Ağayev Samir


İslam Maliyyə Sistemi Anlayışı



Yüklə 1,34 Mb.
səhifə44/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   40   41   42   43   44   45   46   47   ...   162
1.1 İslam Maliyyə Sistemi Anlayışı
İslam Maliyyə Sistemi, qanunvericilik prizmasından İslam Kommersiya hüququnun müəyyənləşdirdiyi qadağalar çərçivəsində həyata keçirilən maliyyələşmə üsullarını və ümumilikdə maliyyə münasibətlərini ifadə edir. Bu qadağalar kitabın birinci bölməsində geniş izah olunsa da, həmin elementləri izahını vermədən qısaca xatırlayaq:

  1. Ribavi əməliyyatlar

  2. Ğərar

  3. Qimar və Maisir

  4. Konkret qadağan olunmuş fəaliyyət sahələri


1.2 İslam Maliyyə Sisteminə İnstitutsional Yanaşma
Müasir zamanda “İslam Maliyyə Sistemi” özündə institutsional baxımdan İslam Banklarını (beynəlxalq təşkilat kimi İslam İnkişaf Bankı daxil olmaqla), İslam Lizinq Təşkilatlarını, İslam Sığorta Fondlarını (Takaful), İslam Kapital Bazarlarını, İslam İstiqrazlarını (Sukuk), müxtəlif İslam Maliyyə Xidmətlərini və qlobal səviyyədə İslam Maliyyə İnstitutları üçün mühasibat uçotu, audit, şəriət və etik kodekslər, kapital adekvatlığı kimi standartları müəyyənləşdirən beynəlxalq təşkilatları (AAOIFI, IFSB) birləşdirir. “İslam Maliyyə Sistemi” nəzəri olaraq İslam şəriətinin prinsipləri üzərində qurulub. Bu sistem çərçivəsində fəaliyyət göstərən hər bir institut şəriətə müvafiq (shariah compliant) olmalıdır.

İslam Maliyyə Sistemi indiki səviyyəsinə çatmaq üçün müəyyən yol qət edib. Bu vaxt ənənəvi maliyyə sistemi ilə müqayisədə çox qısa bir zamandır. İlkin olaraq İslam Maliyyəsi 1950 – 60 – cı illərdən müəyyən səviyyədə yalnız nəzəri bir konsepsiya olaraq tədqiq edilməyə başladı. 1960 – 80 – ci illərdən başlayaraq faizsiz bankçılıq anlayışı müsəlman cəmiyyətlərində daha sıx istifadə edilirdi. Lakin faizsiz bankçılıq ifadəsi İslam Maliyyə Sistemi və İslam Bankçılığı ilə müqayisədə çox dar konsepsiyadır. Əvəzində İslam Maliyyə İnstitutları yalnız faiz (sələm) əməliyyatlarından deyil, eyni zamanda Ğərar, Qimar, Maisir və şəriətin qadağan (haram) etdiyi bütün fəaliyyət növlərindən uzaq durmağı və şəriətin müəyyən etdiyi alətlər vasitəsilə fəaliyyət göstərməyi nəzərdə tutur. Artıq 1960 – cı illərdən etibarən müəyyən bankların yaradılması ilə İslam Maliyyə Sistemi nəzəri tədqiq mərhələsindən praktiki tətbiq mərhələsinə keçdi. İslam Banklarının qısa tarixçəsi və onların fəaliyyətinin ənənəvi banklardan fərqli istiqamətləri haqqında növbəti paraqraflarda bəhs ediləcək. İndi isə İslam Maliyyə Sistemində mövcud olan mərkəzi fiqurlar və beynəlxalq təşkilatlar haqqında məlumat veriləcək.



Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin