Ağayev Samir


Kənd Təsərrufatı Məhsullarının Zəkatı



Yüklə 1,34 Mb.
səhifə39/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   35   36   37   38   39   40   41   42   ...   162
4.4 Kənd Təsərrufatı Məhsullarının Zəkatı
Zəkat tutulan mallar sırasında kənd təsərrufatı məhsulları da var. Bunlar buğda, arpa, kişmiş və xurmadır. Kənd təsərrufatı məhsullarından zəkat tutulması aşağıdakı Quran ayəsində öz əksini tapıb:

Yer üzünə sərilmiş və sərilməmiş bağ-bağatı (bostanları və bağları), dadları müxtəlif xurmanı və taxılı, bir-birinə həm bənzəyən, həm də bənzəməyən zeytunu və narı yaradan Odur. (Onların hər biri) bar verdiyi zaman barından yeyin, yığım günü haqqını (zəkatını, sədəqəsini) ödəyin, lakin israf etməyin. (Allah) israf edənləri sevməz! (əl-Ənam 141)
Bu məhsulların digər zəkat tutulan mallardan əsas fərqi onlardan zəkat çıxarılması üçün bir il gözləməyin tələb olunmamasıdır. Burada məhsulların zəkatı yığım zamanı ödənilir. Nisab həddi 612 kq – dır. Əgər məhsullar təbii sular (yağış suyu, çay suyu) hesabına yetişdirilibsə, onda zəkat dərəcəsi 1 / 10 (onda bir) – dir. Əgər məhsullar kəndlinin öz xərcləri hesabına suvarılıbsa, o zaman zəkat dərəcəsi 1 / 20 (iyirmidə bir) – dir.

Zəkatın istifadə edilə biləcəyi mənbələr Quranda dəqiqliklə müəyyən olunub. Aşağıdakı ayə bu haqqdadır:


Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq ancaq yoxsullara, (ehtiyacı olan, lakin utandığından əl açıb dilənməyən) miskinlərə, zəkatı yığıb paylayanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara (iman gətirib hələ kamil mömin olmayanlara), azad ediləcək kölələrə (və ya boynuna kəffarə düşüb verə bilməyənlərə), həmçınin (borcu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda cihad edənlərə və yolçulara (pulu qurtardığı üçün yolda qalan, vətəninə qayıda bilməyən müsafirlərə) məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir! (ət – Tovbə 60)

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin