4.2 Qızıl və Gümüşün Zəkatı
Qızılın nisabı 20 Dinar və ya 85 qramdır. Yəni, ilin sonunda qızılın həcmi 85 qrama çatarsa və keçərsə, o zaman qızıl sahibi ümumi məbləğin qırxda birini və ya 2.5% - i zəkat kimi ödəməlidir. Məsələn, 100 qram qızıla görə bu göstərici 2.5 qram qızıldır. 85 qramdan az qızılı olanlar zəkat ödəmir.
Gümüşün nisabı 200 dirhəm və ya 595 qram gümüşdür. Gümüşdə də, zəkat faizi 2.5% - dir. 595 qramdan az gümüşü olan zəkat ödəmir.
Qızıl və gümüşün nisabı, zəkat faizi peyğəmbərin (ona və ailəsinə Allahın salamı olsun) hədisində bildirilib. Hədisin ravisi Əli İbn Talibdir (Allah ondan razı olsun), hədisin mənbəyi isə Səhih Sunən Abu Davuddur.
Müasir zamanda pul da qızıl və gümüş kimi zəkata cəlb olunur və bir il ərzində yığılan məbləğdən 2.5% səviyyəsində tutulur. Pul üçün zəkat əsasən qızılla ölçülür.
Məlumdur ki, müasir zamanda vergilərin progressiv (gəlir artdıqca vergi dərəcəsi artır), regressiv (gəlir artdıqca vergi dərəcəsi azalır) və proporsional (gəlirin səviyyəsindən asılı olmayaraq vergi dərəcəsi sabit qalır) növləri var. Bu prizmadan qeyd edə bilərik ki, qızıl, gümüş və pula görə ödənilən zəkat proporsional xarakter daşıyır.
Dostları ilə paylaş: |