Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari



Yüklə 264,25 Kb.
səhifə10/77
tarix20.11.2023
ölçüsü264,25 Kb.
#133417
1   ...   6   7   8   9   10   11   12   13   ...   77
C fakepathAZERBAYCAN D L VE N TQ MEDEN YYET 2019-2020 son(2)

Bayatılar

Dağların lalasına


Gözlərin qarasına,
Analar qurban olsun
Öz körpə balasına.


Yaxud:
Qızılgül butam, lay-lay
Yaxana düzüm lay-lay.
Sən böyü, mən qocalım,
Toyunda süzüm, lay-lay.
Yazılı nitqin təşəkkülü. Şifahi nitqin təşəkkülü və for­malaşma dövrünü əslində yazılı nitqin yaranması üçün hazırlıq mərhələsi adlandırsaq, yanılmarıq. Çünki yazılı nitq öz inki­şafını şifahi nitq üzərində qurmuşdur. Bu, təbii bir linqvistik hadisədir. Ona görə ki, şifahi nitq yazılı nitq üçün bütün dövrlərdə baza olmuşdur.
Azərbaycan xalq dastanlarının gözəllikləri yazılı ədəbiyya­ta, əslində isə yazılı nitqə faydalı təsir göstərmişdir. Bir sıra yazıçılarımız: Nəbi Xəzri, Anar, Elçin və başqa yazıçılar xalq dastanlarının motivləri əsasında roman, povest, hekayə, dram və s. əsərlər yazmışlar. Üzeyir Hacıbəyov “Əsli və Kərəm”, “Koroğlu”, Müslüm Maqomayev “Şah İsmayıl”, Zülfüqar Ha­cıbəyov “Aşıq Qərib” operalarını eyniadlı dastanlar əsasında yaratmışlar.
Yazılı nitqimizin tarixindən bəhs edərkən, ilk növbədə, “Kitabi-Dədə Qorqud” dastanının adını xüsusi qeyd etmək la­zımdır. Çünki bu dastan bir epos hadisəsi olsa da, lakin ilk bə­dii əsər nümunəsi kimi diqqətimizi cəlb edir. Yazılı ədəbiy­ya­tımızın ilk nümunəsi sayılan “Kitabi-Dədə Qorqud” dastanın­dakı təhkiyə üsulu, dialoji və monoloji nitq ünsürləri, dil va­hidləri, bədii təsvir və ifadə vasitələri mükəmməl yazı nitqinin (mədəniyyətinin) olmasını təsdiq edir.
Yazılı nitq məzmununa görə iki cür olur:
a)Məzmunca bədii yazılı nitq;
b)Məzmunca elmi yazılı nitq.
Əvvəldə qeyd etdiyimiz kimi, bədii yazılı nitq öz təşək­kü­lü­nü ilk bədii əsər nümunəsi hesab edilən “Kitabi-Dədə Qorqud” dastanında tapır.
Məlumdur ki, hər bir dilin tarixi onun mənsub olduğu xal­qın, millətin tarixi ilə sıx surətdə əlaqədardır. Azərbaycan dili də xalqımızın tarixi kimi, keşməkeşli bir yol keçmişdir. Xalqı­mızın yazılı nitq nümunələri (məzmunundan asılı olmayaraq istər bədii, istər elmi) ictimai-siyasi, tarixi hadisələrə görə xeyli gec formalaşmışdır.
“Kitabi-Dədə-Qorqud” dastanından sonra ana dilli yazılı nümunəmiz XIII əsrdə İzzəddin Həsənoğlunun yazdığı üç türk­cə (Azərbaycan türkcəsində) qəzəli və Şeyx Səfiəddin Ərdəbil­linin kiçik bir divanı (lirik şeirlər toplusu) ilə mövcud olmuş­dur. Doğrudur, dahi Nizami dövrün tələbinə görə fars dilində yazmaq məcburiyyətində qalmışdır. Ancaq onun hər misrasın­da və beytində türk dilinin şirinliyi, səlisliyi və təmizliyi duyulur. “Xəmsə”sində yaratdığı obrazların nitqi Nizami tə­xəy­yülündən süzülüb gələn türk düşüncə tərzinin məhsuludur. Daxili nitqin, düşüncə dilinin ana dili anlayışını ifadə etməsi fikrini nəzərə alsaq, Nizaminin əsərlərinin türk dilinin lüğəvi mənasında düşünüldüyü qənaətinin doğruluğuna heç bir şüb­həmiz qalmır.
XIII yüzilliyin epik poeziya örnəkləri olan “Dastani-Əhməd Hərami” və Qul Əlinin “Qisseyi-Yusif” poemaları, XIV yüzil­likdə Suli Fəqih və Mustafa Zərir kimi Azərbaycan şairlərinin Quran motivləri əsasında qurulmuş “Yusif və Züleyxa”sı, eləcə də həmin əsrin sənətkarı Yusif Məddahın “Vərqa və Gülşa” poe­ması anadilli bədii yazılı nitqin parlaq nümunələri sayıl­mağa layiqdir.
Qazi Bürhanəddinin türkcə divanında və Nəsiminin ana dilində yazılmış fəlsəfi məzmunlu şeirlərində bədii yazılı nitqi­mizin zənginləşmə dövrünü görürük. XVI əsrdə Ş.İ.Xətainin ictimai-siyasi və ədəbi-mədəni fəaliyyəti nəticəsində Azərbay­can bədii dili yüksək səviyyəyə çatır. Nitq mədəniyyətimiz ilk dəfə müstəqil mühitdə funksionallaşma mərhələsinə qədəm qoyur. Yazılı nitqimizin ilk rəsmi-işgüzar nümunələri yaranır. Ümumiyyətlə, XVI yüzillik ana dilimizin inkişafında ilk dəfə əlverişli tarixi şərait kimi dəyərləndirilir.
M.P.Vaqif yaradıcılığı ilə Azərbaycan şeiri tarixində yeni bir mərhələnin başlanğıcı qoyulur. Çünki M.P.Vaqif xalq şeiri üslubunda, heca vəznində yazdığı əsərləri ilə dilimizin, nitqi­mizin sadələşməsi və xəlqiləşməsinə səbəb oldu. Azərbaycan natiqləri fərdi üslubları ilə tanınmışlar.
Yazılı nitqimizin məzmunca elmi və ictimai-siyasi nümu­nə­ləri geniş şəkildə XIX əsrdən meydana çıxmışdır. Ensiklopedik şəxsiyyət olan Abbasqulu ağa Bakıxanovun elmin müxtəlif sahələrinə aid yazdığı (“Qanuni-qüdsi, “Əsrarül-Mələküt”, “Təhzibül-əxlaq”, “Eynül-mizan”, “Gülüstani-İrəm”) əsərləri nitq mədəniyyətinin inkişafında rolu olan gözəl örnəklərdən sayılır. M.F.Axundovun “Kəmalüddövlə məktubları” adlı bədii-fəlsəfi əsəri bütünlüklə nitq mədəniyyətinin parlaq nümunəsi hesab edilir.
Azərbaycanda qədim dövrlərdən başlayaraq XIX əsrin ikin­ci yarısına qədər inkişaf edə-edə gəlib çıxmış natiqlik məharə­tinin formalaşmasında mollaxana və mədrəsələrdə müəllimlik edən şəxslərin nitqləri də mühüm rol oynamışdır.
Tarixən ibtidai məktəblərimiz sayılan mollaxanalarda bəzi mütərəqqi müəllimlər uşaqların nitqini zənginləşdirmək, onları kütlə qarşısında çıxış etməyə hazırlamaq üçün müxtəlif üsul­lardan istifadə edirdilər. Məsələn, həftənin altıncı günü aparıla­caq dərsdə şagirdlərin şeirləşməsi üsulundan istifadə olunurdu. Bu, aşağıdakı qaydada olurdu: şagirdlər iki dəstəyə bölünür­dülər; birinci dəstənin nümayəndəsi əzbərdən bir parça şeir söyləyirdi. Şeir bitdikdən sonra ikinci dəstənin nümayəndəsi, birincinin söylədiyi şeirin son sözünün son hərfi ilə başlayan başqa bir şeiri söyləməli idi. Məsələn, birinci Füzulinin “Şəbi-hicran yanar canım, tökər qan çeşmi giryanım...” misralı beytini əzbər söyləyirdi. Burada son sözün axırıncı hərfi m olduğundan, ikincilər, təxminən belə bir şeir oxumalı idi: “Məndə məcnundan füzun aşiqlik istedadı var...” və s.
C.Məmmədquluzadə, N.Nərimanovla zənginləşmə mərhələ­sinə keçid alan nitq mədəniyyətimiz C.Cabbarlının, M.Cəlalın, S.Vurğunun, N.Həsənzadənin və başqa söz ustalarımızın zəngin yaradıcılığı ilə özünün zirvəsini fəth etmiş oldu.
Ümumiyyətlə, cəsarətlə deyə bilərik ki, natiqlik sənəti dilin zənginliyinin göstəricisi və mədəniyyətin ən güclü vasitələrin­dən biridir.

Yüklə 264,25 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin