AxiRƏt azuqəSİ


İLAHİ QORXUNUN FAYDASI VƏ YERİ



Yüklə 6,59 Mb.
səhifə31/36
tarix17.11.2018
ölçüsü6,59 Mb.
#82680
1   ...   28   29   30   31   32   33   34   35   36

İLAHİ QORXUNUN FAYDASI VƏ YERİ


Söhbətimiz ilahi xofun faydası barədədir. Məgər ilahi qorxunun nə dəyəri, faydası var ki, insana sə᾽y göstərib xof məqamına çatması və onun yollarını tanıması tapşırılmışdır? Həqiqət budur ki, insanların əksəriyyəti ilahi xofun faydasından xəbərsizdir. Düzdür ki, Qur᾽anda ilahi qorxu barəsində çoxlu sayda ayələrin nazil olduğunu bilirlər və həmçinin, Allahdan qorxan şəxsin tə᾽rifəlayiq olduğundan da xəbərləri vardır. Lakin Allah qorxusunun onlara nə kimi fayda verdiyindən xəbərsizdirlər. Söhbət peyğəmbərlərin, övliyaların, din böyüklərinin Allah qarşısında hansı qorxu hissi keçirdiklərindən gedəndə, təəccüblə gözlərini döyürlər ki, niyə insan bu qədər qorxu hissi keçirməlidir, bu qədər ağlayıb sızıldamalıdır ki, gözləri tutulsun, üzü saralsın?!

Həzrəti Yəhya (ə) peyğəmbərlər arasında daha çox Allahdan qorxması ilə məşhurdur. Rəvayət edirlər ki, Allah xofundan o qədər ağlamışdı ki, gözlərində və üzündə izlər əmələ gəlmişdi. Hətta anası, göz yaşları yaranın üstünə süzülüb onu sızlatmasın deyə, yanaqlarının üstünə parça tikələri qoyurdu. İnsan bu əhvalatı eşidəndə təccüblənir ki, axı Allahın peyğəmbəri niyə bu qədər qorxmalıdır?! Əgər bizim aramızda bir nəfər bu hala düşsə, divanə deməsək də, deyəcəyik ki, halı qeyri-təbiidir, qeyri-adidir!

Qur᾽an ayələrinə ibrət gözü ilə baxsaq görəcəyik ki, xof, peyğəmbərlərin nəsihətlərindən bəhrələnməyin və səadətə çatmağın şərti kimi göstərilmişdir.

«Sən ancaq Qur᾽ana tabe olub, Rəhmandan (Onun əzabını) görmədiyin halda qorxan kimsəni qorxuda bilərsən. Beləsinə (axirətdə) bağışlanacağı və çox gözəl bir mükafata (cənnətə) nail olacağı ilə müjdə ver!»1.

Bu ayədə Allah, Peyğəmbərə (s) ürəklərində Allah qorxusu olan, hələ də fitrətləri günah tozu ilə tamamilə çirklənməyən insanları haqqa də᾿vət etməyi xatırladır. Peyğəmbərin (s) də᾽vət və tə`limlərindən bəhrə götürənlər bu dəstədəndirlər. Çünki qəlblərində Allah qorxusu olmayanlara nəsihət də tə᾽sir etməz. Belə adamların ürəkləri qaralmış, bərkiyib daşa dönmüşdür. Ürəklərinə nur saçması üçün bir dəlik belə qalmamışdır. Başqa bir ayədə buyurulur:

«Amma kim (qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini, şəhvəti qadağan etmişsə, həqiqətən, onun yurdu cənnətdir!»2.

Aydındır ki, xof kəlməsi rəca və ümidin müqabilindədir və Allah-təala «Hər kəs Allahının məqamından qorxarsa» buyurur. Buyurmur ki: «Hər kəs Allahın məqamına ümid bəsləyərsə». Bu onu göstərir ki, ilahi xof nəfsin tüğyan etməsinin qarşısını alır və hidayət yolunda qədəm götürməyə səbəb olur. Allahın rəhmətinə ümid bəsləməyin bu həddə qədər tə᾽siri olmur. Başqa bir ayədə Allah iman əhlinin məqamını bəyan etdikdən sonra behişt və onun ne᾽mətlərinin Allahdan qorxan kəslərə nəsib olacağını bildirir:

«Onların öz Rəbbi yanındakı mükafatları, (ağacları) altından çaylar axan Ədn cənnətləridir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan. Bu (ne᾽mətlər) Rəbbindən qorxanlar üçündür!»1.

Başqa bir ayədə Rəbbin məqamı qarşısında olan xofu, vüqarı, saflıq və xalisliyi din alimlərinin bariz xüsusiyyətlərindən hesab edir:

«…Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxar…»2

Başqa bir yerdə Allah-təala müsəlmanları zalımlardan deyil, Özündən qorxmağa çağırır:

«…Siz onlardan deyil, Məndən qorxun ki, Mən də sizə olan ne᾽mətimi tamamlayım. Bəlkə də, siz haqq yolu tapasınız»3.

Yenə də başqa bir yerdə buyurur:

«Sizi yalnız o Şeytan öz dostlarından (guya onların çox qüvvətli olmasıyla) qorxudub çəkindirir. Amma siz onlardan qorxmayın! Əgər mö᾽minsinizsə, Məndən qorxun!»4.


ALLAH ÖVLİYALARI XOFUNUN MƏQAMI


İlahi xofun dəyərli roluna və onun haqqında deyilmiş müsbət fikirlərə nəzər saldıqda, görürük ki, övliyalar ilk növbədə bu halı özlərində dirçəltməyə çalışırdılar. Peyğəmbəri-əkrəmin (s) və mə`sum imamların (ə) həyatını mütaliə edəndə, onların keçirdikləri çox qəribə hallarla rastlaşırıq. Əgər bu hallara bir iki rəvayətdə təsadüf edilsəydi, bəlkə də, Peyğəmbərin (s) və imamların (ə) belə hallar keçirmələrinin doğruluğuna şəkk edilərdi. Lakin bu barədə söz açan rəvayətlərin sayı bir-iki deyildir; onlar kifayət qədər olub, hamısı da mütəvatir hədislər sırasındadır. Belə ki, Həzrət Əlinin (ə) şəxsiyyətini zehnimizdə canlandırmaq istəsək, o Həzrətin (ə) zehnimizdə yer alan xüsusiyyətlərindən biri də, onun ağlamaqları, münacatları olacaqdır. O həzrətin (ə) şəxsiyyətini, onun Allahdan olan xofunu nəzərə almadan təsəvvür etmək imkansızdır. Həmçinin, imam Səccadı (ə) Allahdan xof halı olmadan təsəvvür etmək mümkün deyil. İmamın Əbu Həmzə Somali və digər münacatları o Həzrətin fövqəladə xofunun açıq nişanələridir ki, bizim üçün təsəvvüredilməzdir.

Rəvayətlərdə göstərilir ki, Həzrət Əli (ə) dəstəmaz alarkən halı dəyişər və bütün vücudu titrəyərdi. Eləcə də, imam Həsən Müctəba (ə) haqqında göstərilir ki, məscidə yaxınlaşdığı zaman üzünün rəngi dəyişər və təkbir deyəndə, bədəni əsərdi. Həmçinin, digər mə᾽sumlarımız Allah qarşısında bu halı keçirərdilər.

Qəlbdə ilahi xofun qorunub-saxlanılmasına edilən sə᾽y və bu barədə göstərilmiş tapşırıqlar, din böyüklərinin rəftarlarında bu halın zühur etməsi, xofun insanın təkamülündə, tərbiyəsində, bəndəçilik və hidayət yoluna çata bilməsindəki dəyərli roluna görədir. Şübhəsiz ki, xofun dərəcələrinə görə onun tə᾽sir və faydası da müxtəlif olacaqdır. Öz halımıza nəzər salsaq, görəcəyik ki, ilahi xofun müəyyən həddi bizim də qəlbimizdə mövcuddur və dərəcəsindən asılı olaraq, hər birimizdə özünəməxsus tə᾽sir qoyur. Lakin mə᾽rifətin yüksək məqamına, kamala çatmış kəslərin halına nəzər saldıqda görürük ki, onların Allahdan qorxuları bir başqa cürdür. Təbiidir ki, bu halın onlara tə᾽siri və faydası da hallarına müvafiq olaraq dəyişkən olacaqdır.

Əlbəttə, ilahi xofun dərəcələri və bu dərəcələrə müvafiq hansı tə᾽siri qoyduğunu sözlə ifadə etmək çətin bir işdir. Bu mətləbə mümkün qədər aydınlıq gətirmək üçün belə bir misala diqqət yetirmək pis olmazdı. İnsan öz qarşısında hər hansı bir əzəmət sahibini gördükdə, özündə qəribə hal hiss edir. Onun tə᾽siri altında hiss edir ki, sanki varlığını əldən verir. Ona elə gəlir ki, özünü itirmişdir və artıq özünü görmür. Başqa tə᾽birlə desək, insan bir əzəməti hiss etdikdə, onun qarşısında əriyib, itir. Bu halda o, sanki günəşin qızmar şüaları altında əriyən kiçik bir buz parçası olur. Bu ərimək və özünü unutmaq, Allahın əzəmətinin dərkinin tə᾽sirindən yaranan halın xüsusiyyət və tə᾽siridir. Öncəki bəhslərdə, əxlaqi və irfani kitablarda bu barədə yazılan mətləblərə diqqət yetirdikdə aydın olur ki, insanın kamala çatması üçün Allah və onun nəhayətsiz əzəməti qarşısında belə bir hissi keçirməsi zəruri mərhələlərdən biridir. Ariflər bu mərhələni «fəna» məqamı (Allahda fani olmaq) adlandırırlar. Allahda fani olmuş insan, artıq özünü dərk etmir. Elə ki, «özü» aradan qalxdı və qarşısında Allahın əzəmətini gördü, nəticədə Allaha yaxınlaşmış olur və Allahla özü arasındakı bağlılığı daha yaxşı dərk edir. Ariflərin tə᾽birilə desək, artıq anlamış olur ki, bağlılıqdan, Allaha aidiyyatdan başqa heç nə yoxdur.

Hərçənd, bu sözlər ürəyəyatımlı və maraqlıdır, lakin işin həqiqəti budur ki, çox az adam bu mərhələyə çatmışdır. Bizimlə bu mərhələ arasında olduqca böyük fasilə vardır. Elə düşünməməliyik ki, bir-iki söz öyrənməklə hər şey həll olacaq. Bizim problemimiz həqiqətləri yaşadığımız zaman həllini tapır və bu an, Allaha bəndəçilik edib Əhli-beytin (ə) izi ilə addımlamaq mümkün olur. Sə᾽y edib onların izi ilə getməli və onların hasil etdiyi qorxunu, xofu öz ürəyimizdə yerləşdirməliyik. Allaha yaxınlaşa bilmək üçün hər kəs öz qabiliyyət və iste᾽dadı həddində qəlbində bu xofu yaşatmalıdır. Ali məqamlara diqqət yetirib onların vücudunu e᾽tiraf etmək bizim üçün faydalıdır, bu şərtlə ki, məğrur olmayaq. Elə düşünməyək ki, biz də artıq o məqamlara çatmışıq.


Yüklə 6,59 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin