Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud dada gorgud



Yüklə 1,81 Mb.
səhifə42/188
tarix04.01.2022
ölçüsü1,81 Mb.
#56684
növüXülasə
1   ...   38   39   40   41   42   43   44   45   ...   188
Psixoloji-tarixi səviyyədə romantiklər “Dünya canı” obrazını əks etdirir, kainatın tarixi proseslərini izləyir və müvəqqəti tamlığının yaranmasını düşünürdülər. Novalis “Dünya canı”ndan danışanda, hər şeyin vahidləşməsinə yardım göstırən fərdi prinsipi nəzərdə tuturdu (8,551). F.Şellinq isə onda universiumun konkret var­lıqlarını birləşdirən ümumi başlanğıcı görürdü. O, butun təbiəti bir canlı orqanizm kimi əlaqələndirir və “Dünya canı”nı “tarixi uni­versium” adlandırırdı (11, 78). Gel­dert­lin üçün isə “Dünya canı” minlərlə arteriyadan ibarət vahid qaynaqdır. Bu da­mar­lar vasitəsi ilə qurub-yaradan güc sonsuz dövretməklə yenidən geri qayıdır (4, 453).

Universiumun ən yüksək mənəvi səviyyəsində zaman-məkan vəhdətini mütləq dəyərlər və ideallar vasitəsi ilə təcəssüm etdirən “Dünya ruhu” obrazı əks olunur, həyatın mənəvi dəyişikliyini tənzimləyir.

Özünüdərk prosesini pillələrə ayıran F.Şellinq güman edirdi ki, əgər əski çağlarda Dünya ruhu universiumu təbiət şəklində seyr edirdisə, xristian erasında yeni dünya insanla başlanır, dünya ruhunun inkişaf və dirçəlişinini başa çatdırmaq ancaq bəşər oğluna nəsib olur. Emersonun sözləri ilə desək, ümumi (dünya) ruh təkcə universiumun təbiət sahəsinə baş vurmur, düşüncəyə daxil olur. Buna görə də təkcə o dünyanı və insanlığı mütləq həqiqətə (“Təbiət”) aparıb çıxar­dacaq. Romantiklərin fikirlərini ümumiləşdirən Hegelə görə isə “Dunya ruhu”nun bədii yara­dı­cı­lığa təsiri bəşəriyyətin mənəvi mədəniyyətini irəliyə aparacaqdır.

Beləliklə, romantiklərin qənaətlərində universiumun üç qlobal sahəsi: “cismani cəzbet­mə”, “Dünya canı”“Dünya ruhu” – eyni məqamda onun polifonik möv­cudluğu qabiliy­yə­ti­nə nüfuz edir, təbiət aləmində çoxluq, məkanilik dəyişmələrini, özünüdərki, mənəvi zənginliyi ba­şa çatdırır. Dialektik-ierarxik universiumu ədəbiy­yat və incəsənət əsərlərinin mayasına, strukturuna hopdurmağa çalışan romantiklər arzu­layırdılar ki, yaratdıqları ilə hansısa ideal, universal mifologiyaya yaxınlaşsınlar.

Romantik yaradıcılıqda mifologizimləşmə prosesi geniş və əhatəli ənənədir, ayrı-ayrı milli ədəbiyyatlarda, o cümlədən Azərbaycan romantik ədəbiyyatında tamamilə fərqli əlamətlərlə müşahidə olunur.

Azərbaycan romantiklərinin əsərlərində miflərdın keçən ifadə vasitələrinə, simvolik forma­lara və arxetiplərə geniş yer ayrılır. Ulu əcdadlarımızın ilkin dünya­görüşünün təsiri ilə yaranaraq dildə müxtəlif rəmzi mənaları ifadə edən mifoloji obrazların romantik poetik düşüncənin elementlərinə çevrilməsi təsadüfi deyil. Çünki romantiklərin dünyanı dərketmə üsul­ları mifoloji strukturlarla üst-üstə düşür. Ro­man­tik poeziyada da simvollar hansı obyektə (ger­çək həyat hadisəsinə, təbiət ob­yektinə) aiddirsə, özündə onun keyfiyyətlərini daşıyır. Bu keyfiyyətlər çox hallarda dolayı yolla göstərilir. Mifik strukturlarda cisim-işarə, əşya-söz, varlıq-ad, mövcud­luq-atributları, tək-çoxluq, sonsuzluq-zaman, başlanğıc-əsas, yaranma-mahiyyət, isti-soyuq, işıq-qaranlıq, gecə-gündüz, göy-yer, dəniz, çay, göl (su)-quru (torpaq), xeyir-şər arasında əlaqələrin, münasibətlərin bir-birindən ayrılma və birləşmə nöqtələri özü­nə spesifik formada yer tapır. Ən xarakterik cəhət isə varlıqların mənşə (genezis), inkişaf (böyümə, yetişmə) və məzmun (ma­hiyyət) bağlılığının səbəb-axtarış-nəticə ar­dıcıllığı ilə yekunlaşmasıdır. Başqa sözlə, roman­tiklərin yaratdıqları obrazlar heç vaxt yerində donub qalmır, daim fəaliyyətdə olur, hansısa funk­siyanı yerinə yetirir, məzmun və forma daşıyıcısına çevrilir. Fəaliyyəti bəlli olmayan, kimə və nəyə xid­mət edəcəyi aydınlaşdırılmayan obyekt heç vaxt mif sistemlərində meydana gətiril­mir.




Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   188




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin