Patogenez. Sferositozda əsas dəyişikliklər eritro-sitlərin membran quruluşunun defekti nəticəsində yaranır. Tədqiqatlar zamanı müəyyən olunub ki, xəstələrdə spektirinin miqdarı azalır və hemolizin ağırlığı spektirinin defisti ilə tənzimlənir.
1983-cü ildə məlum oldu ki, xəstələrin bəzilərində spektirin, digərlərində isə ankirinin defekti var. Bu bir daha təsdiq etdi ki, sferositoz bir deyil, klinikasına görə bir-birinə oxşayan xəstəliklər qrupudur.
Spektirin α və β zəncirindən ibarətdir. α zəncirində 2 dəyişiklik məlumdur: α-spektirin LEPRA (Low Expression Praque Allele) və α-spektrin Prague. Hər 2 forma autosom-resessiv irsə verilir. Spektirinin miqdarı 50-70% olur. Homoziqot variantda xəstəlik ağır keçir. Heteroziqotlarda isə xəstəliyin əlamətləri demək olar ki, olmur. α spektirində olan defekt xəstəliyin 3-4%-ni təşkil edir.
β spektirində olan dəyişikliklərə 15-30% halda rast gəlinir. Bu dəyişikliyin 20-yə qədər müxtəlif variantı var və Şimali Avropa ölkələrində daha çox rast gəlinir. Xəstəlik autosom-dominant yolla irsə verilir. β spektirin normaya nisbətən 15-40% azalır. Xəstəliyin əlamətləri yüngül keçir.
Membranda olan ankirin zülalının patologiyasına spektirinə nisbətən daha çox rast gəlinir. Ankirin patologiyasının 54-ə qədər müxtəlif mütasiyası müəyyən edilib.Βəzən ankirin və spektirinin müştərək patologiyası da aşkar olunur. Ankirin patologiyası irsə çox zaman dominant yolla ötürülür. Bu variantda xəstəlik yüngül və orta ağır keçir. Resessiv yolla irsə verilən formada isə xəstəlik daha ağır keçir.
Protein 3 fraksiyasının defektinə 20-30% halda rast gəlinir. Müxtəlif ailələrdə 52 mutasiyası aşkar olunub. Xəstəlik adətən yüngül gedişatlı olur.
Protein 4.2 zülal fraksiyasının defektinə isə nadir halda rast gəlinir. Autosom-resessiv yolla irsə verilir və klinik gedişatı ağır olur.
Dostları ilə paylaş: |