Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyi



Yüklə 0,68 Mb.
səhifə83/96
tarix10.01.2022
ölçüsü0,68 Mb.
#107676
1   ...   79   80   81   82   83   84   85   86   ...   96
Qeyd və şərhlər:

1. 1-ci Sverdlov küçəsi – indiki Salatın Əsgərova kü­çəsi.

2. 1909-cu ildə H.Z.Tağıyev Bakıda həbsxana binası (sovet illərində onun yerində karamel fabriki, indi isə ya­şayış evi yerləşir) tikdirdi. Bu addım cəmiyyətdə birmənalı qarşı­lanmamışdı, H.Z.Tağıyevin həbsxana tikdirməsini ça­riz­mə xidmət etmək istəməsi ilə əlaqələndirənlər də oldu. Əs­lində isə, qazamat tikdirmək Hacının fikrində yox idi. O, də­yirman tikdirirdi. Binanın hazır olduğu ərəfədə, Bakı ca­ma­atının nümayəndələri Hacının yanına gələrək, həbsə dü­şən­lərin dənizin ortasında, Nargin adasında saxlanıl­dıq­larını, oraya gediş-gəlişin çox çətin olduğunu, yaxınları və qohumlarının məhbuslarla görüşə bilmədiklərini demişlər. H.Z.Tağıyev bu ağır vəziyyəti aradan qaldırmaq məqsədilə hazır dəyirman binasının içərisində dəyişiklik apararaq, onu 1910-cu ilin fevralında həbsxana kimi hökumətə icarəyə vermiş, bununla da şəhər əhalisini Narginə gedib-gəlmək əziyyətindən xilas etmişdi.

3. Rusiya imperatorunun 1878-ci il 14 iyul tarixli fər­manı ilə H.Z.Tağıyev Həbsxanalar üzrə Bakı Hamilik Ko­mi­təsinin direktoru təyin edilmişdi. Bu vəzifədə xeyirli işlərinə görə o, üzərində “Səyinə görə” yazısı olan, Stanislav lenti ilə boyundan asılan qızıl medalla təltif olunmuşdu (12 dekabr 1886-cı il). Hamilik Komitəsinin üzvlərinə məh­bus­larla görüşmək, onlarla söhbət etmək icazə verilirdi.

Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin