AxiRƏt azuqəSİ


TƏKLİF VƏ VƏZİFƏLƏRİN VAXTINDA YERİNƏ YETİRİLMƏSİ



Yüklə 6,59 Mb.
səhifə8/36
tarix17.11.2018
ölçüsü6,59 Mb.
#82680
1   ...   4   5   6   7   8   9   10   11   ...   36

TƏKLİF VƏ VƏZİFƏLƏRİN VAXTINDA YERİNƏ YETİRİLMƏSİ


Peyğəmbər (s) səhlənkarlıqdan çəkinmək haqqında etdiyi nəsihətin ardınca buyurur:

«Çünki bu günkü gün sənin əlindədir, sabah isə səninlə deyil».

Peyğəmbər (s) Əbuzərə nəsihətində bu günün işini sabaha saxlamamasını tapşırır. Çünki sabahın gələcəyinə bel bağlamaq olmaz. Sabahın gələcəyini fərz etsək belə, onun da öz işləri vardır. Əgər sən bu günkü vəzifələrinə əməl etmiş olsan, sabahın olmaması səndə peşmançılıq doğurmaz. Amma əgər bu günün vəzifəsini tə᾿xirə salsan və sabah da gəlməsə, bu həsrəti əbədi olaraq o dünyaya aparacaqsan.

Deməli, indiki an üçün düşünməli və əlimizdə olan hər anı qənimət bilib, işlərimizi sabahın ümidi ilə sonraya saxlamaqdan, səhlənkarlıqdan pəhriz etməliyik. Mütaliə və təhqiq zamanı özümüzə «vaxt çoxdur, sabah mütaliə edərəm» deməməliyik. Gələcəyin də öz işləri var.

«Əgər yeni bir sabahın olarsa, onda da hər gün olduğu kimi, öz gündəlik işlərinlə məşğul ol və əgər sabahın olmayacaqsa, bu günün üçün də (öz gündəlik vəzifəni yerinə yetirmədiyin üçün) peşman olmayacaqsan».

Ola bilər ki, insan gündəlik vəzifələrini yerinə yetirməsinə baxmayaraq, əksər işlərində müvəffəqiyyət əldə edə bilmədiyi üçün mə᾿yus olsun. Lakin insan gücünün məhdudluğunu, hər kəsin öz gücü və imkanları daxilində iş görə biləcəyini nəzərə almaqla, ümidini kəsib, peşman olmamalıdır.

Peyğəmbər (s) əvvəlki sözünün tə᾿kidi və davamı olaraq buyurur:

«Ey Əbuzər! O qədər adamlar var ki, səhərlərini axşama çıxara bilmirlər və o qədər adamlar da var ki, sabahın gəlməsini gözləyərlər, lakin sabaha çıxmırlar».

Görün, Peyğəmbər (s) öz tə`limləri ilə insanların zehnini ömrünün hər anından düzgün bəhrələnə bilməsi üçün necə hazırlayır. Əvvəl onu sabahı və bu sabaha nə qədər bel bağlaya biləcəyi haqqında düşünməyə vadar edir. Əgər öz gələcəyinə güvənə bilmirsə, niyə işlərini sonraya saxlamalıdır? Zöhr namazının vaxtı günortanın əvvəlidirsə, bir saat sonra ölməyib diri qalacağını haradan bilir ki, namazını sonraya saxlayır? Aydındır ki, əgər namazını ilkin vaxtda qılsa, sonraya peşmançılıq da qalmayacaq və əlavə olaraq, başqa işlərini görməyə də vaxtı olacaqdır.

ÖLÜMÜ DÜŞÜNMƏKLƏ UZUN-UZADI ARZULARA SON QOYMAQ


«Ey Əbuzər! Əgər əcələ baxıb, sənə tərəf necə tələsik yüyürdüyünü görsən, arzuların və onların aldadıcı təsəvvürlərinin sənə düşmən olduğunu görəcəksən».

Arzu və onun hiylələrinə uymamaq üçün ən yaxşı mübarizə yolu ölüm haqqında fikirləşməkdir. Əcəl uzun-uzadı arzuları öz kamına çəkib, insanı o biri dünyaya ümidsiz halda aparır. Əmirəl-mö᾿minin Əli əleyhissəlamın sözləri ilə desək, «Ürəyində dünya məhəbbətinə yer verən kəsin qəlbi qəm-kədərlə dolu olar və bu kədərlər daim onun qəlbində hərəkət edər. İnsanı hüznlü edən bu qəmlər onun nəfəsi sona yetib əldən düşənə qədər davam edər və nəhayət, həyat nişanələri onda sönüb, qə᾿t olar»1.

Əli (ə) başqa bir yerdə belə buyurur: «Dünyanın insana verdiyi ibrətlərdən biri də budur ki, insan təzə-təzə öz arzularına çatmaq istəyir, amma ölüm başının üstünü alıb, istəyini gözündə qoyur. Nə arzusuna çatır, nə də ölümün çəngindən qurtula bilir»2.

DÜNYANIN VASİTƏÇİ ROLU


Hədisin davamında Peyğəmbər (s) buyurur:

«Ey Əbuzər! Dünyada qəriblər və ya müvəqqəti qonaqlar kimi yaşamağa çalış və özünü dünyadan getmiş insanların sırasında hesab et».

Peyğəmbər (s) nəsihətində qəriblər kimi dolanmağı buyurur. Qərib bir insanın tanımadığı bir şəhərə daxil olanda onun dostu, tanışı olmadığı üçün necə yaşamasına diqqət et. Heç kəslə ünsiyyət tapa bilmədiyi halda, eyş-işrətə baş qoşa bilərmi? Mö᾿minin vətəni axirətdir və dünyada bir yolçu, müsafir kimidir. Heç vaxt da düşünmür ki, özünə cah-cəlal düzəldib eyş-işrətə qapılsın. Həmçinin, Peyğəmbər (s) səfər zamanı dayanmağa fürsəti olmayan yolçu kimi olmağı tapşırır.

Mümkündür, yuxarıdakı cümlələrin zahirinə diqqət edərkən insan səhv nəticə çıxartsın ki, cəmiyyətdən kənarlaşıb, dünya ne᾿mətlərindən əlini üzməli, insanın əbədi mənzili olan axirət barəsində düşünməlidir. Şübhəsiz, bu cür yanlış fikirlər İslamın əsasları ilə uzlaşmır. Mümkündür, insanın özünə dost seçməsi, ailə qurması, mülk alıb, mal toplaması – hamısı axirət mehvəri əsasında olsun və dünya məhəbbətinin bu arada heç bir rolu olmasın. Əksinə, insanı bu işə təşviq edən əsas amil, axirətə diqqət və Allaha itaət olsun. Əslində insanın ruhi kamala çatması və Allaha yaxınlaşması yolu bu dünyadan keçib onun ləzzətlərindən, imkanlarından düzgün bəhrələndiyi halda mümkün olur. Həqiqətdə, axirəti özünə əsas hədəf seçmiş insan dünyanı, onu öz hədəfinə qovuşduracaq vasitə qərar verir. Əgər insan dünyadan gözünü çəkmir və onu axirət üçün vəsilə qərar verə bilmirsə, heç olmasa, yoldan ötüb keçən yolçunun öz yorğunluğunu çıxartmaq və mənzil başında istirahət edərək, öz gücünün bərpası üçün dayandığı kimi bu dünyada yaşasın. Düzdür, belə şəxsin nəzərində dünya işləri önəmli yer tutur və birdəfəlik ondan gözünü çəkə bilmir. Lakin dünyadan istifadə edəndə də, heç olmasa ehtiyaclarını tə᾿min edəcək qədər, ona zəruri olacaq qədər istifadə etməlidir. İmam Musa ibni Cə᾿fər (ə) göstərişlərinin birində diqqəti bu məsələyə yönəldərək buyurur: «Gündəlik saatlarınızın bir hissəsini də halal ləzzətlərə ayırın».

Peyğəmbərin (s) «özünü ölülər sırasında gör» cümləsi, mə᾿na dərinliyinə görə buyurduğu ən ali tə᾿birlərdən biridir. Lakin mümkündür, bə᾿ziləri bu cümlənin mə᾿nasını da səhv anlasınlar. Onun zahirindən belə anlaşılır ki, ölülər hərəkətsiz olub dünyanın zahiri mə᾿nalarından məhrum və xəbərsiz olduqları kimi, sən də özünü dünya ləzzətlərindən məhrum et. Halbuki, Peyğəmbərin (s) bu sözü söyləməkdən məqsədi, insanın diqqətini onun əbədi mənzilinə yönəltməkdir. Dünya keçid yeri olub axirətə aparan bir körpüdürsə, sənin də diqqətin əsas məqsədə - əbədi mənzilə olmalıdır və sə᾿y edib özünü o gün üçün hazırlamalısan; keçidləri, dayanacaqları çətin və qorxulu olan bu yolda kifayət qədər azuqən olmalıdır ki, sabah üzüqara olmayasan. Deməli, Peyğəmbər (s) heç də demək istəmir ki, əlini birdəfəlik dünyadan üz, öz məişətin və gələcək asayişinin tə᾿mini barədə düşünmə.

Ayə və rəvayətlərin mə᾿nasından səhv çıxarışlar hələ qədimdən müsəlmanlar arasında mövcud olmuşdur. Peyğəmbərin (s) zamanında «əzab ayəsi» nazil olan kimi, bə᾿zi səhabələr ev-eşiklərini, arvad-uşaqlarını, yeyib-içməyi buraxıb, ibadətlə məşğul olmağa başladılar. Bu xəbər Peyğəmbərə (s) çatanda, onları çağırıb buyurdu: «Bu nə işdir görürsünüz? Mən sizin peyğəmbəriniz ola-ola ibadət edib oruc tutmaqla yanaşı, ailə işlərimlə də məşğul oluram, dünya ləzzətlərindən də istifadə edirəm. Siz də mənim yolumu tutun və həyatdan, ailədən üz döndərməyin».

Yuxarıda dediklərimizi nəzərə alaraq bunu əlavə etmək lazımdır ki, mümkündür, insan dünyada bütün maddi imkanlarla tə᾿min edilmiş olduğu halda dünyaya bağlı olmasın. Çünki insan bütün maddi işlərini haqqa aparan yolda vasitə kimi istifadə edə bilər. Həmçinin, diqqət etmək lazımdır ki, söhbət dünyanın mənfi cəhətlərindən, pislənilməsindən gedəndə, bu təbii və maddi ne᾿məti dəyərsiz bilib, lazımsız saymaq kimi başa düşülməməlidir. Çünki onların hamısı Allahın yaratdıqları və ayətlərindəndir. Əslində, pislənilən şey, insanın dünyaya və onun ne᾿mətlərinə niyyət və baxışından asılıdır. Yə᾿ni pislənilən ne᾿mət deyil, bu ne᾿mətə insanın səhv baxışıdır ki, dünyanı özünün əsas hədəfi seçir və onun vasitə rolu olmasından qafil olur. Deməli, həqiqətdə, insan və onun maddi vasitələrdən səhv istifadəsi məzəmmət olunur.

Əli (ə) Peyğəmbərin (s) vəsfində buyurur: «Peyğəmbərin (s) qəlbi dünyaya uymadı. Onun adı və yadını öz nəfsindən uzaqlaşdırmışdı»1.

Rəsuləllah nəsihətlərinin davamında buyurur:

«Ey Əbuzər! Səhərə salamat çıxdınsa «axşama da salamat qalaram», axşam vaxtı da «səhərə salamat çıxaram» demə».

Nəsihətin bu hissəsi əvvəldə işarə olunan mətləblərə tə᾿kid olub, insanın öz gələcəyinə bel bağlaya bilməyəcəyini anladır:

«Elə indi bir xəstəliyə düçar olmamış sağlamlığından və ölüm səni yaxalamamış, həyatından bəhrələnməyə çalış. Çünki sabah başına nə gələcəyini bilmirsən».

Hədisin bu hissəsində Peyğəmbər (s) tövsiyə edib buyurur:

«Fürsətdən istifadə et və bu gününü qənimət say, çünki sabah sağ olub-olmayacağından xəbərdar deyilsən. Həmçinin, xəstələnməmiş sağlamlığının qayğısına qal».



Yüklə 6,59 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin