1. Psixodiaqnostikanın predmeti, vəzifələri, sahələri


Təfəkkürün diaqnostikası.İntellektin və yaradıcı idrakın psixodiaqnostikası



Yüklə 138,91 Kb.
səhifə28/76
tarix11.01.2022
ölçüsü138,91 Kb.
#110700
1   ...   24   25   26   27   28   29   30   31   ...   76
5.Təfəkkürün diaqnostikası.İntellektin və yaradıcı idrakın psixodiaqnostikası

1.Təfəkkürün diaqnostikası

2.İntellekt və yaradıcı idrakın diaqnostikası

1. Təfəkkürün diaqnostikası - Insanın həyat fəaliyyətində onun psixikasi tam proses kimi cərəyan edir. Ancaq şərti olaraq psixi inikasın 3 əsas səviyyəsi ayırd edilir:

1) sensor-perseptiv proseslor;

2) təsəvürlər;

3) təfəkkür, yaxud intellekt səviyyəsi.

Sonsor-perseptiv inikasın başlıca cəhəti odur ki, varlığın əks etdirilməsi real zaman daxilində subyektlə obyektin bilavasitə qarşılıqlı təsiri şəraitində cərəyan edir: insan hər hansi obyekti onun mövcud olduğu yerdə və onun hiss üzvlərinə təsir etdiyi anda əks etdirir. Sensor-perseptiv proseslərə yalnız sensor məlumati deyil, həm də qərar qəbul etmək də daxildir. Bunların inkişafı gedişində informasiyaların seçilməsi meyarları dəyişilir. Deməli, sensor proses cismin ani olaraq fotosurətinin çıxarılması deyil, burada cismin həm keçmiş, həm də gələcək inkişaf meyli də əks olunur. Bu, sensor-perseptiv səviyyədə də inikasın fəallığına dəlalət edir.

Psixi inikasin təsəvürlər mərhələsinə bir sıra psixi hadisələr: təxəyyül, obrazlı hafizə, ardıcıl, eydetik və s. surətlər daxildir. Təsəvvürlər duyğu və qavrayışların kölgəsi, onların solğun surəti deyil, obyektiv gerçəkliyin ümumiləşmiş surətləridir. Təsəv-vürlərdə əyaniliklə ümumilik çulğaşır. Çünki bu və ya digər cisim haqqinda təsəvvür onun dəfələrlə qavranılması sayəsində təşəkkül edir. Bununla da obyektlərin əlamətlərinin seçilməsi, onların dəyişdirilməsi, birləşdirilməsi prosesi baş verir, təsadüfi əlamətlərdən uzaqlaşılır, daha xarakterik cəhətlər təsbit olunur. Bu mənada təsəvvür bir qrup cisimdən əldə edilən «yigma», «toplu» surətlərdir. Təsəvvürlərin geniş mənzərəyə malik olmasi subyektin mövcud şəraitdən kənara çıxmasına imkan verir. Yəni təsəvvürlər səviyyəsində insanin qnostik (idrak) fəaliyyətinin yeni növləri, qaydaları özünü büruzə verir. Obyekt fikrən hissələrinə parçalanır, »vahid bir tam kimi bir yerə yığılır, cəmləşdirilir. Bununla da təsəvvürlər psixi inkişafın yeni mərhələsi kimi qavrayışla təfəkkürü bir-birinə bağlayan mühüm həlqə rolunu oynayır. Təfəkkür varlığın inikasının ali səviyyəsidir. Bu səviyyədə obyektiv reallığın cisim və hadisələri arasındakı mühüm əlaqə və münasibətlər əks olunur.

Təfəkkür sosial cəhətdən şərtlənən psixi prosesdir. Hər bir fərdin təfəkkürü insanların ictimai-tarixi təcrübəsinə istinad edir, onun nəticələrindən istifadə edir: təfəkkür sayəsində fərdi təcrübə bəşəriyyətin əldə etdiyi zəngin bilik ehtiyatına qoşulur. Çünki əqlı əməliyyatlar, proseslor, fəndlər və s. cəmiyyətin tarixi inkişafında, ictimai-tarixi təcrübədə təşəkkül edir. Odur ki, təfəkkür ali idrak prosesi kimi hadisənin gələcək mənzərəsini verə bilir. Təfəkkür sayəsində insanin fikri prosesi bu gündən gələcəyə və ya əksinə, gələcəkdən bu günə (eləcə də keçmişə qayıtmaq) istiqamətində cərəyan edə bilər, fəaliyyətin başlanğıc anından sonuna və ya əksinə, sonundan başlanğıc anına doğru cərəyan edə bilər. Zaman və məkanca təfəkkürün belə bir sərbəst cərəyanı həmin proseslərin yüksək səmərəliliyi və «qüdrəti» ilə şərtlənir. Təsadüfi deyildir ki, ali idrak prosesi olan təfəkkür bir sıra elmlər tərəfindən araşdırılır. Təfəkkürlə materiyanın qarşılıqlı əlaqəsi, təfəkkürün köməyilə varlığın dərk edilməsi yolları və imkanlan fəlsəfə elmi tərəfindən araşdırılır.

Təfəkkürün əsas formalarının (məfhum, hökm və əqli nəticələrin) qanunauyğunluqları formal məntiq, onun beyin mexanizmi isə fiziologiya elmi tərəfindən öyrənilir. Kibernetika isə təfəkkürü informasiya prosesi kimi nəzərdən keçirir, insanın fikri fəaliyyəti ilə EHM-in işi arasındakı ümumi və fərqli cəhətləri araşdırır.

Təfəkkür psixologiyada daha geniş aspektdə nəzərdən keçirilir. Psixologiyada təfəkkür dərk edən subyektlə dərk olunan obyekt arasında qarşılıqlı təsir prosesi, subyektin ətraf aləmə bələdləşməsinin aparıcı forması kimi öyrənilir. Yəni psixologiyada təfəkkür ilk növbədə idrak fəaliyyəti kimi nəzərdən keçirilir.

Təfəkkür bir idrak prosesi kimi insanin öz tələbatını ödəmək üçün ətraf mühiti dəyişdirmək üslubunu, qaydalarını tapmaq, məsələni həll etmək üçün yeni biliklər əldə etmək şəraitində özünü büruzə verir. Deməli, təfəkkürün mənbəyi xarici obyektiv aləmdir.

Təfəkkürün xarici təsirlə şərtlənməsi bilavasitə səciyyə daşımır. О fikri fəaliyyətin daxili qanunauyğunluqları vasitəsilə həyata keçirilir. Daxili fikri fəaliyyət hissi idrakin verdiyi məlumatları dəyişdirir. Həmin məlumatlar təfəkkürdə daha tam və hərtərəfli bərpa edilir, yəni təsir edən obyekt, gerçəklik fikrən bərpа edilir. Deməli, təfəkkür insanın mühitlə real qarşılıqlı təsiri prosesində əmələ gəlir və həmin qarşılıqlı münasibətin adekvat surətdə həyata kecirilməsinə xidmət edir. Deməli, təfəkkürün psixoloji tədqiqinin başlıca qayəsi fikri fəaliyyətin zahiri nəticələrini sadəcə olaraq təsbit etməklə kifayətlənməyərək, təfəkkür prosesinin özünü, onun daxili cərəyanetmə qanunauyğun-luqlarını açmaqdan ibarətdir. Bununla da idrakin yüksək səviyyəsi olan təfəkkürlə şüur arasındakı qarşılıqlı əlaqə və asılılıq, eləcə də onlardan hər birinin məxsusi cəhətləri asanlıqla aşkar edilə bilər.

Şüur psixikanin insana məxsus olan ən ali səviyyəsidir. Onun meydana gəlməsi insanların istehsal fəaliyyəti prosesi, ünsiyyət fəaliyyəti, ictimai-tarixi həyat şəraiti ilə bağlı olmuşdur. Odur ki, şüur sanki bütün psixi hadisələrin inkişafının yekunudur. Ona görə də şüur psixologiyada ən mühüm problemlərdən biridir.

Ümumi psixologiyanı ilk növbədə fərdi şüur, onun inkişaf qanunları maraqlandırır. Bu, şüurla təfəkkürün kəsişdiyi əsas nöqtədir. Hər ikisinin ümumi cəhəti odur ki, onlar beyinin məhsuludur, varlığı əks etdirir və insanın tarixi inkişafı prosesində əmələ gələn, təşəkkül edən ideal inikasdır. Başlıca fərqləndirici cəhət odur ki, şüur ideal inikas kimi yalnız və yalnız ictimai insana məxsusdur. Deməli, təfəkkürün kökü və mənşəyi sanki şüura nisbətən daha qədimdir, yəni təfəkkür bu və ya digər səviyyədə heyvanlar aləmində də özünü göstərir. Onun bioloji kökləri daha dərinliklərə gedir. Əgər məsələyə genetik cəhətdən yanaşsaq, təfəkkür daha qədimdir, amma şüur nisbətən sonra meydana gəlsə , daha geniş və daha əhatəlidir. Şüur ictimai-tarixi inkişafın məhsuludur. Buna görə də fərdi şüur da ictimai şüurla qırılmaz əlaqə və münasibətdə inkişaf edir, formalaşır. Çünki şüunın özü sosial mahiyyət daşıyan fəaliyyət prosesində inkişaf edir.

Şüuru bəzən insanın malik olduğu biliklər məcmusu kimi də izah edirlər. Təfəkkür də biliyə istinad edir, lakin təfəkkür bilik əldə etməyin operasional (əməliyyat) tərəfini təşkil edir. Deməli, şüurla təfəkkür öz funksiyasına görə fərqlənirlər. Məlumdur ki, bütün psixi proseslərdə koqnitiv (dərketmə), tənzimetmə və kommunikativ (əlaqə, rabitə yaratmaq) funksiyalar bu və ya digər dərəcədə özünü büruzə verir. Lakin fərdi şüurun meydana gəlməsi və inkişafı ilə həmin funksiyalar keyfıyyətcə yeni xüsusiyyətlər kəsb etmişlər.

Koqnitiv funksiya yalniz şüur səviyyəsində sözün həqiqi mənasinda dərketmə, yəni fəal və məqsədə yönəlmiş halda bilik əldəetmə funksiyasi kimi çıxış edir. Bilik şüurun mövcudluq formasıdır, şüur səviyyəsində bilik mənalılıq və kateqoriallıq xüsusiyyəti kəsb edir.

Şüurun idarəetmə funksiyasi onun iradi səciyyə daşıması ilə xarakterizə olunur. Yəni fərdin davranışı onun iradəsinin təzahürü kimi həyata keçirilir. Burada tənzimləyici rolunda fərdin mənimsəmiş olduğu ictimai həyat normaları, qaydaları, prinsipləri çıxış edir. Bunların əsasında davranışın «daxili mexanizmi» və şəxsiyyətin müəyyən xassələri təşəkkül edir. Həmin prosesdə şəxsiyyət nəinki cəmiyyət miqyasında mövcud olan maddi və mənəvi mədəniyyətə yiyələnir, həm də hər bir fərd ictimai müna-sibətlər sisteminə qoşulur, öz davranışı və rəftarını tənzim edir. Fərdin şüur səviyyəsi, ilk növbədə, həmin münasibətlər sistümini nə dərəcədə dərindən başa düşməsində, onun tələblərinə uyğun olaraq davranış və rəftarını tənzim etmək qabiliyyətində özünü büruzə verir. Bu prosesdo təfəkkür daha çox mahiyyətəvarma, şüur isə tənzimetmə funksiyasını icra edir.

Şəxsiyyətin özünütənzim səviyyəsi yalnız mövcud əxlaq normalarını kifayət qədər dərindən dərk etməkdə deyil, ona uyğun olaraq öz davranış və rəftarını qurmaqdadır. Bu mərhələdə şüur insanın ətraf aləmə песə münasibət bəsləməsini, nə səviyyədə onu qəbul etməsinin əsas göstəricisi kimi çıxış edir. Yəni «mənim həyatima mənim münasibətim mənim şüurumdur » (K.Marks) ideyası özünü aydın surətdə göstərir.

Təfəkür varlığı əks etdirir, şüur səviyyəsində isə əks etdirilənə münasibət bəslənir, sanki onun şəxsin özü və ya cəmiyyət üçün yaxşı və ya pis, faydalı və ya ziyanlı tərəfləri müəyyənləşdirilir. Bu mərhələdə insanın dünyagörüşü, sərvət meyl inam və əqidəsi, maraq və meylləri sanki şüurda foks nöqtəsinə cəmləşir. Nəticədə şüur bütün psixi həyatin yekunu, inkişaf səviyyəsinin göstəricisi kimi çıxış edir. Bu mənada şüur özünün inteqrativ xassəsini büruzə verir. Elə buna görə də psixikanın kommunikativ funksiyasi şüur səviyyəsində daha kəskin surətdə inkişaf edir. Belə bir funksiya olmadan ümumən şüur varlığın inikas forması kimi mövcud ola bilməzdi. Kommunikativ funksiya sayəsində nəinki insanların bilik və təcrübə mübadiləsi, həm qarşılıqlı surətdə bir-birinin davranış və rəftarını tənzim etməsi mümkün olur. Ona görə də kommunikativ funksiya sayəsində fərdi şüur öz inkişafında cəmiyyətin keçdiyi inkişaf yolunu təkrar etməkdən azad olur. Kommunikativ funksiya insanin özünü dərk etməsinə zəmin yaradır. Bu, şüurun başlıca cəhətlərindən biridir. Çünki özünü dərk edən insan yalniz bir obyektiv varlıq kimi özünü idrak obyektinə çevirmir, həm də ideal, mənəvi dünyasını da əks etdirməyə müvəffəq olur. Bu da ilk növbədə insanin təfəkkürü vasitəsilə mümkün olur.




Yüklə 138,91 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin