S t a t i s t i k f ə r q (12-ci sət. - (s.13 + s.14)
15
1.10. Neft bitumu Göstəricinin qısa tərifi. Neft bitumu - kalloid struktura malik, tünd-qəhvəyi və ya qara rəngli xam neftin distilləsi zamanı qalıq kimi yaranan, həmçinin neft qalıqlarının sublimasiyası (bərk maddələrin buxara çevrilməsi prosesi) yolu ilə atmosfer təzyiqi zamanı neftin distilləsi prosesində yaranan bərk, yarımbərk və ya qatı karbohidrogendir. Adətən asfalt adlanır, mayeləşdirilmiş və durulaşdırılmış bitum da buraya daxildir.
Göstəricinin hesablanma metodologiyası.Neft bitumunun miqdarı tonla ölçülərək, istehsalı neftayırma müəssisələri tərəfindən 23-emal (neftayırma), 5-energetika və həmin müəssisələr üzrə onun idxalı, ixracı, istehlakı və ehtiyatların dəyişməsi 23-emal (neftayırma), 5-energetika, 1-neft məhsulları və 4-yanacaq rəsmi statistika hesabatlarında uçota alınır. Neft bitumu Sənaye Məhsullarının Statistik Təsnifatı üzrə 23.20.32.50.0 kodu ilə, onun idxalı və ixracı isə HS/CN beynəlxalq ticarət nomenklaturasının 2713.2 kodu ilə kodlaşdırılır.
Məlumatların əhatəliliyi.Neft bitumunun istehsalı, ehtiyatların dəyişməsi haqqında statistik məlumatlar tam və müfəssəldir, başdan-başa statistika müşahidəsi metodu əsasında formalaşdığından, mülkiyyət növündən asılı olmayaraq ölkə ərazisində bu fəaliyyət növü ilə məşğul olan bütün təsərrüfat subyektlərindən toplanır. İdxal-ixrac haqqında məlumatlar rəsmi statistika hesabatları ilə yanaşı Dövlət Gömrük Komitəsinin məlumatları əsasında formalaşdırılır.
Neft bitumunun balansı aşağıdakı kimi tərtib edilir:
1-ci sətir “İlkin enerji məhsullarının istehsalı (hasilatı)”. Neft bitumu neftdən torəmə məhsul olduğuna görə ilkin enerji məhsuluna aid edilmir. Ona görə də bu sətir boş saxlanılır.
2-ci və 3-cü sətirlər “İdxal” və “İxrac”. Bu sətirlərdə fiziki və ya hüquqi şəxslər tərəfindən ölkəyə gətirilən və ölkədən çıxarılan neft bitumunun həcmi göstərilir. Beynəlxalq metodologiyaya əsasən yüklərin gömrük orqanlarında rəsmiləşdirilməsinin baş verib-verməməsindən asılı olmayaraq, idxal-ixrac əməliyyatları məhsulun ölkənin milli sərhədlərini keçən zaman baş vermiş hesab edilir. Ölkə ərazisindən tranzitlə keçən enerji məhsulları (elektrik enerjisi istisna olmaqla) idxal-ixrac göstəricilərində nəzərə alınmır. Balansda ixrac göstəriciləri « - » işarəsi ilə qeyd edilir.
4-сü sətir “Beynəlxalq reyslər üzrə üzən gəmilərin yanacaq çənlərinə yanacaq doldurulmuşdur”. Gəmilərdə neft bitumundan yanacaq kimi istifadə olunmadığı üçün bu sətir boş saxlanılır.
5-ci sətir “Ehtiyatların (qalıqların) dəyişməsi”. Ehtiyatların dəyişməsi hesabat dövrünün əvvəlinə olan ehtiyatlardan hesabat dövrünün sonuna olan ehtiyatları çıxmaqla hesablanır. Hesabat dövrünün sonuna ehtiyatlar artdıqda rəqəm « - » işarəsi ilə yazılır. Enerji məhsullarının ehtiyatları bu məhsulların istehsalçılarında, idxalçılarında, enerji məhsullarının transformasiyası, bölüşdürülməsi, ticarəti ilə məşğul olan müəssisələrdə ola bilər.
6-сı sətir “Ümumi daxili istehlak” neft bitumu ilə bütün təchiz olunma mənbələrinin, yəni, balansın 2-3-cü və 5-ci sətirlərinin məlumatlarının toplanmasından alınır.
7-ci sətir “Transformasiya sektorunun məsrəfləri”. Bu sətir boş saxlanılır.
8-ci sətir “Transformasiya sektorunun buraxılışı”. Neft bitumu neft emalı zavodlarında istehsal olunduğuna görə 8.5-cı altsətirlərdə göstərilir.
9-cu sətir “Enerji məhsullarının məhsullararası yerdəyişmələri, qayıtmalar”. Neft bitumu məhsulu üzrə əmtəə balansının bu sətrində neft-kimya sənayesində prosesləri keçdikdən sonra neft emalı zavodlarına təmizlənmə və emal üçün qayıdan neft bitumu ola bilər. Neft-kimya sənayesindən qayıtmış belə məhsullar üzrə məlumatlar 9.3-cü altsətrində qeyd edilir. Qalan (9.1-ci və 9.2-ci) altsətirlər isə boş saxlanılır.