AxiRƏt azuqəSİ


DÜNYA HƏYATI İNSANIN SEÇİM, İNKİŞAF VƏ KAMALA ÇATMA YERİDİR



Yüklə 6,59 Mb.
səhifə6/36
tarix17.11.2018
ölçüsü6,59 Mb.
#82680
1   2   3   4   5   6   7   8   9   ...   36

DÜNYA HƏYATI İNSANIN SEÇİM, İNKİŞAF VƏ KAMALA ÇATMA YERİDİR


«Həyatı, ölüm başının üstünü almamış qənimət bil».

Həyat, ümumi və geniş ne᾿mət olub, digər ne᾿mətlərdən sonra zikr edilmişdir. Həqiqətdə, digər ne᾿mətlər həyatla əlaqədardır. Həyat olmazsa, başqa ne᾿mətlərin də heç bir faydası yoxdur. Deməli, digər ne᾿mətlərin əsası və kökü həyat olub, Allah tərəfindən insanların ixtiyarında qoyulmuşdur. İnsanın ölümündən sonra axirət həyatına qədəm qoyub yeni ne᾿mətlərlə üzləşməsinə baxmayaraq, artıq o dünyada insanın seçmək və azad qərar qəbul etmək ixtiyarı əlindən alınmış olur. Həmin səbəbdəndir ki, axirətdə insan bu dünyada münasib fürsətləri əlindən çıxardığı və imkanlarından düzgün istifadə etmədiyi üçün öz keçmişinə həsrətlə baxır və öz keçmiş səhvlərini düzəltmək üçün Allahdan yenidən onu dünyaya qaytarılmasını istəyir. Lakin onun xahişi qəbul olunmur. Qur´anda bu mövzu barədə belə buyurulur:

«Elə ki, onlardan birinin ölümü gəlib yetişdi, deyər: «Pərvərdigara! Məni yenidən dünyaya qaytar, bəlkə, yaxşı bir iş görüm». Onun bu xahişi heç vaxt yerinə yetməz və bu həsrətlə deyilmiş (faydası olmayan) sözlərdir. Qiyamət gününə qədər gözlədikləri yer bərzəx (dünyası) olacaq»1.

Alimlərdən bə᾿ziləri tövsiyə edirlər ki, hərdən yatanda elə təsəvvür edin ki, bir də ayılmayacaqsınız və həmin halda ölüm mələyi ruhunuzu bədəninizdən ayıracaq. Çünki Qur᾿an buyurur:

«Ölüm vaxtı bəndələrin ruhunu alan Allahdır. Ölümü çatmamış adamın ruhunu isə yatdığı zaman alar»2.

İnsan yuxuda olduğu müddətdə ruhu müəyyən dərəcədə bədənindən ayrılır və əgər əcəli sona yetmiş olsa, ruhun rabitəsi bədəndən tamamilə üzülür. Bu cəhətdən də, Allah-təala ayənin davamında buyurur:

«Sonra ölümünə hökm verdiyi kəsin ruhunu öz yanında saxlayar və əcəli çatmamış adamın ruhunu ölüm vaxtı gəlib çatanacan bədəninə qaytarar».

İnsan yuxuda olarkən ölüm yolunun yarısını getmiş olur. Buna görə də tövsiyə edirlər ki, yatdığınız zaman belə fərz edin ki, ruhunuz bədəninizdən ayrılandan sonra bir daha geri qayıtmayacaq. Elə ki, yuxudan ayılıb özünüzü diri gördünüz, ruhunuzu yenidən bədəninizə qaytarıb sonra sizə ikinci bir həyat bəxş edən Allaha şükürlər edin. Başqa sözlə desək, fərz edin ki, bərzəx aləminə düşmüsünüz və sizin bütün naqis və günah əməlləriniz aşkara çıxmışdır və bu əməllərinizə görə sizi sorğu-suala hazırlayırlar. Bu vaxt Allahın yaxın mələklərindən, sizi yenidən dünyaya qaytarmalarını xahiş edirsiniz və onlar da bu icazəni sizə verirlər. İndi ki, dünyaya qayıtmısınız və sizə ikinci bir fürsət verilmişdir. Nə edəcəksiniz? Necə olacaqsınız?

Gəlin bizə verilmiş ikinci fürsətin qədrini bilək və onun hər anını qənimət sayaq. Çünki elə bir vaxt yetişəcək ki, bircə «la ilahə illəllah» kəlməsi demək həsrəti dodaqlarda qalacaq. Həzrət Əlinin (ə) sözləri ilə desək, «Xeyirli işlərdə əskiklik göstərən hər kəs dərdə-qəmə düçar olacaqdır. Canından, malından Allah yolunda xərcləməyən bir adamla Allahın da işi yoxdur»1.

ÜÇÜNCÜ DƏRS

HƏYATIN DÜZGÜN DƏRKİ VƏ ÖMÜRDƏN SƏMƏRƏLİ İSTİFADƏ

1. Fürsətdən yerində istifadə və uzun-uzadı arzuların tərk olunması;

2. Səhlənkarlığın mərhələləri;

3. Dünyadan üz çevirmək və yanlış təfsirlər;

4. Dünyadan üz çevirmək və axirəti əsas tutmaq;

5. Təklif və vəzifələrin vaxtında yerinə yetirilməsi;

6. Ölümü düşünməklə uzun-uzadı arzulara son qoymaq;

7. Dünyanın vasitəçi rolu.


FÜRSƏTDƏN YERİNDƏ İSTİFADƏ VƏ UZUN-UZADI ARZULARIN TƏRK OLUNMASI


«Ey Əbuzər! Məbada uzun-uzadı arzulara qapılmaqla, görüləsi mühüm olan işlərini tə᾿xirə salasan».

Həzrətin (s) bu sözləri öncə dediklərinin davamıdır. O, burada da vaxtın hədər verilməməsi və əldə olan əlverişli fürsətlərdən səmərəli istifadə olunmasına tə᾿kid edir.

«Təsvif», insanın xeyir və savab işlər görməsinə maneçilik törədən mənfi xüsusiyyətlərdən biridir ki, rəvayətlərdə də pislənmişdir və mə᾿nası «bu günün işini sabaha qoymaq» deməkdir. Bu hal bir çox səbəblər üzündən baş verə bilər. Lakin təsvifin rəvayətdə işarə edilən əsas səbəbi uzun-uzadı arzulardır. Yə᾿ni insan sabaha ümidvar olub bu gün görməli olduğu işi, sonraya saxlayır. Belə fikirləşir ki, əgər bu gün varamsa, yəqin sabah da olaram və bu işi sabah görərəm. Elə ki, sabah yetişir, yenə də o biri günün öhdəsinə qoyur. Beləliklə, ay keçir, il dolanır. Həzrət (s) buyurur:

«Bu xüsusiyyətin qəlbindən silinməsini istəyirsənsə, həmişə elə təsəvvür et ki, əlində olan imkan ancaq bu gündür, bu saatdır, bu andır və bundan sonra həyat sənə heç bir fürsət verməyəcəkdir».

Təsvif məfhumu əxlaq sahəsində işlədilən digər məfhumlar kimi, şiddət və zəiflik baxımından müxtəlif dərəcələrə malikdir. Müxtəlif insanlar ‒ mö᾿mindən tutmuş qeyri-mö᾿minə qədər, hətta imanın səviyyəsi baxımından – bu məfhuma əsasən müxtəlif dərəcələrə bölünürlər. Onun bə᾿zi dərəcələri adi, bə᾿ziləri tə᾿kid olunmuş, bə᾿ziləri adi müstəhəb və bə᾿ziləri də tə᾿kidli müstəhəbdir. Hərdən bu məfhumun dərəcələri elə dəqiq olur ki, adi insanlar üçün onun təsəvvürü qeyri-mümkün olur.

SƏHLƏNKARLIĞIN MƏRHƏLƏLƏRİ


Təsvifin birinci mərhələsi dünya işlərində tənbəllik etməkdir. Bu hal insanın öz işlərini tə᾿xirə salmasına səbəb olur. Bu xüsusiyyətin insanın e᾿tiqadı ilə heç bir əlaqəsi yoxdur. Mö᾿min bu xüsusiyyətə mübtəla olduğu kimi, kafir də mübtəla olur. Çünki kafirlər dünyanı sevmələrinə baxmayaraq, hərdən dünya işlərində də tənbəllik edirlər. İnsan üçün ‒ istər mö᾿min olsun, istərsə də kafir ‒ öz işlərini tə᾿xirə salması pis bir xüsusiyyət hesab olunur. Əlbəttə, mö᾿min insanda bu xüsusiyyət yavaş-yavaş adət halına keçib adiləşərsə, sonradan onun digər işlərinə də sirayət edər və öz dini vəzifələrini yerinə yetirməsi üçün ciddi maneə törədə bilər. Bu baxımdan sözügedən xüsusiyyətin yaratdığı mənfi tə᾿sirlər mö᾿min üçün daha pisdir və rəvayətlərdə bu xüsusiyyətlə mübarizənin tə᾿kid olunması da, məhz səhlənkarlığın adət halına keçib, insanın axirət işlərinə də sirayət etməməsi üçündür.

«Təsvif»in ikinci mərhələsi vacibatla əlaqədar olan səhlənkarlıqdır. Vacibatın üç hissəyə bölünməsi ilə əlaqədar olaraq, səhlənkarlığın bu növü də öz növbəsində üç yerə ayrılır:

1. Müəyyən vacib əməllərin vaxtında yerinə yetirilməsi zamanı yol verilən səhlənkarlıq;

Məsələn, gün ərzində qılınmalı olan beş vacib namazın hərəsinin öz məxsus və müəyyən vaxtı var. Bə᾿zi adamlar vaxtında səhlənkarlığa yol verib namazlarını tə´xirə salırlar və o qədər gecikdirirlər ki, lap axır anlarda qılırlar. Baxmayaraq ki, bu səhlənkarlıq haram deyil, amma xoşagəlməz hal hesab olunur.

2. Tə᾿cili surətdə yerinə yetirilməli olan vacibatlarda yol verilən səhlənkarlıq;

Doğrudur, bu vacibatlar üçün müəyyən zaman məhdudiyyəti nəzərdə tutulmamışdır, lakin ilk fürsətdə imkan olmadığı halda, ikinci fürsətdə mütləq yerinə yetirilməlidir. Çünki bu minvalla digər fürsətlər də əldən çıxa bilər. Tövbənin vacibliyini buna misal göstərmək olar. Tövbə ilk fürsətdə edilməlidir və onu sonraya saxlamaq haramdır, amma tə᾿xirə salınarsa, bu onun hökmünün qüvvədən düşməsi demək deyil.

3. Məhdud zamanla əlaqədar olan vacibatlarda edilən səhlənkarlıq.

Məsələn, orucluğun məhdud vaxtı var. Bə᾿ziləri bu vacib əməli vaxtında yerinə yetirmirlər və sonradan qəzasını tutmağı qərara alırlar. Belə adamların günahı, orucu ümumiyyətlə tutmaq istəməyən adamın günahından az olsa da, tutduğu əməl haramdır.



Yüklə 6,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin