Sadə ləngimə. Bu fazada uşağın diqqəti kifayət qədər möhkəm deyil. Dərketmə prosesləri ləng baş verir. Əqli fəallıq zəifdir. İradi hərəkətlərdə dalğınlıq müşahidə edilir. Uşaq sanki astenik vəziyyətdə olur. L.B.Hannuşkinə görə bu vəziyyəti sadə depressiya da adlandırmaq olar. Hansısa mənfi təsir, müvəffəqiyyətsizlik, kədərli əhval – ruhiyyə, yuxusuzluq, iştahsızlıq, göz yaşı və s. zamanı belə vəziyyət yarana bilər.
Tarazlayıcı ləngimə.Subyektin diqqəti optimal vəziyyətdən xeyli aşağıdır. Hər hansı qıcıq onu eyni dərəcədə pis cəlb edir. Qavrama, yaddasaxlama tamamlanmamış olur və qeyri – dəqiqliyi ilə səciyyələnir. Təfəkkür prosesləri sanki təzyiqlə, pərakəndə reaksiyalarla baş verir. Düşüncələrdə məntiq, ardıcıllıq pozulur. Nitq adətən sakit və eyniməzmunlu təsir bağışlayır. Motor sferasında ləngimə gedir. Hərəkət dağınıq, sakit, emosiyalar isə qıcıqlaycının keyfiyyətinə uyğundur. Bu mərhələdə iradi fəallıq əhəmiyyətli dərəcədə aşağı enir. Dəqiq istiqamətlənmə pozulur, ləngimə, dağınıqlıq yaranır.