A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)


Sahə üzrə mühitin iqtisadi xarakteristikalarının təyin edilməsi



Yüklə 3,11 Mb.
səhifə100/179
tarix02.12.2023
ölçüsü3,11 Mb.
#137759
növüDərslik
1   ...   96   97   98   99   100   101   102   103   ...   179
Biz-Str-Id-Ed-Derslik-Niyazi

Sahə üzrə mühitin iqtisadi xarakteristikalarının təyin edilməsi
Sahənin iqtisadi xarakteristikaları əhəmiyyətlidir, çünki onlar strateji yanaşmaların müxtəlifliyinə məhdudiyyətlər qoyurlar ki, şirkət bu sahədə binları səmərəli istifadə edə bilsin.
Sahədə ümumi vəziyyətin qiymətləndirilməsi üçün növbəti göstəricilər istifadə olunmalıdır:
- bazarın real və potensial ölçüsü;
- sahənin (qalxmanın başlanğıcı, sürətli artım və uçuş, yetkinliyin başlanğıcı, yetkinliyin və doymanın, durğunluğun və qocalmanın sonu, aşağı düşmə) həyat dövrəsinin mərhələsi;
- sahənin artım tempinin tendensiyasının ölçüsü.
VIII FƏSIL.



Biznesin diaqnostikası və şirkətin inkişaf strategiyasının formalaşmasında onun rolu




8.1. Biznesin diaqnostikasının təşkili

Şirkətin avtomatlaşdırılması prosesinə başlamazdan əvvəl mövcud informasiya sistem­ləri ilə qarşılıqlı əlaqələrin, mövcud biznes proseslərin diaqnostikasını aparmaq lazımdır. Biznesin inkişafı prosesində lazım gələrsə dəyişdirilməsi və ya yenidən işlənməsi proseslərini aparmaq və avtomat­laşdırılmış texnologiyalar sistemini daha mükəmməl etmək olar.


Biznesin inkişafında diaqnostikaya əsasən, müayinə prosesini başla­yandan və istənilən suala dəqiq cavab verə bilmək mümkün olduqdan sonra başlamaq olar. Məsələn, gələcəklə bağlı tələblərə layihənin müddəti, xərc­lər haqqında olan bütün sualları müayinə prosesindən sonra cavablandırmaq lazımdır. Bir şərtlə ki, bu da zamanında icra olunmalıdır.
Biznesin inkişaf strategiyasının təhlili zamanı istifadə etdiyimiz məsələlərdən biri də diaqnostika prosesinin düzgün təşkili məsələsidir. Çünki, gələcək inkişafın düzgünlüyü bundan asılıdır. Biznes proseslərinin diaq­nostikası keçirilməsi qərarı qəbul olunan kimi, analitik informasiya və təhlil olunan məlumatların kompleks toplanması prosesinə başlanılmalıdır.
Diaqnostika prosesinə başlanmazdan əvvəl, ilk növbədə, şirkət tərəfindən ayrılmış əlaqələndirici şəxs ilə tanışlıq başlanmalıdır. Buraya aşağıdakı məsələlərin kompleks şəkildə öyrənilməsi təklif olunur:
- müayinənin məqsədi;
- gələcək işlərin reqlamenti;
- müayinə zamanı iştirak edəcək əməkdaşların cəlb edilməsi;
- tarixi və gələcək görüşlərin müddəti;
Ümumiyyətlə, diaqnostika prosesinin həyata keçirilməsi müddəti, bu mə­sələ ilə bağlı, hansı miqyasda tədqiq olunan strateji məsələləri nə­zər­də tutmaqla yanaşı, layihənin hansı problemlərlə əhatə olunmasından da asılıdır. Adətən, elə şir­kətlər vardır ki, onlara 4-5 dəfə getməklə analitiklər diaqnostikanı orta müd­dətə, yəni 3-4 həftəyə, aparılan hər bir müsahibənin orta müddəti 1-1,5 saat davam etməklə bitə bilər. Bundan sonra, yekun olaraq müayinələrin nəticələri haqqında hesabatın hazırlanması və təqdim olunması prosesi gedir. Bütün bu müayinələrin nəticələri barədə hesabat, diaqnostikanın əsasını təşkil edir. Beləliklə, biznes proseslərin müayinəsi üzrə işlərin yekunu olaraq hesabat müddəaları yekunlaşdırılmış formada aşağıdakı kimi təqdim olunmalıdır:
1. Biznesin inkişafının gələcəyi üçün layihənin konsepsiyası.
2. Biznesin inkişaf strategiyasına əsaslanan avtomatlaşdırılması üzrə tövsiyələrin və biznesdə proseslərin təsviri;
3. Biznesin inkişafının strategiya əsasında avtomatlaşdırılması, layihənin həyata keçirilməsi mərhələləri və ardıcıllığına dair tövsiyələr;
4. Biznesin inkişafı üçün şirkətin texniki arxitekturasının qurulmasına dair əsas tövsiyələr;
5. Şirkətin mövcud olan sistemlərinin köçürülməsi strategiyası;
6. Layihələrdə risklərin qiymətləndirilməsi;
7. Layihənin plan-qrafik avtomatlaşdırılması;
8. Layihənin avtomatlaşdırılması üçün təxmini büdcə.
Bizi maraqlandıran digər məsələ, əlbəttə, diaqnostikanın dəyəridir. Dəyərə əsaslanan diaqnostikanın avtomatlaşdırılması layihənin gələcəkdə hansı miqyasda əhatə olunmasından asılıdır. Başlıcası isə bazarda əsas iş yerlərinin sayından asılıdır və bu çox önəmli bir məsələdir.
Biznesin inkişafının diaqnostikasını dəqiqləşdirmək məqsədilə ve­ri­lən suallara cavablar ekspertlərə biznes diaqnostikasının hansı mexanizm­lərindən istifadə etməyə kömək edir. Belə məqamlarda əlaqə saxlayan, əmək­daşlıq edən şəxslərin əhatəli və istənilən sualları cavablan­dır­ması işin gələcəkdə inkişafına kömək edəcək. Biznesin inkişaf proseslərinin diaqnostikası hansı hallarda, hansı vacib olanlarla rastlaşa bilər. Təhlillər əsasında, demək olar ki, bir neçə əsas hallar biznesdə proseslərin diqqətlə öyrənilməsi və yenidən təşkili aşağıdakıları tələb edir:
- şirkətin (məhsul və ya xidmət) işinin nəticəsi istənilən keyfiyyət tələblərinə cavab vermir, amma açıq-aşkar müəyyən qüsurun səbəbini məsul əməkdaş belə görə bilmir;
- müxtəlif struktur bölmələrinin əməkdaşları vəziyyətin hansı səviyyədə olduğu barədə mübahisə edirlər, lakin bu məsələ ilə digər blokun işləri öz mülahizələrini təklif etməlidirlər;
- məhsulun (və ya xidmətlərin) maya dəyəri plan göstəricilərini üstələyir, lakin hansı mərhələdə xərclərin artması baş verdiyini müəyyən etmək mümkün olmur;
- vəziyyət elə yarana bilər ki, əməkdaşlar öz hərəkətləri ilə şirkətin işinin səmərəliliyinə ziyan vururlar, lakin bu zaman tam səmimiyətləri ilə başa düşürlər ki, necə etsələr işin xeyrinə olar.
- yeni əməkdaşlar həddindən artıq çox oxuyurlar, faktiki olaraq mənfəət gətirmirlər;
- zəngin iş təcrübəsinə malik olanı axtarmaq və yüksək əməkhaqqı vermək lazımdır.
Bizim məqsədimiz biznes proseslərinin sistemi haqqında təsəvvür əldə etməkdən ibarətdir, yəni, aparılan tədqiqat zamanı şirkətin qəbul etdiyi qərarlara uyğun fəaliyyət zəncirlərində insanlar və biznes haqqında necə var o cür də təsəvvür əldə etmək məqsədindən ibarət olmalıdır. Bu mənzərə mövcud biznes proseslərinin səmərəliliyinin göstəriciləridir və aparılan hər bir əməliyyat işinin nəticəyə gəlməsi üçün müvafiq olaraq biznesin hər bir hissəsinin zəncirində biznes proseslərinin tələblərini müəyyənləşdirməyə imkan verir.
Səmərəlilik göstəricilərinin aldığı təsvir, öz növbəsində, mövcud sistemdə biznes proseslərin və onların aradan qaldırılması üçün tədbirlər axtarmaq və problemli nöqtələr haqqında nəticə çıxarmağa imkan verir.
Başqa sözlə, biznes proseslərinin diaqnostikası sərhədlərinin müəy­yən­ləşdirilməsi, mal və xidmətlərin keyfiyyətinin artırılması, xərclərin azal­dılması, əmək məhsuldarlığının artırılması üçün belə ardıcıllıqların opti­mallaşdırılması vacibdir və bu məsələlər üzrə düzgün qərarların verilməsi, bu istiqamətdə əməliyyatların aparılması məqsədilə struktur bölmələr ara­sında məsuliyyət bölgüsünün aparılması vacib məsələlərdəndir.
Biznes proseslərinin diaqnostikası üzrə işlərin nəticəsini müəy­yənləşdirmək lazımdır. Biznes proseslərinin diaqnostikasını aparan məsul şəxslərin işlərinin nəticələrindən biri aşağıdakı formada ümumiləşdirilə bilər:
- şirkətin formallaşdırılmış xəyalı, məqsədlər ağacı ilə bağlı bölmə­lərin və funksional fəaliyyətin məqsədləri;
- şirkətin cari modelində işləri əks etdirən diaqramlar, geniş biznes proseslərinin öyrənilməsi;
- ayrı-ayrı iş proseslərinin səmərəliliyinin göstəriciləri və onların nəticələrinin tədqiqi.
- şirkətdə biznes proseslərin optimallaşdırılması yolu ilə və ya digər vasitələrlə onların aradan qaldırılması üçün tədbirlərin hazırlanması, təklif olunması, problemli sahələri əks etdirən biznes proseslərinin vəziyyəti haqqında geniş hesabatın hazırlanması.
Biznesin inkişaf proseslərinin diaqnostikası üzrə iş formatı mərhələlərlə aparılır: Məsələn, birinci mərhələ biznesin inkişafının strategiyasının məqsədlərinin formalaşdırılması təşkil edilir və şirkətin fəaliyyətində əsas prioritetlərin müəyyən olunması problemləri öz həllini tapır. Habelə, müəyyən etmək lazımdır kı, bu istiqamətdə hansı strateji məqsədlər daha yüksək əsaslara malikdir və han­sı problemlər strateji məqsədlərə nail olmaq üçün ikincidərəcəli əhə­miyyət daşıyır. Sonra təsnifləşdirmək lazımdır ki, hansı digər tələblər bu şirkətin işinə nə dərəcədə vacibdir.
İkinci mərhələ - biznes proseslərin təsvirini yaratdıqdan sonra bu zəncirin, mütəxəssislər tərəfindən yerinə yetirilən əməliyyatların ardıcıllığının bilavasitə icraçıları ilə birlikdə problemlərin aradan qaldırması lazımdır. Bunun üçün müxtəlif metodlar tətbiq olunur və bunlar aşağıdakılar hesab edilir:
- sıravi icraçıları ilə müxtəlif səviyyəli rəhbərlərlə fərdi müsahi­bələrin təşkili;
- daxili fəaliyyəti qaydaya salan sənədlərin öyrənilməsi, həmçinin, avtomatlaşdırılmış proqramların proqram interfeysi olan biznes proseslərinin gedişinin şirkətdə tez - tez uçotun aparılması;
- müşahidə formasında video görünüşlərə əsaslanan iş gününün gizli qiymətləndirilməsi və ya gizli alıcı formatında keçirilməsi.
Bütün yuxarıda deyilənlərə əsasən, diaqramlarda biznes proseslərinin hər əməliyyatı üçün giriş və çıxış nöqtələrini müəyyən edirik və bu prosesin nəticəsinin nə olduğunu müəyyənləşdiririk. Ehtiyatlardan istifadə edilən hissə saxlanılır, lakin digər proseslər çıxarılır, bizi maraqlandıran proses dəqiq müəyyən edilir.
Əlbəttə, bu prosesin baş verdiyi məkan olan şirkətlərdə təbii ehtiyat­lar­la yanaşı, qarşılıqlı biznes proseslərinin bütün göstəricilərlə üzə çıxarıl­ma­sı lazımdır. Sonrakı hər bir prosesin məhsula olan tələbləri müəyyənləşdirilir. Səmərəliliyinin göstəriciləri sisteminin işlənib hazırlanması lazımdır ki, bu prosesin iştirakçıları öz funksiyalarının yerinə yetirilməsi haqqında mühakimə yürüdə bilsinlər.
Nəhayət, göstəricilər əsasında səmərəliliyin ölçülməsi həyata keçirilməlidir və belə göstəricilər əsaslanaraq aşağı səviyyəsi ilə nəticələnən səbəblərin təhlil edilməsi vacibdir.
Bundan başqa, biznes proseslərinin təşkilində diaqramlarla diqqətlə baxdıqda hətta adi gözlə də görmək olar. Bu işi tək və eyni funksiyaları müxtəlif struktur bölmələrinin əməkdaşları yerinə yetirməlidir. Vaxtında və səmərəli qərarların qəbul edilməsinin bürokratik pillələrdə razılaşdırmaqla, ayrı-ayrı funksiyalar üzrə məsul şəxslərin fikirlərinin təsdiq edilməsi lazımdır.



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin