6. Emosional- ekspressiv sözlərin üslubi
sinonimlərin əmələ gəlməsində rolu
Müasir Azərbaycan dilində üslubi sinonimlərin yaranmasına təsir edən amillərdən biri də emosional- ekspressiv sözlərdir. Belə sözlərin ifadə imkanları bədii üslubda daha genişdir. Bəzi dilçilər, hətta, üslubi sinonimləri emosional-ekspressiv adlandırırlar. T.Əfəndiyeva haqlı olaraq yazır ki, emosional–ekspressiv sözlər həm ümumxalq dilinə məxsus ifadəlilik yarada bilir, həm də ən adi neytral sözlərdən xüsusi üslubi priyomların sayəsində emosional- ekspressiv mənada istifadə edilə bilir (22,171).
Məlumdur ki, hər bir sinonim söz məntiqi məzmuna, üslubi və emosional xüsusiyyətə malikdir. Odur ki, üslubi sözlər həm kitab dilində, həm də danışıqda emosinal–ekspressivlik yaradır. “ Kitab və şifahi danışıq sözləri, əslində üslubi, yaxud funksional–üslubi çalardan başqa, həm də emosional–ekspressiv çalar ola bilər (99,88).
Emosionallığa və ekspressivliyə ədəbi dildəki sözlər malikdir. Deməli, belə bir xüsusiyyət digər üslublardan fərqli olaraq ən çox bədii üsluba xasdır. Elmi üslubda, demək olar ki, obrazlılıq, emosionallıq və ekspressivlik olmur, xüsusilə də terminlərdə.
Dilçilik ədəbiyyatında emosional-ekspressiv sözlər öz semantikasına görə digər sözlərdən fərqlənir, daha çox üslubi xarakter daşıyır. Odur ki, bu tip sözləri sinonim cərgəsinə üslubi sözlər kimi qəbul etmək olar:
nəhəng(n.) − giqant(kit.,eksp.) – titan ( kit.,eksp.,məc.,)
namussuz (n.) – binamus (dan.,eksp.)
adət(n.) − ənənə ( eksp.,kit.)
işıldamaq ( n.)− parıldamaq ( eksp.,kit.)
ətir(n.)− rayihə ( eksp.,kit.)
istedad(n.) – talant ( eksp.,kit.)
hərc-mərclik ( n.) – xaos ( eksp.,kit.)
vurmaq ( n.) – şappıldatmaq ( eksp.,dan.)
korazehin (n.) – korafəhm (eksp.,dan.) – key ( eksp.,dan.)
ölmək (n.) – gəbərmək (eksp.,dan.) – çezmək ( eksp.,dan.)
yaltaq (n.) – qabyalayan ( eksp.,dan.)
çirkin (n.) – murdar ( eksp.,dan.) – eybəcər (eksp.,dan.)
Semantikasına görə müxtəlif anlayışları bildirən yumşaldıcı emosional-ekspressiv sözlər də vardır:
igid(n.) – qəhrəman ( eksp.,kit.)
qucaqlamaq (n.) – bağrına basmaq ( eksp.,kit.)
danışmaq (n.) – söyləmək (eksp.,dan.) – deyinmək (eksp.,dan.)
Funksional-üslubi nöqteyi-nəzərdən emosional–ekspressiv sözlər iki əsas qrupa bölünür:
1.Ədəbi dil; 2.Danışıq dili.
Ədəbi üslubun emosional- ekspressiv leksikasına poetizmlər və bədii nitqdə böyük yer tutan yüksək emosionallığa malik müəllif neologizmləri aiddir.
Məlum olduğu kimi, bütün poetizmlərin və müəllif neologizmlərin ümumi üslubi funksiyası bədii əsərin dilini bəzəmək, onu daha zəngin , daha dəbdəbəli və daha yüksək etməkdən ibarətdir. Lakin deyilişi − aydın məzmun və xarakterindən asılı olaraq poetizmlər, personajların nitqinin xarakteristikası, müəllifin təsvir olunan obyektə və yaxud fakta emosional münasibətin qiymətinin ifadəsi, oxucuya emosional–ekspressiv təsir, bizi əhatə edən hadisə və əşyaların canlı təsviri və bu kimi daha konkret üslubi funksiyaları yerinə yetirə bilirlər.
Emosional–ekspressiv sözlərin məhz bu xüsusiyyəti onların neytral üslubun ümumişlək leksikasından üslubi fərqlərini təyin edir. Bu fərqləri əyani surətdə poetizmlərdən və neytral üslubun ümumişlək leksikasından təşkil olunmuş sinonimik cərgənin aşağıda göstərilən cədvəlində izləmək olar:
Neytral üslubda
işlənən sözlər
|
P o e t i z m l ə r
|
ay
allah
təbiət
yaxşılıq
meşə
yaxşılıq edən
gözəllik
qorxu
ox
sevgili
dustaq
qonaq
çəmənlik
sehrli
döyüş
təbiət
böyüklük
dostluq
məhəbbət
müqəddəslik
sevgili
nazlı
təmtəraq
ağıl
xoşbəxtlik
xoşbəxt
oxşamaq
batmaq
yorulmaq
mahnı
işıq
göy
qoca
qalib
arzu
istək
yalan
etibar
vəd
əlamət
əzab - əziyyət
yaz
ürək
xoşbəxtlik
qələbə
öpüş
vuruşmaq
dəniz
yaşayış, həyat
dost
insan
sinə - döş
bağışlamaq
|
hilal
xaliq – rəbb − ilahi – xuda
xilqət
lütf
orman
lütfkar
hüsn
dəhşət – vəhşət
məhvər
məhbubə − canan
məhbus
mehman
çəmənzar – çəməngah
füsunkar
cəng
fitrət
cəlal
ülfət
mehr
qüdsiyyət
dilbər – dildar
nazənin
ehtişam – büsat – calal
kamal – zəka – idrak
bəxtiyarlıq
bəxtiyar
nəvaziş etmək
qürub etmək (günəş haqqında)
usanmaq
təranə
nur – ziya
səma − asiman
pirani
müzəffər
dilək
kam , murad
riya
vəfa
ilqar
rəmz
zəlalət
bahar
könül
səadət
zəfər
busə
çarpışmaq
ümman
ruzgar
yar
bəşər övladı
köks
əfv etmək
|
Azərbaycanın xalq şairi S.Vurğundan verilmış sinonim cərgələrə aid bir neçə misal fikrimizi sübut edir. Burada verilmış sözlər üslubi sinonim sözlərdir:
Dostları ilə paylaş: |