Anemiyalar


Tam soyuq aqlutininli autoimmun hemolitik ane­miyada müalicə



Yüklə 1,02 Mb.
səhifə101/129
tarix06.01.2022
ölçüsü1,02 Mb.
#111990
növüDərs
1   ...   97   98   99   100   101   102   103   104   ...   129
Tam soyuq aqlutininli autoimmun hemolitik ane­miyada müalicə. Xəstəliyin bu formasında qlükokor­ti­kos­te­roid terapiyanın effekti azdır. Buna bax­mayaraq he­mo­li­tik kriz zamanı aşağı dozada (15-25 mq/sutka) qlüko­kor­ti­ko­ste­roid hormonlar tə­yin olunur. Splenektomiyanın effekti olmur.

İmmunodepressantların (xlorbutin 2,5-mq/sutka və ya tsiklofosfan 400 mq gün­aşı­rı) təyini hemoliz əlamətlərin azal­dır. Tam soyuq aqlutininli hemolitik anemiyanın müalicəsin­də plazmaferez­dən isti­fa­də olunur. Bu zaman eritrositlərin aqlutinasiya olmaması üçün alın­mış qan qız­dı­rı­lır (37º). Plazmaferezi immunodepressant terapiya ilə birgə təyin et­mək olar.

Autoimmun hemolitik anemiyanın soyuq formasında xəstələrin ümumi vəziyyəti isti formaya nisbətən daha qənaətbəxş olur.

Xəstəliyin simpomatik formasında əsas xəstəliyi müalicə etmək lazımdır. Bəzən auto­­immun hemolitik anemi­ya idiopatik forma kimi müalicə olunur, lakin müəy­yən vaxt­dan sonra bunun digər və daha ağır bir xəstəliyin simptomu olduğu aşkar edilir. Simp­­tomatik formada proqnoz autoim­mun hemolitik anemiyanı yaradan əsas xəs­tə­lik­­dən asılı olaraq müxtəlifdir.

Bəzən xəstəliyin kəskin dövründə hətta yüksək dozada təyin olunan pred­ni­za­lo­nun da effekti olmur. Ölümün səbəbi kəskin hemolizdən əlavə beyin və mezenterial da­­­marların trombozudur. Bəzən də uzun illər prednizalon qəbul etmiş insanda ağır trav­­­­ma yaxud infeksiya zamanı hipokortisizm ölümə səbəb olur.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   129




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin