CƏNNƏT ‒ MÖ᾿MİNLƏRİN ƏN ALİ MƏNZİLİ
Şübhəsiz, cənnət və onun ne᾽mətləri də Allahın ən böyük yaratdıqlarından sayılır. Bu ne᾽mət Allahın bəndəlik yolunu keçənlərə, iman və saleh əməllərlə insanlıq mərhələsinin ən ali məqamına layiq görülənlərə və nəhayət, Allahın mələkut aləminə qədəm qoyanlara nəsib olur:
«(Ya Peyğəmbər!) İman gətirən və yaxşı işlər görən şəxslərə müjdə ver. Onlar üçün (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır. O cənnətlərin meyvələrindən bir ruzi yedikləri zaman, «Bu bizim əvvəlcə (dünya evində) yediyimiz ruzidir» deyəcəklər. Əslində isə, bu meyvələr dünya meyvələrinə zahirən bənzəyir. Onlardan ötrü orada hər cəhətdən pak olan zövcələr də var. Onlar (mö᾽minlər) orada əbədi qalacaqlar»1.
Başqa bir ayədə Allah-təala buyurur:
«Allah mö᾽min kişi və qadınlara (ağacları) altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər və᾽d buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Allahdan olan bir razılıq isə, (bunların hamısından) daha böyükdür. Bu, ən böyük qurtuluş və uğurdur!»2.
Həqiqətdə, insan saleh əməllərin sayəsində cənnəti və onun ne᾽mətlərini qazanır. Buna görə də, insan Allaha bəndəlik yolunda nə qədər çox sə᾽y edər və kamal yolunun maneəsi olan nəfsin istəkləri ilə nə qədər çox mübarizə apararsa, qarşılıqlı olaraq daha artıq və üstün ne᾽mətlərə çatacaqdır. Bu, Qur᾽anda və rəvayətlərdə rast gəldiyimiz açıq həqiqətlərdir. İmam Sadiqdən (ə) nəql edilmişdir ki, Peyğəmbər (s) buyurdu: «Göylərə me᾽rac etdiyimdə, cənnətə daxil olub gördüm ki, mələklər imarət tikməklə məşğuldurlar; qızıl və gümüşdən olan kərpicləri bir-birinin üstünə qoyur və hərdən də dayanıb dururdular. Onlara dedim: «Niyə gah işləyir, gah da dayanıb durursunuz?» Dedilər: «Gözləyirik lazım olan avadanlıq gəlsin. Dedim: «Sizin istifadə etdiyiniz avadanlıq nədir?» Dedilər: «Mö᾽minlərin dilindən çıxan «Cübhanəllah», «Əlhəmdulillah», «La ilahə illəllah» və «Allahu Əkbər» zikri bizim avadanlıqlarımızdır. Mö᾽min bu zikri deməyə başlayan vaxt ərzində, biz də bu işə məşğul oluruq. Elə ki, zikri saxladılar, biz də dayanırıq»3.
Peyğəmbər (s) cənnəti vəsf edərək belə anladır:
«Ey Əbuzər! Əgər cənnətin qadınlarından biri gecənin zülmətində göydə zahir olsa, nuru yerə on dörd gecəlik aydan daha çox işıq salar. Saçlarını oynatdıqda, zülfündən ətrafa yayılan ətrin iyi bütün yer əhlini bihuş edər. Cənnət əhlinin libaslarından birini bu dünyada açıb sərsələr, onu görən bihuş olar və ona baxmağa insan gözü tab gətirə bilməz».
Həzrətin (s) bu bölümdə dediklərindən belə anlaşılır ki, qiyamət günü insanın gözünün gücü, bu dünyada olduğundan daha güclü olacaqdır. İnsanlar bu dünyada o qədər zəifdirlər, dərrakələri, dözümləri o qədər azdır ki, əgər cənnətin libaslarından birini onlara göstərsələr, ona baxmağa taqətləri çatmayıb, bihuş olarlar. Halbuki, cənnət əhli üçün o libası geyinmək, ona baxmaq adi bir şeydir. Həqiqətdə, cənnətdə insanın qüdrəti, o cümlədən görmə, dərketmə qabiliyyəti həddən artıq çoxdur. Şüur və dərrakə sahibi olan insanın axirətdəki şüuru o həddə qədər yüksək olacaq ki, bəlkə də, dünyadakından milyon qat artıq olacaqdır. Orada hər şeyin həyatı var və həqiqətdə, həqiqi həyat oradadır.
Qiyamətin özünəməxsus fəzasında hər bir şey şüur və danışmaq qabiliyyətinə malikdir. Buna görə də, hətta ağac və daşlar belə danışacaqlar:
«Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyildir. Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. Kaş biləydilər! (Əgər bilsəydilər, axirəti dünyaya dəyişməzdilər)»1.
Təbiidir ki, hər şey həyata malik olarsa, hətta otlar, daşlar da danışarsa, insanlar da bu sırada olacaqlar və insanın bədən üzvləri ayrı-ayrılıqda dil açıb danışacaqdır. Bu cəhətinə görə cəhənnəmdə qulaqlar, gözlər, insanın dərisi onların gördükləri günahlara şəhadət verəcəklər. Onlar deyəcəklər:
Bizim əməllərimizə necə şəhadət verdiniz? Bədən üzvləri cavabında deyərlər: «…Hər şeyi dilə gətirən Allah bizi danışdırdı…»2.
Rəvayətin bu bölümündə cəhənnəm əzabı və cənnət ne᾽mətləri haqqında deyilənlər dünya miqyasları ilə ölçüyəgəlməzdir. Necə ola bilər ki, «ğislin» kimi bir maye o qədər üfunətli və yandırıcı olsun ki, yerin şərqində onun tökülməyi ilə yerin qərbində yaşayanların beyinləri qaynasın. Əlbəttə, elə düşünməyək ki, belə bir hadisənin olması imkansızdır. Allahın atom enerjisi kimi sıxılmış bir enerjini uranium kimi bə᾽zi elementlərin daxilində yerləşdirməsi, hələ indi bəşər aləminə mə᾽lumdur. Əgər bu ünsürdən çox az miqdarda enerji ayrılarsa, elə güclü partlayış baş verir ki, bir şəhəri dağıdıb, altını üstünə çevirir! Bu hələ bu dünyada mövcud olan ünsürlərdən birinin dağıdıcı qüvvəsidir. İndi gör, o aləmin ünsürlərinin qüdrəti hansı dərəcədədir?! Bəlkə də, milyon dəfələrlə bu aləmdə mövcud olan ünsürlərin gücündən daha artıqdır. Belə olan surətdə bu ünsürlərin dağıdıcı gücü də bizim təsəvvür edə biləcəyimizdən qat-qat artıq olacaqdır. Deyilənlər bizim öz mövqeyimizi, dərəcəmizi tanımağımız üçündür. Bilməliyik ki, şüur və dərrakəmizin imkanlarının məhdud olduğu bu dünya üçün yaradılmamışıq. Bir dünyada onun ləzzətləri məhdud olarsa, həmin yerdə bizim şüur və dərrakəmiz də məhdud olacaqdır. Bilməliyik ki, dünyada olan hər bir şey axirət üçün müqəddimədir və axirətdə olan şeylərin solğun, zəif görüntüsüdür. Dünyanın xoşluqları axirətin xoşluqları ilə müqayisəedilməzdir. Dünyada çəkdiyimiz müsibət və bəlalar da axirətin əzabları qarşısında bir şey deyildir.
Dünya əzablarının axirət əzabları ilə müqayisə edilməsi və həmçinin, dünya ləzzətləri ilə axirət ləzzətləri arasındakı təfavütün göstərilməsi və onlar arasındakı geniş fasilənin üzə çıxması bais olur ki, hər kəs öz zehni qabiliyyəti, iste᾽dadı həddində özünün və yaşadığı aləmin axirət aləmi ilə müqayisədə nə dərəcədə məhdud və kiçik olduğunu dərk etsin; həmçinin, Yaradanın bərabərində yaradılış sisteminin olduqca cılız olduğunu təsəvvür edə bilsin. Bu müqayisənin nəticələrindən biri də, insanın təkəbbürdən, xudbinlikdən uzaqlaşıb, haqq qarşısında təvazökar olmasıdır. Əgər dünyada bir ne᾽mətə çatsa, qürurlanmasın və əgər bir ne᾽mətdən məhrum olsa, mə᾽yus olub həsrətini çəkməsin. Çünki bütün dünya ne᾽mətləri cənnətin bir almasına belə dəyməz. Buna görə də, dünya ürək bağlanası yer deyildir. Çalışıb, Allah peyğəmbərləri və övliyalarının bələdçiliyi ilə Yaradanın və qiyamətin əzəmətini anlamalı və öz mövqeyimizi tanımaqla xudpəsəndlikdən, qürurdan uzaq olmalıyıq.
BİRİNCİ CİLDİN SONU
Mündəricat
PEYĞƏMBƏRİN (S) ƏBUZƏRƏ NƏSİHƏTLƏRİ 3
BİRİNCİ DƏRS 3
BƏNDƏLİK VƏ NİCAT YOLU 5
İBADƏT VƏ ALLAH HÜZURUNUN DƏRKİ 7
ALLAHA İBADƏT VƏ BƏNDƏLİK, MÖ᾿MİNLƏRİN YÜKSƏLİŞ VƏ TƏRƏQQİ VASİTƏSİDİR 9
ALLAHA BƏNDƏÇİLİYİN MƏRHƏLƏLƏRİ 11
a) ALLAHI TANIMAQ 11
b) PEYĞƏMBƏRƏ (S) İMAN GƏTİRİB, ONUN NÜBÜVVƏTİNİ E᾿TİRAF ETMƏK 12
v) PEYĞƏMBƏRİN (S) ƏHLİ-BEYTİNƏ MƏHƏBBƏT 13
ƏHLİ-BEYTİN NUHUN (Ə) GƏMİSİ VƏ BƏNİ-İSRAİLİN HİTTƏ QAPISINA BƏNZƏDİLMƏSİ 14
İKİNCİ DƏRS 17
ALLAHIN NE᾿MƏTLƏRİNDƏN DÜZGÜN FAYDALANMAĞIN YOLLARI 17
ALLAHIN NE᾿MƏTLƏRİNDƏN DÜZGÜN BƏHRƏLƏNMƏYİN YOLLARI 19
SAĞLAMLIQ VƏ ASUDƏLİK, İNSANLARIN QAFİL OLDUĞU İKİ BÖYÜK NE᾿MƏTDİR 19
CAVANLIQ‒ ÖMRÜN ŞƏN ÇAĞLARI 22
SAĞLAMLIĞIN ƏHƏMİYYƏTİ 24
DÜNYA HƏYATI İNSANIN SEÇİM, İNKİŞAF VƏ KAMALA ÇATMA YERİDİR 26
ÜÇÜNCÜ DƏRS 28
HƏYATIN DÜZGÜN DƏRKİ VƏ ÖMÜRDƏN SƏMƏRƏLİ İSTİFADƏ 28
FÜRSƏTDƏN YERİNDƏ İSTİFADƏ VƏ UZUN-UZADI ARZULARIN TƏRK OLUNMASI 30
SƏHLƏNKARLIĞIN MƏRHƏLƏLƏRİ 30
DÜNYADAN ÜZ ÇEVİRMƏK VƏ YERSİZ TƏFSİRLƏR 32
DÜNYADAN ÜZ ÇEVİRMƏK VƏ AXİRƏTİ ƏSAS TUTMAQ 33
TƏKLİF VƏ VƏZİFƏLƏRİN VAXTINDA YERİNƏ YETİRİLMƏSİ 35
ÖLÜMÜ DÜŞÜNMƏKLƏ UZUN-UZADI ARZULARA SON QOYMAQ 36
DÜNYANIN VASİTƏÇİ ROLU 37
DÖRDÜNCÜ DƏRS 40
PEYĞƏMBƏRİN (S) ƏLDƏ OLAN İMKANLARDAN LAYİQİNCƏ İSTİFADƏ ETMƏK BARƏSİNDƏ BUYURDUĞU TÖVSİYƏLƏR 40
PEYĞƏMBƏRİN (S) ƏLDƏ OLAN İMKANLARDAN LAYİQİNCƏ İSTİFADƏ ETMƏK BARƏSİNDƏ BUYURDUĞU TÖVSİYƏSİ 42
ÖLÜM HAQQINDA DÜŞÜNMƏYİN ROLU VƏ GÜNAHIN NƏTİCƏLƏRİ 42
ÖMRÜN QƏDRİNİ BİLMƏYİN ƏHƏMİYYƏTİ 44
VƏZİFƏLƏRİN VAXTINDA YERİNƏ YETİRİLMƏSİ VƏ SABAHA ARXAYIN OLMAMAQ HAQQINDA 45
BEŞİNCİ DƏRS 48
DÜNYƏVİ HƏDƏFLƏR XATİRİNƏ ELM ÖYRƏNMƏYİN PİSLƏNİLMƏSİ 48
ƏMƏLSİZ ELMİN NƏTİCƏLƏRİ VƏ BU YOLLA İCTİMAİ MÖVQE ƏLDƏ ETMƏK 50
XALQI ALDATMAQ XATİRİNƏ ELM ÖYRƏNMƏYİN AQİBƏTİ 52
BİLMƏDİYİNİ E᾽TİRAF ETMƏK ALİMLƏRİN ƏSAS XÜSUSİYYƏTLƏRİNDƏNDİR 52
QİYAMƏTDƏ ALİMİN ƏN BÖYÜK PEŞMANÇILIĞI 54
HƏZRƏT ƏLİNİN (Ə) BƏYANINDA ALİMLƏRİN BÖLGÜSÜ 56
ALTINCI DƏRS 57
ALLAH NE᾿MƏTLƏRİNİN ƏZƏMƏT VƏ GENİŞLİYİ 57
VƏZİFƏLƏRƏ DİQQƏTLİ OLMAĞIN ZƏRURİLİYİ 57
ALLAHIN ƏZƏMƏTLİ QANUNLARI VƏ NE᾿MƏTLƏRİNİN SONSUZLUĞU 59
ÖMRÜN QISALIĞI VƏ İNSANDAN ƏBƏDİ QALACAQ YAXŞI VƏ PİS ƏMƏLLƏR 61
a) İNSANIN DÜNYADAKI RƏFTARLARININ QİYAMƏTDƏ TƏCƏSSÜMÜ 62
b) QƏFİL ÖLÜM, İNSANIN QƏFLƏTDƏN OYANMASI ÜÇÜN MÜHÜM AMİLDİR 63
İNSANIN RUZİSİNİN ALLAH TƏRƏFİNDƏN TƏ᾽YİN OLUNMASI VƏ YAD ƏLLƏRDƏN QORUNMASI 64
TÖVHİD-ƏF᾽ALİ VƏ ALLAHIN XEYİR MƏNŞƏYİ OLMASI 65
YEDDİNCİ DƏRS 67
MÖ᾽MİNİN AYIQLIĞI 67
ALİM VƏ ZAHİDLƏRLƏ HƏMSÖHBƏT OLMAQ; MÖ᾽MİN VƏ KAFİRLƏRİN NƏZƏRİNDƏ GÜNAH 69
LƏYAQƏTLİ DOST SEÇMƏYİN LÜZUMU VƏ GÜNAHI BÖYÜK BİLMƏK 70
QAFİL ALİMLƏ NADAN CAHİLİN TƏHLÜKƏSİ 71
GÜNAHI YADA SALIB PEŞMANÇILIQ HİSSİ KEÇİRMƏK, ALLAH LÜTFÜNÜN NƏTİCƏSİDİR 74
GÜNAHIN KİÇİKLİYİNƏ YOX, İTAƏTİNDƏN ÇIXDIĞIN KƏSİN ƏZƏMƏTİNƏ DİQQƏTİN LÜZUMU 75
SƏKKİZİNCİ DƏRS 79
SÖZLƏ ƏMƏLİN BİRLİYİ VƏ DİLİN QORUNMASI 79
SÖZ VƏ ƏMƏLDƏ SƏDAQƏT VƏ XƏYANƏT 81
RUZİDƏN MƏHRUM OLMAQDA GÜNAHIN ROLU 83
GÜNAH SƏBƏBLƏR HALQASINDA 86
DİLİN QORUNMASI VƏ BİHUDƏ İŞLƏRDƏN UZAQLAŞMAQ 87
DOQQUZUNCU DƏRS 90
NAMAZIN DƏYƏR VƏ ƏHƏMİYYƏTİ 90
CƏNNƏT ƏHLİNİN DƏRƏCƏ FƏRQLƏRİ 90
PEYĞƏMBƏRİN (S) BƏ᾽Zİ NƏSİHƏTLƏRİNİN BÖLGÜSÜ 92
ABİD VƏ GECƏNİ İBADƏTDƏ KEÇİRƏNLƏRİN MƏQAMI 93
CƏNNƏT DƏRƏCƏLƏRİNDƏN BƏHRƏLƏNMƏKDƏ CƏNNƏT ƏHLİNİN FƏRQLƏRİ 94
PEYĞƏMBƏRİN (S) NAMAZA HƏDSİZ DƏRƏCƏDƏ BAĞLILIĞI 97
NAMAZ XOŞBƏXTLİYİN AÇARIDIR 98
İBADƏTİN DAVAMLILIĞININ SİRRİ, ONUN ŞİRİNLİYİNİN DƏRKİNDƏDİR 100
ONUNCU DƏRS 102
BEHİŞTİN QABAQCILLARI VƏ ONUN BƏ᾽Zİ TƏKLİFLƏRİNİN MƏQAM VƏ DƏRƏCƏLƏRİ 102
BEHİŞTİN QABAQCILLARI 104
FİTRƏT VƏ KAMAL AXTARMAQ 104
BƏ᾽Zİ TƏKLİFLƏRİN MƏQAM VƏ DƏRƏCƏLƏRİ 107
1. NAMAZIN MƏQAMI VƏ DƏRƏCƏLƏRİ 107
2. ORUCUN MƏQAM VƏ DƏRƏCƏLƏRİ 108
3. CİHADIN MƏQAM VƏ DƏRƏCƏLƏRİ 109
BEHİŞTDƏKİ DƏRƏCƏLƏR BAXIMINDAN MÖ᾽MİNLƏRİN FƏRQİ 110
ON BİRİNCİ DƏRS 112
HÜZN VƏ QORXUNUN ƏHƏMİYYƏTİ VƏ ROLU (1) 112
HÜZN VƏ QORXUNUN ƏHƏMİYYƏT VƏ ROLU (1) 114
HÜZNLƏ QORXU VƏ GÜNAHDAN UZAQLAŞMAQ 114
QORXU VƏ XOFUN İNSANIN MƏ᾽NƏVİ YÜKSƏLİŞİNDƏKİ ROLU 115
HÜZN VƏ XOFUN FƏRQİ 116
DÜNYA MÖ᾽MİNİN ZİNDANI, KAFİRİN CƏNNƏTİDİR 119
CƏHƏNNƏM BARƏDƏ DÜŞÜNMƏK MÖ᾽MİNİN PƏRİŞANLIQ AMİLİDİR 120
ON İKİNCİ DƏRS 124
HÜZN VƏ QORXUNUN ROLU VƏ ƏHƏMİYYƏTİ (2) 124
HÜZN VƏ XOFUN ROLU VƏ ƏHƏMİYYƏTİ (2) 126
FAYDALI ELM 126
CƏNNƏTDƏKİ RAHATLIQ DÜNYADAKI QORXUNUN BƏHRƏSİDİR 129
GÜNAHLARIN BAĞIŞLANMASI ALLAHDAN QORXMANIN SƏMƏRƏSİDİR 131
YAXŞI ƏMƏLLƏRƏ OLAN E᾽TİMADIN MƏZƏMMƏTİ 133
ŞEYTANDAN UZAQLAŞMAQDA GÜNAHA EDİLƏN DİQQƏTİN ROLU 134
HÜZN VƏ XOFUN MAHİYYƏTİNİN ARAŞDIRILMASI VƏ ALLAHDAN QORXUNUN MƏ᾽NASI 135
ZİDDİYYƏTLİ HALLARIN EYNİ ZAMANDA BAŞ VERMƏSİ 139
ON ÜÇÜNCÜ DƏRS 142
DÜNYANIN KİÇİKLİYİ VƏ AXİRƏTƏ DİQQƏTİN ƏHƏMİYYƏTİ 142
BACARIQLI VƏ BACARIQSIZ İNSANIN BAXIŞ VƏ RƏFTARI ARASINDAKI FƏRQ 144
ƏMANƏTƏ VƏFA 145
QƏLBİ VƏ RUHİ HAZIRLIQ 145
a) ƏMANƏTƏ VƏFANIN ROLU 147
b) RUHİ VƏ QƏLBİ HAZIRLIĞIN ROLU 148
ALLAHIN NƏZƏRİNDƏ DÜNYANIN DƏYƏRSİZLİYİ VƏ KİÇİKLİYİ 154
ON DÖRDÜNCÜ DƏRS 158
AXİRƏT İSTƏYİNİN SİTAYİŞİ, DİNDƏ ZÖHD VƏ BƏSİRƏT, DÜNYA İSTƏYİNİN MƏZƏMMƏT OLUNMASI 160
DÜNYANIN LƏZZƏTİ VƏ İMANIN ALİLİYİNİN BƏYANI 160
AXİRƏTİ SEVMƏYİN LÜZUMU 163
ALLAHIN XEYİRXAHLIĞI VƏ DİN HAQQINDA AGAHLIQ 164
HİKMƏT VƏ BƏSİRƏT PEYĞƏMBƏRİN (S) HƏYAT YOLUNUN BİR HİSSƏSİDİR 170
HİKMƏT VƏ BƏSİRƏT PEYĞƏMBƏRİN HƏYAT YOLUNUN BİR HİSSƏSİDİR 172
HİKMƏT VƏ BƏSİRƏT ZÖHDÜN MƏHSULUDUR 172
ZAHİD İNSANIN NİŞANƏLƏRİ 175
UZUN-UZADI ARZULAR VƏ FƏALİYYƏTDƏN YAYINMAQ, TƏQVA VƏ TƏVƏKKÜLÜN ZƏİFLƏMƏSİNƏ BİR NİŞANƏDİR 179
PEYĞƏMBƏRİN (S) HƏYAT YOLUNA BİR BAXIŞ 180
ON ALTINCI DƏRS 183
MAL VƏ VƏZİFƏ HƏRİSLİYİNİN XƏTƏRİ, QƏNAƏT VƏ SADƏLİYİN SİTAYİŞİ 183
DÜNYA HƏDƏFDİR, YA VASİTƏ? 185
FƏQİR MÖ᾿MİNLƏR CƏNNƏTİN RAHAT YOLÇULARIDIR 186
QƏNAƏT VƏ SADƏLİYİN SİTAYİŞİ VƏ HƏRİSLİYİN MƏZƏMMƏTİ 190
DÜNYAYA E᾽TİNASIZLIĞIN SİTAYİŞİ 191
ON YEDDİNCİ DƏRS 195
AĞLAMAĞIN AXİRƏTƏ TƏ᾿SİRİ, MÖ᾿MİNİN QƏLBİNİN GENİŞLİYİ VƏ TƏQVALI OLMASI 195
AĞLAMAĞIN AXİRƏTƏ TƏ᾿SİRİ, MÖ᾿MİNİN QƏLBİNİN GENİŞLİYİ VƏ TƏQVALI OLMASI 197
AXİRƏT ÜÇÜN AĞLAMAĞIN TƏ᾽SİRİ 197
MÖ᾿MİNİN QƏLBİNİN GENİŞLİYİ VƏ ONUN NİŞANƏLƏRİ 199
TƏQVALI OLMAQ, RİYA VƏ NİFAQDAN DÖNMƏK 202
NİYYƏT VƏ ONUN ƏMƏLİN ÖLÇÜSÜNDƏKİ ROLU 203
ON SƏKKİZİNCİ DƏRS 206
ALLAHIN ƏZƏMƏT VƏ CƏLALININ UCA TUTULMASI 206
ALLAHIN ƏZƏMƏT VƏ CƏLALININ UCA TUTULMASI 208
İLAHİ ZİKR QUR᾽AN VƏ RƏVAYƏTLƏRDƏ 208
ZİKRİN KƏMİYYƏT VƏ KEYFİYYƏTİ 210
DİL VƏ QƏLBLƏ OLAN ZİKRİN BAĞLILIĞI 212
DİLLƏ OLAN ZİKRİN İKİ FAYDASI 213
ON DOQQUZUNCU DƏRS 217
ALLAHIN ƏZƏMƏTİ MƏLƏKLƏRİN NƏZƏRİNDƏ 217
ALLAHIN ƏZƏMƏTİ MƏLƏKLƏRİN NƏZƏRİNDƏ 219
ÜMİD VƏ QORXUNUN TƏKANVERİCİ ROLU 219
XOF VƏ XƏŞYƏTİN MAHİYYƏTİ 221
İLAHİ QORXUNUN FAYDASI VƏ YERİ 222
ALLAH ÖVLİYALARI XOFUNUN MƏQAMI 224
İNSANIN KAMALI VƏ HAQQ QARŞISINDAKI ACİZLİYİ 226
İLAHİ XOF VƏ GÜNAHDAN DÖNMƏK 227
ALLAH DOSTLARI VƏ MƏLƏKLƏRİNİN XOF MƏQAMINA BAXIŞININ ROLU 228
İYİRMİNCİ DƏRS 231
PEYĞƏMBƏRİN (S) CƏNNƏT VƏ CƏHƏNNƏM BARƏSİNDƏ SÖYLƏDİKLƏRİ 233
MƏXLUQATIN ƏZƏMƏTİ HAQQINDA DÜŞÜNMƏK 233
QİYAMƏTİN VƏSFEDİLMƏZ ƏZƏMƏTİ 235
PEYĞƏMBƏRİN CƏHƏNNƏM ƏZABI BARƏSİNDƏ BUYURDUQLARI 236
CƏHƏNNƏM QAYNAMAĞA BAŞLAYANDA İNSANLARIN VƏ MƏLƏKLƏRİN KEÇİRƏCƏKLƏRİ HAL 238
CƏNNƏT ‒ MÖ᾿MİNLƏRİN ƏN ALİ MƏNZİLİ 240
Dostları ilə paylaş: |