## İxtisas: Psixologiya ## Qrup: 412, 413, 414 ## Bölmə


##num=11// level= 1// sumtest= 20 //name= Psixologiyanın tədrisində biliklərin yoxlanılması və qiymətləndirilməsi formaları/



Yüklə 0,72 Mb.
səhifə11/14
tarix16.12.2018
ölçüsü0,72 Mb.
#86143
1   ...   6   7   8   9   10   11   12   13   14

##num=11// level= 1// sumtest= 20 //name= Psixologiyanın tədrisində biliklərin yoxlanılması və qiymətləndirilməsi formaları/


T1-7; T2-5; T3-5; T4-3

201. Verilənlərdən biri aralıq yoxlama və qiymətləndirməyə aid deyil:

A) bura yoxlama işləri, test, zaçot və imtahan aiddir.

B) bütün təlim kursunun öyrənilməsi nəticəsinə görə müəyyən edilir.

C) onun qiymətləndirilməsinin forma və tipləri tədris müəssisələri tərəfindən aparılır.

D) buraya praktik və laborator məşğələlər aiddir.

E) təlim kursunu aparan müəllim özü attestasiyanı həyata keçirir.



202. Tələbələrin bilik, bacarıq və vərdişlərinin cari, aralıq və yekun yoxlama və qiymətləndirilməsi hansı dövrdə həyata keçirilir?

A) müsahibə dövründə;

B) attestasiya dövründə;

C) semest imtahanı dövründə;

D) dövlət imtahanı dövründə;

E) praktiki fəaliyyət dövründə



203. Tələbələrin bilik, bacarıq və vərdişlərinin yoxlanlması və qiymətlən- dirilməsinin səmtləşdirmə funksiyası hansı hallarda həyata keçirilir?

A) müəllim təkcə qiymət vermir, həm də tələbənin verdiyi cavabların nəticələrinin məzmununu xarakterizə edir.

B) cari qiymətləndirmədə tələbələr əldə etdikləri bilik, bacarıq və vərdişləri nə dərəcədə mənimsədiklərini özləri üçün təyin edirlər.

C) belə yoxlama və qiymətləndirmədə tələbələrin təlim materiallarını öyrənmələri üçün stimul yaradır.

D) müəllim yoxlama yazı işlərinin yerinə yetirilməsinin vəziyyətini yoxlayır.

E) Bu funksiya cari yoxlama və qiymətləndirməni yerinə yetirir.



204. Tələbələrin bilik, bacarıq və vərdişlərinin yoxlanlması və qiymətləndiril- məsinin stimullaşdırılması nə zaman icra olunur?

A) yoxlama əməliyyatının aparılması üçün mühüm əhəmiyyətli meyarlar olarsa;

B) yoxlama və qiymətləndirmə tələbələrin təlim materialını öyrənmələri üçün zəruri stimul sayılarsa;

C) praktik fəaliyyəti yerinə yetirmək üçün zəruridirsə;

D) müəllim təlim prosesində zəruri meyarlardan imtahanda və yoxlama işlərində düzgün istifadə edərsə;

E) meyarlar əsasında tələbələr nəyi və necə öyrəndiklərini özləri üçün dəqiq müəyyən edə bilsələr



205. Tələbələrin bilik, bacarıq və vərdişlərinin yoxlanılması və qiymətləndiril- məsinin attestasiyalı və nəzarətedici funksiyasının mahiyyəti nədən ibarətdir?

A) bu funksiya aralıq və yekun attestasiyada həyata keçirilir.

B) bu funksiya müəyyən təlim mərhələsində tələbələrin bilik, bacarıq və vərdişləri mənimsəməsində təzahür edir.

C) bu funksiya növbəti təlimə hazırlığı müəyyən etmək üçün zəruridir.

D) bu funksiya əmək fəaliyyətini yerinə yetirmək üçün mühümdür.

E) müvafiq bilikləri əldə etmək bacarığına yiyələnən tələbə məşğələlərdə də ona doğru səmtləşdirir.



206. Bunlardan biri yoxlama və qiymətləndirmənin prinsipinə aid deyil?

A) obyektivlik və vahidlik;

B) inkişafetdirici və öyrədici;

C) sistematiklik və sistemlilik;

D) məxfilik və etibarlılıq;

E) etibarlılıq və diferensiallaşdırma



207. Biliklərin qiymətləndirilməsində normativ qiymətləndirmə necə həyata keçirilir?

A) belə qiymətləndirmədə bilik etalonları həyata keçirilmir.

B) bu qiymətləndirmə tələbələrin normalara müvafiq bilikləri mənimsəməsi dərə- cəsini müəyyən edib imtahan götürən tərəfindən qiymətləndirilir.

C) bu zaman tələbələr tərəfindən nümayiş etdirilən biliklər tam və dəqiq şəkildə qiymətləndirilir.

D) bütövlükdə gündəlik qiymətləndirmə təcrübəsi dolayı yolla qiymətləndirmənin normal bölgüsünü aparır.

E) belə qiymətləndirmədə tələbələrin cəhd göstərmələri və ona nail olmaları, eləcə də biliyin müəyyən etalonları həyata keçirilir.



208. Tələbələrin bilik, bacarıq və vərdişlərinin yoxlama və qiymətləndirmə formalarına uyğun olanları seçin:

1- əsas yoxlama və qiymətləndirmə;

2- cari yoxlama və qiymətləndirmə;

3- başlanğıc yoxlama və qiymətləndirmə;

4- aralıq yoxlama və qiymətləndirmə;

5- yekun yoxlama və qiymətləndirmə;

A) 2, 4, 5;

B) 1, 3, 4;

C) 3, 4, 5;

D) 1, 2, 4;

E) 2, 3, 5

209. Tələbələrin bilik, bacarıq və vərdişlərinin yoxlanlması və qiymətləndiril- məsinin əsas funksiyalarına uyğun olanları ayırın:

1- səmtləşdirmə;

2- sistemləşdirmə;

3- attestasiyalı və nəzarətedici;

4- stimullaşdırıcı;

5- inkişafetdirici

A) 2, 3, 4;

B) 1, 2, 3;

C) 3, 4, 5;

D) 1, 3, 5;

E) 1, 4, 5

210. Yoxlama və qiymətləndirmənin prinsiplərinə uyğun olanları seçin:

1- sistematiklik;

2- məxfilik;

3- inkişafetdirici;

4- sistemlilik;

5- öyrədici;

A) 1, 4, 5, 2;
B) 1, 2, 3, 4;

C) 3, 5, 1, 4;

D) 2, 3, 4, 1;

E) 2, 4, 1, 5



211. Psixologiyadan biliklərin qiymətləndirilməsində hansı tip qiymətləndir- mədən istifadə olunur? Uyğun olanları ayırın:

1- adekvat qiymətləndirmə;

2- normativ qiymətləndirmə;

3- situativ qiymətləndirmə;

4- nəticələrin bölgüsü əsasında qiymətləndirmə;

5- sistematik qiymətləndirmə

A) 1, 3, 4, 5;

B) 1, 2, 3, 4;

C) 4, 5, 1, 3;

D) 2, 4, 1, 5;

E) 3, 4, 5, 1

212. Yoxlama və qiymətləndirmənin sistematiklik prinsipi nə ilə nəticələnir? Uyğun olanları seçin:

1- bu prinsip qiymətləndirmənin subyektiv rəyindən asılı olaraq tələbənin biliyinin zəruri qiymətləndirilməsi ilə nəticələnir.

2- bu prinsip qiymətləndirici proseduraların müntəzəm və ardıcıl olaraq aparılması ilə nəticələnir.

3- bu prinsip qiymətləndirici proseduraların sistematik aparılması ilə nəticələnir.

4- bu prinsip qiymətləndirici proseduraların sistemli şəkildə aparılması ilə nəticə- lənir.

5- bu prinsip təlimin empirik materialarının və bu qanunayğunluqların praktikada tətbiqi əsasında tələbələrin biliyinin qiymətləndirilməsi ilə nəticələnir.

A) 1, 3, 4, 5

B) 3, 4, 5, 2;

C) 1, 2, 4, 5;

D) 2, 3, 4, 5;

E) 2, 3, 4, 1;

213. Nəticələrin bölgüsü əsasında qiymətləndirməyə aid olanların ardıcıllığını müəyyən edin:

1- belə qiymətləndirmədə bir tələbənin qiyməti digər tələbələrin qiymətindən asılı olur.

2- belə qiymətləndirmədə ciddi, qəti surətdə bilik etalon nümayiş etdirilmir, belə qiymətlər real qiymətləndirmə prosesində dəyişir.

3- belə real qiymətləndirmədə qiymətlər dəyişmir.

4- bir tələbənin aldığı yüksək və ya aşağı qiymət ondan qabaqkı tələbənin aldığı qiymətdən asılı olaraq həyata keçir.

5- bu cür qiymətləndirmədə obyektiv çətinliklər özünü göstərir.

A) 1, 3, 4, 5

B) 2, 3, 4, 5;

C) 2, 4, 5, 1

D) 4, 5, 3, 1;

E) 1, 2, 4, 5;

214. Biliklərin qiymətləndirilməsində normativ qiymətləndirmə necə həyata keçirilir?Ardıcıllığı müəyyən edin:

1- bu qiymətləndirmə tələbələrin normalara müvafiq bilikləri mənimsəməsi dərə- cəsini müəyyən edib imtahan götürən tərəfindən qiymətləndirilir.

2- belə qiymətləndirmədə bilik etalonları həyata keçirilmir.

3- bu zaman tələbələr tərəfindən nümayiş etdirilən biliklər tam və dəqiq şəkildə qiymətləndirilir.

4- bütövlükdə gündəlik qiymətləndirmə təcrübəsi dolayı yolla qiymətləndirmənin normal bölgüsünü aparır.

5- belə qiymətləndirmədə tələbələrin cəhd göstərmələri və ona nail olmaları, eləcə də biliyin müəyyən etalonları həyata keçirilir.

A) 2, 3, 4, 5;

B) 1, 3, 4, 5;

C) 1, 2, 3, 4;

D) 3, 4, 2, 5;

E) 1, 2, 5, 3

215. Aralıq yoxlama və qiymətləndirməyə aid olanların ardıcıllığını müəyyən edin:

1- buraya praktik və laborator məşğələlər aiddir.

2- bütün təlim kursunun öyrənilməsi nəticəsinə görə müəyyən edilir.

3- onun qiymətləndirilməsinin forma və tipləri tədris müəssisələri tərəfindən aparılır.

4- bura yoxlama işləri, test, zaçot və imtahan aiddir.

5- təlim kursunu aparan müəllim özü attestasiyanı həyata keçirir.

A) 3, 4, 1, 2;

B) 1, 2, 3, 4;

D) 4, 2, 5, 1;

E) 5, 4, 3, 1

C) 2, 3, 4, 5;
216. Tələbələrin bilik, bacarıq və vərdişlərinin yoxlama və qiymətləndirmə formalarının ardıcıllığını müəyyən edin:

1- nəticəvi yoxlama və qiymətləndirmə;

2- cari yoxlama və qiymətləndirmə;

3- başlanğıc yoxlama və qiymətləndirmə;

4- aralıq yoxlama və qiymətləndirmə;

5- yekun yoxlama və qiymətləndirmə

A) 2, 4, 5, 1;

B) 1, 3, 4, 5;

C) 3, 4, 5, 1;

D) 1, 2, 4, 3;

E) 2, 3, 5, 4

217. Tələbələrin bilik, bacarıq və vərdişlərinin yoxlanlması və qiymətləndiril- məsinin əsas funksiyaları nın ardıcıllığını müəyyən edin:

1- səmtləşdirmə;

2- sistemləşdirmə;

3- attestasiyalı;

4- nəzarətedici;

5- inkişafetdirici

A) 1, 2, 3; 4;

B) 2, 3, 4; 5;

C) 3, 4, 5; 1;

D) 1, 3, 5; 4;

E) 1, 4, 5; 3

218. Uyğunluğu müəyyən edin:

I- Tələbələrin bilik, bacarıq və vərdişlərinin hansı yoxlama və qiymətləndirmə formaları vardır?

II- Psixologiyadan biliklərin qiymətləndirilməsində hansı tip qiymətləndirmədən istifadə olunur?

1- sistemli qiymətləndirmə;

2- cari yoxlama və qiymətləndirmə;

3- vahid qiymətləndirmə;

4- aralıq yoxlama və qiymətləndirmə;

5- yekun yoxlama və qiymətləndirmə

A) I- 1, 3, 4; II- 2, 3;

B) I- 2, 4, 5; II- 1, 3;

C) I- 3, 4, 5; II- 1, 2;

D) I- 1, 3, 5; II- 3, 4;

E) I- 2, 3, 4; II- 4, 5;

219. Uyğunluğu müəyyən edin:

I- Nəticələrin bölgüsü əsasında qiymətləndirməyə nələr daxildir?

II- Yoxlama və qiymətləndirmənin prinsipləri hansılardır?

1- Belə qiymətləndirmədə bir tələbənin qiyməti digər tələbələrin qiymətindən asılı olur.

2- inkişafetdirici;

3- Bir tələbənin aldığı yüksək və ya aşağı qiymət ondan qabaqkı tələbənin aldığı qiymətdən asılı olaraq həyata keçir.

4- öyrədici;

5- obyektivlik;

6- Bu cür qiymətləndirmədə obyektiv çətinliklər özünü göstərir.

A) I- 2, 4, 5; II- 1, 4, 5;

B) I- 2, 3, 4; II- 1, 2, 3;

C) I- 1, 3, 6; II- 2, 4, 5;

D) I- 3, 4, 5; II- 3, 4, 5;

E) I-1, 2, 3; II- 1, 3, 4



220. Uyğunluğu müəyyən edin:

I- Tələbələrin bilik, bacarıq və vərdişlərin yoxlanması və qiymətləndirilməsinin funksiyaları hansılardır?

II- Yoxlama və qiymətləndirmənin prinsipləri hansılardır?

1- səmtləşdirmə;

2- inkişafetdirici;

3- stimullaşdırıcı;

4- öyrədici;

5- attestasiyalı;

6- obyektivlik;

7- nəzarətedici

A) I- 2, 3, 4, 5; II- 3, 4, 6;

B) I- 2, 3, 4, 6; II- 3, 4, 5;

C) I- 1, 2, 3, 4; II- 1, 2, 3;

D) I- 1, 3, 5, 7; II- 2, 4, 6;

E) I- 1, 4, 5, 6; II- 2, 3, 5


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin