2. M.M.Bakıxanovun nəql etdiyi bu əhvalat Bakı sakinləri arasında çox populyar idi. Yazıçı Manaf Süleymanov yazırdı: “1888-ci ilin payızında, oktyabr ayının əvvəllərində imperator III Aleksandr Tiflisdən ailəsiylə - arvadı, iki oğlu, bir də böyük məiyyəti ilə Bakıya gəlir... Milyonçular, tacir və əyanlar bir tərəfdə, yüksək rütbəli mülki və hərbi məmurlar digər tərəfdə, silahlı soldatlar divar kimi amadə durmuşdular. Şahanə qatar stansiyaya girir. Az sonra çar III Aleksandr şahanə vaqonundan hərbi libasda düşür. Hamı papağını götürür, Tağıyevdən başqa. Qubernator təkid edirsə, o, qulaq ardına vurur. Hacı Zeynalabdin Tağıyev ortada, qubernator bir tərəfində, şəhər bələdiyyə rəisi digər tərəfində III Aleksandra yaxınlaşırlar. Hacı “xoşamədi” (farsca “xoş gəlmişsiniz” – F.C.) deyir. Çar ona papağını çıxarmadığı üçün tünd-tünd baxır və soruşur: “Чей вы подданный?” (“Siz kimin rəiyyətisiniz?”). Qubernator Hacıya pıçıldayır: “De ki, “Я - подданный Вашего Величества” (“Siz Əlahəzrətin təbəəsiyəm”). Hacı Zeynalabdin öz bildiyini deyir: “Я подданный Русской империи” (“Mən Rus imperiyasının təbəəsiyəm” – F.C.)”.