AxiRƏt azuqəSİ


CAVANLIQ‒ ÖMRÜN ŞƏN ÇAĞLARI



Yüklə 6,59 Mb.
səhifə5/36
tarix17.11.2018
ölçüsü6,59 Mb.
#82680
1   2   3   4   5   6   7   8   9   ...   36

CAVANLIQ‒ ÖMRÜN ŞƏN ÇAĞLARI


«Ey Əbuzər! Beş şey səni haqlamamış, beş şeyi qənimət bil: Birincisi budur ki, qocalıq başının üstünü almamış cavanlığını qənimət bil…».

Şən və çılğın əhval-ruhiyyə ilə müşahidə olunan cavanlıq illəri insan ömrünün ən gözəl dövrü hesab olunur. Düzdür, insan ömrü əvvəldən axıra qədər böyük ne᾿mətdir, lakin cavanlıq illəri bu ne᾿mətin ən şirin çağlarıdır. Bu cəhətdən də, Həzrət (s) əvvəl cavanlıq dövranını yad edir və axırda həyatın əsl əhəmiyyətinə toxunur.

İmam Xomeyni (r.ə.) də tez-tez çıxışlarında deyirdi: «Ey cavanlar! Cavanlığınızın qədrini bilin». Çünki bu elə bir ne᾿mətdir ki, ondan düzgün bəhrələnməklə insan kamala çatıb, ilahi tərəqqiyə nail ola bilər. Halbuki, qocalıq çağlarında bu məqamlara yetişmək ehtimalı çox zəif olur. Elə bu səbəbdən də imamlarımız öz çıxışlarında bu həqiqətə işarə etmişlər. İmam Sadiq (ə) bu barədə belə buyurur:

«Hər cavan mö᾿min Qur᾿an oxuyarsa, Qur᾿an onun ətinə, qanına qarışıb, cisminə və ruhuna nüfuz edər».

Cavan adam yaş çubuq kimidir; hansı tərəfə əysən, o tərəfə də əyilər. Bu baxımdan onu haqqa tərəf yönəltsən, haqqı tez qəbul edər. Bu dövrdə insanın özünü islah etməsi, çirkin adətlərdən təmizləməsi daha asandır. Məhz bu dövrdə insan:

- Başqa dəyərlərə nisbətən, haqqı daha tez qəbul edir;

- Sağlam bədənə malik olduğu üçün öz ictimai vəzifələrini həyata keçirməkdə daha fəal hərəkət edir;

- Güclü cismə və ruha malik olduğu üçün öz ilahi təkliflərinə daha yaxşı əməl edə bilir;

- Əxlaqi rəzilətlərlə mübarizədə güclü olur;

- Güclü iradə və zehni sayəsində elmin dərin üfüqlərinə gedib çıxa bilir;

- Yorulmadan düşünüb, təfəkkür edə bilir;

- Fəzilətli sifətləri özündə cəmləşdirib, sabit hala gətirə bilir.

Əksinə, qocalıq illəri ömrün cismi cəhətdən zəif, əldən düşdüyü dövrdür. Bu illərdə insanın şəxsiyyəti formalaşma dövrünün sonuna çatır və onu dəyişmək, adətən, qeyri-mümkün olur. Bir sözlə, qocalıq, insanın cismi və ruhi cəhətdən süstülüyə qədəm qoyduğu bir dövrdür.

Qur᾽ani-kərimdə üç yerdə qocalıq «şəyb» və «şəybə» tə᾿biri ilə verilmiş, dörd yerdə isə «şeyx» və «şuyux» kimi işlədilmişdir. Həmin misalların əksəriyyətində bu dövr, insan ömrünün təbii cəhətdən zəif illəri kimi göstərilir. Məsələn, həzrət Zəkəriyyə (ə) barəsində buyurulur:

«Dedi: «Pərvərdigara! Qocalıq sümüklərimi süst etmiş, saçlarımı ağartmışdır»1. Və həmçinin, insan həyatının mərhələləri barəsində buyurur:

«Allah (Şadlıq və cavanlıq dövranından) sonra zəifləmək və qocalıq dövranını qərar verdi»2.

Bunlardan əlavə, qocalıq dövrünün acizliyinə Qur᾿anın bir çox yerlərində, müxtəlif tə᾿birlərlə işarə olunmuşdur.

Cavanlıq dövrü ixtiyarımızda olan son dərəcədə qiymətli bir fürsətdir. Bu fürsətdən istifadə edib, əxlaqi rəzilətlərin təmizlənməsi ilə məşğul olmalıyıq. Çünki qocalıq illərində bu iş olduqca çətin olur. Təəssüflər olsun ki, insan bir şeyi hiss etmədən, təcrübə etmədən həmin şeyə inanmır. Yə᾿ni qocalıb beli bükülməyincə, qocalığın ağrı-acılarını dərk edə bilmir. Doğrudur, qocalıq haqqında deyilənlər və özünün şəxsi müşahidələri vasitəsi ilə kifayət qədər mə᾿lumatlı olur. Lakin bu məsələni lazımınca dərk edib, inana bilmir. Elm və mə᾿rifətin uca dərəcələrinə yüksələn böyük şəxsiyyətlər olub ki, hələ də onlarda cavanlıq dövründən qalma zəif əxlaqi nöqtələr müşahidə edilir. Onlar bu zəif cəhətlərini ya cavan olanda başa düşməyiblər, ya da başa düşdükləri halda, onu düzəltməyə sə᾿y göstərməyiblər. Hər halda həmin zəif nöqtə sağalmaz xəstəlik kimi köhnəlib, əlacsız qalmışdır.



SAĞLAMLIĞIN ƏHƏMİYYƏTİ


«Sağlamlığı xəstəlikdən, imkanı, gücü kasıblıqdan və pərişanlıqdan qabaq qənimət bil».

Sadə həyatınızda maddi ehtiyaclarınız üzündən başqalarına möhtac olmamış, Allah eləməmiş, kasıbçılıq kimi ağır bir müsibətə düçar olub, bir tikə çörəkdən ötrü ona-buna əl açmamış əlinizdə olan ne᾿mətin qədrini bilin. Əgər hal-hazırda sadə imkanlara maliksinizsə və qənaətlə axşamı səhərə çıxara bilir, həyatınızı davam etdirməyə gücünüz çatırsa, bunları özünüz üçün qənimət bilməlisiniz. O gündən qorxun ki, həmin bu sadə yaşayış da əlinizdən çıxsın və məcbur olub hər şeyi atıb, iş axtarmaq üçün qapı-qapı gəzəsiniz. Əgər zahidcəsinə ömrü başa vurmağa gücün çatırsa, bu fürsətdən istifadə et. Səndə olmayan və çatışmayan şeylərin fikrini etməkdənsə, əlində olanlar barəsində düşün və onların qədrini bil. Əgər imkanlı bir şəxssənsə, bu sənin başqalarına kömək etmək üçün əlində olan yaxşı bir fürsətdir. Fürsət əlindən çıxmamış, fəqirlik, pulsuzluq başının üstünü almamış ehtiyaclı olanların əlindən tut.

Diqqət yetirilməsi zəruri olan bir məsələ də budur ki, insan şəxsiyyətini alçaldan, onun şərəfini aradan aparan kasıbçılıq, insanlıq şə᾿ninə yaraşmayan pis bir sifət kimi tənqid edilir. Allah-təala Öz bəndəsinə bu cür zilləti rəva bilmir, əksinə bəndəsini həmişə vüqarlı, izzətli görmək istəyir. İnsan mümkün qədər çalışıb, ələbaxımlıqdan qurtulmalıdır. Bunun üçün insanın özü də bə᾿zi şeylərə əməl etməlidir. Məsələn, qənaət, imkana uyğun xərcləmək, şöhrətpərəstlikdən uzaq olmaq, israfa yol verməmək və s. əməlləri özündə cəm etməlidir.

«Dördüncü, fərağət və rahatlığı, cürbəcür problemlərə giriftar olmamışdan əvvəl qənimət bil».

Əvvəldə bu barədə müəyyən qədər söhbət oldu. Lakin bunu da xatırlatmaq yerinə düşərdi ki, Həzrətin (s) «rahatlığın qədrini bil» deməkdə məqsədi, insanın məs᾿uliyyətdən yaxasını kənara çəkib, hər cür yükü boynundan atması deyildir. Yə᾿ni insan «rahatlıq qənimətdir» deyib, işdən boyun qaçırmamalıdır. Bu yanlış fikir və səhv nəzərdir. Həzrətin (s) bu nəsihətləri söyləməkdə məqsədi, insanı firavan və rahat həyat sürüb, əlində xeyir və savab işlər görməkdən ötrü lazımi fürsət və imkan olduğu müddətdə onun öz istək və arzusundan asılı olmayaraq, başının üzərini ala biləcək qəfil müsibətlər və problemlərdən xəbərdar etməkdir. Zamanın cövrü-cəfası öz növbəmizdə bizi də məcburən bə᾿zi işlərə vadar etməmiş, əlimizdə ixtiyar varkən, sə᾿y və iradəmizin vasitəsi ilə əlimizdə olan fürsətlərdən lazımınca istifadə edib, faydalanmalıyıq.


Yüklə 6,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin