Ağayev Samir



Yüklə 1,34 Mb.
səhifə31/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   27   28   29   30   31   32   33   34   ...   162
3.4 Faizin Zərərləri
Faizin iqtisadi cəhətdən zərərləri kimi əsasən aşağıdakılar qeyd olunur.

  • Tələbi məhdudlaşdırır

  • İstehsal xərclərini artırır, bu da öz növbəsində zəncirvari olaraq məhsulun maya dəyərinin artımına və son nəticədə qiymətlərin artmasına səbəb olur

  • Məşğulluğu azaldır

  • İnflyasiyanın fasiləsizliyini təmin edir

  • Cəmiyyətdə sosial təbəqələşməni artırır

  • İstehsala mənfi təsir edir

  • Gəlirin bölgüsünə mənfi təsir edir

  • Maliyyə sektorunun süni olaraq şişməsinə səbəb olur. Bu fakt xüsusilə məlum qlobal maliyyə böhranı zamanı özünü daha qabarıq formada göstərib və hal – hazırda ciddi müzakirə olunan mövzulardan biridir.1

Nigeriya prezidentinin 2000 – ci ildə “Böyük Səkkizlər”in samitindən sonra söylədikləri də faizin zərərləri haqqında real nümunədir. Nigeriya prezidenti Obasanjo öz ölkəsinin mövcud vəziyyəti ilə əlaqəli bunları deyib: Bizim 1986 – cı ilə qədər aldığımız borcun cəmi həcmi 5 mlrd dollar idi. Biz artıq 16 mlrd dollar ödəmişik, amma hələ də bizə deyirlər ki, sizin 28 mlrd dollar borcunuz qalıb. Əgər siz məndən soruşsanız ki, bu dünyada ən pis şey nədir, mən deyərəm ki, bu faizdir.

İslam Maliyyəsi üzrə məşhur alim Muhamməd Taqi Usmani qeyd edir ki, faizin istehsala olan təsiri ondan ibarətdir ki, zənginlər borclanarkən yalnız istehsal məqsədli və ya məhsuldar layihələr üçün borclanmırlar. Onlar həm də dəbdəbəli həyat tərzləri üçün istehlak məqsədilə borclanırlar. Paralel olaraq demək olar ki, dövlətlər də yalnız inkişaf məqsədli proqramları həyata keçirmək və layihələri maliyyələşdirmək üçün borclanmırlar. Onlar həm də öz siyasi məqsədlərindən irəli gələ biləcək işləri yerinə yetirmək üçün də borclana bilərlər. Göründüyü kimi, bütün bunların real sektorla və istehsalla birbaşa əlaqəsi yoxdur.

Muhamməd Taqi Usmaninin fikrincə faiz, gəlirlərin bölgüsündə də çox ədalətsiz bir mexanizmdir. Məsələn, biznesin borc hesabına maliyyələşdirildiyi bir hala nəzər yetirək. Faizin mütləq ödənilməli olduğunu nəzərə alaraq deyə bilərik ki, biznesin uğursuzluğu halında faizin mütləq banka geri ödənilməsi öhdəliyi biznesmen üçün (və ya borc alan üçün) ədalətsizdir. Sual olunur, bəs görəsən faiz mexanizmi yalnız faiz verənin (bankın) xeyrinədir və faizlə borc alan (biznesmen, şirkət və s.) üçün ədalətsizdir? Cavab, yox, faiz həm də faizlə borc verən üçün də ədalətsizdir və ya ədalətsiz ola bilər. Məsələn, minimal səviyyədə iqtisadi bilikləri olanlar da bilir ki, iqtisadiyyatın bum tsiklində biznesmenlər, firmalar, korporasiyalar çox qazanırlar. Hətta layihələr borc hesabına maliyyələşdirildikdə belə çox qazanırlar. Belə halda bu vəziyyət borc verən üçün ədalətsizdir, çünki mənfəət normasının faiz normasından qat – qat çox olması borc verənə (məsələn banka) daha az gəlir gətirir. Baxmayaraq ki, borc verənin biznesin investisiyasında böyük payı var idi, amma İslamda tətbiq edildiyi kimi mənfəət və zərərin bölüşdürülməsi alətlərinin olmaması səbəbindən ənənəvi kredit - faiz mexanizmi onu daha çox gəlirlərdən məhrum edir. Göründüyü kimi, Muhamməd Taqi Usmani tərəfindən bu sadalananlar, həqiqətən faiz əleyhinə olan çox güclü arqumentlərdir.

Bunlardan başqa, faizin psixoloji zərərləri də mövcuddur. Lakin İslam dininə görə müsəlmanlar üçün faizin ən böyük təhlükəsi onların axirəti ilə bağlıdır. Bəzi İslam alimləri isə faizin zərərlərini aşağıdakı kimi göstərirlər.

● Faiz almaq başqalarının mülkiyyətini ona heç nə vermədən mənimsəməkdir. Borc verən tərəf heç nəyə görə nə isə əldə edir.

● Faizdən asılılıq insanları pul qazanmaq üçün işləməkdən yayındırır.

● Faizə icazə vermək insanları yaxşı niyyətli olmaqdan yayındırır.

● Borc verənlər daima zənginləşir, borc alanlar isə kasıblaşır. Dolayısı ilə də varlılar daha da varlanır, kasıb təbəqə daha da kasıblaşır.

Faiz gəliri əməyin, təşəbbüskarlığın nəticəsi deyil, qeyri – məhsuldar bir gözləmənin nəticəsidir.

Eyni zamanda müsəlmanlar inanır ki, Allahdan hər hansı bir qadağa gəlibsə, deməli bu insanın xeyri üçündür və bunda insan üçün faydalar vardır. Bununla belə hətta qadağan edilən məqamlarda da insan üçün müəyyən faydalar ola bilər, lakin adətən zərərlər daha çox olur. Bunu içki və qumarla bağlı aşağıdakı ayələrdən də anlamaq olur.
(Ya Rəsulum!) Səndən içki və qumar haqqında sual edənlərə söylə: “Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət (dünya mənfəəti) vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür”! (əl-Bəqərə 219 )
Göründüyü kimi, hətta Allah özü də bunlarda insanlar üçün müəyyən faydanın olduğunu etiraf edir, lakin zərərlərinin daha çox olduğunu deyir. Bu səbəbdən də növbəti bir ayə ilə bu əməlləri qadağan (haram) edir. Sələmə də bu konteksdə yanaşılaraq, yəni iqtisadçılar tərəfindən iddia edilən faizin iqtisadiyyat üçün faydalarının olduğu fərziyyəsinə rəğmən onun zərərlərinin daha çox olduğunu iddia edilir. Sələm üzərində qurulan qlobal maliyyə və iqtisadi sistemin çox yaxın keçmişdə məruz qaldığı böhran buna misaldır. Təbii ki, İslam və Qlobal Maliyyə Böhranı mövzusu beşinci bölmədə daha geniş və detallı müzakirə olunacaq və şəriət üzərində qurulan İslam Maliyyə Sisteminin faiz üzərində qurulan maliyyə sistemindən üstün cəhətləri aşkara çıxarılacaq.


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin