1. Psixodiaqnostikanın predmeti, vəzifələri, sahələri


Koqnitiv (idrak) proseslərin və qabiliyyətlərin diaqnostikası



Yüklə 138,91 Kb.
səhifə25/76
tarix11.01.2022
ölçüsü138,91 Kb.
#110700
1   ...   21   22   23   24   25   26   27   28   ...   76
3. Koqnitiv (idrak) proseslərin və qabiliyyətlərin diaqnostikası. Koqnitiv psixologiya (latınca “cognitiv”- “bilik”, “idrak” deməkdir.) XX əsrin 50-ci illərinin sonu, 60-cı illərinin əvvəllərində ABŞ-da hakim mövqeyə malik olan biheviorizm cərəyanına qarşı mübarizə zəminində meydana gəlmişdir. Ötən əsrin 80-cı illərindən başlayaraq dünyada koqnitiv proseslərin tədqiqi yeni vüsət almış və yeni prespektiv qazanmışdır. 1983-cü ilin mayında Finlandiyanın Turku şəhərində “Koqnitiv psixologiya” adlı Sovet-Fin birgə simpoznumu keçirilmişdir.

Praktik psixoloqun şagirdlərlə aparacağı diaqnostik işlərin sistemində mühüm yerlərdən biri idrak proseslərin və qabiliyyətlərin aşkara çıxarılmasına yönəlmiş fəaliyyətlə bağlıdır. Şagirdlərin məktəbdə təlimə başladığı ilk dövrlərdə psixoloji diaqnostika adətən uşağın təlimə qabilliyinin müəyyənləşdirilməsi, qabiliyyətlərinin aşkara çıxarılması və inkişafda mövcud olan qüsurların vaxtında müəyyən edilməsi və onların aradan qaldırılması məqsədlərindən irəli gəlir. Məlumdur ki, yüksək idrak qabiliyyətlərinə malik olan uşaq geniş məlumatlılığa, zəngin lüğət fonduna və təxəyyülə, məntiqi mühakimə qabiliyyətinə, tənqidi təfəkkürə, inkişaf etmiş intuisiyaya malik olan uşaqdır. Qabiliyyətli uşaqlar ətraf xarici aləmə qarşı olduqca həssas olur, hər şeylə maraqlanır, praktik əhəmiyyətli məsələlərə üstün əhəmiyyət verirlər. İxtiyari diqqət, yaxşı hafizə, davamı maraqlar, qarşıya qoyduğu məqsədə çatmaq üçün təkidlilik onları səciyyələndirən ən əsas xüsusiyyətlərdir. İdrak qabiliyyətlərinin üstünlüyü ilə yaşıdlarından fərqlənən uşaqlarda dərin və çoxcəhətli maraqların olması diqqəti cəlb edir. Belə uşaqlar uğursuzluqdan olduqca qəmgin olur, sarsıntı keçirirlər. Onlar ətrafda baş verən hadisələrə həssas və tədqiqatçı münasibəti ilə yanaşırlar. Çətin və mürəkkəb məsələlərin həllinə həvəslə qoşulan qabiliyyətli uşaqlarda müstəqillik meyli güclü olur. Onlarda ədalət hissi, haqqın tərəfini tutmaq təşəbbüsləri, ayrı-ayrı fəaliyyət növlərində, xüsusilə ünsiyyət prosesində özünü aydın biruzə verir. Onlar canlı təxəyyülə, zəngin fantaziyaya malik olsalar da, səbrsizlik və dözümsüzlük kimi hallar belə uşaqların emosional-iradi sferasında üstün xüsusiyyətlər kimi nəzərə çarpır. Küyə və qorxuya düşmə, yaşıdları ilə ünsiyyətə qoşulmaqda çətinliklərin olması onların çox vaxt qapalılığına səbəb olur.

Məktəbdə təhsil alan şagirdlərin sırasından üstün qabiliyyətli uşaqların müəyyən edilməsi, onların qabiliyyətlərinin daha da inkişaf etdirilməsinə yönəldilən pedaqoji səylərin səmərəliliyi psixoloqun həyata keçirdiyi dioqnostik işlərin nəticəsi olaraq verdiyi rəylərdən və tövsiyələrdən əhəmiyyətli dərəcədə asılıdır. Psixoloq belə rəyləri tərtib etməzdən əvvəl nəzərə almalıdır ki, fiziki və psixi cəhətdən sağlam və normal olan hər bir uşaq qabiliyyətlərin formalaşdırılması üçün müəyyən potensial qabiliyyətə sahibidir, ona görə də, əsas məsələ heç də qabiliyyətin indiki anda olub-olmaması deyil, əksinə, mövcud təbii imkanların məhv olmasının qarşısının alınmasından ibarət olmalıdır. Psixoloqun bu istiqamətdə aparacağı işlərin sistemi ilkin psixodioqnostika adlanır. İlkin psixodioqnostikanın nəticələri əsasında ayrı-ayrı uşaqlarda idrak qabiliyyətlərinin inkişaf səviyyəsi müəyyənləşdirilir, sonrakı mərhələdə isə, onların maksimum səviyyədə inkişafını təmin edə biləcək inkişafetdirici proqramlardan fərdi və qrup halında istifadənin imkanları müəyyənləşdirilir.

Uşaqların yaradıcı qabiliyyətlərinin inkişafını “əgər... olsaydı, onda nə olardı?” tipli qeyri-adi, hipotetik suallar vasitəsilə stimullaşdırmaq məqsədəuyğundur. Orta məktəbdə şagirdin əldə etdiyi nəzər biliklərin praktik tətbiqi onların intelektual qabiliyyətlərinin inkişafına əhəmiyyətli təsir göstərir. Şagirdin fikri proseslərini fəallaşdırmaq üçün onun qarşısına idrak xarakterli (məsələn, “müqayisə edin”, “sadalayın”, “adlarını çəkin”, “söyləyin”, “müəyyən edin” və s., anlama tipli (“öz sözlərinizlə söyləyin”, “qarşılıqlı asılılığı göstərin”, “mənasını izah edin”) tətbiqetmə xarakterli (“nümayiş etdirin”, “məqsədi izah edin” və s.) analitik xarakterli (“səbəbini izah edin”, “ardıcıllıqla düzün”, “təklif edin”, “izah edin, nə üçün”) tipli sintltek xarakterli (“qurun”, “əlamətlərə görə birləşdirin”, “birləşdirsək, nə baş verər”),tipli qiymətləndirmə xarakterli (“təyin edin”, “normanı müəyyən edin”, “ən çox xoşumuza gələni seçin” və s.) tipli tapşırıqlardan istifadə etmək olar.

Psixoloq uşaqların qavrayışının xüsusiyyətlərini öyrənmək məqsədilə müxtəlif testlərdən və digər analoji metodlardan istifadə edə bilər. Diqqətin xüsusiyyətlərinin öyrənilməsində onun ixtiyari, qeyri-ixtiyari, ixtiyarından sonrakı kimi növlərinin və diqqətin əsas göstəriciləri olan həcmi, davamlılığı, keçirilməsi, paylanması, tərəddüdü və s. kimi xassələrinin diaqnostikasına xüsusi əhəmiyyət vermək lazımdır. Uşaq təxəyyülünün diaqnostikasının keçirilməsində psixoloq uşaq rəsmlərinin, uşaq fantaziyası və təsəvvürü məhsullarının təhlili metodlarından istifadə edə bilər. Uşaqların çəkdikləri rəsmlər onların dünyanı necə dərk etməsinin bədii inikasıdır. Bəzən uşaqlarda rəsmetmə və bədii-təsviri bacarıqlar zəif formalaşdığından əl işləri onların təxəyyül obrazlarına adekvat olmur. Uşaqların çoxu özlərinin yaratdıqları təxəyyül surətlərini rəsm işlərində tam dolğunluğu ilə nümayiş etdirə bilmirlər. Onların nitqinin obrazlılığı təxəyyülün zənginliyini müəyyən etməyin əsas göstəricilərindən biridir. Ona görə də, psixoloq uşaq təxəyyülünün xüsusiyyətlərini müayinə edərkən ilk növbədə onların fantaziya məhsullarının təhlilinə xüsusi diqqət yetirməlidir. Uşaqların təfəkkür xüsusiyyətlərinin öyrənilməsi məqsədilə psixodioqnostikada çoxsaylı metodikalardan istifadə olunur. Bunların sırasında intelekt testləri və məhfumların formalaşması prosesini öyrənməyə yönəldilmiş xüsusi metodikalar geniş yayılmışdır. Psixoloq bu məqsədlə uşağa əyani-əməli, əyani-obrazlı və sözlü-məntiqi formada təklif olunan məntiqi çalışma və tapşırıqlardan istifadə edə bilər. Uşaqlara təklif olunan fikri məsələlər onların yaş xüsusiyyələrinə uyğun olmaqla yanaşı, onlar üçün cəlbedici və maraqlı olmalıdır. Uşaqlarda nitqin psixodioqnostikasında nitq inkişafı ilə bağlı bir sıra məsələlər-fonetika, qrammatika, lüğət ehtiyatı, semantika və s. kimi məsələlərə xüsusi diqqət yetirilməlidir. Psixoloq nitqin tədqiqində onun əsas ünsiyyət və təfəkkür vasitəsi olmasına, psixi proses və vəziyyətlərin iradi cəhətdən tənzim və idarəolunma vasitəsi kimi baxmalıdır. Müxtəlif metodikalar vasitəsilə qabiliyyətlərin psixodioqnostikasını həyata keçirən psixoloq ilk növbədə uşaqda artıq formalaşmış qabiliyyətlərin səviyyəsini, onları şərtləndirən təbii imkanların xarakterini müəyyənləşdirməyə, təlim və tərbiyə proseslərinin qabiliyyətlərin formalaşmasına təsir imkanlarını araşdırmağa xüsusilə diqqətlə yanaşmalıdır. Psixoloq müvafiq metodikaların köməyi ilə uşaqların həm ümumi, həm də xüsusi qabiyyətlərini müəyyənləşdirmək imkanına malik olmalıdır. Bu məqsədlə ümumi və xüsusi qabiliyyət testlərindən istifadə etmək məqsədəuyğundur

1 Ümumipsixologiya. Prof. A. V.Petrovskınin Bakı.,

«Maarif». 1982.

2 Bavramova Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Bakı.. «Maarif»..

3 Ümumi psixologiya. Prof. A. V.Petrovskinin Bakı.

«Maarif», 1982

4 Ümumipsixologiya. Prof. Petrovskinin Bakı, Maarif, .

1982



Yüklə 138,91 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin