Dialoqun məqsədi: Köpəkdən yağmalanmış evin xəbərini almaq.
Dialoqun informativ tipi: alqış:
– Qazan Köpəyi profan element kimi tərifləyir. Belə ki, Köpək:
Axşamın qaranlığı düşəndə hürür;
Turş ayranı ləzzətlə içir;
Oğruları qorxudur;
Onları öz hürüşü ilə hürküdür322.
Dialoqun kosmoloji tipi: mediativ-mistik kommunikasiya modeli:
– Qaraca Çoban kimi ona məxsus Qara Köpək də marginal varlıqdır. “Qara” işarəsi onların hər ikisinin (Kosmosla yanaşı) Xaosla bağlı olduğunu göstərir. Dünya mifologiyalarında itlər Xaosun qorxunc keçikçiləridir. Bu baxımdan, Köpək informasiya mənbəyidir.
Dialoqun etnokosmik tipi: şaman qamlaması:
– Şaman/Qəhrəman informasiya daşıyıcısı olan Köpəkdən informasiya almalıdır. İnsanın Heyvanla dialoqunun Oğuz mədəniyyətindəki tipi qamlamadır.
Dialoqun süjetüstü forması: passiv (birtərəfli) xəbərləşmə:
– Qazan xəbərləşir/soruşur, Köpək cavab vermir.
Dialoqun süjetaltı forması: aktiv (ikitərəfli) xəbərləşmə:
– Kosmoloji sxemə görə, Köpək Qazanı Çobanın üstünə yollayır. Bu, süjetüstündə olmasa da, süjetaltında olmalıdır. Köpəyin Çobana məxsus olduğunun mətndə öz ifadəsini tapması Qazanla Köpəyin süjetaltındakı aktiv dialoqunun süjetüstündəki izidir. İt öz sahibinin yanında olur. Bu, o deməkdir ki, Köpək süjetüstündə Qazana hətta cavab verməməsi ilə də ona Çobanın və beləliklə, informasiyanın yerini/yolunu göstərir (süjetaltında: deyir). Köpəyə rast gələn Qazan Çobanın yaxında olduğunu anlayır. Bu, o deməkdir ki, Köpəyin süjetaltındakı kommunikativ aktivliyi epoxal transformasiyalar zəminində onun süjetüstü passivliyi şəklində müasirləşmişdir.
Dialoqun nəticəsi: yol/iz alma:
Dostları ilə paylaş: |