Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu


II FƏSİL ÜSLUBİ SİNONİMLƏRİN ƏMƏLƏGƏLMƏ



Yüklə 0,93 Mb.
səhifə8/33
tarix01.01.2022
ölçüsü0,93 Mb.
#104279
1   ...   4   5   6   7   8   9   10   11   ...   33
II FƏSİL
ÜSLUBİ SİNONİMLƏRİN ƏMƏLƏGƏLMƏ

YOLLARI VƏ MƏNBƏLƏRİ
Türk dillərinin, demək olar ki, hamısında üslubi sino­nimlərin əmələgəlmə yolları və mənbələri sa­bitdir. Təkcə müasir Azərbaycan dilində üs­lu­bi sinonimlərin yaranması yollarını və mənbələrini izləsək, di­gər türk dilləri üçün də maraqlı ola biləcək nəticələr əl­də etmək olar.



  1. Üslubi sinonimlərin əmələ gəlməsində

çoxmənalılığın rolu
Üslubi sinonimlərin yaranmasında sözün çoxmənalılığı bir mənbə kimi çıxış edir. Belə ki, sözün bir və ya bir neçə mənası olur. Bu mənalardan biri nominativ xarakterlidirsə, digəri törəmə funksiyası daşıyır. Kontekst daxilində həmin mənalardan biri və ya bir neçəsi müxtəlif məna çalarlarında işlənir. Bu zaman müxtəlif səs kompleksləri sözlərlə həmin çalarlıqları ümumiləşdirmək olar. Bu ümumiləşdirmə prosesində iştirak edən sözlər üslu­bi sinonim kimi işlənir. Tədqiqat göstərir ki, feilə və sifətə aid olan sinonimlərin böyük bir hissəsi çoxmənalılığın nə­ti­cə­si­dir.

B.Abdullayev “Azərbaycan dilinin izahlı lüğəti “nə əsas­la­naraq “ tutmaq” çoxmənalı feilinin aşağıdakı məna­la­rı­nı göstərir:

1. Yapışmaq.

2. Çevirmək, döndərmək, yönəltmək. Kərim üzünü hər iki növbənin adamlarına tutdu (M.İbrahimov).

3. Düzəltmək. Hər fikir ediriksə, işimiz tutmayır əsla; Ah…Ax…O keçən günlərimiz noldu, xudaya (M.Ə.Sabir).

4. Dişləmək, qapmaq. [Fatı :] Məni o azar dəymiş it tutdu (Ə.Abbasov).

5. Yerləşmək. Hatəm kişi yüz limon tutan bir yeşik sifariş etdi (M.Cəlal).

6. Etmək, görmək. [Çoban babı:] Ay Rüstəm,… bu işdir tutmusan? (M.İbrahimov).

7. Bürümək, basmaq. Axşam qaranlığında alov, tüstü, təzək, saman iyi… dünyanı tutmuşdu (M.Cəlal).

8. Basmaq. Bir tərəfdən də Nəbi onları gülləyə tutur. ( “ Qaçaq Nəbi” )

9. Saymaq. Mən inanmıram ki, bizim əsrin şairləri bahar fəslini, məsələn qış fəslindən artıq tutalar (C.Məmmədquluzadə).

10. Yaraşmaq. Gör nə gözəl tutur;



Gümüş tana siyah zülfü (Miskin Əli).

11. Yazmaq. Əfruz nə məruzə üçün tezis tutmağa, nə də çıxış üçün qeyd eləməyə qabil idi ( M.Cəfər).

Misallardan göründüyü kimi, tutmaq feili 1-ci mənada yapışmaq, 2-ci mənada çevirmək, döndərmək, 3-cü mənada düzəltmək, 4-cü mənada dişləmək, 5-ci mənada yerləşmək, 8-ci mənada basmaq, 9-cu mənada soymaq, 10-cu mənada yaraşmaq, 11-ci mənada yazmaq fellərinin sinonimidir. Tutmaq felinin 2–ci mənada üç (çevirmək, döndərmək, yönəltmək), 4-cü mənada iki ( dişləmək, qapmaq), 6-cı mənada yenə iki ( etmək, görmək), 7-ci mənada yenə də iki ( bürümək, basmaq) sinonimləri vardır.

“…Çoxmənalı sözün bəzi mənaları başqa sözlərlə və ya başqa sözlərin mənaları ilə sinonimik əlaqəyə girə bilər (85, 5).

“Tutmaq” felinin 1-2-ci mənalarda sinonimləri olan fel­lər də öz növbələrində çoxmənalı sözlərdir və onların da bir çox sinonimi vardır. Beləliklə də, dildə lüğət tərki­bi­nin böyük bir hissəsini sinxron vəziyyətdə əhatə edən arasıkəsilməz söz şəbəkəsi əmələ gəlir.



  1. Yüklə 0,93 Mb.

    Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin