Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Giriş



Yüklə 231,62 Kb.
səhifə26/59
tarix26.09.2023
ölçüsü231,62 Kb.
#129410
1   ...   22   23   24   25   26   27   28   29   ...   59
Mövzular 2023

Qeyri-refleksiv dinləmə. Bu növ dinləmə həmsöhbətin nitqinə qarışmamağı nəzərdə tutur. Qeyri-refleksiv dinləmə informasiyanın mənimsənilməsinin ilk mərhələsidir. Başqa sözlə desək, həmsöhbətin nitqinə müdaxilə etmədən və ya minimal müdaxilə ilə diqqətli sükutdur. Bu dinləmə növündə kritik hallarda mühakimə və qiymətləndirmə məzmunu olmayan sadə ifadələr (bəli, aha, aydındır və s.) və mimika, jestlərdən istifadə etməklə söhbətə qoşulmaq mümkündür. Qeyri-refleksiv dinləmə aşağıdakı hallarda uyğundur:

  • həmsöhbət öz fikrini bildirmək istəyir;

  • həmsöhbət problemini danışır;

  • mübahisəli söhbətin kulminasiya hissəsində.

Qeyri-refleksiv dinləmə çox vaxt həmsöhbətin ehtiyac duyduğu yeganə şeydir, çünki hər kəs ilk növbədə eşidilmək istəyir.
Refleksiv dinləmə isə danışan və dinləyici arasında daha aktiv üssiyyəti nəzərdə tutur. Dinləyici diqqətlə dinləməklə yanaşı, həm də müxtəlif açıq və üstüörtülü suallar , ifadə və izahlarla nə anladığını da ortaya qoyur. Məhz bu qarşılıqlı izah və təkrarlar ünsiyyətin aydınlaşdırıcı və tənzimləyici elementi kimi ortaya çıxır. ”Başa düşmədim, Nə demək istəyirsiniz?, Zəhmət olmasa, bir də təkrar edin və s. eləcə də fikri başqa şəkildə ifadə etmək dəqiqliyi yoxlamaq üşündür. Belə başa düşdüm ki,.... Siz demək istəyirsiniz ki,....Sizin fikrinizcə,....və s. ifadələrin köməyi ilə dinləyənin emosional vəziyyətini əks etdirməyə yönəldir”.
Bunlardan əlavə, daha iki dinləmə üsulu haqqında danışmaq olar: tənqidi və empatik. Tənqidi dinləmə zamanı dinləyici əvvəlcə alınan məlumatın tənqidi təhlilini aparır, sonra onu anlamağa çalışır. Bu çox zaman dinləyicinin münasibətindən asılı olur, daha doğrusu o, əvvəldən informasiyanı rədd etmək mövqeyində dayanır. Müəyyən layihələrin, ideyaların, baxışların müzakirə edildiyi yerdə belə dinləmə məqsədəuyğundur, lakin yeni məlumat və biliklərin ötürüldüyü yerdə isə perspektivsizdir.
Empatik dinləmədə sözlərdən ziyadə sözlərin oyatdığı hisslər önəmlidir. Bu tip dinləmədə əgər danışan dinləyicidə müsbət emosiyalar doğurursa, ünsiyyət təsirli, mənfi emosiyalar doğurursa, təsirsiz olur.
Dinləmə zamanı aldığımız informasiyanın çox kiçik hissəsi yaddaşımızda qalır. Lakin effektiv dinləmə üsullarından istifadə edərək bu nisbəti əhəmiyyətli dərəcədə artırmaq mümkündür.
Dinləmə zamanı həmsöhbətə dəstək olmaq üçün aşağıdakı üsullardan istifadəni nəzərdə tutur:
- aydınlaşdırma, “Mən başa düşmədim”;
- parafraz, yəni həmsöhbətin sözlərini öz sözlərinizlə təkrarlayın ki, onu düzgün başa düşdüyünüzə əmin olsun: "Sən belə düşünürsən ...";
– hisslərin əks olunması: “Başa düşürəm ki, indi qəzəblisən…”;
- motivasiya: "bundan sonra nə var ...";
- qiymətləndirmələr: “təklifiniz cazibədardır”, “xoşuma gəlmir”;
– xülasə: “Deməli, siz düşünürsünüz…
İşgüzar ünsiyyətin əsas xüsusiyyəti onun müəyyən reqlamentə tabe olmasıdır ki, bu da iştirakçıların işgüzar etiketə riayət etmə ehtiyacında özünü göstərir. Ünsiyyət prosesi proqnozlaşdırıla bilən və normativ davranış qaydalarına tabe olmalıdır ki, bunların məcmusu "etiket" anlayışı ilə ifadə edilir.
Etiket - ünsiyyət prosesində insan davranışının xarici formalarını və onların münasibətlərini tənzimləyən norma və qaydalar sistemidir.
Etiket termini XVII əsrin əvvəllərindən işlənməyə başlasa da əlbəttə ki, bir sıra nəzakətli davranış qaydaları xüsusi bir terminlə təyin edilməzdən çox əvvəl mövcud idi. Qədim dövrlərdən bəri insan münasibətlərinin xarici təzahürlərini tənzimləyən yazılmamış qaydalar inkişaf etməyə başladı. Bu qaydalar ünsiyyətdə hörmət, xoşməramlılıq, mehribanlıq ideyaları ilə insanların davranış və münasibətini əlaqələndirmək vərdişini formalaşdırmışdır.
Ünsiyyətdə etiket normaları insanların sevgi və hörmət daxilində bir-birini tanıması üçün mövcud olan sosial ehtiyacı ödəmək naminə yaradılmışdır. Məqbul davranış formalarını tənzimləyən etiket normaları və qaydalar toplusu tarixi xarakter daşıyır və cəmiyyətin mədəni səviyyəsi ilə müəyyən edilir. İstənilən cəmiyyətdə etiket normaları var ki, bunun sayəsində münasibətlərdə müəyyən bir nizam qorunur və insanların hərəkətlərində və davranışlarında ardıcıllıq əldə edilir.
Müasir etiketin ümumi prinsipləri aşağıdakılardır:
- humanizm;
- fəaliyyətin məqsədyönlülüyü;
- davranışın estetik cəlbediciliyi;
- öz ölkəsinin və işgüzar əlaqələrin qurulduğu digər ölkələrin adət-ənənələrinə hörmət.
İşgüzar etiketdə yaş, cins kimi dünyəvi modellər yox, subardinasiya önəmlidir. İş prosesi müxtəlif yaş, cins, təhsil səviyyəsi və dünyagörüşü olan insanların birgə fəaliyyətidir. Müəyyən ortaq hədəflərin həyata keçirilməsi üçün bir araya gələn insanlar müəyyən ümumi qaydalara da əməl etmək məcburuyyətindədirlər. İş həyatında əməl olunmalı əsas qaydalara nəzər salaq:
1.Dəqiqlik (punktual olmaq). Unutmamaq lazımdır ki, zaman ən qiymətli resursdur və itirildiyi halda əsla bərpa edilmir. Uğurlu iş adamı olmaq istəyirsinizsə, özünüzün və tərəfdaşınızın zamanını dəyərləndirməyi öyrənin. İşgüzar görüş və səfərlərə gecikməyin. Əksər insanlar zamanı düzgün dəyərləndirməyənlərlə iş görmək istəmir.
2.Nəzakətli olmaq. Səmimi təbəssüm bir çox iş adamının vizit kartıdır. Həmkar və tərəfdaşlarla nəzakətli ünsiyyət problemlərin həllində sizə kömək edəcək.
3.Təvazökarlıq. Bu xüsusiyyət insana həmişə başucalığı gətirir. Təvazörkarlıq daha çox özünə güvənən insanlarda rast gəlinir və qarşı tərəfdən yüksək qiymətləndirilir.
4.Tolerantlıq. İşgüzar ünsiyyət zamanı siyasi baxış, milliyət, dini mənsubiyyət, xarici görkəm və s. asılı olmayaraq insanlara hörmətlə yanaşmaq etik qaydalarının ən önəmlilərindəndir.
5.Təmkinli olmaq. İstənilən məsələdə həmkarınızın qərarına və ya fikrinə hörmət etməlisiniz. İşgüzar etiket normaları hisslərinizə nəzarəti itirməməyi, təmkinli və mehriban olmağı tələb edir. İstənilən vəziyyətdə, tərəfdaşların və ya rəhbərliyin istənilən qərarına adekvat cavab vermək üçün emosiyalarınızı cilovlamaq lazımdır.
Bütün sadalananlardan əlavə, məxfi məlumatları açıqlamamaq, işi nəzərdə tutulduğu vaxt təhvil vermək, müqavilədə nəzərdə tutulmuş öhdəlik və şərtləri vaxtında və dəqiq yerinə yetirmək də iş həyatında etik normalar kimi qəbul edilir.



Yüklə 231,62 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin