AxiRƏt azuqəSİ


İNSANIN KAMALI VƏ HAQQ QARŞISINDAKI ACİZLİYİ



Yüklə 6,59 Mb.
səhifə32/36
tarix17.11.2018
ölçüsü6,59 Mb.
#82680
1   ...   28   29   30   31   32   33   34   35   36

İNSANIN KAMALI VƏ HAQQ QARŞISINDAKI ACİZLİYİ


Deməli, insanın kamala çatması Allah qarşısında əriməsində, Allaha möhtac və bağlı olmasında, özü üçün heç bir müstəqillik görməməsindədir. İnsan özünü nə qədər möhtac və həqir görərsə, bir o qədər də Allaha yaxınlaşmış olar. Kamala çatmağın yolu budur ki, İlahi əzəməti dərk etdiyində, onda zillət və həqirlik hissi əmələ gəlsin. Bu, kamillik və bəndəçiliyin yüksək məqamının tələbində olanlar üçün ən yaxşı yoldur. Qorxu hissini xoşagəlməz hal bilən bizlərə, övliyaların bu haldan ləzzət aldıqlarını eşitmək qəribə gəlir. Övliyalar bu halı əldən verdikdə yenidən onu ələ gətirmək üçün çalışırlar. Bu qorxu və xof hissi onlar üçün o qədər ləzzətvericidir ki, heç vaxt bu hissin itməsini istəmirlər. Biz bu mərhələyə çatmadığımız üçün onu düzgün dərk edə bilmirik və insana hansı tə᾽sir bağışladığını da, sözlə söyləməkdə acizik. Lakin Allah övliyalarının həyat dastanlarını araşdırarkən, anlamaq olur ki, onlar güclü məhəbbət sahibi olub, məhbubları yolunda əzab, dərd çəkməkdən ləzzət alırmışlar. Onun fərağı üçün göz yaşı axıtmaqdan bir növ sevinc və rahatlıq hissi keçirirmişlər. Baxmayaraq ki, ağlamağın mənşəyi narahatlıq və qəmdir, lakin məhbuba xatir olduğu üçün onlara xoş gəlir. Buna görə də deyirik ki, ilahi xof Allah övliyaları üçün bəyəniləndir. Onlar ilahi əzəmət qarşısında əriməkdən, xoflanmaqdan narazı qalmırlar. Ən azı bunların sonsuz ləzzətə çatmaqda müqəddimə olduğunu bilirlər. Buna görə də, Allah övliyaları ilahi qorxu və xofa əhəmiyyət verirdilər. Çünki onu nəfsin yüyənini əldə saxlamağın ən yaxşı amili sanırdılar. Qəlblərində bu xofu gəzdirməklə, xudbinlikdən qurtarıb özlərini Allaha möhtac görürdülər. Həmçinin, bu hal onların fəna məqamına çatmasında ən yaxşı vasitə idi. Yeri gəlmişkən, bir məsələni də xatırlatmaq pis olmazdı.

Bə᾽zi adamlar bir-iki irfani termin, məsələn «məhv məqamı», «fəna fillah» öyrənəndən sonra elə bilirlər ki, artıq arif olmuş və harasa çatmışlar! Yaxşı olardı ki, bu kimi şəxslər özlərini bir məhək daşından keçirəydilər; yoxlayıb görəydilər ki, bunların qəlbində Allah qorxusu deyilən şey var, ya yox?! Görəsən, həyatlarında bircə dəfə də olsa, gecəni sübhə qədər Allah qorxusundan yatmayıb oyaq qalıblarmı? Heç indiyə kimi ağlamaqdan gözlərində iz əmələ gəlibdirmi? Dildə demək asandır, iddia etməklə insan bir yerə çatmır. Diqqət etməliyik ki, həzrət Yəhya kimi məqam sahibinin keçirdiyi halın bir zərrəsi bizdə varmı? Onun keçirdiyi halın hansını özümüzdə görə bilərik? Bir-iki söz öyrənib iddia etməklə adam arif olmur. Bu yol, olduqca uzun və çətin bir yoldur. Rəhmətlik Şeyx Məhəmməd Təqi Amuli çox böyük alim idi; o, deyirdi: «Bu yolu başa vurmaq, gözün kiprikləri ilə dağı qazmağa bənzəyir!».

İlahi mə᾽rifətə çatmaq istəyən şəxs özünü çətinliklərə, məşəqqətlərə, yuxusuz gecələrə hazır etməlidir. Bu yolu, onun yolçuları getdiyi kimi getmək lazımdır. Baxıb görməliyik ki, həzrət Əli (ə) və həzrət Səccad (ə) bu yolu necə getmişlərsə, biz də o cür gedək.

İLAHİ XOF VƏ GÜNAHDAN DÖNMƏK


Deyilənlərə əsasən belə mə᾽lum olur ki, ilahi xofun tə᾽siri nəticəsində böyük mə᾽nəvi məqama çatmış şəxslərin dərk etdiyi ən yüksək mərtəbə, «fəna fillah» məqamıdır. Lakin adi insanlar üçün ilahi qorxunun yarada biləcəyi ən yüksək tə᾽sir, onların günahdan uzaqlaşmalarıdır. İnsan o zaman günaha mürtəkib olur ki, hansısa mənfəti ələ gətirmək və ya xəyalında dolaşdığı bir ləzzətə çatmaq istəyir. Bu ləzzət istər həqiqi olsun, istər xəyali, istər şəhvətdən doğan ləzzət olsun və istərsə də vəzifəyə, şöhrətə çatmaq kimi; fərqi yoxdur, hamısı insanı günaha sövq etdirən batil istəklərdir. İnsanı, onun günaha sürüklənməsinə səbəb olan bu batil istəklərdən saxlaya biləcək şey Allah qorxusudur. Baxıb görməlidir ki, günah onu hansı qaranlıq vadiyə sürükləyir, ona nə verir və ondan aldığı nədir?

Bilməlidir ki, günah onu axirətin əbədi ne᾽mətlərindən məhrum edib, əbədi əzaba sürükləyir (ilahi xof nə qədər çox olarsa, insana qoyduğu tə᾽siri də çox olacaqdır).

Rəvayətlərdə göstərilir ki, Allah qorxusunun yer tutduğu ürəkdə şöhrətpərəstlik olmaz. Yə᾽ni Allahdan qorxan kəs şöhrətpərəst deyildir, ad-san dalınca düşüb, xalqın onu tə᾽rifləməsini sevmir. Şöhrətpərəstlik insan üçün ən qorxulu bəladır. Bə᾽zi rəvayətlərdə deyilir: «Mö᾽minlər üçün ən böyük eyib və xətər mal, şöhrət həvəsidir». Şöhrət sevgisi, yə᾽ni vəzifə, ağalıq həvəsində olmaqdır. Siddiqlərin qəlbindən xaric olan pis sifətlərin axırıncısı, vəzifə, şöhrət həvəsidir ki, əlacı Allahdan qorxmaqdadır.

Həqiqətən də, insan əgər ilahi əzəməti dərk etsə, Onun müqabilində öz həqirliyini, kiçikliyini görə bilsə, günahın onun dünyasına və axirətinə hansı zərərləri vurduğunu anlasa, vəzifə və şöhrət həvəsini başından çıxaracaqdır. Deməli, ilahi xofun bizdə qoyduğu ən böyük tə᾽sir, bizi günahdan çəkindirməyindədir. Əlbəttə, mə᾽rifətləri kamilləşmiş, qəlblərində Allah mə᾽rifətinin yer aldığı kəslər üçün həmin məhəbbət onların Allahdan qeyrisinə göz yummalarına səbəb olur. Lakin bu sözün sahibləri vardır, biz Allah sevgisinin o dərəcəsinə yetişməmişik. Bizim görə biləcəyimiz yeganə iş, ilahi qorxunu ürəyimizdə gücləndirməyə sə᾽y etməkdir. Bununla günaha batmaqdan qorunub, yavaş-yavaş ilahi məhəbbətə ürəyimizdə yer verməliyik ki, daha yüksək ilahi mə᾽rifətə nail olaq.


ALLAH DOSTLARI VƏ MƏLƏKLƏRİNİN XOF MƏQAMINA BAXIŞININ ROLU


İndi ki, söz ilahi xofdan və onun faydasından düşdü, belə bir sual yaranır ki, bizdə də ilahi qorxu hissinin əmələ gəlməsi üçün nə etməliyik? Bu mərhələyə çatmağın ən yaxşı yollarından biri, Allah yanında əziz olan kəslərin xof məqamına nəzər salmaqdır. Şübhəsiz, onların Allaha olan hədsiz xoflarına və keçirdiyi hallara diqqət yetirmək, qorxu məqamının kəsbində bizlərə kömək olacaq ən yaxşı üsullardan biridir. Bu kömək bizləri, onların tutduğu yola təşviq etməkdən ibarətdir. Bu həmin o üsuldur ki, Peyğəmbəri-əkrəm (s) bu hədisdə ondan istifadə etmişdir.

Allaha əziz olan bəndələrin bir qismi də mələklərdir. Qur᾽ani-kərim zatları pak olan bu bəndələrin vəsfində buyurur:

«Göy gurultusu Onun şə᾽ninə tə᾽riflər deyir, mələklər də Allahın qorxusundan Onu öyüb mədh edirlər…»1.

Söylədiyimiz kimi, ilahi əzəmətin dərki və ona diqqətli olmaq, Allah xofunun yaranmasına səbəb olur. Bu dərkin bariz nümunəsini, Allah dərgahına yaxın olan mələklərdə görürük. Göründüyü kimi, Peyğəmbər (s) bu rəvayətdə onlardan bir dəstəsinin halını canlandırmağa çalışır. Deyir:

«Mələklər o dərəcədə Allah yanında özlərini həqir və kiçik görürlər, qorxuları o həddədir ki, yarandıqları gündən qiyamətə qədər - ki, bəlkə də, neçə min və ya neçə milyon ilə qədər çəkir - ədəblə dayanıb başlarını aşağı dikirlər. Bəlkə də, qorxunun şiddətindəndir və ya Allahın sonsuz əzəmətinə olan diqqətdəndir ki, başlarını qaldırmağa cür᾽ət etmirlər»2.

Mələklər pak olduqları halda Allahdan belə qorxurlarsa, ilahi əzəmət qarşısında başlarını qaldırmağa cür᾽ətləri çatmırsa, günahın içində itib-batıb, həvayi-nəfsin əsarətində zəncirlənmiş olan bizlər hansı üzlə, hansı cəsarətlə başımızı yuxarı tutmalıyıq. Mələklərin Allah qarşısında keçirdikləri halın kiçik oxşar nümunəsini biz özümüzdə də görə bilərik. Böyük bir şəxsiyyətlə qarşılaşdıqda danışmağa çətinlik çəkirik, dilimiz dolaşır, özümüzü itiririk. İxtiyarsız sakit dayanıb, başımızı aşağı dikirik. Mərhum imam Xomeynini (r.ə.) yaxından tanıyanlar, onun əzəmətli şəxsiyyətindən xəbərdar olanlar, görüş zamanı nə qədər özlərini toplasalar belə, imamdakı zəhmin və əzmin qüdrəti nəticəsində cəzb olunur, buz kimi əriyib itirdilər. Özlərini mə᾽rifət və qüdrətdən baş qaldıran əzəmətli bir dağın qarşısında zərrə kimi görürdülər. Bu hələ Allah bəndələrindən birinin əzəmətidir!

Mələklər içərisində elələri var ki, hətta böyük peyğəmbərlər onların əzəmətini dərk edirdilər. Rəvayətlərdə deyilir: «Həzrəti Cəbrayıl (ə) ancaq bir-iki dəfə öz əsl surətində Peyğəmbərə (s) göründükdə Peyğəmbər (s) müşahidə edir ki, onun nuru şərqdən qərbə qədər bütün aləmi tutmuşdur».

İmam Baqir (ə) buyurur: «Günlərin bir günü Peyğəmbər (s) əyləşmişdi və Cəbrayıl (ə) da yanında idi. Birdən Cəbrayıl (ə) göyə nəzər salır və bu baxışdan göyün üzərində onun nuru yayılmağa başlayır, get-gedə rəngi daha da güclənir və nəhayət, zəfəran rənginə çalır. Sonra Cəbrayıl (ə) Peyğəmbərə (s) yaxınlaşır və Rəsuləllah (s) göyə baxır. Bu vaxt görür ki, Cəbrayılın (ə) nuru qərbdən şərqə qədər bütün aləmi tutub, yerə yaxınlaşır»1.

Əlbəttə, Peyğəmbərin (s) məqamı və nuraniyyəti Cəbrayılın (ə) məqam və nurundan daha yüksəkdədir, lakin Cəbrayılın (ə) həqiqi məqamı, Peyğəmbərin (s) insani məqamı qarşısında cilvələndiyi üçün belə bir əzəməti dərk edir.

İYİRMİNCİ DƏRS


PEYĞƏMBƏRİN
(S) CƏNNƏT CƏHƏNNƏM BARƏSİNDƏ BUYURDUQLARI

1. Məxluqatın əzəməti haqqında düşünmək;

2. Qiyamətin vəsfedilməz əzəməti;

3. Peyğəmbərin (s) cəhənnəm əzabı barəsində söylədikləri;

4. Cəhənnəm qaynamağa başlayanda insanların və mələklərin keçirəcəkləri hal;

5. Cənnət - mö᾽minlərin ən ali mənzili.



Yüklə 6,59 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin