1. Psixodiaqnostikanın predmeti, vəzifələri, sahələri


Psixodiaqnostikanın proseduru: diaqnostik şərait, məlumatın toplanması və interpretasiyası



Yüklə 138,91 Kb.
səhifə26/76
tarix11.01.2022
ölçüsü138,91 Kb.
#110700
1   ...   22   23   24   25   26   27   28   29   ...   76
4.Psixodiaqnostikanın proseduru: diaqnostik şərait, məlumatın toplanması və interpretasiyası

1.Psixodiaqnostikanın prinsipləri haqqında məlumat

2.Psixodiaqnostik prosedur

1.Psixodiaqnostikanın prinsipləri haqqında məlumat. Psixodiaqnostika işinin təşkilində şəraitin əlıverişliliyini təmin etmək üçün ilk növbədə onun prinsipləri müəyyənləşdirilməlidir. Bu prinsiplər diaqnostik işin istiqamətini müəyyənləşdirməyə, prosedur qaydalarını tənzimləməyə imkan verir. Nəticələrin səmərəliliyi də bilavasitə psixodiaqnostikada tətbiq edilən prinsiplərin məqsədə müvafiqliyindən asılıdır.

1.Psixi inkişafın qanunauyğunluğu prinsipi. Psixi inkişafın normallığı dedikdə ontogenik inkişafda yaş mərhələlərinin bir-birii qanunauyğun şəkildə, ahəngdarlıqla əvəzlənməsi başa düşülür. L.Vıqotski “psixoloji yaş” anlayışını şəxsiyyətin fəaliyyətinin, psixoloi və sosial dəyərlərinin elə yenidənqurulması kimi izah edir ki, bu proses insanın şüurlu fəaliyyəti ilə onun ətraf aləmə münasibəti, psixi və sosial həyatının harmoniyası ilə tənzimlənir. Psixodiaqnostikada hər bir yaşın xarakterik cəhətləri nəzərə alınmalı. Bunun üçün müvafiq ölçmə metodları və vasitələr seçilməlidir.

2.Fərdilik prinsipi. Psixodiaqnostikada konkret fərdi halların dəqiq diaqnozu mühüm şərtdir.Bu baxımdan onun məqsədi spesifik qanunauyğunluqların fərdi göstəriclərini üzə çıxarmaq, korreksiya işi üçün düzgün istiqamət verməkdir. Fərdilik prinsipinin gözlənilməsinin ilkin və əsas şərti kliyent haqqında ilkin məlumatlar əldə etməkdən ötrü bioqrafik, psixoanalitik, konstitusional, fizioqnoimik, proyektiv və d. yanaşmalardan istifadə etməklə prosesi stimullaşdırmaqdır. Alınmış ilkin məlumatlardan istifadə edərək aparılacaq psixodiaqnostik işin gedişini müəyyənləşdirmək mümkündür. Məsələnin bu istiqamətdə həlli psixodiaqnostikanın fərdilik prinsipini ifadə edir.

3.Genetik prinsip. Psixoloji faktlar inkişaf prosesində öyrənilir. İnsan psixikası və şəxsiyyətin diaqnostikası genetik qanunlar əsasında işlənmişdir. Bizə bu sahədə J.Piaje, M.Kettel, H.Azyzenk və b. Tədqiqatları məlumdur. Belə ki, ontogenezin ilk mərhələlərində psixikada, intellektdə, şəxsiyyətdə keyfiyyət dəyişmələri daha dinamik formada baş verir. Eyni zamanda, bu inkişaf genetik mahiyyət kəsb edir. Bir sıra hallarda insanın fərdiliyi ilə yanaşı onun daşıdığı enerji-informasiyasının genetik məzmununu da öyrənmək zərurəti yaranır.Bu, psixodiaqnostikada genetik prinsipin ciddi şəkildə gözlənilməsini tələb edir.

4.Sistemlilik prinsipi. Bu prinsip psixodiaqnostikada əldə edilmiş məlumatların ciddi şəkildə qeydə alınmasını nəzərdə tutur. Psixodiaqnostikada sistemliliyin gözlənilməsi psixikanın xüsusiyyətləri, fəaliiyətin təşkili, onun nəticələrinin məqsədyönülüyünü, hərəkətlərin qarşılıqlı əlaqəsinin quruloması, davranışın əlamətləri məsələlərinin müqayisəsini, təhlilini və qiymətləndirilməsi nəzərdə tutur. Sistemlilik prinsipinin tətbiqi psixi inkişafdakı ləngimə və yayınmalarını mənbələrini, səbəblərini aşkara çıxarmağa, şəxsiyyət haqqında ümumi nəticə söyləməyə yönəlir.

5.Məqsədyönlü fəaliyyət (fəallıq) prinsipi. Fəaliyyət prinsipini görə psixodiaqnostikada inkişafetdirici və fəallaşdırıcı təsirlərdən, stimullaşdırıcı vasitələrdən istifadə etməklə kliyent bu və ya digər fəaliyyətə cəlb edilir. Bunu üçün yaş, cins, fərdi xüsusiyyətlər nəzərə alınaraq stimullaşdırıcı vasitələr seçilir, verbal, yaxud qeyri-verbal (şəkil çəkmək, müxtəlif əqli və hərəki tapşırıqlar həll etmək) tapşırıqlar yerinə yetirilir. Burada məqsəd kliyentə özünü ifadə etmək üçün şərait yaratmaq, fəaliyyəti pozitiv inkişafa yönəltməkdir.

6.İctimailik prinsipi. Bu prinsip insanların cəmiyyətin həyatında fəal iştirakını, sosial mühitə əxlaqi münasibətinin, özünün həyat fəaliyyətinə ümumbəşəri nemətlərin, mədəniyyət nümunələrinin daim daxil edilməsini, əxlaqi əqidənin inkişafını tələb edir. Bu halda psixodiaqnostikada insanın ictimai baxımdan fəallaşdırılmasına diqqət yetirilməlidir.

7.Kulturoloji prinsip. Bu, psixomədəniyyətin yaradılması deməkdir, lakin ənənəvi mədəniyyətdən fərqli olaraq müasir psixoloji mədəniyyət daxili və xaici aləmin milli və bəşəri dəyərlərlə zənginləşdirilməsini ifadə edir. Psixoloji mədəniyyətin yaradılması, öz növbəsində fiziki mədəniyyət formalaşdırır. Bu zaman insan özünün həm fiziki, həm də psixi sağlamlığının qayğısına qalır. Psixodiaqnostikada əldə edilm8iş nəticələrin interpretasiyasında bu prinsip əsas götürülür, kliyentə müvafiq tövsiyələr verilir.

8.Humanistlik prinsipi. Psixodiaqnostikada humanizm prinsipinin gözlənilməsi: kliyentə öz imkanlarının ifadə etmək üçün əlverişli texniki şəraitin və müsbət psixoloji iqlimin yaradılmasını; onun özünəməxsus xüsusiyyətlərinin nəzərə alınmasını; əldə edilmiş nəticələrin necəliyindən asılı olmayaraq kliyentə hörmət və diqqətlə yanaşılmasını; düzgün, lakin psixoloji etika çərçivəsində şərh verilməsini tələb edir. Kliyentin şəxsiyyət kimi qəbul olunması və şəxsiyyətinə hörmətlə yanaşılması zamanı o, öz imkanı və qabiliyyətlərini aşkara çıxarmaq üçün psixoloqa yaxından kömək edə bilər.

9.Şəxsi məkanın seçilməsi və təşkili. Humanistlik prinsipi həm də şəxsi məkanın seçilməsi və təşkili prinsipi ilə həyata keçirilir. Psixodiaqnostikanın təşkilində bu prinsipin tətbiqi zamanı insanlar özləri üçün arzuladıqları mühitin, sosial, psixoloji, pedaqoji şəraitin yaradılmasını, vaxtın müəyyənləşdirilməsi istək və arzuları, şəxsi maraqları, fərdi imkan və qabiliyyətləri əsasında özləri seçirlər. Onların ətraf mühitlə əlaqələri öz tələbatlarına müvafiq olaraq tənzimlənir. Öz ləyaqətini, dəyərlərini qorumaq üçün şəxsi mühitini, sosial əlaqələrini müstəqil qaydada qururlar. Bu, insandan yüksək şüurluluq səviyyəsində özünüidarəetmə tələb edir.

10.Empatiklik prinsipi. Bu, ailədə və ictimai münasibətlərdə insanların psixoloji müdafiəsi ilə yanaşı onların məsuliyyətini nəzərdə tutur. Aparılan işdə münasibətlərin sivil qaydalarla tənzimlənməsi, humanist əxlaq normalarının qorunması, ünsiyyətin qarşılıqlı başadüşmə və qarşılıqlı kömək əsasında qurulması, təhqiredici davranış və rəftara yol verməmək əsas məsələ kimi diqqət mərkəzində saxlanılır.

11.Pedaqoji prinsip. İnsanı öyrətmə yolu ilə öyrənmək psixodiaqnostika işi üçün səciyyəvidir. Bu halda diaqnostik proses pedaqojiləşdirilir. İşin göstərilən formada təşkili heç də psixoloji metoddan imtina etmək deyil, sadəcə olaraq pedaqoji işlərin psixodiaqnostikaya gətirilməsidir. Xüsusilə, təhsilə psixoloji xidmətdə pedaqoji prinsip mühüm əhəmiyyət kəsb edir.

Psixodiaqnostikada nəzərə alınmalı olan prinsiplər çoxdur. Məsələn, müasir dövrdə mədəni müxtəliflik, toleyrantlıq, nikbinlik, variativlik, inteqrativlik kimi prinsiplər aktualdır. Bu prinsiplərin hər biri aparılan işdə real nəticələrin əldə olunmasına kömək edir. Psixoloji prinsiplərin nəzərə alınması psixoloji yardım üçün müraciət edənlərin rahatlığına, əmin-amanlığına, psixoloji müdafəsinə zəmin yaradır. Onlar üçün mənəvi-psixoloji təhlükəsizlik baxımından əlverişli olmaqla psixoloji xidmətdən daha effektli, məqsədyönlü yararlanmasını təmin edir.


Yüklə 138,91 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin