Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə49/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   45   46   47   48   49   50   51   52   ...   266
55. HƏZRƏT ƏLİNİN EVLƏNMƏSİ
Bir gün Məhəmməd peyğəmbər Əliyə deyif ki, Əli, bala, niyə əvlənmirsən? Deyif:

– Obada bir xallı qız var, onu alajam.

Gedif əvə, görüf kü, elə xallı bının qızıdı. Deyif ki, bını bir də yoxlıyajam. Duruf bir qaba bir az xurma, kişmiş qoyuf, göndərif qız­nan Əliyə. Qız qayıdanda soruşur ku, bala, Əli saa nə dedi? Deyif:

– Dədə, heş nə demədi. Amma qabı alanda əlimi tutduğum yerdən aldı, barmağımı da qabın üsdə qoyuf sıxdı.

Deyif:

– Hə, elə bı qızı deyif, bı qız bınındı.


56. CAN QƏNBƏR
Əlinin Qənbər addı nökəri oluf. O başqa bir vilayətdə yaşı­yırmış. Yaşadığı yerin padşahının qızın isdiyirmiş, çox qüvvəli də oğlanmış. Amma bu vilayətin padşahının Əli Əleyhsalamnan arası yoxuy­muş. Bir günnəri eşidir ki, bu qüvvəli oğlan bu padşahın qızını isdiyir. Bu oğlanı çağırır yanına. Onun ayrı adı olur, yadım­nan çıxıf. Sora Əli Əleyhsalam Qənbər qoyur onun adını. Deyir ki, mən eşitmişəm sən çox qüvvəli oğlansan, mənim də qızımı isdiyir­sən. Qızımı onda saa verərəm ki, mənim bir düşmanım var, onu öldürəsən. Bu oğlan deyir ki, o mənim əlimdə çox asan işdi.

Elə bil ki, o olduğu yernən Əli Əleyhsalamın yaşadığı yerin arası dörd yüz kilometr oluf. O dörd yüz kilometri piyada gəlir. Əli Əleyhsalam şəhərin kənarında xurma bağında işdədiyi yerdə onnan görüşür. Deyir ki, ağsakqal, bu şəhərdə yaşıyırsan? Deyir:

– Hə.

Deyir:


– Burda deyillər Əli addı pəhlivan var, onu tanıyarsan bəlkə.

Deyir:


– Tanıyıram. Neynirsən ki, onu?

Deyir ki, mən onnan bir sınaşmax isdiyirəm. Deyillər o çox qüvvəli adamdı. Deyir:

– Bala, mən qoja kişiyəm, mənnən bir sınaşax. Əgər maa güjün çatarsa, onda bilərsən ki, ona da güjün çatar.

Oğlanın əlində nizə varmış. [Əli Əleyhsalam] deyir:

– Bu nizəni ver mənim qoltuğuma. Əgər onu çəkif mənim qoltu­ğumun altınnan çıxarda bilsən, bil ki, onun da qoltuğunnan çıxarda bilərsən.

Nəysə, Əli Əleyhsalam qoltuğunun altında nizəni sıxır. Bu nə qədər dartırsa, çıxarda bilmir. Deyir ki, indi sən al qoltuğuna nizəni. Bu nizəni qoltuğuna alanda bunu nizənin başında hərriyir, qoyur yerə. Bu oğlan başdıyır ağlamağa. Deyir ki, niyə ağlıyırsan, ay bala? Deyir:

– Vallah, mən bir qız sevirəm. Əliyə güjüm çatsa, o qızı ala­jeydim. Saa güjüm çatmırsa, demək, ona da güjüm çatmaz.

Əli Əleyhsalam uzanır yerə, qılıncın verir onun əlinə. Deyir ki, Əli mənəm. Bu qılış, bu da sən. Mənim başımı kəs apar, sən əh­dinə çat. Deyir:

– Doğrudan Əlisən? Saa qurban olum, sənin kimi kişiyə adam əl qaldıra bilərmi?

Yıxılır onu ayağına. Deyir ki, mən ölənə qədər sənə qullux eliyəjəm.

Ömrü boyu Əli Əleyhsalama xidmət eliyir. Qəmbər deyəndə deyirmiş ki, can Qəmbər, ya Əli. Kaş min canım oleydi, sən hər Qənbər deyəndə birin saa qurban verəydim.


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin