Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­


§ 16.7. Namusun daşınma və qorunma funksiyaları



Yüklə 2,29 Mb.
səhifə231/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   227   228   229   230   231   232   233   234   ...   269
§ 16.7. Namusun daşınma və qorunma funksiyaları:

Uruz “qoruyucu” kimi
Süjetə diqqət edək:

– Burla xatun ağlaya-ağlaya oğlunun yanına gəlir və ona Şök­lü Məliyin şərtini çatdırır: “Sənin ətündən, oğul-a, ye­yə­yin­mi? Yoxsa, sası dinlü kafərin döşəginə girəyinmi? Ağan Qa­za­nın namusını sındırayınmı? Necədəyin, oğul, hey?!” – dedi”344

– Uruz qəzəblənir: “Qoy bəni, qadın ana, çəngələ ur­sun­lar! Qo ətimdən çəksünlər, qara qaurma etsünlər, qırq bəg qı­zı­nın öginə ilətsünlər. Anlar bir yedigində sən iki yegil! Səni ka­fərlər bilməsünlər, tuymasınlar. Ta ki, sası dinlü kafərin dö­şə­ginə varmıyasan. Sağrağın sürmiyəsən. Atam Qazan na­mu­sı­nı sımayasan. Saqın!” – dedi”345.

Bu dialoqda kosmoloji semantika ilə bağlı çox incə mə­na qatları var. Onlara diqqət edək:

– Burla əgər oğlunun ətində yeyərsə – oğulun ölümü, ye­­məzsə – atanın ölümü gerçəkləşəcək. O, Uruzun ətindən ye­­­­yəcəksə, yəni Uruz öləcəksə, bu halda Qazanın namusu qo­ru­­­­­nacaq. Bu da öz növbəsində Qazanın öz kosmik statusunu bər­­­­pa etmək imkanı, başqa sözlə, Xaosdan Kosmosa Di­ri/Xan/Alp/İgid statusunda qayıtması deməkdir. O, Uruzun ətin­­­­­dən yeməyəcəksə, yəni Uruz ölməyəcəksə, bu halda Qa­za­­­­nın namusu sınacaq, başqa sözlə, Qazan öz əvvəlki sta­tus­la­rı­­­nı bərpa edə bilməyib, kosmoloji dəyərlər baxımından ölü sta­­­tusunda qalacaq.



– Bu Həyat-Ölüm invariantının Ata-Oğul pa­ra­diq­ma­sı­dır.

– Atanın həyatı oğulun ölümündən, Oğulun həyatı ata­nın ölümündən keçir.

– Uruz öz ölümünə qərar verir. Bu, Qazanın namusunun qo­runması deməkdir. Bu eyni zamanda o deməkdir ki, Qa­za­nın dirilməsi, Oğuz kosmosunun bərpası mütləq şəkildə Uru­zun ölümünü tələb edir.

Beləliklə, Oğuz kosmosunun bərpasının ritual sxeminə gö­rə, Uruz qurban verilməlidir.



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   227   228   229   230   231   232   233   234   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin