Elə isə ondan (Qurandan) sizə müyəssər olanı oxuyun, namaz qılın, zəkat verin və Allah yolunda gözəl (könül xoşluğu ilə) bir borc verin.( əl-Muzzəmmil 20)
(Ya Rəsulum!) Onların mallarından sədəqə (zəkat) al. Bununla onları (günahlarından) təmizləmiş, pak etmiş (mallarına bərəkət vermiş, əməllərinin savabını artırmış) olarsan. Onlardan ötrü dua et, çünki sənin duan onlar üçün bir arxayınçılıqdır (rahatlıqdır). Allah (hər şeyi) eşidəndir, biləndir.(Tovbə 103)
Zəkat əmri İslamdan əvvəlki səmavi dinlər üçün də keçərli idi. Bu barədə İslam mənbələrində də müəyyən məlumatlar var. Məsələn, aşağıdakı Quran ayəsində Allah İsa peyğəmbərin ləfzi ilə zəkat haqqında məlumat verir.
(Allahdan bir möcüzə olaraq körpə dilə gəlib) dedi: “Mən, həqiqətən, Allahın quluyam. O mənə kitab (İncil) verdi, özümü də peyğəmbər etdi. O, harada oluramsa olum, məni mübarək (həmişə hamıya xeyir verən, dini hökmləri öyrədən) etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu. (Məryəm 30 – 31)
Zəkat lüğəti olaraq təmizlənmə mənasını verir. Zəkat, sərvət müəyyən həddə çatdıqda tutulur. Bu hədd nisab adlanır. Zəkatın iki əsas şərti var : sərvət mütləq nisab həddinə çatmalıdır və sərvət mütləq bir il sahibində qalmalıdır. Yəni zəkat ildə bir dəfə tutulur. Bu o deməkdir ki, sərvət hətta nisab həddinə çatsa belə, amma bir il tamamlanmayıbsa zəkat tutula bilməz. Zəkatda maliyyə təqvimi olaraq mütləq hicri tarixi (İslam təqvimi) istifadə olunur. Şəriətə görə zəkat tutulan mallar aşağıdakılardır:
● Metallar: Qızıl və Gümüş
● Heyvanlar: Dəvə, İnək və Qoyun
● Kənd təsərrufatı məhsulları: Buğda, arpa, kişmiş, xurma
Dostları ilə paylaş: |