## İxtisas: Psixologiya ## Qrup: 412, 413, 414 ## Bölmə


#num=9// level= 1// sumtest= 20 //name= Psixologiyanın tədrisində dərsin tipləri və onların təşkilinə verilən tələblər/



Yüklə 0,72 Mb.
səhifə9/14
tarix16.12.2018
ölçüsü0,72 Mb.
#86143
1   ...   6   7   8   9   10   11   12   13   14

#num=9// level= 1// sumtest= 20 //name= Psixologiyanın tədrisində dərsin tipləri və onların təşkilinə verilən tələblər/


T1-7; T2-5; T3-5; T4-3

161. Verilənlərdən biri dərsə aid deyil:

A) dərs tədris prosesinin sadə və əsas komponentidir.

B) dərs sinif şəraitində şagirdlərin iştirakı ilə keçirilən məcburi məşğələdir.

C) dərs müəllimin rəhbərliyi altında sabit cədvəl əsasında keçirilən məşğələdir.

D) müəllimin fikir və hisslərini əks etdirən pedaqoji prosesin həlledici hissəsidir.

E) dərs şagirdlərin idrak fəallığının idarə edilməsi prosesidir.


162. Dərsin pedaqoji-psixoloji məzmunu nədən ibarətdir?

A) dərs müəllim və tələbələrin kollektiv və fərdi qarşılıqlı fəaliyyətinə yönəldilən prosesdir.

B) dərs yalnız tərbiyənin əsas təşkilat formasıdır.

C) tələbələrin bilik, bacarıq və vərdişlərə yiyələnməsinə yönəldilmiş prosesdir.

D) inkişaf, ünsiyyət, birgə münasibət və qabiliyyətlərin təkmilləşdirilməsinə istiqa- mətlənən prosesdir.

E) müəllimin pedaqoji ustalığının həyata keçirilməsini təmin edən prosesdir.



163. Tələbələrin (şagirdlərin) nöqteyi-nəzərindən dərs nədir?

A) dərs tərbiyənin təşkilat formasıdır.

B) idrak və yaradıcı fəallığın düzgün idarə edilməsidir.

C) dərs elmi, praktiki və sosial inkişaf, sosial təcrübənin mənimsənilməsi pro- sesidir.

D) dərs təlimin təşkilat formasıdır.

E) dərs müəllimin fikir və hisslərini əks etdirən pedaqoji prosesin həlledici hissəsidir.



164. “Müəllimin dərs ili üçün sabit tərkibli şagird qrupunun kollektiv idrak fəaliyyətinə (və həyata düzgün münasibətin formalaşdırılması prosesinə) konkret rejim üzrə (həm də kollektivin hər bir üzvünün fərdi xüsusiyyətlərini nəzərə almaqla) bilavasitə rəhbərlik etməsi prosesinə dərs deyilir.” Dərsə verilən bu fikir kimlərə məxsusdur?

A) Prof. Ə.Ağayev;

B) Prof. H.Əlizadə;

C) Prof. L.Qasımova;

D) Prof. B.Əhmədov və prof. A.Rzayev;

E) Prof. A.Abbasov



165. “Müvafiq sinifdə cədvəl üzrə müəyyən vaxt ərzində təhsil proqramına uyğun təşkil edilən məşğələyə dərs deyilir”. Dərsə verilən bu fikir kimlərə aiddir?

A) Prof. B.Əhmədov

B) Prof. Ə.Ağayev;

C) Prof. A.Abbasov;

D) Prof. H.Əlizadə;

E) Prof. N.Kazımov və prof. Ə.Həşimov;



166. Dərsə verilən tələblər neçə qrupa ayrılır?

A) 3;


B) 2;

C) 4;


D) 5;

D) 8;


167. Dərsin neçə psixoloji xüsusiyyəti var?

A) 6;


B) 2;

C) 4;


D) 5;

E) 3


168. Müəllimin nöqteyi-nəzərindən dərs nədir? Uyğun olanları seçin:

1- dərs tələbələrin idrak və yaradıcı fəallığının düzgün idarə edilməsidir.

2- müəllim və şagirdlərin qarşılıqlı təsiri ilə şərtlənən prosesdir.

3- dərs praktiki təcrübənin mənimsənilməsi prosesidir.

4- dərs sosial təcrübənin ötürülməsi prosesidir.

5- dərs sinif şəraitində tələbələrin iştirakı ilə keçirilən məşğələdir.

A) 1, 3, 4;

B) 2, 3, 4;

C) 3, 4, 5;

D) 1, 2, 5;

E) 1, 4, 5

169. Dərsə verilən təhsilverici tələblərə uyğun olanları seçin:

1- dərs prosesində tələbələrin fərdi və kollektiv fəaliyyət formalarını inkişaf etdirmək;

2- təlimin müxtəlif növlərini, formalarını və metodlarını rasional əlaqələndirmək;

3- tədris materialının tərbiyəedici imkanlarını müəyyənləşdirmək;

4- dərsdə yaradıcı və idrak fəaliyyətinin ən yeni texnologiyalarını tətbiq etmək;

5- tələbələrin “yaxın inkişaf zonası”nı layihələşdirmək

A) 1, 2, 4;

B) 3, 4, 5;

C) 2, 3, 5;

D) 1, 3, 5;

E) 2, 3, 4

170. Dərsə verilən tərbiyəedici tələblərə uyğun olanları seçin:

1- tədris materialının tərbiyəedici imkanlarını, nail olunacaq tərbiyə məqsədlərini müəyyənləşdirmək;

2- tələbələrdə müsbət təlim-tərbiyə motivlərini inkişaf etdirmək;

3- tədris işinin məqsəd və məzmunundan üzvi surətdə irəli gələn tərbiyə vəzifə- lərini dəqiqləşdirmək;

4- inkişafda yeni psixoloji keyfiyyət dəyişikliklərini stimullaşdırmaq;

5- tələbələri ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etmək

A) 1, 4, 5;

B) 2, 3, 4;

C) 1, 3, 5;

D) 1, 2, 4;

E) 3, 4, 5

171.Psixologiya dərslərinə hazırlıq hansı mərhələlərdən keçir? Uyğun olanları seçin:

1- diaqnozlaşdırma;

2- sistemləşdirmə;

3- proqnozlaşdırma;

4- layihələşdirmə;

5- proqramlaşdırma

A) 1, 3, 4;

B) 1, 2, 5;

C) 2, 3, 4;

D) 3, 4, 5;

E) 2, 4, 5

172. Psixologiyanın tədrisi prosesində təlimin müvəffəqiyyəti nədən asılıdır? Uyğun olanları ayırın:

1- öyrənmənin və yaddasaxlamanın səmərəli yolları;

2- tələbələrdə öyrənilən materiallara qarşı idrak maraqlarının aşılanması;

3- təlimin daxili motivlərinin inkişaf etdirilməsi;

4- tələbələrin diqqətinin yayınması;

5- yaddasaxlamanın səmərəli olmaması

A) 1, 2, 3;

B) 2, 3, 4;

C) 3, 4, 5;

D) 2, 4, 5;

E) 2, 3, 5

173. Dərsə verilən təhsilverici tələbləri ardıcıllıqla düzün:

1- dərs prosesində tələbələrin fərdi fəaliyyət formalarını inkişaf etdirmək;

2- təlimin müxtəlif növlərini, formalarını və metodlarını rasional əlaqələndirmək;

3- tədris materialının tərbiyəedici imkanlarını müəyyənləşdirmək;

4- dərsdə yaradıcı və idrak fəaliyyətinin ən yeni texnologiyalarını tətbiq etmək;

5- dərs prosesində tələbələrin kollektiv fəaliyyət formalarını inkişaf etdirmək

A) 1, 2, 4, 5;

B) 3, 4, 5, 2;

C) 2, 3, 5, 4;

D) 1, 3, 5, 4;

E) 2, 3, 4, 5

174. Dərsə verilən tərbiyəedici tələbləri ardıcıllıqla düzün:

1- tədris materialının tərbiyəedici imkanlarını müəyyənləşdirmək;

2- tədrisdə nail olunacaq tərbiyə məqsədlərini müəyyən etmək;

3- tədris işinin məqsəd və məzmunundan üzvi surətdə irəli gələn tərbiyə vəzifə- lərini dəqiqləşdirmək;

4- inkişafda yeni psixoloji keyfiyyət dəyişikliklərini stimullaşdırmaq;

5- tələbələri ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etmək

A) 3, 4, 5, 1

B) 2, 3, 4, 5;

C) 1, 3, 4, 5;

D) 1, 4, 1, 2;

E) 1, 2, 3, 5

175. Dərsə verilən inkişafetdirici tələbləri ardıcıllıqla düzün:

1- tələbələrin fərdi xüsusiyyətlərini nəzərə almamaq

2- tələbələrin inkişaf səviyyəsini nəzərə almaq;

3- tələbələrin əqli və intellektual inkişaflarını təmin etmək;

4- tələbələrin “yaxın inkişaf zonası”nı layihələşdirmək;

5- tədris məşğələlərində və inkişafda yeni psixoloji keyfiyyət dəyişikliklərini stimullaşdırmaq

A) 1, 2, 3, 4;

B) 1, 3, 4, 5;

C) 4, 5, 1, 2

D) 2, 3, 4, 5;

E) 2, 3, 5, 1

176. Kombinəedilmiş (qarışıq) dərs tipinə aid olanları ardıcıllıqla düzün:

1- məşğələnin əvvəlində tələbələrin (şagirdlərin) təşkili;

2- təlim nəticələrinin qiymətləndirilməsi;

3- ev tapşırıqlarının formulə edilməsi;

4- dərslərin kombunə edilməsi;

5- təlim nəticələrinin ümumiləşdirilməsi;

A) 2, 4, 3, 5;

B) 4, 5, 3, 1;

C) 2, 3, 4, 5;

D) 3, 5, 1, 2;

E) 1, 4, 3, 4;

177. Yaddasaxlamanı səmərəli edən şərtlərə aiddir:

1- materialalrın yalnız nəzəri biliklərlə əlaqələndirilməsi;

2- öyrənilən materialların yaxşı mənimsənilməsi;

3- materialların həyatla əlaqələndirilməsi;

4- öyrənilən materialların yaxşı yadda saxlanılması;

5- dərs materiallarının təxəyyüldə canlandırılması;

A) 1, 2, 4, 5;

B) 2, 3, 4, 5;

C) 2, 4, 5, 1;

D) 3, 4, 1, 5

E) 1, 2, 3, 4

178. Uyğunluğu müəyyən edin:

I- Müəllimin nöqteyi-nəzərindən dərs nədir?

II- Psixologiya dərslərinə hazırlıqda öyrənmənin parametrlərinə aiddir?

1- dərs tələbələrin idrak və yaradıcı fəallığının düzgün idarə edilməsidir.

2- psixi hadisələr arasındakı qanunauyğun əlaqələr;

3- müəllim və şagirdlərin qarşılıqlı təsiri ilə şərtlənən prosesdir.

4- psixi hadisələr;

5- dərs sinif şəraitində tələbələrin iştirakı ilə keçirilən məşğələdir.

6- anlayışlar

A) I- 2, 3, 4; II- 1, 2, 3;

B) I- 1, 3, 5; II- 2, 4, 6;

C) I- 3, 4, 5; II- 3, 2, 6;

D) I- 1, 4, 5; II- 1, 3, 5;

E) I- 2, 4, 1; II- 2, 5, 3



179. Uyğunluğu müəyyən edin:

I- Yeni materialları öyrənən dərsin formaları hansılardır?

II- Dərsin layihələşdirmə mərhələsinə aiddir:

1- mühazirə və evristik müsahibə;

2- tələbələrin idrak fəaliyyətinin idarə olunması

3- ayrı-ayrı sualların izahının müzakirəsinə tələbələri cəlb etmək;

4- idarəedici təsirlərin dəqiqliyi və konkretliyi;

5- dərsliklə və müxtəlif mənbələrlə müstəqil iş;

6- dərsi idarəetmə proqramının hazırlanması;

7- təcrübə və eksperimentlərin sinifdə müəllim tərəfindən qoyuluşu, keçirilməsi;

A) I- 1, 2, 5, 7; II- 2, 4, 6;

B) I- 2, 3, 4, 5; II- 1, 3, 5;

C) I- 3, 1, 5, 6; II- 1, 4, 5;

D) I- 3, 1, 6, 2; II- 2, 3, 5;

E) I- 1, 5, 6, 4; II- 3, 5, 6

180. Uyğunluğu müəyyən edin:

I- Psixologiyanın tədrisində təlimin müvəffəqiyyəti nədən asılıdır?

II- Yaddasaxlamanı səmərəli edən şərtlərə aiddir?

1- öyrənmənin və yaddasaxlamanın səmərəli yolları;

2- materialların həyatla əlaqələndirilməsi;

3- tələbələrin diqqətinin yayınması;

4- öyrənilən materialların yaxşı yadda saxlanılması;

5- yaddasaxlamanın səmərəli olmaması;

6- dərs materiallarının təxəyyüldə canlandırılması;

A) I- 2, 3, 4; II- 1, 5, 6;

B) I- 1, 3, 5; II- 2, 4, 6;

C) I- 1, 4, 5; II- 2, 3, 5;

D) I- 3, 4, 5; II- 3, 4, 6;

E) I- 1, 3, 4; II- 1, 3, 5;




Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin