Autoimmun hemolitik anemiyada diaqnoz. Autoimmun hemolitik anemiya heterogen xəstəliklər qrupudur. Əsas və ümumi əlamətləri eritrositlərin hemolizi və bunun nəticəsində yaranan müxtəlif dərəcəli anemiyadır.
Diaqnoz hemolizin klinik-laborator əlamətlərinə və antiqlobulin testin nəticələrinə əsaslanır. Bu məqsədlə Kumbs sınağından istifadə olunur.
Bəzən xəstədə autoimmun hemolitik anemiya olmasına baxmayaraq düz antiqlobulin testi mənfi ola bilər. Çünki hüceyrədə 100-500 molekul antitel olduqdastandart reaktiv onu təyin edə bilmir. Lakin eritrosit membranında hətta 100 molekuldan da az antitellərin olması hüceyrələrin zədələnməsinə və hemolizə səbəb olur. Bundan başqa reaktivlər JgG və komplementin C3 komponentini təyin edir, lakin JgA-antiteli təyin etmir. Autoimmun hemolitik anemiyanın hemolizin formasında Kumbs sınağı bəzən mənfi, saxaroza sınağı isə müsbət olur. Qeyri-düz Kumbs sınağı xəstələrin 80%-də müsbət nəticə verir. Xəstəliyin kəskin dövründə üzərində çox miqdarda antitel fiksasiyaolunmuş eritrositlər parçalandığı üçün Kumbs testi mənfi ola bilər. Soyuq immun hemolitik anemiyada JgM sirkulyasiyada eritrositlərin səthindən ayrıldığı üçün düz Kumbs reaksiyası komplementi təyin edir.
Dostları ilə paylaş: |