3.5 Xristianlıq və yahudiliyin faizə münasibəti
Mütləq vurğulamaq lazımdır ki, faiz (sələm) İslamdan əvvəlki səmavi dinlərdə də qadağan olunmuşdur. Xrisitianlar və yahudilər də öz səmavi kitablarına əsasən faizin qadağan edildiyini etiraf edirlər. Faizin qadağan olunmasına dair İncildəki dəlillərə nəzər salmaq maraqlı olardı. Bu dəlilər aşağıdakılardır:
Əgər sən mənim xalqımdan olan qonşularından birinə borc verirsənsə, sən ondan hədə - qorxu ilə faiz tələb etməməlisən. (Exodus 22:24)
Öz həmvətənindən nə pul ifadəsində, nə də natural formada faiz alma, tanrıdan qorx və ona səninlə yaşamağa icazə ver (Leviticus 25:36)
Sən öz həmvətənindən nə natural, nə də pul ifadəsində faiz tələb etməməlisən. Sən xaricidən faiz tələb edə bilərsən, amma öz həmvətənindən yox. (Deuteronomy 23: 20 – 21)
Faizlə borc vermə, günahsızdan rüşvət alma (Psalms 15)
İnsan o vaxt səxavətlidir ki, o haqq işləri görür, ədalətlidir, faizlə borc vermir (Ezekiel 18:5,8)
Sizin aranızda rüşvət alan, faiz yeyən var. ”Və siz məni unutmusunuz”, tanrı deyir (Ezekiel 22:12)
Əgər sən birinə borc verib ondan əlavə ödəniş gözləyirsənsə, o zaman sənin üçün nə xeyir ola bilər? Hətta günahkarlar belə günahkarlara əlavə ödəniş tələb etmədən borc verir. Düşmənlərini sev və onlar üçün yaxşılıq et. Və onlara borc verərkən əlavə ödəniş tələb etmə, onda sən çox böyük mükafatla mükafatlanacaqsan (Luke 6:34, 35)
Aristotel kimi qədim avropalı filosoflar da faiz götürməyi təqdir etmirdilər. Aristotel pulu yumurtlamayan toyuğa bənzədirdi və deyirdi ki, pul heç vaxt pul gətirə bilməz. Roma imperiyası da özünün ilk illərində faizi qadağan edirdi. Xristian kilsələri bütün növ faizi qadağan edirdilər. Lakin 16 – cı əsrin ortalarından başlayaraq qərbi – avropa dövlətlərində faiz qadağası tədricən aradan qaldırılmağa başladı.
Dostları ilə paylaş: |