biliyə çox böyük əhəmiyyət verir. Bu ayədə Allah-təala bizə bəyan edir ki, Cənnətin dərəcələri yalnız imanlı alimlərə bəxş olunacaq. Həmin bu ayədə Allah-təala birinci imandan sonra elmdən söhbət açır. Qısaca desək imansız alimlərə Cənnətin heç bir dərəcəsi verilməyəcək. Ümumiyyətlə Quranda elm barədə çox ayələr vardır. Allah-təala elmli insanları elmsiz insanlardan üstün tutmuş və onların arasında böyük fərq olduğunu bəyan etmişdir. Şəhid Sani “Münyətül-mürid” kitabında belə yazır: Quranda bir neçə şeyi bir-biri ilə fərqli olduğu bəyan olunmuşdur.

Nümunə üçün o ayələri sizin nəzərnizə çatdırıram

1. Allah-təala birnici haramla halalın bir-birindən fərqli olması barədə “Mücadilə” surəsinin 100-cü ayəsində belə buyurur:

قُل لاَّ يَسْتَوِي الْخَبِيثُ وَالطَّيِّبُ وَلَوْ أَعْجَبَكَ كَثْرَةُ الْخَبِيثِ فَاتَّقُواْ اللّهَ يَا أُوْلِي الأَلْبَابِ لَعَلَّكُمْ تُفْلِحُونَ

“(Ya Məhəmməd!) De: “(Ey insan!) Murdar (haram) şeyin çoxluğu xoşuna gəlsə belə, murdarla təmiz (haramla halal) bir ola bilməz. Ey ağıl sahibləri, Allahdan qorxun ki, bəlkə, nicat tapasınız.”

2. Görən insanla kor insanın fərqini Allah-təala “Fatir” surəsinin 19-ci ayəsində belə buyurur:


وَمَا يَسْتَوِي الْأَعْمَى وَالْبَصِيرُ

Kor ilə görən eyni olmaz.

3. Allah-təala zülmətlə nurun, işıqla qaranlıqın fərqli olmasını həmin surənin 20-ci ayəsində belə buyurur:

وَلَا الظُّلُمَاتُ وَلَا النُّورُ

Zülmətlə nur da eyni deyildir!

4. 21-ci ayədə Allah-təala sərinlə istinin bərabər olmadığını bəyan edir:

وَلَا الظِّلُّ وَلَا الْحَرُورُ

Kölgə (sərin) ilə isti eyni olmaz.

5. Quranda Allah-təala dirilərlə ölülərin eyni olmadığını həmin surənin 22-ci ayəsində belə buyurur:


وَمَا يَسْتَوِي الْأَحْيَاء وَلَا الْأَمْوَاتُ إِنَّ اللَّهَ يُسْمِعُ مَن يَشَاء وَمَا أَنتَ بِمُسْمِعٍ مَّن فِي الْقُبُورِ إِنْ أَنتَ إِلَّا نَذِيرٌ

Dirilərlə ölülər də eyni deyillər! Şübhəsiz ki, Allah istədiyinə (ayələrini) eşitdirər. Sən isə (ya Peyğəmbər!) qəbrlərdə olanlara (haqqı) eşitdirən deyilsən! Sən ancaq (insanları Allah əzabından) qorxudan bir peyğəmbərsən.

6. “Həşr” surəsinin 20-ci ayəsində Cəhənnəm əhli ilə Cənnət əhlinin bir olmaması barədə belə buyurur:

لَا يَسْتَوِي أَصْحَابُ النَّارِ وَأَصْحَابُ الْجَنَّةِ أَصْحَابُ الْجَنَّةِ هُمُ الْفَائِزُونَ

“Cəhənnəm əhli ilə Cənnət əhli eyni ola bilməz. Cənnət əhli nəcat tapıb (əbədi) səadətə qovuşanlardır!

7. Nəyhayət Allah-təala “Zümər” surəsinin 9-cu ayəsində bilənlərlə bilməyənlərin, elimli insanlarla cahil insanların fərqini belə bəyan edir.


قُلْ هَلْ يَسْتَوِي الَّذِينَ يَعْلَمُونَ وَالَّذِينَ لَا يَعْلَمُونَ إِنَّمَا يَتَذَكَّرُ أُوْلُوا الْأَلْبَابِ

“(Ey Peyğəmbər!) De: “Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! (Allahın ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar!”

Bu ayədən də açıq aydın məlum olur ki, alim insanlarla cahil insanlar, biliklilərlə savadsızlar eyni dərəcədə ola bilməzlər. Şəhid Sani yazır ki, bütün bu ayələrin kökünə qayıdanda, görünür ki, bu ayələrin hamısının kökü və əsli elmə qayıdır.

Yuxarıda qeyd etdiymiz ayələr elm və biliyin fəzilətli olmasına dair olan ayələrdən ibarətdir. İndi isə elm barədə olan bir neçə hədis və rəvayətlərdən, Peyğəmbər və İslam xəlifələrinin elmin inkişafı üçün gördüyü işlərdə bir neçəsini nəzərnizə çatdırıram.


Peyğəmbər və İslam xəlifələrinin elmin inkişafı üçün gördüyü işlər.

Allahın Quranda elm barədə buyurduğu ayələrdən əlavə Peyğəmbər və imamlardan elm barədə bir çox hədis və rəvayətlərdə vardır. Onlar elm və biliyə çox əhəmiyyət verərək öz əməlləri və hərəkətləri ilə onu təstiqləmiş, elmin inkişafna çox böyük əhəmiyyət vrmişlər. Nümunə üçün tarixin bu barədə olan hadisələrindən bir neçəsini nəzərnizə çatdırıram.

1. Bədr müharibəsi müsəlmanların qələbəsilə sona yetdi. Müsəlmanlar müşriklərdən bir qrupunu əsir tutmuşdular. Onları Mədinəyə gətirdilər. Əsirlərin bəzilərinin pulları olduğundan özlərini azad edərək müsəlmanların nəzarəti altında yaşadılar. Lakin pulu olmayan əsirlər özlərini azad edə bilmədilər. Həzrət Peyğəmbər(s) pulu olmayan əsirlərə buyurdu: Savadı olanların hər biri 10 müsəlmana elm və savad öyrədərsə onlar azad olunacaqlar. Bu müsəlmanlarda çox böyük təsir qoydu. Peyğəmbərin səhabələrindən bir neçəsi onlardan dərs alıb onların elmindən istifadə etdilər. O cümlədən Zeyd ibn Sabit də əsirlərdən dərs almışdır.

2. Harun ər-Rəşidin tarixinə nəzər saldıqda görürük ki, onun da öz zamanında elmin inkişafında böyük rolu olmuşdur. O öz xəlifəliyi dövründə bir neçə ölkəyə başçılıq edirdi. O başçılıq etdiyi ölkələrin bütün məscidləri yanında elmi məktəblərin tikilməsini əmr etdi.

3. Harun ər-Rəşiddən sonra Məmun xəlifə Abbasiin xəlifəliyi dövründə Rum imperatoru üçüncü Mişelə qələbə çaldıqdan sonra onunla bir neçə şərtdən ibarət olan sülhnamə imzaladı. O sülhnamənin şərtlərindən biri də bu oldu ki, Mişel Yunan kitablarının hərəsindən bir nüsxə bizə verməlidir. Onun bu şərti sülhnaməyə salmasından məqsədi bu olmuşdu ki, bir sıra tərcüməçilərin vasitəsilə o kitabları müxtəlif dillərə tərcümə etdirsin və camaatın istifadəsinə versin.


4. Tarixlərdə qeyd olunmuşdur ki, Məmunun öz dövründə İslam mədəniyyətini genişləndirmək üçün müxtəlif dilləri bilən Həccac ibn Mətər, ibni Bətriq kimi tərcüməçiləri elmi, ədəbi, riyazi, fəlsəfi və s. kimi kitabları müxtəlif dillərdən (Yunan, kəldan, hind, pəhləvi, latın, fars və s. dillərinə) tərcümə etmək üçün müxtəlif ölkələrə səfərbər etmişdir. Məmun tərcümə olunmuş kitabları cəmləşdirib kitabxanalara yığırdı. Tarixdə vardır ki, tərcüməçilərin tərcümə edib gətirdiyi kitablar təxminən 100 dəvə yükü qədər olmuşdur. Məmun onların çəkdiyi zəhmətlərin haqqını da beytül-maldan verərdi. Məmunun bu hərəkətindən də bizə aydın olur ki, o da elmin vüsət tapmasına və genişlənməsinə böyük yol vermişdir.

Buna əsasən də məlum olur ki, elm çox əhəmiyyət daşıyır. Qeyd olunan Quran ayələri, Həzrət Peyğəmbər(s)in, İmamların buyurduqları və xəlifələrin məscidlərin nəzdində mədrəsələr tikdirməsi onu bildirir ki, elimsiz din insana heç bir fayda verməz.



Elmdən məqsəd

Qeyd olunan rəvayətlər elmin insanlar üçün çox əhəmiyyət daşımasını bizlərə bir daha sübut edir. Lakin burada qarşıya belə bir sual çıxır. İslamın üstünlük verdiyi və Alimin bir damla mürəkkəbinin şəhid qanından üstün bildiyi elm hansı elmdən ibarətdir? Görəsən islam dininin elmə verdiyi əhəmiyyət hər bir elmə aid edilirmi?

Bu sualın cavabı belədir ki, İslam dini bizlərə hansı elmin, yuxarıda sadaladığımız fəzilətlərə aid olduğunu və insan üçün daha çox əhəmiyyət kəsb etdiyini bəyan etmişdir. Bu barədə Peyğəmbər və imamlardan bir çox hədislər mövcuddur. Onların bir neçəsini nəzərnizə çatdırıram.

1. قال رسول الله(ص): مَنْ جَائَهُ الْمَوْتُ وَ هُوَ يَطْلُب الْعِلْمَ لِيُحْيِى بِهِ الْإِسْلامَ كانَ بَيْنَهُ وَ بَيْنَ الْأَنْبِياءِ دَرَجَةٌ واحِدَةٌ فِى الْجَنَّةِ

1. Həzrət Peyğəmbər(s) buyurur: “Hər kim İslamın diri qalması üçün elm öyrəndiyi zaman dünyadan gedərsə onun Cənnətdə dərəcəsi Peyğəmbərlərin dərəcəsindən bir bir pillə aşağıda olacaqdır.”1

Burada qeyd etmək lazımdır ki, söhbət İslamın xeyrinə olmayan və müsəlmanların dərdinə yaramayan elmdən söhbət getmir. Deməli əsl elm odur ki, müxtəlifliyindən asılı olmayaraq islamın və müsəlmanların dərdinə dəysin.

2. قال رسول الله(ص): مَنْ خَرَجَ يَطْلُبَ بَابًا مِنَ الْعِلْمِ لِيَرِدَ بِه باطِلاً اِلى حَقٍّ وَ ضالاً الِى هُدى كانَ عَمَلُهُ لِعِبادَةِ اَرْبَعِينَ عامًا

2. Həzrət Peyğəmbər(s) buyurur: “Hər kəs evdən çıxıb haqqı batildən ayırmaq üçün və azğın insanları hidayət etmək üçün elm öyrənməyə gedərsə onun bu əməli 40 illik (müstəhəb) ibadətdən daha fəzilətlidir.” 1

Burada bir mətləbi xatırlamaq lazımdır ki, elm öyrənmək o demək deyil ki, insan vacib olan əməlləri tərk etsin və desin ki, mən elm öyrənirəmsə bu mənim üçün ibadətdir və daha mənə namaaz oruc lazım deyil. Bu fikir səhv bir fikirdir. İnsan elm öyrənməklə yanaşı Allahın vacib etdiyi əməlləri də mütləq yerinə yetirməlidir.

3. Bir gün həzrət Peyğəmbər(s) məscidə daxil olarkən camaatın bir nəfərin başına toplandığını gördü. İrəli gəlib soruşdu: Bunun ətrafına toplaşmaqdan məqsədiniz nədir? Dedilər: Ya Rəsuləllah bu əllamədir1. Həzrət buyurdu: Siz əllamə kimə deyirsiniz? Dedilər: Bu şəxs ərəblərdə bütün nəsəblərini və kimin hansı nəsəbə məxsus olduğunu bilir. Bu ərəblər arasında olan hadisələrin hamısını bilir və ərəblərin şerlərinin çoxunu əzbərləyib. Ona görə də biz onun ətrafına toplaşıb ondan ərəblər arasında olan hadisələrdən soruşuruq. O da bizim üçün həmin hadisələrdən danışır və müxtəlif şerlər oxuyur.

قال رسول الله(ص): ذاك علم لا يضر من جهله ولا ينفع من عمله. ثم قال: انما العلم ثلاثة: 1. آية محكمة, 2. او فريضة عادلة, 3. او سنة قائمة. وما خلاهن فضل

Həzrət Peyğəmbər(s) buyurdu: “Onun bildiyi elm elə bir elmdir ki, bir şəxs onu bilməsə ziyan çəkməz və bu elmi bilsə də onun üçün böyük bir mənfəəti olmaz. Həqiqi elmə gəldikdə isə elm üç növddür: 1.Ayətun möhkəmə. 2.Fərizətun adilə. 3.Sünnətün qaimə. Bu elmləri oxuyub öyrənən insanlara böyük fəzilətlər bəxş olunur. Bu elmlərdən əlavə öyrənilən elmlərin heç biri bu üç elmin fəlilətinə malik deyildir.”

Yaxşı olar ki, Peyğəmbərin buyurduğu bu üç elmin barəsində qısaca məlumatı nəzərnizə çatdırım.

Möhkəm ayələr İslam idealogiyasından ibarətdir. Yəni insan bu aləmi və onu yaradanı tanımağı, Onun insanlara kitab nazil etdiyini, Peyğəmbərlərin göndərildiyini, Peyğəmbərdən sonra insanları hidayət edən imamlar təyin etməsini və insanlar öləndən sonra bu dünyada etdiyi əməllər barədə Allah qarşısında sorğu sual olmasını öyrənib bilməlidir. Bir sözlə desək insan üsulid-dini elminə malik olmalıdır.

Fərizətun adilə – ona deyilir ki, insan ona ziyan və xeyir verən xislətləri öyrənsin, əxlaq elminə malik olsun və müsəlmanların dərdinə dəyən hər bir elmi öyrənsin. Məsələn, riyaziyyat, fizika, tibb və bu kimi elmləri islamın və müsəlmanlara xidmət etmək üçün öyrənməlidir. Əgər bir şəxs müsəlmanların xeyrinə və dərdlərinə dərman etmək üçün tibb elmini öyrənirsə demək onun öyrəndiyi bu elm Allahın verdiyi həmin fəzilətə malikdir.

Sünnətün qaimə - şəriət hökmlərindən ibarətdir. Yəni insan bilməlidir ki, ona halal və haram olan şeylər hansılardır.

Ümumiyyətlə hər bir müsəlman gərək dinin qayda qanunlarını və gündəlik hökmlərini öyrənsin. Öz dininin qanunlarını və hökmlərinin bilməyən şəxslər tənqid olunmuşdur.

4. قَالَ رَسُولُ اللهِ(ص): مَنْ لَمْ يَتَفَقَّهُ فِى الدِّينِ فَهُوَ أَرْابِى

4. Həzrət Peyğəmbər(s) buyurur: “Halal haramını və şəri məsələlərini bilməyən şəxs ərabidir.”

Ərabi cahillik vaxtlarında öz qızlarını diri-diri basdıran kafirlərə deyilir.

5. قَالَ رَسُولُ اللهِ(ص): اَلْكَمَالُ كُلِّ الْكَمَالِ التَفَقَّهُ فِى الدِّينِ

5. Həzrət Peyğəmbər(s) buyurur: “İnsanı təkamülə çatdıran amil dininin qayda-qanunlarını və hökmlərini öyrənməsidir.”

6. Ümumiyyətlə Quranda elmə çox böyük əhəmiyyət və qiymət verilmişdir. Quranda elmin inkişafı nəticəsində kəndin şəhərə çevrilməsinə işarə olunmuşdur. Yasin surəsində Əntakiyyə şəhərinin barəsində belə nəql olunur.

وَاضْرِبْ لَهُم مَّثَلاً أَصْحَابَ الْقَرْيَةِ إِذْ جَاءهَا الْمُرْسَلُونَ

“(Ya Peyğəmbər!) Sən onlara kənd əhlini misal çək ki, onlara elçilər göndərdik.”1

Yasin surəsinin bu ayəsində Allah-təala o məntəqənin kənd adlandırır. Çünki orada hələ elm inkişaf və vüsət tapmamışdır. Allahın elçiləri gəlib orada elmin tədrisi və dinin təbliği ilə məşğul oldular.

Sonra Allah-təala həmin surənin 20-ci ayəsində artıq o məntəqənin adını şəhər adlandırır.

وَجَاء مِنْ أَقْصَى الْمَدِينَةِ رَجُلٌ يَسْعَى قَالَ يَا قَوْمِ اتَّبِعُوا الْمُرْسَلِينَ

“Şəhərin ən ucqar yerindən bir kişi gəlib dedi: Ey qövm! Elçilərə tabe olun!”

Bu ayələrdən açıq aydın məlum olur ki, nə qədər Əntakiyyəyə peyğəmbər və alim gəlməmişdi ora kənd “qəryə” kənd adlanırdı. Lakin o kəndə peyğəmbərlər və alimlər gəldikdən sonra və onlar orada dərs deməyə və elm öyrətməyə başladıqda o kənd şəhərə çevrildi. Yəni bir məntəqədə inkişaf və mədəniyyətin olması orada məhz alimlərin və elmin olmasından asılıdır.

Buna görə də insan mütləq elmlə məşğul olmalı və öz yaşadığı cəmiyyətdə ya alim, ya da elm öyrənən olmalıdır.

7. قَالَ عَلِىٌّ(ع): اَلنّاسُ ثَلاثَةٌ: عَالِمٌ, مُتَعَلِّمٌ, اَوْ هَمَج

7. Həzrət Əli(ə) buyurur: “İnsanlar üç hissədir: alimlər, elm öyrənənlər və həməclər.”1

8. قَالَ الصادق(ع): اَلنّاسُ ثَلاثَةٌ: عَالِمٌ, مُتَعَلِّمٌ, اَوْ رعاء

8. İmam Sadiq(ə) buyurur: “İnsanlar üç hissədir: alimlər, elm öyrənənlər və rüalar.”2

Qeyd olunan ayə və hədislərdən başa düşürük ki, elmin fəzilət və əhəmiyyəti çoxdur. Bir incəliyi də qeyd etmək lazımdır ki, camaata xidmət edən və ya bir iş görmək istəyən şəxs gərək alim olsun. Əgər camaata xidmət edən və bir iş görmək istəyən şəxs elmli olmazsa o camaata xidmət edə bilməz və etdiyi işlərin hamısını xarab edər. Ataların bu barədə belə bir misalı vardır. “Cahil insan qaşı düzəltmək istər, vurub gözü çıxarar.” Buna görə də cahil və elmsiz adamın zərəri xeyrindən çox olar.

İmam Sadiqin(ə) dövründə bir nəfərin çox təqvalı və elmli olduğunu o Həzrətə danışdılır. Bu söhbətin üstündən bir müddət keçəndən sonra İmam həmin şəxslə bazarda rastlaşdı. Gördü ki, o, bazardan iki nar və iki çörək oğurladı. çörəkləri və narları götürüb apardı və iki yoxsul şəxsə payladı. İmam onu çağırıb buyurdu: Niyə belə edirsən? O soruşdu: Sən kimsən? İmam buyurdu: Mən Peyğəmbərin balası və Allahın höccətiyəm.

Həmin şəxs dedi: Sən Allahın höccəti ola ola bilmirsən ki, Allah Quranda buyurur, bir günah edən şəxsə bir cəza və bir savab əməl edənə on savab verilər?

مَن جَاء بِالْحَسَنَةِ فَلَهُ عَشْرُ أَمْثَالِهَا وَمَن جَاء بِالسَّيِّئَةِ فَلاَ يُجْزَى إِلاَّ مِثْلَهَا

Mən dörd oğurluq etdim dörd günah qazandım. Onun əvəzində oğurladığım dörd şeyi kasıblara paylamaqla 40 savab qazandım.

İmam Sadiq(ə) buyurdu: Sən səhv düşünürsən. Sən 40 savab qazanmamısan. Əksinə olaraq 8 günah iş görmüsən. Dörd günah şeyləri oğurladığına görə, dördü isə o malların sahiblərinin icazəsi olmadan malını payladığına görə.

Buana görə də insanın elmi olmadan bir iş görə bilməz. Yaxşı bir iş görmək istədikdə nəticədə fəsad edər.

Yuxarıda elm barədə etdiymiz söhbətlərin nəticəsi budur ki, elmin fəziləti həddən artıq çoxdur. Lakin görəsən elm bu qədər şərafət və fəzilət ilə insanı və ya bir cəmiyyəti hər bir halda idarə və islah edə bilərmi?

Bu sualın cavabı belədir ki, elm eynilə ağıl kimi insanı adi hallarda islah edə bilər. Məsələn məhkəmələrdə adətən böyük alimlərin iştirakı çox az müşahidə olunur. Çünki onlar alim olduqları üçün pis bir işə əl atıb cinayət etmirlər. Məlum məsələdir ki, elm insanı adi hallarda idarə edə bilir. Lakin insanın daxilində şəhvət, qəzəb, vəzifə atəşi şölələndikdə və onun nəfsani qüvvələrin coşduqda elm təklikdə onu heç cür idarə və islah edə bilməz. İnsanın idarə və islah olması üçün ona elmdən əlavə iman da lazımdır. Əgər insanın elmi olub imanı olmazsa onda insan Lenin kimi, Mirzə Məhəmməd Bab kimi və Əbdül Vəhhab kimi bir diktator olacaq. Əgər Əbdül Vəhhabın elmi olmasaydı milyonlarla insanı bədbəxt etməzdi. Leninin elmi olmasaydı bu qədər milləti qırdıra bilməzi. Əgər bunlar kimi insanların elmləri olmasaydı onlar minlərlə xəyanətkarlığa əl atıb milyonlarla günahsız insanları vəhşicəsinə qırdırmazdı. Onların daxilində dünyapərəstlik şəhvəti onların daxilində coşub tüğyan etdikdə minlərlə insanın qətlinə imza çəkmişlər. Elmləri onları idarə və islah edə bilmədi. Çünki onların imanı yox idi. Əgər onlarda iman olsaydı heç vaxt bü cür xəyanətkarlığa əl atmazdılar.

Buna görə də hər bir halda (istər şəhvətin tüğyan etdiyi zaman istərsə də qərizələrin insan daxilində coşduğu zaman) idarə və islah olması üçün onda elmdən əlavə imanın olmasına ehtiyac duyulur. Çünki elmin özünün də idarə edilməyə ehtiyacı var və onu idarə edən yeganə amil imandır. Elmi olub imanı olmayan insanları Allah təala tənqid edərək “Cümə” surəsinin 5-ci ayəsində belə buyurur: “Onlar belində çoxlu kitab daşıyan ulağa bənzərlər.”

Musa peyğəmbərin zamanında Bələm Baura adlı müqəddəs bir şəxs yaşayırdı. O elə bir şəxs idi ki, Allah onun dualarını qəbul edərdi. O Bəni İsrailin ən tanınmış və görkəmli alimlərindən idi. Onun elmi var idi, lakin iman onun qəlbinə daxil olmamışdı. Firon mal-dövlət vasitəsilə yavaş-yavaş onu öz tərəfinə çəkdi. O da mal-dövlət həvəsinə düşüb haqq yoldan azdı və Musa peyğəmbərdən ayrılıb Fironun yanına getdi. Allah da ona verdiyi məqamı onun əlindən aldı. Allah-təala Quranda onun barəsində belə buyurur:

وَاتْلُ عَلَيْهِمْ نَبَأَ الَّذِيَ آتَيْنَاهُ آيَاتِنَا فَانسَلَخَ مِنْهَا فَأَتْبَعَهُ الشَّيْطَانُ فَكَانَ مِنَ الْغَاوِينَ وَلَوْ شِئْنَا لَرَفَعْنَاهُ بِهَا وَلَـكِنَّهُ أَخْلَدَ إِلَى الأَرْضِ وَاتَّبَعَ هَوَاهُ فَمَثَلُهُ كَمَثَلِ الْكَلْبِ إِن تَحْمِلْ عَلَيْهِ يَلْهَثْ أَوْ تَتْرُكْهُ يَلْهَث

“(Ya Məhəmməd!) Onlara ayələrimizi verdiyimiz kimsənin xəbərini də söylə. O, imandan döndü. Şeytan onu özünə tabe etdi və o, haqq yoldan azanlardan oldu.

Əgər biz istəsəydik, onu ucaldardıq. Lakin o, yerə (dünyaya) meyl edib nəfsani istəklərinə uydu. O elə bir köpəyə bənzəyir ki, üstünə cumsan da dilini çıxarıb ləhləyər, cummasan da. (Onun üçün heç bir fərqi yoxdur.)”1

Qeyd olunan ayədən məlum olur ki, insanın elmi nə qədər çox olsa, imanı da gərək çox olsun. Çünki onun imanının zəif olması çox xətərli və zərərlidir.

Bu bəhsdən belə nəticə alırıq ki, elm təklikdə insanı bütün hallarda islah etmək imkanına malik olmur. Çünki insanın daxilində nəfsani istəklər baş qaldırdıqda elm onu idarə və islah edə bilmir. Buna görə də insanın hər bir halda islah olması üçün onda qəlbi imanın olması lazımdır.

QANUN

Yuxarıda insanı hidayət edən iki amil barədə söhbət etdik. Qeyd etmək lazımdır ki, o amillər insanı daxildən idarə edir. Lakin bir sıra amillər də vardır ki, insanı kənardan idarə etmək imkanına malikdir. İnsanı kənardan idarə edən amillərdən bir qanundur. Bəzi alimlərin tədqiqatına əsasən qanun nsanın idarə və islah olunmasına səbəb olan amillərdən biridir. İndi burada axtarış aparmaq lazımdır ki, görəsən qanun insanı bütün hallarında və daxilində qərizələrin coşub tüğyan etdiyi zaman onu idarə və islah edə bilərmi? Bunu bilmək üçün bizə qanunun mahiyyəti barədə tanışlıq lazımdır.



İsan və qanun

Alimlər demişlər ki, insan əslində mədəni bir varlıqdır və o öz yaşayışını ictimai şəkildə başladığı gündən həmişə qanuna ehtiyacı olmuşdur. bütün cəmiyyətlərdə az da olsa belə qanun olmuşdur və bu cəmiyyətlər o qanunun təsiri altında yaşamışlar. Tarix boyu insan qanunsuz olmamışdır. İndi görək İslam dini qanuna nə kimi əhəmiyyət verir.

Çox aydın bir məsələdir ki, İslamda da qayda-qanun vardır və İslam dini qanuna böyük əhəmiyyət verir. Fiqh kitablarına nəzər saldıqda görürük ki, onların hamısı insanlar üçün bir qanundur. Bu kitablarında insanlar üçün möhkəm qanunlar bəyan edilmişdir. Quranın özündə də fiqhi qanunlar rəsmi şəkildə bəyan olunmuş və o qanunların insanlar arasında icra olunmasına təkid olunmuşdur. Nümunə üçün qanun barədə bir neçə ayə qeyd edirik:

1. Bəqərə surəsinin 179-cu ayəsində Allah-təala belə buyurur:

وَلَكُمْ فِي الْقِصَاصِ حَيَاةٌ يَاْ أُولِيْ الأَلْبَابِ لَعَلَّكُمْ تَتَّقُونَ

“Ey ağıl sahibləri, bu qisas (qisas hökmü) sizin üçün həyat deməkdir. Ola bilsin ki, bununla pis əməldən (qətldən) çəkinəsiniz.”

Bu ayədə “ qisas sizin üçün həyat deməkdir.” deyildikdə, o demək deyildir ki, yalnız qisas hökmü ilə insan nicat tapır və ya insanın həyatı onunla bağlıdır. Allah sadəcə olaraq qanunlar barədə bir misal çəkir. Yəni qanun sizin üçün belədir və qisas da qanunlardan biridir. Bu ayədən məlum olur ki, insanların ictimai yaşayışı həmişə qanunun sayəsində diri qalmış və irəliləmişdir.

2. Allah-təala “Ənam” surəsinin 153-cü ayəsində insanlara bir sıra işləri əmr edib və bir sıra işlərdən çəkindirdikdən sonra buyurur:

وَأَنَّ هَـذَا صِرَاطِي مُسْتَقِيمًا فَاتَّبِعُوهُ وَلاَ تَتَّبِعُواْ السُّبُلَ فَتَفَرَّقَ بِكُمْ عَن سَبِيلِهِ ذَلِكُمْ وَصَّاكُم بِهِ لَعَلَّكُمْ تَتَّقُونَ

“Şübhəsiz ki, bu Mənim doğru yolumdur. Onu tutub gedin. Sizi Allahın yolundan sapdıracaq (müxtəlif) yollara (hər yerindən durana və hər özündən bir-iki kitab yazanın və ya oxuyunların sözlərinə) uymayın. Allah sizə bunları tövsiyə etdi ki, bəlkə, pis əməllərdən çəkinəsiniz.”

Allah-təala bu ayələrdə bir sıra qanunları sadaladıqdan sonra insanlara açıq-aydın buyurur: “Bu mənim yolumdur və bu yolla gedin.” Yəni düz yol insanın qanunlarla uyğunlaşması ilə əlaqədardır. Quranın başqa ayələrində və Əhli-beyt(s)-ın bir çox hədislərində qanuna böyük əhəmiyyət verilmişdir. Biz bu ayələrdən qanunun insan üçün çox əhəmiyyət kəsb etdiyini və hər hansı bir cəmiyyətin qanuna ehtiyaclı olduğunu başa düşürük. Lakin burada qarşıya belə bir sual çıxır ki, görəsən qanun bu gözəllik və əzəmətilə insanı təklikdə və qərizələrin coşub tüğyan etdiyi zaman onu idarə və islah edə bilərmi? Cavab belədir ki, qanun da o bir amillər kimi insanı adi hallarda islah edə bilir, lakin insanın nəfsi coşub daşdıqda qanunun onu təklikdə idarə və islah etməyə gücü çatmır. Çünki qanunun bir sıra nöqsanları və çatışmamazlığı olduğu üçün insanı bütün hallarda idarə və islah edə bilmir. Buna görə də insanı qanundan əlavə hidayət etmək üçün qəlbən iman da lazımdır. İndi biz qanunun nöqsan və çatışmımızlıqlarını araşdıracağıq.


Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin