AxiRƏt azuqəSİ


İKİNCİ DƏRS ALLAHIN NE᾿MƏTLƏRİNDƏN DÜZGÜN FAYDALANMAĞIN YOLLARI



Yüklə 6,59 Mb.
səhifə4/36
tarix17.11.2018
ölçüsü6,59 Mb.
#82680
1   2   3   4   5   6   7   8   9   ...   36

İKİNCİ DƏRS

ALLAHIN NE᾿MƏTLƏRİNDƏN DÜZGÜN FAYDALANMAĞIN YOLLARI

1. Sağlamlıq və asudəlik, insanların qafil olduğu iki böyük ne᾿mətdir;

2. Cavanlıq və ömrün şən çağları;

3. Sağlamlığın əhəmiyyəti;

4. Dünya həyatı, insanın seçim, inkişaf və kamala çatma yeridir.

ALLAHIN NE᾿MƏTLƏRİNDƏN DÜZGÜN BƏHRƏLƏNMƏYİN YOLLARI


«Ey Əbuzər, nəsihətlərimə lazımınca əməl et ki, hər iki dünyanın xoşbəxtliyini əldə edə biləsən. Ey Əbuzər! Camaatın əksəriyyəti iki böyük ne᾿mətdən qafildirlər, onların qədrini bilmirlər; biri sağlamlıq, digəri isə asudəlikdir. Ey Əbuzər! Beş şey gəlib səni yaxalamamış, beş şeyi özün üçün qənimət bil: cavanlığı qocalıqdan, sağlamlığı xəstəlikdən, güc və qüvvəti zəiflikdən, asudəliyi giriftarçılıqdan və həyatı isə ölümdən əvvəl».

İnsan daim öz səadətini əldə etmək üçün çalışır və ona qovuşmaq üçün özünü oda-közə vurur. Başqa tə᾿birlə desək, səadətə çatmaq, xoşbəxtlik insanın zati istəyi olub, onun əsas hədəfi sayılır. Ona görə də bu səadətə çatmaq üçün vurnuxur, onu səadətə aparacaq yolları arayır. Peyğəmbər (s) bunu nəzərə alaraq buyurur ki, əgər mənim dediklərimə qulaq asıb onlara əməl etsən, öz fitri istəyinə - dünya və axirət səadətinə qovuşacaq, əgər üz döndərsən, həmin səadətdən məhrum olacaqsan. Peyğəmbərin (s) bu ifadəni işlətməsinin səbəbi, Əbuzərin deyilənləri daha yaxşı qavrayıb, qəbul etməsi üçün idi. Necə ki, hər hansı bir insan sağlamlığını yenidən bərpa etmək üçün həkimə müraciət edir; həkim isə onun üçün müəyyən nüsxə yazır və yalnız buna əməl edəcəyi təqdirdə sağlamlığını yenidən əldə edə biləcəyini bildirir. Bu tə᾿kidin ardınca Peyğəmbər (s) buyurur:

«Ey Əbuzər! Camaatın əksəriyyəti iki böyük ne᾿mətdən qafildirlər, onların qədrini bilmirlər; biri sağlamlıq, digəri isə asudəlikdir».

SAĞLAMLIQ VƏ ASUDƏLİK, İNSANLARIN QAFİL OLDUĞU İKİ BÖYÜK NE᾿MƏTDİR


Sağlamlıq və asudəlik, Allah-təalanın insanlara bəxş etdiyi iki qiymətli ne᾿mətdir. Lakin insanların əksəriyyəti onun qədrini bilmirlər və çox asanlıqla əldən verirlər. Bu cəhətdən Peyğəmbər (s) öz nəsihətində Əbuzərə, başqaları kimi bu ne᾿mətləri ucuz satmamasını, onların qədrini bilməsini tapşırır.

Allah-təala insanın ixtiyarında saysız-hesabsız dəyərli, son dərəcə qiymətli ne᾿mətlər qoymuşdur. Lakin insan bu ne᾿mətləri çox asanlıqla və heç bir qarşılığı olmadan, müftə əldən verir. Bəlkə də, insan bu ne᾿mətlərin qazanılmasında heç bir zəhmət çəkmədiyi üçün belə edir. İnsan nəinki özündə olan ne᾿mətlərin haqqını ödəmir, üstəlik bu ne᾿mətləri özünə heç bir faydası olmayan günah işlərdə sərf edir.

Belə dəyərli ne᾿mətlərdən biri də sağlamlıqdır ki, sağlam insan ona heç vaxt diqqət yetirmir. Onun qədrini ancaq xəstələnəndən sonra bilir. Balıq nə qədər ki, sudadır, suyun qədrini bilmir, elə ki, sudan qırağa atıldı, onda suyun əhəmiyyətini başa düşür.

Bu yaxınlarda mənim dostlarımdan birinin başına qəribə bir əhvalat gəlmişdi. O, belə deyir: «Bir gün tribunada çıxış edərkən, qəfildən səsim batdı. Nə qədər çalışdımsa ki, sözümü tamamlayım, bir şey çıxmadı. Axırda məcbur olub aşağı endim, oradan birbaşa xəstəxanaya yollandım. Xoşbəxtlikdən, Allahın lütf və inayəti sayəsində müalicə olunub, sağaldım».

İnsan çox az hallarda ona əta olunan ne᾿mətlər, o cümlədən danışıq qabiliyyəti barədə düşünür və həmin ne᾿mətlərə görə Allaha şükr edir. Onun əhəmiyyətini ancaq səsi batandan sonra dərk edir. Fərqinə varmadığı həmin ne᾿mətin yenidən geri qayıtması üçün bütün varını-yoxunu belə xərcləməyə razı olur.

Bir an öz sağlamlığımız haqqında düşünək. Minlərlə xəstəliyin, bəlanın cismimizi təhdid etdiyi bir vaxtda sağ-salamat ömür sürürüksə, bundan böyük ne᾿mət nə ola bilər?! Biz həyatımızın hər bir anında böyük ne᾿mətlərin daşıyıcısıyıq. Halbuki, bu ne᾿mətlər həmişəlik deyil və hər an onu itirə bilərik.

Buna oxşar sözü Peyğəmbər (s) başqa bir yerdə də buyurmuşdur:

«İki böyük ne᾿mət vardır ki, heç vaxt onun qədrini bilmirik: Sağlamlıq və əmniyyət (təhlükəsizlik və sabitlik)»1.

Peyğəmbərin (s) işarə etdiyi ikinci ne᾿mət fərağət olub rahatlıq, asudəlik mə᾿nasındadır.

İnsan həyatı boyu müxtəlif hadisələrlə üzləşir. O, həyatının bə᾿zi vaxtlarını rahat və sakit yaşayır. Belə anlarda onun özü və gələcəyi haqqında düşünmək imkanı olur. İnsan bu anları fürsət bilib, öz əxlaqını saflaşdırmalı, ruhi vəziyyətini düzəltməyə çalışmalıdır. Öz taleyi haqqında düşünüb, təfəkkür etməlidir. Sakit bir guşəyə çəkilib ibadətlə məşğul olmalı və ya xatircəmliklə mütaliə etməlidir. Hər halda insan, ömrünün müəyyən anlarını cismi və ruhi cəhətdən sağlam və sakit yaşayır. İnsan ömrünün bu anları həddən artıq qiymətli hesab olunur; kamala yetişmək və düşünüb-daşınmaq üçün əlverişli fürsət yaradır. Ola bilər ki, insan həyatı boyu müxtəlif problemlərlə üzləşsin və bu səbəbdən də, başı həmişə dünyəvi işlərə qarışsın. Ömrü boyu rahatlığın nə olduğunu bilməsin. Bir an asudə nəfəs almağın, dərddən, problemdən uzaq olmağın həsrətini çəksin. Amma nə etmək olar ki, zaman geri qayıtmır. Ələ düşən fürsətlərdən lazımınca istifadə etmək barədə Əmirəl-mö´minin həzrət Əlinin (ə) belə bir sözü var:

«İnsan ömrü (və ələ düşən fürsətlər) bulud kimi keçib gedir. Əlverişli fürsətləri əldən buraxmayın»1.

İnsanın qarşılaşdığı problemlər, əsasən ailədə baş vermiş anlaşılmazlıqlar üzündən və ya ailənin ağır məs᾿uliyyətləri səbəbindən, bə᾿zən də cəmiyyətdə bağlı olduğu məşğuliyyətlər üzündən ortaya çıxır. Bu problemlər insanın bütün fikrini özünə məşğul edir. Bir an da olsun ona özü, keçmişi və gələcəyi barədə düşünməyə imkan vermir. Əksinə, bə᾿zi insanlar da vaxt boşluğundan şikayətlənirlər, həmişə başlarını qarışdırmağa əyləncə, məşğuliyyət axtarırlar. Öz qiymətli vaxtlarından necə istifadə etməyi bilmirlər. Krossvord həll edir, saatlarla televizorun qabağında oturub o kanala-bu kanala baxır, ya da qabaqlarına bir torba tum qoyub çırtlayırlar. Belələri həmin o dövlətliyə bənzəyirlər ki, əlində olan hesabsız sərvəti, pulu xərcləməyə, məsrəf etməyə yer tapa bilmir və belə fürsət əlinə düşəndə də pulunu havaya sovuraraq, bu hərəkətindən ləzzət alır. Əgər belə adama rast gəlsək, onun dəli olduğunu güman edərik. Daha xəbərimiz yoxdur ki, bizim əksəriyyətimiz elə bu cür divanələrdənik. Dünya sərvətləri ilə müqayisəolunmaz ömür sərmayəmizi orda-burda nəfsimizin atəşinə qurban veririk.

Həqiqətdə, belə insanlara müflis və məğbun deyilməlidir. Məğbun o kəsdir ki, əlində olan bahalı malını satıb, əvəzində qiymətsiz, dəyərsiz şeylər alır. İnsan ömrünün sərmayəsi ilə bərabər tutulacaq dünya malı tapmaq olmaz və əgər onun üçün qiymət müəyyənləşdirməli olsaq, ən azı bu alış-verişdə əvəzi cənnət olmalıdır. Onda nə qədər ki, rahatlığınız əldən çıxmayıb, onun qədrini bilin. Bir işə qol qoymazdan əvvəl həmin işin xeyir və zərəri haqqında düşünüb, sonra işə başlayın. Hər zaman sizə faydası və əhəmiyyəti olan işlərdən yapışın.


Yüklə 6,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin