AxiRƏt azuqəSİ


ALLAHA İBADƏT VƏ BƏNDƏLİK, MÖ᾿MİNLƏRİN YÜKSƏLİŞ VƏ TƏRƏQQİ VASİTƏSİDİR



Yüklə 6,59 Mb.
səhifə2/36
tarix17.11.2018
ölçüsü6,59 Mb.
#82680
1   2   3   4   5   6   7   8   9   ...   36

ALLAHA İBADƏT VƏ BƏNDƏLİK, MÖ᾿MİNLƏRİN YÜKSƏLİŞ VƏ TƏRƏQQİ VASİTƏSİDİR


Qeyd edək ki, insanlığın həqiqəti, özünü Allaha ibadət və bəndəlikdə büruzə verir. İnsan, ibadəti olmadan digər canlılardan heç bir üstünlüyə malik deyil. Belə olan halda, ancaq təkvini dərəcələrdən faydalanacaq və heç bir şeyin haqqını lazımınca ödəməyəcəkdir. Allaha ibadətdən üz döndərən şəxs, həqiqətdə, insanlığın kamal yollarını öz üzünə bağlamış olur. Çünki insanlığın zirvəsinə qalxmaq, yalnız bu yolla müyəssər olur.

Böyük insanların həyat tərzinə nəzər salsaq görərik ki, Allaha bəndəlik onların yaşayış qanunlarının ayrılmaz hissəsidir. «Kəlimullah», «xəlilullah» və «həbibullah» dərəcəsinə yüksələnlərin hamısı, məhz bu yolu başa vurmaq və bu yolun çətin, əzab-əziyyətli imtahanlarına sinə gərməklə yüksək məqamlara yüksəlmişlər. Hətta elə bir insan tapmaq olmaz ki, Allaha bəndəçilik etmədən, ixtiyari kamal dərəcələrindən birinə yüksəlmiş olsun. Yuxarıda deyilənlərdən başqa, «riza məqamı» və «yəqin» kimi dərəcələrə yüksəlişin sirrini Allaha bəndəçilikdə axtarmaq lazımdır. Allah-təala Qur᾿anda buyurur:

«Pərvərdigarına ibadət et ki, yəqin dərəcəsinə çatasan»1.

Və riza məqamı haqqında buyurur:

«Günəşin çıxmasından və batmasından əvvəl, qaranlıq gecənin müəyyən saatında və günorta yarısında Allahı zikr et ki, riza məqamına çatasan»2.

Xalqı Allaha doğru yönəltmək, onları ibadətə səsləmək və haqdan qeyrisinə pərəstiş etməkdən çəkindirmək bütün peyğəmbərlərin vəzifəsi olmuşdur:

«Hər ümmətə bir peyğəmbər göndərdik ki, onlara tək olan Allaha ibadət etməyi və qeyri-haqqa pərəstişdən çəkinməyi çatdırsınlar»3.

Qur᾿anın tə᾿kidlə vurğuladığı məsələlərdən biri də, bütün varlıqların istər-istəməz Allaha ibadət, bəndəçiliklə məşğul olmasıdır:

«Yerdə göydə olan hər şey Allahı təsbih etməklə məşğuldurlar»4. Lakin bu cür bəndəçilik təkvini olub, insanın kamala çatmasında rol oynamır. İnsanın kamala çatması, onun öz ixtiyarı ilə Allaha bəndəçilik etməsindədir. Əgər belə olmasaydı, təkvini bəndəçilik yolu ilə, hətta dağlar, daşlar belə son kamal nöqtəsinə yüksələrdilər.

Allaha ibadətin əhəmiyyət və dəyərini bildirmək üçün Allah-təala Qur᾿anda insan və cinləri yaratmaqda son hədəfinin ibadət olduğunu bəyan etmişdir:

«Mən cinləri və insanları ancaq Mənə ibadət etsinlər deyə yaratdım»1.

Bunlardan əlavə, pərəstiş hissi insanın fitri xüsusiyyətlərindəndir. Yə᾿ni ibadətə ehtiyac hissi insanın fitri istəyidir və biz millətlərin, dinlərin tarixinə nəzər yetirsək görəcəyik ki, tarix boyu elə bir millət, cəmiyyət tapmaq olmaz ki, onların arasında müəyyən bir ibadət və pərəstiş növü olmasın.


ALLAHA BƏNDƏÇİLİYİN MƏRHƏLƏLƏRİ

a) ALLAHI TANIMAQ


Hədisin davamında, Həzrət (s) ibadətin mərhələlərini bəyan edərək buyurur:

«Ey Əbuzər, bil ki, Allaha ibadətin birinci mərhələsi Onu tanımaqdır. O, hər şeydən əvvəldir. Ondan əvvəl heç bir şey yoxdur, yeganə və təkdir, bənzərsizdir, əbədidir, sonu yoxdur. Yeri və göyləri, onlarda və onların arasında olan hər şeyi O yaradıb. Allah mehriban olub, hər şeyi biləndir və hər bir işə qadirdir»2.

Hədisin bu hissəsində ibadət və Allahı tanımağın ilkin mərhələsi haqqında söhbət edilir. Allaha mə᾿rifətin müxtəlif mərhələləri vardır, lakin Allaha bəndəçilikdə zəruri hesab olunan ilkin şey, Allahı icmali olaraq tanımaqdır. İnsan bilməlidir ki, Allah vardır və O, dünyanın və insanın yaradıcısıdır. Əgər insan bu tanışlığı əldə edə bilməsə, Allaha ibadət mərhələsinə yüksələ bilməz. Başqa sözlə desək, Allaha tərəf gedən yolda Allahı tanımaq ibadətdən öndə durur. Əlbəttə, son təkamül nöqtəsinə yetişmək istəyən insan, özünün bu seyrində mə᾿rifətin ən yüksək dərəcələrinə nail olur. Allahı tanımağın bu həddi Allah övliyalarına məxsus olub, böyük imtahanlar tələb edir. Bizim həmin həqiqətə yol tapmaq imkanımız yoxdur. İcmali olaraq bilirik ki, son mə᾿rifət nöqtəsi olduqca dəyərli və ali bir məqamdır və Allah övliyaları, mə᾿rifətə aparan yolun sonunda həmin dayanacağa çatırlar. Bu, Allaha ibadətin son mərhələsidir.

İbadətin ilkin mərhələsinə qədəm qoyumuş insan üçün Allahın varlığı sabit olduqdan sonra Onun sifətləri və yaratdıqları barədə təfəkkür edilməlidir ki, həmin tanışlıq onun ürəyində möhkəm yer tutub, ancaq zehni tanışlıq həddində qalmasın. Daha doğrusu, həmin zehni tanışlıq canlı və fəal tanışlığa çevrilib, insanın rəftarına tə᾿sir göstərməlidir. Təfəkkürlə yanaşı olan tanışlığın bu mərhələsi «orta mə᾿rifət» adlandırılır. Orta mə᾿rifət öz növbəsində müxtəlif dərəcələrə və geniş üfüqlərə malikdir. İnsan ilahi ayələr üzərində təhlil aparıb təfəkkür etməklə və həmçinin, əməli ibadət yolu ilə bu mərtəbələrə yüksələ bilər.

Deyilənlərdən belə aydın oldu ki, Allahın sifətləri və yaratdıqları üzərində dərindən düşünmək və həmçinin, Onu daha dəqiq tanımağa sə᾿y göstərmək, insanın ixtiyari ibadət və işlərindən sayılır. Bu gedişlə insanın əldə etdiyi tanışlıq, ibadətin müqəddimə və başlanğıcı hesab olunur. (İnsanın ilahi ayələr üzərində təfəkkür edib düşünməsi Allahı tanımağın «yaxın müqəddimə»si, bu barədə kitabları mütaliə edib dərs almaq isə «uzaq müqəddimə» adlanır).

b) PEYĞƏMBƏRƏ (S) İMAN GƏTİRİB, ONUN NÜBÜVVƏTİNİ E᾿TİRAF ETMƏK


«(İkinci mərhələdə) mənə iman gətirib, Allahın məni Öz izni ilə bütün insanlara behişt müjdəsi və᾿d edib, cəhənnəm əzabı ilə qorxudub, onları haqqa də᾿vət edən bir peyğəmbər olaraq göndərdiyini və insanlar üçün hidayət çırağı qərar verdiyini e᾿tiraf etməlisən».

Qur᾽ani-kərimdə və rəvayətlərdə Peyğəmbər (s) haqqında zikr edilən sifətlərin hər birinin təfsirə və izaha ehtiyacı vardır. Əgər Peyğəmbərin (s) həqiqətən Allahın elçisi olduğu barədə imanımız güclü və kamil olarsa, içimizdə baş qaldıran bir çox şübhələr aradan gedər. İmanı süst olan müsəlmanların əksəriyyətinin Peyğəmbər (s) barəsində şəkk-şübhəyə düşmələrinin əsas səbəbi, ona olan iman və mə᾿rifətin zəifliyindən və yetərli olmamasından irəli gəlir. Bu şübhələr getdikcə dərinləşir və onların düz yoldan azması və küfrə sürüklənməsi üçün zəmin yaradır. Çünki onların Peyğəmbərin (s) sözünün doğruluğunu qəbul edəcək qədər imanları yoxdur. Bunlardan bə᾿zilərinin əqidələrinə görə, Peyğəmbərin (s) gətirdiyi şəriət bizim zamanın tələblərinə cavab vermir. Bu hökm və qanunlar o zamanlar Ərəbistan yarmadasında yaşayan vəhşi ərəblər üçün gəlmişdir və müasir dövrdə həmin qanunlara ehtiyac duyulmur!.

Bu sözlər Allah Rəsuluna (s) yanlış e᾿tiqadın nəticəsidir. Əgər Peyğəmbərin (s) buyurduğu «ərsələni ila kaffətin-nas» (məni bütün insanlar üçün göndərdi) kəlamını yə᾿qinliklə qəbul etsəydilər, heç vaxt onun peyğəmbərliyini məxsus bir zaman və millət üçün məhdudlaşdırmazdılar. Həqiqətdə demək olar ki, dində yaranan əksər şübhələr, Allahın Rəsuluna (s) və onun gətirdiyi şəriətə imanın zəifliyindən irəli gəlir.


Yüklə 6,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin