Ağayev Samir


Ayrı – ayrı İslam ölkələrinin Zəkat qanunvericiliyi



Yüklə 1,34 Mb.
səhifə41/162
tarix10.01.2022
ölçüsü1,34 Mb.
#110616
1   ...   37   38   39   40   41   42   43   44   ...   162
4.6 Ayrı – ayrı İslam ölkələrinin Zəkat qanunvericiliyi
Hər bir dövlətin özünün zəkat qanunu ola bilər. Bundan əlavə hər bir dövlət yığım, bölüşdürmə, digər administrativ proseduralarla əlaqəli zəkat məsələlərinə dair qaydaları da müəyyənləşdirir.

Malaziyada müsəlmanlardan yığımlara, sahib olduqları biznesə, səhmlərə, qızıla və gəlirlərinə görə zəkat tutulur. Malaziyada Gəlir Vergisi qaydasına görə1 fiziki şəxslərin ümumi gəlirinin 2.5 % - i zəkat məqsədli ödənilirsə, həmin məbləğin vergiyə cəlb olunan məbləğdən çıxılmasına icazə verilir. Burada həmçinin səhmlərdən, biznesdən, yığımlardan və qızıldan da 2.5% dərəcəsində zəkat tutulur. Səhmdən zəkat tutularkən səhmin il ərzində ən aşağı bazar qiyməti əsas götürülür. Bundan başqa zəkat hesablanmamışdan əvvəl səhmə düşən borclar da mütləq çıxılır. Malaziyada şirkətlər əsasən Zəkatı qeyri - əməliyyat xərcləri kimi tanıyırlar.

Pakistanda Mərkəzi Zəkat Fondu fəaliyyət göstərir və Mərkəzi Bank tərəfindən idarə olunur. Ramazan ayının biri avtomatik olaraq zəkat tutulur.

Küveyt və Banqladeşdə dövlət zəkat fondlarını idarə edir, amma ödənişlər məcburi yox, könüllüdür.

Səudiyyə Ərəbistanında isə Zəkat məcburidir. Çünki, Səudiyyə Ərəbistanı şəriət dövlətidir. Təsadüfü deyil ki, Səudiyyə Ərəbistanında əsas vergi orqanı “Zəkat və Gəlir Vergisi Departamenti”1 adlanır. Bu qurumun əsas funksiyalarından biri Zəkatın yığılmasıdır. Zəkatın bölüşdürülməsi isə başqa qurumlar tərəfindən həyata keçirilir. Ümumiyyətlə zəkat üçün ən təkmil hüquqi çərçivə də Səudiyyə Ərəbistanındadır. Mövcud qanunvericiliyə görə Səudiyyə Ərəbistanı vətəndaşları yalnız zəkat ödəyir, gəlir vergisi isə ödəmirlər. Şəxsi gəlir vergisini yalnız qeyri – rezidentlər ödəyirlər. Səudiyyə Ərəbistanında fəaliyyət göstərən şirkətlər də korporativ zəkat ödəməlidirlər. Ölkədə Əlavə Dəyər Vergisi və ya satışdan olan hər hansı bir dolayı vergi mövcud deyil.

Müasir zamanda korporativ zəkat anlayışı meydana gəlsə də, hələ də bu anlayışı əksər müsəlmanlar və hətta bəzi alimlər belə anlamırlar. Müsəlmanlar adətən zəkat məsələlərində ənənəvi fiqhi mənbələrə müraciət edirlər ki, bu da müasir iqtisadi sistemdə zəkatın effektivliliyini azaldır. Bütün bu nüanslar da öz növbəsində İslam ölkələrində təkmil və effektli zəkat qanunvericiliyinin və hüquqi çərçivələrin yaranmasına əngəl yaradır. Sahə üzrə ekpertlər bu əngəlləri aşmaq üçün müsəlmanların ənənəvi iqtisadiyyat / biznes / maliyyə məsələləri üzrə mariflənməli olduqlarını və təkmil hüquqi çərçivələrin yaradılması prosesinə alimləri daha sıx cəlb etməyi vacib hesab edirlər.



Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin