Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 2,7 Mb.
səhifə79/266
tarix01.01.2022
ölçüsü2,7 Mb.
#103326
1   ...   75   76   77   78   79   80   81   82   ...   266
73. DAĞYUNUS
I mətn

Qurt qırır Dağyanusun qoyunnarını. Onun yeddi dənə çobanı olur. Özüm gedif ziyarət eləmişəm oranı. Baxır ki, qurt qoyunu qırdı. Dağyanus addı zülümkar bir padşah olur. Bilir ki, buları öldürəjəh da. Bular qaçır. Gedif bir kahaya baxıllar ki, bu kahaya girsələr, Dağya­nusun adamları buları tuta bilməz. Bular girir bura. Onunçün deyillər hörümçəyi öldürməh günahdı. Hörümçəh elə bir tor çəkir ki, kahanın ağzına... Xitmir adında it də olur. Bular qaçanda it də düşüf buların dalıncan. Rəvayətin dediyinə görə, çö­nüf deyillər, sən hara gəlirsən? Deyir ki, mən də qorxuram Dağya­nusdan. Dağyanusun adamları axdarır buları, tapmır. Bu minvalnan bular üş yüz il yatıllar bu kahada. Üş yüz ildən sora bular ayılıllar. Deyillər:

– Axşamnan nətər yatmışıxsa, gün günorta oluf indi ayılırıx.

Elə bilillər bir gejə yatıflar. Birinə deyif ki, dur get çörəh al gətir. Gedir çörəh almağa. Pulu verəndə tükançı deyir:

– Ə, bu üş yüz il bunnan qabax dünyaya gəlmiş Dağyanusun puludu.

Qayıdıf gəlir. Deyir:

– Xudavəndi-aləm, bizim sirrimizi gizdət.

Buların yeddisi də əlini göyə tutuf yalvarır. Yeddisi də olur daş, it də olur daş. İtin qulağına adı yazılıf. Gedirsən ora ziyarət eliyirsən. Qırx pilləkəndi. Qırx pilləkəni çıxırsan yuxarı. Əgər bir niyyətin varsa, bir dənə ağ salır belə. Niyyətin tutur, göydə bulud yoxdusa da, ora bir damcı düşür, əgər niyyətin hasil olsa. Nəzirrər qoymuşdular, dört manat, bir üşdüh, bir təklih qoymuşdular ora. Dedilər ki, əl atıf bunu götürsən dağda gurultu əmələ gələr. Onu da mən eşitdim. Əlimi atdım pulu götürəndə nətər gurultu qopdusa, ətim ürpəşdi, pulu qoydum yerinə.
II mətn

Dağyunusa mən getmişəm, Əshabi-kafa, ojağa. Dağyunus əzazil bir adam oluf. Deməh, bılar nətər olufsa, üş nəfər adam qaçır Dağyunusun əlinnən Əshabi-kafa. İlan dağının qabağındadı. Bı adamlar qaçanda bir çoban görür kü, üş dənə adam qaçır. Çoban da qoyunu buraxır, qoşulur bı adamlara. Oluflar dört. Çobanın iti var­mış, it də qoşuluf bılara. Deyiflər ki, bı it bizim yerimizi bildirəjəh. Çoban vırıf iti öldürüf. Bı iti aparıf Əshabi-kafın qabağında böyüh bir qəbirsdannıx var, orda dəfn eliyiflər. O adamlar Dağyunusdan qaçıflar. O adamların dördü də dağ yarılıf, giriflər içinə. Sohra o dörd adam, – qəlbidə bir kaha var, – dağnan hərrəniflər, qayba çəkiliflər. Bir rəvayətin dediyinə görə, adamlar orda dört yüz il qalıflar. Dört yüz ildən sohra bı adamlar dirilif, can verif, dirilif. Elə biliflər ki, yatıflar, indi oyanıllar. Adamlardan birinə, yoldaşda­rın­nan birinə Dağyunusun pulunnan verillər ki, get şəhərdən çörəh al. Dördümüz də gedərih, biləllər, bizi tutallar.

Nəysə, gedir bulardan biri şəhərə, çörəh alır. Çıxardır civin­nən pul verir. Pulu verəndə buna gülüşüllər. Deyir:

– Nəyə gülürsüz?

Deyir:

– Ə, bu Dağyunusun puludu e!



Deyir:

– Ə, nə danışırsan? Mən axşam yatmışam, səhər də duruf gəlmişəm ki, çörəh alam.

Deyir:

– Yox, bu Dağyunusun puludu.



Deyir:

– Bəs onda nə vaxt, nejə oluf bu?

Deyif:

– Bu Dağyunus neçə yüz il bınnan qabax gedif, bı da onun puludu.



Deyif:

– Mənim yoldaşdarım var, filan yerdədi.

Nəysə, camaat bının yanına gəlir ki, görələr bı yalan deyir, yoxsa gerçəh deyir. Bı deyir ki, bilirsiz nə var? Sizi mənim yoldaş­darım görsələr, qorxajaxlar. Siz oturun bırda, mən gedim yoldaş­darıma deyim ki, bəs biz neçə ildi yatmışıx, dört yüz il bınnan qabax. Bu gəlir yoldaşdarına deyir ki, əviiz tikilsin, nə danışırsıız? Axşam yatmışıx, səhər durmuşux nədi? Biz dört yüz ildi burdayıx. Yoldaşdarıynan birlikdə üz tutullar Allahın dərgahına, deyillər ki, Allah, heş bizi pis, naməhrəm insannara gösdərmə. Rəvayətin dediyinə görə, olar orda qeybə çəkiliflər.


Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin