Azərbaycan miLLİ elmlər akademiyasi ­­­­­­­­­­­­­­­folklor institutu­­­­­­­­­­­­­­­­­



Yüklə 2,29 Mb.
səhifə82/269
tarix01.01.2022
ölçüsü2,29 Mb.
#104265
1   ...   78   79   80   81   82   83   84   85   ...   269
Coşqun-coşqun çaylarını keçmişəm,

Sərin-sərin sularını içmişəm,

Kərəm deyər: dilbərlərin sevmişəm,

Halları var – bizim hala bənzəməz142.


Şeirdəki “Coşqun-coşqun çaylarını keçmişəm” misrası “Dədə Qorqud” eposunda mediativ keçidlə bağlı qəlib-for­mul­dur. Məsələn, eposun səkkizinci boyunda kosmosu təmsil edən Basat xaosu təmsil edən Təpəgözü öldürür: “Qalın Oğuz bəg­­ləri yetdilər. Salaxana qayasına gəldilər. Dəpəgözin başını or­taya gətürdilər. Dədə Qorqud gəlübən şadlıq çaldı. Ğazi ərənlər başına nə gəldigin aydı verdi. Həm Basata alqış verdi:
Qara tağa yetdügündə aşıt versün!

Qanlı-qanlı sulardan keçüt versün! – dedi”143.
Səfa Qarayev yazır ki, bu alqış təsadüfi olmayıb, xaosa sə­fər edən qəhrəmana edilən alqışdır. Belə ki, mifoloji dü­şün­cə­də xaosa gedilən yolda qanlı-qadalı çayları və dağları keç­mək lazımdır. Məhz bu deyimdə Basatın xaosa səfər etməsinə işa­rə edilmiş, ona səfər zamanı həmin maneələri daha rahat şə­kildə keçməsi arzu olunmuşdur144. Bu fikir H.Quliyev tə­rə­fin­dən də eyni məzmunda təsdiq edilmişdir145.

Demək, Kərəmin qəhvəxanada işlətdiyi “Coşqun-coşqun çay­larını keçmişəm” misrası onun söylədiyi şeiri kosmoloji müs­­təvidə xaos situasiyasına bağladığı kimi, söylənmə mə­ka­nı olan qəhvəxananı da eyni müstəvidə xaos situasiyasına aid edir. Bu da öz növbəsində şeirin arxetipində dialoq-xə­bər­ləş­mə­nin durduğunu göstərir.



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin