Mədəniyyət və əyləncə xidmətləri- otellər tez-tez klassik musiqiyə aid konsertlər təşkil edir, rəsm əsərlərini təşkil olunmuş sərgilərdə nümayiş etdirir, əyləncə və oyunlar üçün konfrans ləvazimatlarına və müxtəlif kitabxanalara sahib olur.
Ticarət xidmətləri- qonaqlara suvenir, qəzet, müxtəlif şəxsi zərurət malları, yüksək səviyyəli moda mağazalarında olan lazımi əşyalar təklif olunur.
Biznes xidmətləri - otel müəssisələri tez-tez saçdüzümü, gözəllik salonları, fotoşəkil, saatsaz və başqa xidmətləri təklif edir;
Səhiyyə xidmətləri- otel qonaqlara diaqnostika, müalicə və s. xidmətləri təklif edir.
Otel sektorunda göstərilən xidmətlər müəyyən xüsusiyyətlərə əsaslanaraq digər sahələrdəki xidmətlərdən əhəmiyyətli dərəcədə fərqlənir. Müasir otel xidmətlərinin dörd fundamental xüsusiyyətləri belədir:
Duyulmazlıq- Bu elə bir faktdan qaynaqlanır ki, otel xidmətlərini əldə etməzdən qabaq görmək, dadmaq, hiss etmək, eşitmək mümkün deyil. Media vasitəsilə müştəri yaşayış obyektləri, restoranlar, mədəni və tarixi məkanlar və s. barədə təkliflərdən xəbərdar ola bilər, amma otel xidmətləri və otel obyektləri barəsində olan məlumatların yayılması qeyri-mümkündür.
Bölünməzlik- Bu o faktdan qaynaqlanır ki, təklif edilən xidmət mənbəyindən ayrı deyil. Bölünməzlik xarakterik bir xüsusiyyət kimi özündə onu ehtiva edir ki, xidmət təminatının təklif edildiyi anı onun istifadə edildiyi andan ayırmaq mümkün deyil.
Dəyişkənlik- Xidmətin formalaşması kim üçün, nə vaxt və haraya təmin olunmasına görədir. Xidmətin bu xüsusiyyətlərinə görə müştərilər arasında müştəri məmnunluğu, kadr keyfiyyəti əsasında etibarlılığın yaradılması vacibdir.
Sürəksizlik- Xidmətin saxlana bilməməsi nəticəsində və artan və ya azalan tələbatların istənilən zaman qarşılana bilinməməsi nəticəsində yaranır. Satılmayan turist xidmətləri otel müəssisəsinin müvəqqəti gəlirlə bağlı itkisi sayılır, buna görə də otel öz xidmətlərinin bazarda daha yaxşı yerləşdirilməsinə çalışmalıdır.
Otel xidmətləri çərçivəsində biz biznes fəaliyyətinin müştərilərin ehtiyac və tələblərinin qarşılanması və formalaşmasındakı müxtəlifliyi və mürəkkəbliyi nəzərdə tuturuq. Xidmətlərin keyfiyyəti elə bir prosesi nəzərdə tutur ki, sonda qonaqların məmnunluğu təmin edilir. Buna aşağıdakı əsas aspektlər aiddir: