AxiRƏt azuqəSİ


DÜNYADAN ÜZ ÇEVİRMƏK VƏ YERSİZ TƏFSİRLƏR



Yüklə 6,59 Mb.
səhifə7/36
tarix17.11.2018
ölçüsü6,59 Mb.
#82680
1   2   3   4   5   6   7   8   9   10   ...   36

DÜNYADAN ÜZ ÇEVİRMƏK VƏ YERSİZ TƏFSİRLƏR


Xatırlanması lazım olan məsələlərdən biri də, bə᾿zi ayə və rəvayətlərdə işarə olunan mövzular barəsində müxtəlif təfsir və hətta ziddiyyətli fikirlərin mövcud olmasıdır. Belə mövzuların din sahəsində mütəxəssis olmadan təfsir edilməsi, səhv nəticələrə gətirib çıxarır. Çünki belə məsələlərdə insanın səhv etmə ehtimalı daha çoxdur. Nümunə olaraq, dünya və onun məzəmməti, dünyadan çəkinmək, tənhalığın mədhi barədə bir sıra ayə və rəvayətləri qeyd etmək olar. Bu mövzuda olan ayə və rəvayətlərə əsaslanaraq, bə᾿zi təfsirçilər səhv nəticələrə gəlmişlər. Bunlardan biri də, İslamın qəti hökm, e`tiqad və digər cəhətlərini nəzərə almadan fikir formalaşdıran sufilik nəzəriyyəsidir. Bu nəzəriyyəyə əsasən, insan dünya həyatını tərk edib cəmiyyətdən uzaq bir guşədə Allaha ibadətlə məşğul olmalıdır. Bu cür təfəkkür tərzi İslam dininin əsasları ilə ziddiyyət təşkil edir.

Əgər tərkidünyalıq, bir kənara çəkilib guşənişin olmaq dinin əsaslarındandırsa, onda bəs ictimai təkliflər – qarşılıqlı həmkarlıq, zülm və sitəmlə mübarizə, əmr be mə᾿ruf və nəhy əz münkər, İslam hökumətinin tə`sis və qorunması üçün edilən sə᾿ylər kim və nə üçündür? Harada biz bunları həyata keçirməliyik? Təklik və xəlvətdə bu vəzifələri yerinə yetirə bilərikmi? Əlbəttə ki, xeyr! Deməli, hər hansı bir məsələdə dini hökm vermək üçün kifayət qədər dini maarif sahəsində biliklərə yiyələnmək və onun bütün sahələrini nəzərdə tutaraq fikir söyləmək lazımdır.

Belə səhv fikirlərin qarşısında demək lazımdır: əgər dünyəvi işlərə qapılıb, ona bağlanmaq həyatın mə᾿nası və əsas hədəfi sayılarsa, bu görüş pislənilir. Lakin dünya insanın ilahi kamala yetməsində bir vasitə olarsa, nəinki pis deyil, hətta mədhə və tə᾿rifə layiqdir.

Dünyanı vasitə olaraq seçməyin müəyyən dərəcələri vardır ki, onlardan bə᾿ziləri lazımlı, bə᾿ziləri isə kamalatdan hesab olunur. İslamda dünya ləzzətlərindən istifadə etməyin həddi belə, müəyyənləşdirilir ki, onlardan istifadə vacibatın tərkinə və ya harama düşməyə səbəb olmasın. İnsanı günaha sürükləyən və ya vacib əməllərin tərkinə səbəb olan maddiyyat haram, belə maddi bağlılıq insanın xarakterində xoşagəlməz halların yaranmasına səbəb olarsa, onunla mübarizə vacibdir.

İslam nöqteyi-nəzərindən nümunəvi insan o kəsdir ki, heç vaxt dünyanı özünün əsas hədəfi bilməsin. Hətta mübah sayılan dünyəvi işləri görəndə belə, onu dünya ləzzətlərinə çatmaq xatirinə etməsin. Uzaqgörən və məntiqli kəslər vardır ki, insanlığın ən ali mərtəbəsi olan bu mərhələyə yetişmişlər. Onlar rəftar və əməllərini elə tənzim edirlər ki, gördükləri hər bir iş ibadət sayılır. Onların bütün cismi, fiziki rəftarları – qidalanmaları, yatmaları, idman etmələri və hətta halal olan cinsi ləzzətləri ‒ axirətə qovuşmaq üçün bir müqəddimədir və buna görə də ibadət sayılır.

DÜNYADAN ÜZ ÇEVİRMƏK VƏ AXİRƏTİ ƏSAS TUTMAQ


Hər halda insanın dünyanı əsas tutub-tutmamasını müəyyənləşdirmək sözlə, danışıqla aydınlaşmır. Bu insanların daxili niyyətlərinə bağlıdır. Məsələn, əgər insan ləzzət almaq xatirinə çörək yeyirsə, zahirən inkar etsə belə, maddiyyata üstünlük vermişdir. Lakin onun bu ləzzətdən istifadə etməkdə məqsədi Allahın şükrünü yerinə yetirməkdirsə, axirəti üstün tutmuşdur. Bu cəhətdən Qur᾿anda Allahın insanlara əta etdiyi bə᾿zi ne᾿mətlər yad edilir və bu ne´mətlər Allah dərgahına şükr etmək üçün bir vasitə olaraq göstərilmişdir. Deməli, hədəf şükr etməkdir. Bunun üçün insanın bütün rəftar və əməlləri özünə Allah rəngini götürməlidir. İnsanların əksəriyyəti mə᾿nəvi dəyərlərə diqqət yetirmirlər. Maddi ləzzətlərə o qədər bağlanıblar ki, ondan başqa hədəf görə bilmirlər.

Şübhəsiz ki, insanın mə᾿nəvi mərhələyə yetişməsi, axirət işlərini irəli çəkməsi üçün müəllimə ehtiyacı vardır. Çünki mümkündür ki, orta mövqedən xaric olub, ifrat və təfritə düşsün. Nəfsinin paklanması və təkamülü yolunda qədəm götürmək istəyən kəslər, maddiyyata olan meyllərinin azalması və dünyəvi ehtiraslarının zəiflədilməsi üçün Allah tərəfindən insanlara verilən izzəti öz zehinlərində möhkəmləndirməlidirlər. Dünyəvi ləzzətlərə göz yummaq üçün maddi və axirət ləzzətləri arasında olan fərqə diqqət yetirməli, axirət ləzzətlərinin hər cəhətdən üstün və əbədi olması fikrini özlərinə təlqin etməlidirlər. Bu cəhəti nəzərə alaraq, Peyğəmbər (s) və imamlarımız (ə) öz buyuruqlarında insanları həmişə ilahi ləzzətləri dünya ləzzətlərindən üstün tutmağa sövq etmişlər. Lakin onlar heç vaxt insanları bir dəfəlik dünyanı tərk etməyə və tərkidünya olmağa çağırmamışlar. Əgər insan dünyanı axirətə çatmaq üçün vasitə bilsə, nəinki dünyapərəst sayılmaz, əksinə, belə insan axirətaxtaran bir şəxs sayılar. Əksər vaxtlarda mübah işlərin istifadəsi harama düçar olmamaq üçün müqəddimə hesab olunur və bu cəhətinə görə ibadət sayılır. Əlavə olaraq, bə᾿zən mübah işlərdən bəhrələnmək insanda ali vəzifələrin icrasına hazırlıq yaradır və onun inkişafına səbəb olur.

İmam Musa ibni Cə᾿fər (ə) günün saatlarının bölümü barəsində belə buyurur: «Günün bir saatını da halal ləzzətlərdən istifadə etməyə ayır. Çünki halaldan istifadə etməklə, sair vəzifələrini də yerinə yetirmək üçün güc taparsan».

Əvvəldə qeyd etdiyimiz kimi, Peyğəmbər (s) «sənə təsvifdən çəkinməyi tapşırıram…» cümləsində səhlənkarlığın yaranma səbəbini, insanın ləzzətlərə çatmaq üçün uzun-uzadı arzulara qapılmalarında görür. Yə᾿ni insan həmişə öz dünyəvi ləzzətlərinin tə᾿mini barədə düşünür və bu da, insanın dini vəzifələrini tə᾿xirə salmasına səbəb olur. Başqa sözlə desək, insan həmişə iki yol arasında qalır: əlində olan fürsəti dünyəvi ləzzətlərin ələ gətirilməsi yolunda sərf etsin, yoxsa axirəti üçün bir şey qazanmaqdan ötrü…Hansını seçsin? Hansı üstündür? Dünyanın nəqd olduğunu, hal-hazırda dünyadan faydalandığını görən insan, vaxtını dünyanın ixtiyarında qoymaq qərarına gəlir. Əslində insanın dünyaya olan meyli axirətdən daha çoxdur. O, dünyanın nəqd ləzzətlərini axirətin sonradan çatacaq ne᾿mətlərindən üstün sayır. Təəccüblü olan budur ki, bizim əksəriyyətimiz də, özümüz bilmədən bir növ şirkə mübtəla oluruq. Çünki axirətin dünyadan üstün olmasına imanımız yoxdur:

«İnsanların əksəriyyəti Allaha iman gətirməzlər, üstəlik şirk də edərlər»1.

İnsanın Allahdan qeyrisi üçün gördüyü iş, hətta axirət savabını qazanmaq üçün olsa belə, şirk sayılır. Xalis tövhiddə Allahdan başqa heç bir hədəf nəzərdə tutulmur. Hətta cəhənnəm qorxusu və cənnət şövqü də hədəf ola bilməz. Əlinin (ə) buyurduğu kimi: «Ya Rəbbim! Mənim ibadətim nə Sənin cəhənnəminin qorxusundandır, nə də cənnətinə olan tamahdan. Səni ibadətə layiq gördüm deyə, Sənə ibadət edirəm»1.

Uzun-uzadı arzular insan səadətini təhdid edir. Bu səbəbdən Əlinin (ə) insanlar üçün ən çox qorxduğu şey, onların bu dərdə mübtəla olmaları idi. O, qorxurdu ki, insanlar dini vəzifələrini öz nəfsani meyllərinin qurbanı etsinlər: «Sizin üçün daha çox iki şeydən qorxuram: biri nəfsinizin istəklərinə uymağınız, o birisi isə uzun-uzadı arzulara qapılmağınız. Çünki həvəsə uymağınız sizi haqdan uzaqlaşdırar, uzun arzularınız isə axirəti sizin yadınızdan çıxardar»2.


Yüklə 6,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin