Aralıq mərhələ. Bu mərhələni güclü oyanmadan əvvəlki vəziyyət kimi də səciyyələndirirlər. O, affektin fizioloji əsaslarına yaxın olan proseslər zəminində baş verir. Affektin bir sıra hallarında bu mərhələyə xas olan əlamətlərə təsadüf edilir. Koqnitiv funksiyaların mərhələli vəziyyətinin diaqnostikası çətin prosesdir. Bu çətinlik hər şeydən əvvəl uşaqlarda göstəricilərin epizodik olması və onların fərdi hal kimi təzahür etməsi ilə izah edilir. Fərdi yanaşmanın səmərəli təşkili uşağın məktəb təliminə məqsədyönlü psixoloji hazırlığının başlıca şərtidir. Bu prosesin məhsuldar qurulması iki mühüm amillə şərtlənir:
məktəbə hazırlıq mərhələsində uşağın fərdi – psixoloji xüsusiyyətlərini bilmək;
fərdi işin təşkilində müasir metodikalar seçmək, tətbiq etmək.
Uşaqların fərdi – psixoloji xüsusiyyətləri bir neçə aspektdən qruplaşdırılır, lakin, bizi uşağın maraqlandırdığından aşağıdakı məsələlərin diqqət mərkəzində saxlanılması məqsədəuyğundur.
1. Uşağın şəxsiyyətinin fərdi cəhətləri. “Mən” şüuru. (ozünüqiymətlənirmə, özünhörmət, özünənəzarət və s.)
2. Maraqlar.
1. Ünsiyyət tərzi
2. Fəaliyyət prosesində fərdilik ( fəaliyyət seçmə, fəaliyyət qoşulma, fəaliyyət prosesində ümumi fəallıq, passivlik, fəaliyyət növlərinə münasibət).
3. Xarakter.
4. Temperament
5. Qabiliyyətlər
6. İdrakın fərdi xüsusiyyətləri və intellektual imkanları ( qavrayışın tamlığı, təfəkkürün operativliyi, sözlü – məntiqi, mexaniki hafizə və s.).
Göstərilən amillərin hər biri özündə bir çox fərdi xüsusiyyətləri birləşdirir. Tərbiyə prosesində bu məsələlərə bütün uşaqlar üçün ümumi prinsiplərlə yanaşılması işin keyfiyyətini aşağı salır. Əgər pedaqoq. Yaxud valideyn fərdi yanaşma prosesində qarşıya çıxan psixoloji, pedaqoji, metodik xarakterli nöqsanları situativ qaydada dəf etməyə çalışırsa, nəticələr səmərəsiz olur. O, çox enerji sərf etməklə az nəticələr əldə edəcək. Bu prosesə planlı, kompleks yanaşılarsa, təlim prosesindəki gərginliyi aradan qaldırmaq mümkündür. Bu halda hər şey təbii yolla gedir. Problem isə öyrədilən materialı uşağın psixi inkişaf səviyyəsinə, tələb və maraqlarına, fərdi xüsusiyyətlərinə uyğunlaşdırmaq, onun fərdi iş üslubunu müəyyənləşdirib, müvafiq metodla yanaşmaqla həll oluna bilər.
Psixi inkişaf səviyyəsinin diaaqnostikası:
“Segen lövhəsi”
“Süjetli əlavələr”
“Koos metodu”
“Qarışıq nümunələr” metodu
“Xalça “ metodu
“Pəncərələri bağla”
Dostları ilə paylaş: |