1. Psixodiaqnostikanın predmeti, vəzifələri, sahələri



Yüklə 138,91 Kb.
səhifə29/76
tarix11.01.2022
ölçüsü138,91 Kb.
#110700
1   ...   25   26   27   28   29   30   31   32   ...   76
Təfəkkürün mahiyyəti – Təfəkkür, cisim və hadisələrin mahiyyətinin, onlar arasındakı əlaqə və asılıhqların insan şüurunda ümumiləşmiş və vasitəli inikasından ibarət olan idrak prosesidir.

Duyğular və qavrayış təfəkkürün mənbəyidir. Bəzən belə güman edirlər ki, hissi idrak qurtardıqdan sonra varlığının məntiqi surətdə dərk edilməsi başlanır. Yəni əvvəlcə duyğu prosesi baş verib qurtanr, bundan sonra təfəkkür fəaliyyətə başlayır. Bu, doğru deyildir. Çünki elə hissi idrak prosesinin özündə də fikri əməliyyat təhlil, tərkib, müqayisə və s. iştirak edir. Deməli, duyğu və qavrayışın verdiyi materiallar olmadan təfəkkür fəaliyyəti də mükün deyildir. Ancaq təfəkkiü daha mürəkkəb psixi prosesdir.

Təfəkkür prosesində insan qanunauyğun əlaqələri təsadüfi əlaqələrdən ayırd edir: ayrı-ayrı hallardan ümumi hallara keçir, yəni varhğı ümumiləşmiş halda əks etdirir.

İnsan məhz təfəkkür sayəsində gerçəkliyi daha dərin, tam və dəqiq dərk cdir. Təfəkkürün köməyi ilə bilavasitə qavranılmayan cisim və hadisələr də dərk olunur. Məsələn, atomun tərkib hissələrinin bilavasitə qavramaq mümkün deyildir. Halbuki insanlar onu bilirlər. Bu, vasitəli bilikdir. Beləliklə, təfəkkür varlığın vaitəli inikasıdır.

Varlığın vasitəli inikasi bir sıra hallarda zəruri olur. Belə ki, bəzən bizim analizatorlarımız ayrı-ayrı cisim və hadisələri əks etdirmək iqtidarında olmur (məsələn, ultrasəsləri əks ətdirə bilmirik), yaxud ümumən müvafiq analizator olmur (məsələn,insanda rentgen şüalarını tutan, əks etdirən müvafiq analizator yoxdur). Bəzən də bu və ya digər cisim, hadisəni prinsip etibarilə bilavasitə əks etdirmək mümkün olduğu halda, müasir şəraitdə bunu biz edə biImirik, çünki hadisə keçmiş tarixi dövrlərdə baş vermişdir (məsələn, arxeologiya, paleontologiya və ya tarixi hadisələr bu qəbildəndir). Ayrı-ayrı hallarda isə bilavasitə dərk etmək mümkün olduğu halda, о səmərəli hesab edilmir. Məsələn, məsafənin ölçülməsi, cismin temperatur xassələrinin təyin edilməsi və s. Bu zaman müxtəlif vasitələrdən - cihazlardan istifadə olunur. Nəticədə idrak imkanları genişlənməklə, onun adekvathq dərəcəsi də artir. Həm də çox zaman cisim və hadisələr arasındakı əlaqə və münasibətlər asanlıqla sezilə bilmir, onlar mürəkkəb və qapali olur. Bunu açmaq üçün müxtəlif fikri əməliyyatlardan istifadə olunur. Yəni fikri əməliyyatlar: təhlil, tərkib, müqayisə, ümumiləşdirmə və s. sayəsində idrak hadisədən mahiyyətə doğru cərəyan edir. Başqa sözlə, təfəkkür sayəsində insan hissi idrakdan məntiqi idraka doğru hərəkət edir və cisimlərin, hadisələrin mühüm əlamətlərini, həm də bəzən bilavasitə dərk edilməsi mümkün olmayan xassələrini, o" arasındakı qanunauyğun əlaqələri, başlıca münasibətləri etdirir. Bununla da təfəkkür idrak prosesində mühüm rol oyna idrakın hüdudlarını genişləndirir, duyğu və qavrayışın köməyi əldə edilən təcrübə hüdudundan kənara çıxmağa imkan verir. Deməli, təfəkkür cisim və hadisələrin ümumi qanunlarını əks etdirən biliklər sisteminə istinad edir.

Hissi idrakin materialları əsasında varlığın vasitıli ümumiləşmiş inikasından ibarət olan təfəkkür idrakın yüksək pilləsini təşkil edib, gələcəyi görmək imkanı verir. Təfəkkür nitqi vəhdətdədir. O, dil materialları əsasənda maddiləşir. Məlumdur ki, dil bilavasitə fikrin gcrçəkliyidir. Adam öz-özünə fikirləşəndə başqasının fikrini bilmək istəyəndə də, öz fıkrini şərh edəndə mütləq dildən istifado edir.

Söz maddi cisim və hadisələri ümumiləşmiş şəkildə ifadə edən siqnallarıdır. Cisimlərin özlərinə - birinci siqnallara nisbətən sözlər - ikinci siqnallar varhğı daha ümumi şəkildə əks etdirir. İ. Pavlov göstərir ki, nitq siqnalları ümumiləşdirməyə imkan verir; bu da məhz insana məxsus olan ali təfəkkürü təşkil edir.


Yüklə 138,91 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin