1. Psixodiaqnostikanın predmeti, vəzifələri, sahələri


İntellektin və əqli inkişafın diaqnostikası



Yüklə 138,91 Kb.
səhifə30/76
tarix11.01.2022
ölçüsü138,91 Kb.
#110700
1   ...   26   27   28   29   30   31   32   33   ...   76
2. İntellektin və əqli inkişafın diaqnostikası. İntellekt anlayışı elmi tədqiqatın obyekti kimi psixologiya elminə ingilis antropoloqu F.Holton tərəfindən XIX əsrin sonlarında gətirilmişdir. Ç.Darvinin təkamül təliminin təsiri altında olan Halton insanlarda istənilən fərdi fərqlərin əsas səbəbini irsiyyətlə şərtlənmiş cismani və psixi fərqlərdə axtarırdı. Haltona görə, intellektual qabiliyyətlərin bütün təzahürləri irsi cəhətdən şərtlənmişdir. Burada təlim-tərbiyənin və inkişafın digər xarici amillərinin rolu yoxdur və ya az əhəmiyyətlidir.

F.Holtonun intellektin irsi cəhətdən şərtlənmiş qabiliyyət olması haqqında təsəvvürləri uzun onilliklər boyu hakim təsirə malik olmuşdur. Ona görə də ilk intellekt testlərinin yaradıcıları A.Bine, C.Kettel, L.Termen bu metodologiyanın təsiri altında olaraq belə hesab etmişlər ki, onlar inkişaf şəraitindən asılı olmayaraq mövcud olan anadangəlmə qabiliyyətləri ölçürlər. F.Holtonun tədqiqatları intellekt probleminə tamamilə yeni yanaşma modelinin əsasını qoymuşdur. İxtisasca antropoloq olmasına baxmayaraq, Holton insanların intellektual əlamətlərinin, psixi funksiyalarının eksperimental yolla öyrənilməsinin əsasını qoymuşdur. 1882-ci ildə Londonda kiçik laboratoriya yaradan Halton insanlara xidmət təklif edirdi. Onun laboratoriyasında istənilən adam pul ödəməklə özünün cismani (boy, əzələ gücü) həm də psixoloji parametrlərinin-xüsusən həssaslığının, obrazlı hafizəsi və hərəki funksiyalarının səviyyəsini yoxlada bilərdi. Sonralar bu cür ölçmələr intellektin psixoloji diaqnostikasının inkişafı sahəsində işlərin inkişafı üçün prinsipial əhəmiyyətə malik olmuşdur.

1921-ci ildə Nyu-Yorkda çap olunan “Pedaqoji psixologiya” jurnalı 14 məhşur amerikan psixoloquna “intellekt nədir?” sualı ilə müraciət etsə də, suala birmənalı cavab ala bilməmişdir. Verilən cavablar bir-birinə uyğun gəlmir, bir-birini inkar edirdi. İntellekt problemi XIX əsrdə psixologiyada birmənalı cavablandırılmayan, indiyədək açıq qalan bir problemdir.

Müasir psixoloqların heç də hamısı öyrənməyə qabilliyi intellektin əsas amili kimi qəbul etmirlər. Məsələn, A.Eynşteyn məktəbdə pis, zəif hazırlıqlı şagird kimi tanınırdı. Sürix Politexnik İnstitutuna qəbul imtahanlarında kəsilirdi. Sonralar ora daxil olsa da, ali məktəbi çox çətinliklə bitirmişdi. Professorlar onun diplom işini pis rəylərlə qiymətləndirmişdilər. Göründüyü kimi, təlimdəki uğurlar heç də müasir psixologiyada olduğu kimi, intellektin əsas göstəricisi kimi qəbul edilə bilməz. Müasir pedaqogika və psixologiya elmləri artıq çoxdan bu faktı qəbul edir ki, pedaqoji təsirlə şagirdlərin fərdi xüsusiyyətlərinin uyğunluğu təlimin nəticələrinin yüksəldilməsində əhəmiyyətli rol oynayır. Ona görə də məktəb yaşlı uşaqların intellekt səviyyəsini yalnız təlimin xarakterində axtarmaq doğru deyildir. Deməli, intellekt öyrənmənin amillərindən biri, öyrənmə isə intellektin çoxsaylı təzahürlərindən yalnız və ya yalnız biridir.

XX əsrin 70-ci illərində intellektə baxışda yeni tendensiyalar meydana gəldi. Q.Qardner intellekti kompyuter proqramı şəklində təsəvvür edir və yazırdı ki, intellekti genetik cəhətdən proqramlaşmış, daxili və xarici informasiyaya uyğunlaşmış, neyron mexanizmi və ya kompyuter sistemi şəkilində qurulmuş sistem kimi başa düşmək olar. XX əsrin başlanğıcında fransız psixoloqları A.Bine və T.Simon əqli qabiliyyətlərin səviyyəsini müəyən etmək üçün xüsusi testlər təklif etmişdilər. Onlar belə hesab edirdilər ki, bunun üçün intellektin mədəni təsirlərdən asılı olmayan anadangəlmə baza strukturları olmalıdır. İntellektual fəaliyyətin qeyd olunan strukturu onun bütün növlərinin- həm əməli-əyani məsələlərin (məsələn, konstruktiv fəaliyyət), həm də nitq planında həyata keçirilən nəzəri məsələlərin həllində təzahür edir. Bütün hallarda intellektual fəaliyyətin bütün növləri özünün inkişafının ilkin fazalarında bir sıra mərhələlərdən keçir ki, bunlar da əqli fəaliyyəti tədricən təkmilləşdirir. Əqli fəaliyyətin formalaşması prosesi aşkar maddiləşmiş fəaliyyət formalarından ixtisar edilmiş, yığcam formaya keçid- əvvəlcə xarici nitqin köməyi ilə sonra isə əqldə icra yolu ilə gedir. İnkişaf etmiş intellektual fəaliyyət səviyyəsində bu cür “ixtisar edilmiş” sürətlə cərəyan edən əməliyyatlar təfəkkürün əsasını təşkil edir.

İntellektin ölçülməsi və diaqnostikası üçün adətən sürətli intellekt testlərindən-Ayzenk testindən, Veksler testindən, Ravenin mütərəqqi matrislərindən (Raven testi), Kettelin intellekt və s. testlərindən istifadə olunur.




Yüklə 138,91 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin