Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə77/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   73   74   75   76   77   78   79   80   ...   266
III mətn

Güllücədə Seyid Füqəranın babasının qəbri var. Hamı ora ziyarətə gedir, qurbannar kəsir, deyilən niyyətdər qəbul olur. Hər cuma axşamı gedərsən ki, nöbədən mümkün döyül. Füqəra yeyəndə doymax bilməzdi. Elə yedihcə yeyərdi. Biri bir dəfə gəlirmiş, gö­rür ki, gəlif nəziri yığan yoxdu. Camaat da çoxlu nəzir qoyufdu. Cama­at çıxanda bu gedir ki, nəziri yığa, ilan hər tərəfdən gəlir qoy­mur ki, bu içəri girə, nəziri götürə. Orda gözdüyür də, gələ Füqəra özü götürə. O, nə pul sayı bilirdi, nə də pulu tanıyırdı. Elə bilirdi ki, puldu da, amma neçə maat olduğunu bilmirdi.


IV mətn

Füqəra Seyid yegisini bilməzdi. Ölçüsünü, çəkisini bilməzdi. Deməli, qızdarı onun qabağına yeməh qoyanda təyin eliyirdilər ki, bu qədər yeməh atamıza bəs eliyər da. Yeməh qutaranda o genə əlini qaba gəzdirərdi ki, görüm genə varmı yeməh. O, dilənçi seyitdərdən deyildi. Onda deyirdilər ki, ağa, yemisən ey. Deyir:

– Hə. Onda su gətirin əlimi yuyum.

Əlini yuyurdu. Daa genə verin, doymamışam sözü olmazdı. Ağır adam idi.

Füqəra Seyid dilənçi deyildi, gəzməyə çıxan deyildi.

Qarabağda çox qüvvətdi oluf aşura. Zincir döyüllər, sinə vurullar, şaxsey-vaxsey deyillər, baş çərtillər. Niyyətdi ey o hamısı. Məsələn, prakrorun arvadı, mən tanıyıram, niyyət tutuf gəlif dilə­nirdi. Onun heş nəyə ehtiyacı yoxdu. Amma niyyət edir ki, mənim işim düzəlsin, gedif dilənəjəm. Yaxud birinin uşağı olmur, niyyət edir ki, uşağım olsun, aşura günü aparıf başını çərtdirəjəm.

Aşura günnəri qızdarı onu aparırdılar meçidə. Meçitdən üş yüz metr aralı saxlıyırdılar onu. Saxlıyırdılar ki, yol bağlanmasın. O qədər məsafədə genə onun, az olanda, nöbəsində 400-500 adam dururdu ki, onu ziyarət eləsin. Belinin sarığını xırda-xırda cırırdılar. Özü yox ey. Özü dururdu, əynində çuxası, çuxanın cibləri. Gətirif nəzirin verillər, üş dəfə başına döörə vurullar, ağacınnan, əlinnən, ayağınnan öpüllər. Deyillər:

– Ağa, vur məni.

O da ağacını qaldırırdı, belə yavaşcana ucuynan vururdu ki, get. O, pul tanımırdı. Deməli, burdan pulu tökürdülər, qaraçılar gəlirdilər, bu əlini salırdı cibinə, ordan nə çıxsa, verir ona. Bir tərəfdən pul tökülür cibinə, bir tərəfdən də özü paylıyır. Bunun belə tərəfi də oluf.

Bir gün Füqəra Seyid yolun qırağında durmuşmuş. Şofer gəlif keçir. Elə bəzəhli-düzəhli gəzən döyüldü. Seyitdər nətər gəzirsə, qalın geyimli, papaxlı, filan, çuxa-muxa. Hər şey qaydasında. Şofer baxır, tanımır bunu, keçif gedir. Keçif gedir, götürmür bunu. Bir xey­lax gedənnən sora bir ayrısı gəlir. Görür Füqəra Seyitdi, duruf yo­lun qırağında. – İndi onun şəklini satıllar ey, razı olmuram. Şəkil sat­mağa din icazə vermir. Handa ki seyidin şəklini satasan. Şəklini alınca get ziyarət elə. – İkinci maşın gələndə şofer görər ki, Füqəra Se­yid yolun qırağında duruf. O saat maşını saxlıyır. Tutur qo­lunnan:

– Seyid, başaa dönüm, qurbanın olum, gedəcəh yerin var?

İşarə eliyər ki, hə. Gətirir oturdur maşına. Deməh, hara ge­dirsə, bilməlidi, qaytarıf gətirif evinə qoymalıdı ey. Daa aparıf bunu harasa tulla, çıx get, mümkün döyül. Deməli, iki-üş kilometr gedir, görür ki, qabaxda maşın duruf. Tanıyır da kim olduğunu. Soruşur:

– Ə, niyə durmusan?

Deyir:

– Ə, səni, gəldiyim yerdəcə maşın dayandı. Baxıram, benzini, suyu, hər şeyi qaydasındadı. Di gəl xodduyuram, maşın yerinnən tərpənmir. Mən gəlif keçəndə bu kişi də durmuşdu hələ orda.



Dedi:

– Sənin Allah günahlarınnan keşsin, a bala. Sən nə pis iş gör-müsən? Ə, düş, düş gəl kişinin ayaxlarını qujaxla, kişini ziyarət elə.

Qapını açır, kişinin ayaxlarını qujaxlıyır. Deyir:

– Füqəra Seyitdi ey, Allah sənin başaa daş salmasın. Sən nə pis iş görmüsən? Bunu qoyuf getmək olar? Onda gedər maşın?

Yalvarır:

– Bağışda məni, bilməmişəm, tanımamışam.

Deyif:

– Allah günahlarınnan keşsin, mən keşdim, aralı dur.



Heş düşmüyüf maşınnan. Çəliyi uzadıf belə, təkərinnən vuruf deyir:

– Get, get, seyid icazə verir, get.

Sora maşını xodduyuf çıxıf gedif. Belə möcüzələri çoxdu.


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin